Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-345/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin # ######## 2023-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, N* nömrəli Təlim mərkəzindən göndərilmiş X1 N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, 113 nömrəIi əmrində (əsas: § 14, sıra 15, səh 15, əmrdə soyadı Anbov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) 6-cı MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 1996-cı il tarixli, ** nömrəli əmrinə əsasən Ordu sıralarından azad edilmiş, 1070-ci il təvəllüdlü, qranatatan, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 1996-cı il tarixli, ** nömrəli əmrilə (əsas: § 1, sıra 18, səh 31) 2-ci MAT-un şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. # ###### 1996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə həmin tarixə kimi məvacibi 3 qat ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin # ###### 2025-ci il tarixli, *-**-**/*-A-****/*-**/** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ## ###### 2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin # ######## 2023-cü il tarixli, *** nömrəli arayışına əsasən ## ##### 1994-cü il tarixdən ## ###### 1996-cı il tarixədək hərbi xidmətinə dair məlumatlar olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ###### 2025-ci il tarixli, 3-25-29/2- ****/**** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, *** nömrəli əmrilə (əsas: §-14, səh-15, sıra-15, əmrdə soyadı “Anbov” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) N* nömrəli təlim poliqonundan göndərilmiş, hərbi mükəlləfiyyətli X1 6-cı MAT-ın şəxsi heyətinin siyahısına salınması və bütün növ təchizatlarla təmin edilməsi barədə məlumat qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin ## ### 1995-ci il tarixli, *** nömrəli əmrilə (əsas: §- 1, səh-39, sıra-2, əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı nümunəvi xidmətinə görə, 28 may “Milli Istiqlal” bayramı münasibəti ilə təltif edilərək məzuniyyət verilmişdir. N nömrəli hərbi hissə komandirinin # #### 1995-ci il tarixli, *** nömrəli əmrilə (əsas: §- 10, səh-11, sıra-1, əmrdə vəzifəsi qeyd olunmamışdır) 6-cı MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı həmin tarixdən məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 1996-cı il tarixli, ** nömrəli əmrinə əsasən, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, pulemyotçu, 1970-ci il təvəllüdlü, sıravi İddiaçı Ordu sıralarından azad edildiyindən N nömrəli hərbi hissə komandirinin # ###### 1996-cı il tarixli, ** nömrəli əmrilə (əsas: §-1, səh-31, sıra-18) 2-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir. # ###### 1996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə, həmin tarixə kimi məvacibi üçqat ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1990-cu illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. ## ##### 1994-cü il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün çağırılmış və həmin tarixdən # ###### 1996cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində və Ağdam istiqamətində cəbhədə gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ###### 1996-cı il tarixli, ** saylı əmrinə əsasən Ordu sıralarından azad edilmiş, hərbi hissə komandirinin # ###### 1996-cı il tarixli, ** saylı əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmiş və Quba rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. Bütün qeyd olunanlar iddiaçının hərbi biletində yazılmışdır. Iddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, prosessual hüquqi əsası kimi IPM-in 2.1, 2.2, 8.1.3-cü maddələrinə istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin # ######## 2023-cü il tarixli arxiv arayışına əsasən ## ##### 1994-cü il tarixdən ## ###### 1996-cı il tarixədək iddiaçının hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1, ““Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X9 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, IPM-in 14.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəs”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi, qanuni əsaslarla ehtiyata buraxılması, xidmətinə görə təltif edilməsi və qeyd edilən məlumatların arxiv arayışlarda öz təsdiqini tapması ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən şərtlər (hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və həmin məlumatların müvafiq sənədlərdə əks edilməsi) ödənilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin ## ###### 2023-cü il tarixli *** nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli *** nömrəli əmrində (əsas: §-14, səh-15, sıra-15, əmrdə soyadı “Anbov” yazılmışdır) *** nömrəli təlim mərkəzindən göndərilmiş, 6-cı MATda şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuş hərbi mükəlləfiyyətlərin siyahısında “Anbov” Baba Nəsir oğlu kimi qöstərilən “Anbov” yazılması, ona aid olması məlum deyildir. Belə ki, N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli *** nömrəli əmrində (14-cü paraqraf, səhifə 15, sıra 15) və hərbi mükəlləfiyyətçilərin siyahısında X1 yazılmış qeydin ona, yəni İddiaçı məxsus olması faktı müəyyən edilməsi ilə bağlı Quba rayon Məhkəməsinə müraciət etmişdir. Quba rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnamə ilə ərizəçi İddiaçı ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli *** nömrəli əmrinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qərardadı ilə təmin edilərək birinci instansiya məhkəməsinin # ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının tələbi ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının ## ##### 1994-cü il tarixdən ## ###### 1996-cı il tarixədək iddiaçının hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan arxiv arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli, *** nömrəli əmri ilə N* nömrəli təlim poliqonundan göndərilərək hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xidmət etdiyi müddətdə bütün növ təminatlarla təmin olunmuşdur. Onun ## ### 1995-ci il tarixli, *** nömrəli əmrlə nümunəvi xidmətinə görə təltif edilməsi və “Milli Istiqlal” bayramı münasibətilə məzuniyyətə buraxılması, # #### 1995-ci il tarixli, *** nömrəli əmrlə məzuniyyətdən qayıtmış hesab edilərək yenidən təminata götürülməsi faktları iddiaçının fasiləsiz və intizamlı xidmət keçdiyini təsdiq edir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 1996-cı il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçının ordu sıralarından azad edilməsi və hərbi hissə komandirinin # ###### 1996-cı il tarixli, ** nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşməsi üçün rayon hərbi komissarlığının sərəncamına göndərilməsi halları da müvafiq rəsmi sənədlərlə öz təsdiqini tapmışdır. Bu isə iddiaçının hərbi xidmətini qanunvericiliyə uyğun qaydada başa vurduğunu və ehtiyata buraxıldığını göstərir. Eyni zamanda, iş üzrə müəyyən edilmişdir ki, iddiaçı # ###### 1996-cı il tarixədək döyüş bölgəsində xidmət etmiş və həmin müddət ərzində ona məvacibin üçqat ödənilməsi həyata keçirilmişdir. Bu hal onun döyüş əməliyyatlarında bilavasitə iştirak etməsini təsdiq edən mühüm və etibarlı sübut kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına müvafiq əmrlərlə daxil edilmiş, faktiki hərbi xidmət keçmiş, döyüş bölgəsində iştirak etmiş, xidmətinə görə təltif olunmuş və xidmət müddəti başa çatdıqdan sonra qanuni əsaslarla ehtiyata buraxılmışdır. Bu faktların hamısı rəsmi sənədlərlə, o cümlədən arxiv arayışları ilə təsdiq olunduğundan, onların mötəbərliyinə şübhə üçün əsas yoxdur. Iddiaçının soyadınını bəzi sənədlərdə “Anbov” kimi qeyd edilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin yanlışlıq formal xəta kimi qiymətləndirilməlidir. Cavabdeh verdiyi cavabında bu halı qeyd etməklə özü də dolayısı yolla həmin əmrlərin iddiaçıya aid olmasını, lakin yanlışlıq nəticəsində onun soyadının “Ayıbov” əvəzinə “Anbov” kimi qeyd edilməsini təsdiq edir. Kollegiya bu səbəblə iddiaçıya imtina cavabı verilməsini əsassız hesab edir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normasının dispozisiyasında nəzərdə tutulmuş şərtlərə cavab verməsi barədə gəlinmiş nəticə düzgün və əsaslı hesab edilir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-345/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-345/2026
02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver