Məhkəmə qərarları › İş №2-1(3-8)-339/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-339/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-339/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı iddiaçı3 iştirakı ilə, Iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları JN-*** saylı, KOD 30307028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarına əsasən, 1,02 ha torpaq sahəsi iddiaçı3, iddiaçı2 və iddiaçı1 ayrılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ************ reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Ərməki kəndi ərazisində 0,54 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ iddiaçı3, iddiaçı2 və iddiaçı1 oğlunun adına qeydiyyata alınmışdır. A ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən 0,54 ha torpaq sahəsinə dair tərtib edilmişdir. JN-*** saylı, KOD 30219088 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarına əsasən, 1,36 ha torpaq sahəsi X5, X2, X6 və X7 ayrılmışdır. AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 rayonu, Ərməki kəndində yerləşən 0,16 ha torpaq sahəsini Üçüncü şəxs satmışdır. Quba rayonu, Ərməki kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, iddiaçıya məxsus JN ***C nömrəli dövlət aktında göstərilən 0,4797 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0,4097 ha kimi göstərilmişdir. Naturada kəsişmə olmasa da, torpaq sahəsinin 0,07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) ************ nömrəli cizgilər ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat Iddiaçı iddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan JN-928 kod ******** saylı Dövlət Aktına əsasən Quba rayonu, Ərməki kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin TEKUS və AZCAD elektron uçot melumatlarında düzəlişlərin aparılması öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarına və JN-*** saylı, 30307028 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Quba rayonu, Ərməki kəndində yerləşən 0,4797 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli ** №-li qərarı ilə iddiaçılara Quba rayonu, Ərməki kəndi ərazisindən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyəti təsdiq edən JN-928 kod ******** saylı Dövlət Aktı verilmiş və həmin tarixdən vaxtdan torpağa sahiblik edərək istifadə edirlər. Iddiaçılar qeyd edilən torpağın 0,54 ha hissəsinə çıxarış almışdır. Lakin 0,48 ha hissəsinə cavabdeh təşkilat bildirmişdir ki, Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən faktiki istifadədə olan torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin koordinatların müəyyən edilməsini, kameral araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun düzəlişlərin aparılması məqsədilə qonşu torpaq mülkiyyətçilərinin iştirakının zərurəti yaranmışdır. Ona görə də, qeyd edilən səbəbdən TEKUS və AZCAD elektron uçot məlumatlarında düzəlişlərin aparılması mümkün olmadığını bildirib ərizənin icrasına imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət etdiyiniz JN-*** nömrəli (KOD 30307028) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 928 C nömrəli planşetində göstərilən 4797,23 kv.m torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti dövlət aktından tam fərqlidir. Bundan əlavə, torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin adlarına dövlət reyestrindən verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişir. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubla imtina edilmişdir. Bundan sonra, iddiaçı3 Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən torpaq sahəsinə dair məlumatların torpaqların elektron kadastrı uçotu sistemində düzəliş edilməsi barədə Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, tərəfimizdən Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən faktiki istifadənizdə olan torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyənləşdirilmişdir. Kameral araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun düzəlişlərin aparılması məqsədilə qonşu mülkiyyətçilərin iştirakı zərurəti yaranmışdır. Lakin tərəfinizdən həmin massivdə yerləşən qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə əlaqəniz olmadığı bildirilmişdir. Qeyd edilən səbəbdən TEKUIS və AZCAD elektron uçot məlumatlarında düzəlişlərin aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı3, iddiaçı2 və iddiaçı1 oğlu birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarına və JN-*** saylı, 30307028 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Quba rayonu, Ərməki kəndində yerləşən 0,4097 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-*** saylı, KOD 30307028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** saylı qərarına əsasən, 1,02 ha torpaq sahəsi iddiaçı3, iddiaçı2 və iddiaçı1 ayrılmışdır və torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, iddiaçıya məxsus JN ***C nömrəli dövlət aktında göstərilən 0,4797 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0,4097 ha kimi göstərilmişdir. Torpaq sahəsi iddiaçıların istifadə və sahibliyindədir. Torpaq sahəsinin 0,07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) ************ nömrəli cizgilər ilə üst-üstə düşdüyü hissədə məhkəmənin ayrıca qərardadı ilə mümkün sayılmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən, 0,4797 ha torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0,4097 ha kimi göstərilmişdir. Naturada kəsişmə olmasa da, torpaq sahəsinin 0,07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) ************ nömrəli cizgilər ilə üst-üstə düşür. Həmin hissə məhkəmə tərəfindən çıxılsa da mülkiyyət hüququ JN-*** saylı, 30307028 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən müəyyən edilmişdir. Belə ki, JN-*** nömrəli (KOD 30307028) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 928 C nömrəli planşetində göstərilən 4797.23 kv.m torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti dövlət aktından tam fərqlidir. Məhkəmə tərəfindən JN-0401, KOD 30304048 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının baza xəritə materialarına uyğun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının mümkünlüyü müəyyən edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı3 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçıların cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** saylı qərarına və JN-*** saylı, 30307028 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, Quba rayonu, Ərməki kəndində yerləşən 0,4797 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən olunur ki, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçılara Quba rayonu, Ərməki kəndi ərazisindən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-*** saylı, KOD 30307028 dövlət aktı verilmişdir. Iddiaçılar həmin tarixdən etibarən torpaq sahəsinə sahiblik və istifadə etmiş, bu hal iş üzrə mübahisələndirilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçılar qeyd edilən torpaq sahəsinin 0,54 ha hissəsinə dair çıxarış əldə etmiş, qalan 0,48 ha hissəyə münasibətdə isə çıxarışın və plan-ölçünün verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən bundan imtina edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş müayinə aktından görünür ki, iddiaçılara məxsus dövlət aktında göstərilən 0,4797 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,4097 ha kimi əks etdirilmiş, naturada kəsişmə halları müəyyən edilməsə də, həmin sahənin 0,07 ha hissəsinin elektron kadastr sistemində ************ nömrəli cizgilərlə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin 0,07 ha hissəyə dair iddia tələbi ayrıca qərardadla mümkün sayılmamış, qalan hissədə isə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun əsasını təşkil edən sənəd dövlət aktıdır və iddiaçıların mübahisələndirilən torpaq sahəsinə hüquqları məhz həmin dövlət aktı ilə təsdiq olunur. Iş materialları ilə də müəyyən olunur ki, iddiaçılar uzun müddət ərzində həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə etmişlər və bu hal cavabdeh tərəfindən inkar olunmur. Apellyasiya şikayətində göstərilmişdir ki, torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə dövlət aktında göstərilən sahə arasında uyğunsuzluq mövcuddur, eləcə də kadastr sistemində əks olunan məlumatlarla dövlət aktı arasında fərqlər vardır. Kollegiya hesab edir ki, bu hallar iddiaçıların mülkiyyət hüququnun mövcudluğunu aradan qaldırmır. Belə ki, kadastr məlumatlarında olan uyğunsuzluqlar və ya texniki xarakterli fərqlər mülkiyyət hüququnun yaranmasına və mövcudluğuna xələl gətirmir, əksinə, həmin məlumatların dövlət aktına uyğunlaşdırılması dövlət orqanlarının vəzifəsidir. Eyni zamanda, apellyasiya şikayətində istinad edilən digər dövlət aktı (JN-0401, KOD 30304048) üzrə torpaq sahəsinin baza xəritə materiallarına uyğunluğu və həmin sahə üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının mümkünlüyü ilə bağlı arqumentlər də iş üzrə mübahisənin predmeti ilə birbaşa əlaqəli deyildir və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Başqa sözlə desək, qeyd edilən hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, məqsədinə və prinspilərinə (mütənasiblik) ziddir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, iddiaçıların dövlət aktı ilə təsdiq olunmuş torpaq sahəsinə hüquqlarını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunvericilik normasının tələbinə zidd olmaqla, iddiaçıya münasibətdə mülkiyyət hüququndan əsassız olaraq məhdudlaşdırılmasına səbəb olduğundan, etiraz, imtina və şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, indiki halda torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd hazırda qüvvədə olmaqla, həmin sənədin ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmə halı o halda mövcud ola bilər ki, hər bir torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmuş olsun. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar