Məhkəmə qərarları › İş №2-1(3-8)-342/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-342/2026

01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-342/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X7 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, pensiya məğləinin hüquqi varisə ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2023- cü il tarixli, *-**-*/*-B-*****/**** nömrəli X1 göndərilmiş məktubundan görünür ki, vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Araşdırma zamanı, vaxtilə pensiya təyin edilərkən təqdim edilən sənədlərdə ## #### 1979-cu il – ## ######## 2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxx ASC”-də işlədiyi qeyd olunduğu, sözügedən müəssisənin # ###### 2015-ci il tarixli, *** nömrəli arayışında # ###### 1995-ci il tarixdən etibarən ödənişsiz məzuniyyətdə olduğu göstərildiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən də # #### 2017-ci il tarixədək ümumi iş stajı 25 ildən az (21 il 9 ay 8 gün (## ### 1977-ci il – ## #### 1979-cu il, ## #### 1979-cu il – ## #### 1995-ci il, # ######## 2013-cü il – ## #### 2014-cü il, # ######## 2014-cü il – ## #### 2015-ci il, # ######## 2015-ci il – ## #### 2016-cı il, # ######## 2016-cı il – ## #### 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Göstərilən uyğunsuzluğa baxmayaraq, # #### 2017-ci il tarixdən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir.Eyni zamanda bildirilmişdir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunlanəzərdə tutulmuş hallarda inzibatı orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur.Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Buna görə də “Inzibati icraət haqqında” Qanunun 21.2ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ## #### 2023-cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # ###### 2023-cü il tarixli aktından görünür ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən maraqlı şəxs X1 vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs ## #### 2023-cü il tarixli, *-**-*/*-B-******/**** nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs # ###### 2023-cü il tarixdə Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə araşdırma zamanı, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) ## #### 1979-cu il – ## ######## 2013cü il tarixləri arasındakı dövr iş stajına daxil edilmədiyi və bu səbəbdən # #### 2017-ci il tarixədək ümumi iş stajının 25 ildən az (21 il 9 ay 8 gün (## ### 1977-ci il – ## #### 1979-cu il, ## #### 1979-cu il – ## #### 1995-ci il, # ######## 2013-cü il – ## #### 2014-cü il, # ######## 2014-cü il – ## #### 2015-ci il, # ######## 2015-ci il – ## #### 2016-cı il, # ######## 2016-cı il – ## #### 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur. X1 dair “Sosial arayış” elektron məlumatlarından çıxarış. X1 məxsus # ###### 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, onun # ######## 2013-cü il tarixdən ## #### 2023-cü il tarixə kimi “işlədiyi dövrləri sosial sığorta stajına aid edərək, cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş əmək pensiyasının üzərinə gələrək pensiyanın yenidən hesablanması və yeni hesablanmış pensiyanın hüququnun yarandığı gündən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə ## ###### 2024-cü il tarixdə vəfat etmiş iddiaçı X1 hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X1 ümumi stajı 25 il, ağır və zərərli işlərə görə 19 il əmək stajı nəzərə alınaraq 2020-ci il tarixdən pensiyanın təyin edilməsi, habelə təyin edilən pensiya məbləğini # ###### 2022-ci il tarixdə 13,9%, # ###### 2023-cü il tarixdə 11,2% indeksləşdirilməni hesablayaraq üzərinə gəlməklə, həmçinin həmin indeksləşdirilməklə hesablanan pensiya məbləğinin üzərinə Babayev Eldarın yığım kapitalını da həmin pensiyanın üzərinə gəlməklə ona penisiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin ## ###### 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ## ###### 1958-ci il tarixdə Qax rayonu, Güllük kəndində anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, 12- ci mikrorayon, *a saylı evin ** saylı mənzilində qeydiyyatdadır və orada da yaşayır. Babayev Eldar 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə isə 1979- cu il tarixdə başlamışdır. Belə ki, 1979-cu il tarixdən 1996-cı il tarixə kimi “Azərbaycan boru prakat” zavodunda müəyyən vəzifələrdə çalışmışdır. 1993-cü il tarixdə zavodun adı müvafiq əmr ilə “xxxx” kimi dəyişdirilmişdir. Bütün bu barədə qeydlər əmək kitabçasında da qeyd olunmuş, “xxxx” ASC-yə aid möhür vurularaq xüsusi qeydlər yazılmışdır. 1996-cı il tarixdə zavod bağlandığına görə işçilər zavod tərəfindən öz hesabına məzuniyyətə göndərilmişdir, zavod isə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Məzuniyyətdə olan vaxtlarda şəxsi biznesilə məşğul idi. Bundan başqa ## ######## 2013-cü il tarixdə “xxxx” ASC ilə pensiyaçı arasında bağalnmış əmək müqaviləsinə xitam verilmiş, Sumqayıt Dövlət Texniki Kollecinə işə qəbul edilmişdir. 2013- 2023-cü illər ərzində orada işləmişdir. Iddiaçının işləməsi barədə lazımı qeydlər iddiaçıya məxsus ИТ-******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. 2017-ci il tarixdə o, pensiya təyinatı ilə əlaqədar olaraq müvafiq orqana müraciət etmişdir. Lakin qanunvericiliyə uyğun olaraq pensiya təyinatı üçün lazım olan staj dövrləri tam olmadığına görə pensiya təyin etmək mümkün olmamışdır. Lakin buna baxmayaraq X1 ilə zavodda bərabər çalışan iş yoldaşlarına pensiya təyin olunmuşdur. Buna əsaslanaraq 2019-cu il tarixdə təkrar pensiya üçün müraciət vermişdir və oradan 2017-ci il tarixdən pensiya hüququnun yarandığını bildirmişlər. Belə ki, 2019-cu il tarixdə prezidentin müvafiq sərəncamına əsasən, X1 məzuniyyətdə olduğu illəri, həmçinin ümumi iş stajı da hesablanaraq ona pensiya təyin olunmuşdur. X1 # #### 2017-ci il tarixdən 178 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan başqa qanunvericilikdə də qeyd olunmuşdur ki, əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətiaylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyiayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bu o deməkdir ki, işləyən pensiyaçının yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Belə ki, pensiya təyin olunandan sonra 6 il iş stajı tam olduqdan sonra X1 pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən X1 müarciəti ilə bağlı ümumi iş stajını 21 il 9 ay 8 gün kimi müəyyən edilmişdir. Həmin iş stajı dövrləri hesablanarkən iddiaçının yalnız ## ### 1977-ci il – ## #### 1979- cu il, ## #### 1979-cu il – ## #### 1995-ci il, # ######## 2013-cü il – ## #### 2014-cü il, # ######## 2014-cü il – ## #### 2015-ci il, # ######## 2015-ci il – ## #### 2016-cı il, # ######## 2016-cı il – ## #### 2017-ci il tarixləri arasındakı işlədiyi dövrləri nəzərə alınmışdır. Belə ki, X1 hal-hazırda 327 manat məbləğində pensiya alır. Lakin onun 2013-2023-cü illərdə işlədiyi dövrlərdə yığılan 12.535 pensiya kapitalı aldığı pensiyanın üzərinə əlavə olunmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə qarşı etiraz və etiraza əlavə təqdim edərək, iddiaçı tərəfə təqdim edilmiş məktublarında qeyd olunan hallara istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, X1 ## #### 2022-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 327,21 manat, yenidən hesablanmış pensiya məbləği 298,50 manat, yenidən hesablamanın səbəbi “37.3.1 (işdənçıxma) hüququ ##.##.2022-ci ilə çəkildi, ##.##.2020-##.##.2022 tam tutulma, 39.1 maddəsinə əsasən məhdudlaşdırma)” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının # #### 2024-cü il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, araşdırma zamanı, vaxtilə Eldar Babayevə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə ## #### 1979-cu il – ## ######## 2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxx ASC”-də işlədiyi qeyd olunduğu, sözügedən müəssisənin ona dair # ###### 2015-ci il tarixli, *** nömrəli arayışında isə # ###### 1995-ci il tarixdən etibarən ödənişsiz məzuniyyətdə olduğu göstərildiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta hissəsinin ödənilmədiyi və işləmədiyi dövrü Eldar Babayevin iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də # #### 2017-ci il tarixədək Eldar Babayevin ümumi iş stajı 25 ildən az (21 il 9 ay 8 gün (## ### 1977-ci il – ## #### 1979-cu il, ## #### 1979-cu il – ## #### 1995-ci il, # ######## 2013-cü il – ## #### 2014-cü il, # ######## 2014-cü il – ## #### 2015-ci il, # ######## 2015-ci il – ## #### 2016-cı il, # ######## 2016-cı il – ## #### 2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ## #### 2022-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq # #### 2017-ci il tarixdən təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Eldar Babayevə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona ## #### 2023-cü il tarixdə məktub göndərilməklə Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 2 avqust fevral 2023-cü il tarixdə gəlmişdir. Tərtib edilmiş akt birgə imzalanmışdır. Qeyd olunanlara əsasən, Eldar Babayevə ümumilikdə 6.594 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 6.594 manat artıq ödənilmiş pul vəsaiti 2023-cü ilin sentyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar Eldar Babayevin əmək pensiyası # ###### 2024-cü il tarixdən 331,93 manat təşkil edir. “xxxx” ASC-nin ## ####### 2025-ci il tarixli, AZB**/*** nömrəli məktubundan görünür ki, “xxxx” ASC-nin arxiv sənədlərinə əsasən X1 ## #### 1979-cu il tarixdən (əmr № ***, ## #### 1979-cu il) ## ######## 2013-cü il tarixədək (əmr № ***-K, ## ######## 2013-cü il) müəssisədə işləmişdir. Işlədiyi müddətdə ## #### 1997- ci il tarixdən işdən azad olunduğu ## ######## 2013-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, mərhum X1 ümumi stajının 25 il, ağır və zərərli işlərə görə 19 il əmək stajının olması nəzərə alınaraq, ona münasibətdə 2020-ci il tarixdən təyin edilməli olan pensiya məbləğinin (təyin edilən pensiya məbləğini # ###### 2022-ci il tarixdə 13,9%, # ###### 2023-cü il tarixdə 11,2% indeksləşdirilməni və yığım kapitalı nəzərə alınmaqla) hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinin dəqiqləşdirilməsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il ####un #-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/11617" \o "Azərbaycan Respublikasının Prezidenti"orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. M a d d ə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görsənir ki, iddiaçı X1 pensiyasının azaldılmasından və tutmaların həyata keçirilməsindən narazı olmuş və məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi gedişində iddiaçı X1 ## ###### 2024-cü il tarixində vəfat etmiş və iddiaçı hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Apellyasiya icraatı zamanı tərəflərə hüquqi yardım edilmiş və müəyyən edilmişdir ki, inzibati orqan X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ## #### 2022-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq # #### 2017-ci il tarixdən təyin edildiyi, Eldar Babayevə ümumilikdə 6.594 manat artıq pul vəsaitinin ödənildiyi qənaətinə gəlmiş, həmin 6.594 manat pul vəsaitindən 2023-cü ilin sentyabr ayından etibarən iddiaçı ölənə qədər 479,52 manat hissə-hissə əmək pensiyasından tutmağa davam etmiş, eyni zamanda onun vəfat etməsi ilə əlaqədar müəyyən edilmiş 840,00 manat dəfn üçün müavinət məbləğidə 6.594 manatdan çıxılmış, mavafiq olaraq vərəsələrinə ödənilməmişdir. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 37.8-ci maddəsinə əsasən Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən sonrakı ayın 1dən dayandırılır. Eyni zamanda bildiririk ki, mərhum X6 pensiyası 2023-cü ilin avqust ayından qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 298,50 manat (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 331,93 manat) məbləğində müəyyən edilib və ona 6594,00 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub. Həmin pul vəsaitinin 479,52 manatı ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində mərhum nümayəndə1 əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Qənfilə Cəbrayıl qızı X11 müraciətinə əsasən, Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, ona ölkə üzrə nümayəndə1 vəfat etdiyi tarixə (##.##.2024-cü il) əmək pensiyasının minimum məbləğinin (280,00 manat) üç misli miqdarında (840,00 manat) dəfn üçün müavinət hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6 -6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödənişlər müəyyən edildikdə, həmin ödənişlər Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd edilənləri nəzərə alaraq, mərhum nümayəndə1 artıq ödənilmiş qalıq 6114,48 manatdan onun vəfat etməsi ilə əlaqədar müəyyən edilmiş 840,00 manat dəfn üçün müavinət məbləği çıxılaraq büdcəyə bərpa edilib və ona qalıq artıq ödənilmiş vəsait 5274,48 manat təşkil edir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə təqdim edərək mərhum X2 2023-cü ilin sentyabr ayından vəfat etdiyi ##.##.2024-cü il tarixinədək pensiyasından tutulan 479.52 manat və dəfn üçün çıxılmış 840 manat məbləğlərin hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dəqiqləşmə ərizəsinin icraata qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiyasından tutulmaların həyata keçirilməsi qanunsuz olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya artıq ödənilmiş pensiya məbləği əsaslı olsa idi belə, artıq ödənilmiş əmək pensiyasından tutulmanın aparılması ilə bağlı iddiaçının razılığı alınaraq qərar qəbul edilməsi və ya məhkəmə qaydasında həmin tutulmanın aparılması müəyyən edilmir. Göründüyü kimi cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbləri pozulmaqla iddiaçının pensiyasından tutulma olmuşdur. Ona görə də həmin tutlan məbləğ iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda iş materiallarında olan məktubdan qeyd edilir ki, “Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Qənfilə Cəbrayıl qızı X11 müraciətinə əsasən, Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, ona ölkə üzrə nümayəndə1 vəfat etdiyi tarixə (##.##.2024-cü il) əmək pensiyasının minimum məbləğinin (280,00 manat) üç misli miqdarında (840,00 manat) dəfn üçün müavinət hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6 -6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödənişlər müəyyən edildikdə, həmin ödənişlər Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd edilənləri nəzərə alaraq, mərhum nümayəndə1 artıq ödənilmiş qalıq 6114,48 manatdan onun vəfat etməsi ilə əlaqədar müəyyən edilmiş 840,00 manat dəfn üçün müavinət məbləği çıxılaraq büdcəyə bərpa edilib.” Məhkəmə kollegiyası hesab edirki, 840,00 manat dəfn üçün müavinət məbləği hazırkı iddia üzrə hesablanmış 6.594 manat artıq ödəmə məbləğindən çıxıldığı üçün hazırkı iddia çərçivəsində həmin məbləğ ölən şəxsin vərəsələri tərəfindən tələb edilə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməli, mərhum X2 2023cü ilin sentyabr ayından vəfat etdiyi ##.##.2024-cü il tarixinədək pensiyasından tutulan 479,52 manat və pensiyadan çıxılmış 840,00 manat dəfn üçün müavinət onun hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Mərhum X2 2023-cü ilin sentyabr ayından vəfat etdiyi ##.##.2024-cü il tarixinədək pensiyasından tutulan 479,52 manat və pensiyadan çıxılmış 840,00 manat dəfn üçün müavinət onun hüquqi varisi İddiaçı ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar