Məhkəmə qərarları › İş №2-1(3-8)-347/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-347/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-347/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının X10 Abşeron-X3 qarşı “Azərbaycan Respublikası X10 Abşeron-X4 ## ###### 2025-ci il tarixli, № YMB**** nömrəli “Yoxlama materiallarının baxılması nəticələri üzrə” Qərarının qanunsuz hesab edilməsi və tamamilə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı Azərbaycan Respublikasının X10 Abşeron-X3 qarşı “Azərbaycan Respublikası X10 Abşeron-X4 ## ###### 2025-ci il tarixli, № YMB**** nömrəli “Yoxlama materiallarının baxılması nəticələri üzrə” Qərarının qanunsuz hesab edilməsi və tamamilə ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı ərizəsində qeyd edir ki, İddiaçı qadın sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. Abşeron rayonunda Zabrat-Kürdaxanı yolunun qərb hissəsində yerləşən «Vedi» kafesinin sahibidir. Sahibi olduğu «Vedi» kafesi mövcud qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir və hər bir işçi çalışır ki, işində qanunların tələblərini pozmasın. Bu günədək hər hansı bir dövlət orqanı tərəfindən kafenin fəaliyyətinə dair iradlar bildirilməmişdir. Kafe üçün yalnız müvafiq yoxlamadan keçmiş qida məhsulları alınır və s.. Yəni, Azərbaycan Respublikasının X10 nəzarət edəsi funksiyasına daxil kafe tərəfindən hər hansı bir nöqsan mövcüd olmamışdır. 2025-ci ilin iyul ayının 28-də X10 Abşeron-X4 işçiləri tərəfindən «Vedi» kafesində yoxlama aparılmışdır. Yoxlayıcılar həmin yoxlamanın qanuni və plandan kənar olmasını şifahi olaraq bildirsələr də onların təqdim etdikləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdakı elektron imza oxunmamışdır. Həmçinin yoxlamadan əvvəl yoxlayıcılar onu müvafiq yoxlama sualları ilə təmin etməmişdilər. Bununla da onlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını kobud şəkildə pozmuşdular. Həmçinin, Azərbaycan Respublikasının X10 AbşeronX4 yoxlayıcıları - baş məsləhətçisi Fəhmin Alxaslının verdiyi məlumata əsasən onların «Vedi» kafesində gəlib ## #### 2025-ci il tarixdə plandankənar yoxlama aparılmasına səbəb guya vətəndaş Elçin Ibrahimzadənin şikayət ərizəsi olmuşdur. Həmin şikayət ərizəsinin kserosurəti oxuyub tanış olmaq üçün təqdim olundu (lakin özlərinə verilmədi) və müəyyən olundu ki, həmin şikayət ümumi sözlərlə yazılmış və hansısa konkret faktları özündə əks etmir. Yəni, bir daha təsdiq olundu ki, aparılan yoxlama qanunsuzdur. Eyni zamanda vətəndaş Elçin Ibrahimzadənin «Vedi» kafesində qanunsuz hərəkətləri barədə Sabunçu polis idarəsində araşdırma aparılmış və o, qərəzli olaraq «Vedi» kafesi barədə müxtəlif dövlət orqanlarına, vergi orqanı və X10 də daxil olmaqla əsassız şikayətlər yazmışdır. Bu barədə məlumat əldə edəndə vergi orqanına və X10 Abşeron-X3 məlumat xarakterli məktublar göndərmişdirlər. Bundan sonra vergi orqanı heç bir yoxlama işi açmadan vətəndaş E.Ibrahimzadənin şikayəti ilə bağlı şifahi sorğu etmiş, şikayəti işə almışdır. X10 Abşeron-X4 işçiləri isə həmin əsassız şikayəti bəhanə edərək qərəzli olaraq plandankənar yoxlama işi açıb kafeyə yoxlamaya gəlmişdilər. Bu ilk dəfə deyildi ki, X10 Abşeron-X4 işçiləri “Vedi» kafesinə gələrək qanunsuz yoxlama aparmışdılar. Yoxlama başlamazdan əvvəl tərəflərindən yoxlayıcılara E.Ibrahimzadənin şikayətinin qərəzli və əsassız olmasına dair onların Bölməsinə ünvanladıqları məktubun bir nüsxəsini təqdim etmişdirlər, lakin nəzərə alınmamış və qərəzli olaraq qanunsuz yoxlama həyata keçirilmişdir. Yəni, E.Ibrahimzadənin şikayətinin böhtan xarakterli olduğunu yoxlamadan əvvəl ## #### 2025-ci il tarixdə X10 Abşeron-X3 rəsmi məktubla bildirmişdirlər. Yoxlama aparılarkən də həmin ərizənin bir nüsxəsini yoxlayıcılara təqdim etmişdirlər. Bu barədə Agentlik əvvəlcədən məlumatlı olduğu halda, əsassız müraciəti əsas götürərək yenə də yoxlama aparmış və protokol tərtib etmişdir. Bu hal “Qida təhlükəsizliyi haqqında" Qanunun və “Inzibati icraat haqqında" Qanunun müddəalarına ziddir. X10 Abşeron-X4 yoxlayıcıları onlara «Vedi» kafesində yoxlama aparılması göstərişinin həmin Bölmənin rəis müavini Pərviz Qaffarzadə tərəfindən verildiyini bildirmiş və yuxarıda qeyd olunan tarixdə «Vedi» kafesində qanunsuz yoxlama aparmışdılar. Aparılan yoxlama zamanı həmin vəzifəli şəxslər müvafiq baxış protokolu tərtib etmədən kafenin ərazisinə, mətbəxinə, otaqlarına, soyuducularına və digər avadanlıqlarına baxış keçirmiş, hal şahidlərinin iştirakını təmin etmədən və götürmə protokolu tərtib etmədən kafedə bişən yeməkdən nümunə götürmüşdülər. Həmçinin «Vedi» kafesində yoxlama aparan X10 Abşeron-X4 yoxlayıcıları baxmayaraq ki, yoxlama zamanı hər hansı bir nöqsan aşkar etməmişdilər, ## #### 2025-ci il tarixdə iddiaçı barəsində AR IXM-nin 220.3-cü maddəsi ilə MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdilər. Təbii ki, həmin protokolun üzərində onunla razı olmadıqları barədə müvafiq qeydlər etmişdirlər. Yoxlamadan sonra isə, ## ###### 2025-ci il tarixdə X10 Abşeron-X4 rəisinin adına vəsatətlə müraciət etmiş və xahiş etmişdirlər ki, vətəndaş Elçin Ibrahimzadənin şikayəti əsasında başlanmış plandankənar yoxlama işi və icraatlarında olan inzibati xəta haqqında iş üzrə obyektiv araşdırmanın təmin edilməsi üçün həmin şəxsin «Vedi» kafesində zorakılıq və ictimai asayişin pozulması faktları ilə Sabunçu rayon Polis idarəsində toplanmış materialların alınması və apardıqları yoxlama və araşdırmada nəzərə alınmasının təmin edilməsi, Inzibati xəta üzrə qərar qəbul edilməzdən öncə yazılı əsaslandırılmış rəyin təqdim edilməsi, Sahibkarın mövqeyinin rəsmi sənədlə dinlənilməsi, Abşeron-X4 işçiləri tərəfindən aparılan əvvəlki, yəni 2023-cü ilin oktyabrında planlı yoxlama zamanı «Vedi» kafesinə qanunsuz hərəkətlərilə vurduqları maddi və mənəvi zərərin dəfələrlə rəsmi qaydada müraciət etmələrinə baxmayaraq bu günədək ödənilməməsi və qəsdən zərər vurmağı davam etdirmələrinin nəzərə alınması, qəbul ediləcək Qərarın qanunvericiliyin ədalət, proporsionallıq və obyektivlik prinsiplərinə uyğun verilməsinin təmin edilməsi üçün müvafiq göstəriş versin. Əks təqdirdə, inzibati qərar verildikdə həmin qərarın müvafiq məhkəmədə mübahisələndiriləcəyini bildirmişdirlər. Lakin baxmayaraq ki, AR IXM-nin 52-ci (Vəsatətlər) maddəsinə görə həmin vəsatətlərin baxılması məcburidir və dərhal baxılmalıdır, həmçinin vəsatətlərin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilməlidir, X10 Abşeron-X4 rəisi həmin vəsatətləri heç vecinə belə almamış, hər hansı bir qərardad qəbul etmədən baxılmamış saxlamışdır. Həmin vəsatətləri və digər rəsmi müraciətləri nəzərə almadan, ## ###### 2025- ci il tarixdə Bölmə rəhbərliyi yenə bir qanunsuzluğa yol vermişdir. X10 Abşeron-X4 rəhbər vəzifəli şəxsi inzibati tənbeh vermə haqqında qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq şəkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati xətalara dair iş üzrə icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir. Bölmənin vəzifəliləri iddiaçının iştrakını qəsdən təmin etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, AR IXM-nin 220.3-cü maddəsi ilə təqsirli bilmiş və 400 manat məbləğində cərimə cəzası tətbiq etmişdir. Həmin qərara əsasən, guya «Vedi» kafesində yoxlama zamanı soyuducuda korroziya əlamətləri aşkar edilmişdir və yuyucu vasitələr üçün xüsusi sahə ayrılmamışdır. Qeyd olunanlar həqiqətə uyğun deyil, nə iddiaçı, nə də ki, kafenin digər işçiləri inzibati xəta törətməmişdər, inzibati xəta hadisəsi mövcüd olmamışdır. Həmin qərar qanunsuz olduğuna görə onun ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi üçün Abşeron rayon məhkəməsinə şikayət vermişdirlər. Hazırda həmin şikayətlə bağlı məhkəmə icraatı aparılır. Burada eyni zamanda həmçinin nəzərə alınmalıdır ki, Regional Bölmənin rəis yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında Qərannı yoxlamanı dayandırdığı müddətdə qəbul etmişdir. Belə ki, onun tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilən məlumatlardan göründüyü kimi, məhsulun sınağı barədə qərar qəbul edildiyinə görə yoxlama ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 10 gün müddətinə dayandırılmışdır. Əgər yoxlama dayandırılmışdırsa belə olan halda sual doğurur: yoxlama zamanı təyin edilmiş laborator sınağın cavabını almadan və yoxlama dayandırılmış halda olarkən, sübutları və iş materiallarını öyrənmədən necə inzibati xəta haqqında qərar qəbul etmək olar? X10 Abşeron-X4 rəhbərliyi «Vedi» kafesinə və iddiaçıya qarşı yol verdiyi yuxarıda göstərilən qanunsuzluqları davam etdirərək, ## ###### 2025-ci il tarixdə daha bir qanunsuz qərar qəbul etmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etdikdən 9 gün sonra, o, aparılmış yoxlama zamanı inzibati xəta aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsinin təmin edilməsi, həmçinin həmin qərarda göstərilən pozuntuların ## ######## 2025-ci il tarixədək aradan qaldırılmasını qərara almışdır. X10 Abşeron-X4 inzibati orqan kimi qəbul etdiyi həmin ## ###### 2025-ci il tarixli YMB-**** nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar inzibati akt olaraq əsassızdır, qanunsuzdur və buna görə də ləğv olunmalıdır. Belə ki, X10 Abşeron-X4 rəhbəri Irfan Isgəndərovun həmin inzibati aktı qəbul edərkən əsaslandığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.2-ci maddəsinə görə, yoxlama nəticəsində inzibati xətanın əlamətləri aşkar olunduqda, yoxlama materiallarına baxılmasının nəticələri üzrə yoxlama aktının rəsmiləşdirilməsindən ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar çıxarılır. Lakin yuxarıda qeyd etdiklərindən gördüyünüz kimi, inzibati orqan həmin inzibati aktı, yəni ## ###### 2025-ci il tarixli YMB-**** nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci (Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi) maddəsində göstərildiyinə zidd olaraq ## #### 2025-ci il tarixdə «Vedi» kafesində aparılan yoxlamanın nəticələrini yoxlama aktı ilə rəsmiləşdirmədən, həmin aktı iddiaçıya təqdim etmədən, sonradan isə onun iştrakını qəsdən təmin etmədən ## ###### 2025ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, iddiaçı həmin inzibati tənbeh vermə haqqında qanunsuz qərardan şikayət etdikdən sonra həmin qanunun 32-ci (Yoxlama materiallarına baxılması) maddəsinə zidd olaraq, yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmadan, və bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməməsini nəzərə almadan, iştrakı təmin etmədən qanunsuz olaraq ## ###### 2025-ci il tarixli YMB- **** nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar qəbul etmişdir. Həmin qərarın təsviri hissəsində göstərilən nöqsanlar inzibati xəta haqqında tənbeh vermə qərarında göstərilənlərdən artıq olmuşdur. Həmin qərarda göstərilmişdir ki, guya Müəssisənin mətbəx sahəsində havalandırma sistemi mövcud deyildir. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının AQTA Kollegiyasının ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydaların” * nömrəli Əlavəsinin 1.6-cı bəndinə ziddir. Müəssisədə yuyucu vasitələrin saxlanılması üçün xüsusi sahə mövcud deyildir. Qeyd olunan pozuntu Qaydaların 1.11-ci bəndinə ziddir. Müəssisənin mətbəx sahəsinin döşəmə sahəsinin tamlığı pozulmuşdur. Qeyd olunan pozuntu Qaydaların 2.0.1 -ci bəndinə ziddir. Müəssisədə soyuducuların səthində korroziya əlamətləri aşkar edilmişdir. Qeyd olunan pozuntu Qaydaların 2.0.5-ci bəndinə ziddir. Müəssisədə Istifadə olunan soyuducular metrologi baxışdan keçməmişdir. Qeyd olunan pozuntu Qaydaların 3.2-ci bəndinə ziddir. Bununla da sahibkar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbini pozmuşdur. Qərarda göstərilənlər yalandır və həqiqətə uyğun deyildir. Belə ki, “Vedi» kafesində mətbəx sahəsində havalandırma sistemi mövcuddur və işlək vəziyyətdədir, işlək vəziyyətdə olması yoxlayıcılara nümaiş etdirilmişdir; mətbəx sahəsinin döşəmə sahəsinin tamlığı pozulmamışdır, döşəmə saz vəziyyətdədir; yuyucu vasitələrin saxlanılması üçün xüsusi sahə mövcuddur və yoxlayıcılara göstərilmişdir; soyuducuların səthində heç bir korroziya əlamətləri yoxdur; soyuducular metroloji baxımdan sazdılar. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində vətəndaş Elçin Ibrahimzadənin şikayətlərinin qərəzli olduğu, bu barədə regional bölməyə məktub ünvanlanıldığı, lakin həmin məktubun nəzərə alınmadığı, regional bölmə tərəfindən “böhtan xarakterli” əsassız müraciətin əsas götürülərək yoxlama aparıldığı və protokol tərtib edildiyi, eyni zamanda bu halların “Qida təhlükəsizliyi haqqında" və “inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunlarının müddəalarına zidd olduğu əks olunmuşdur.Qeyd olunan hallarla razı deyildirlər. Belə ki. mübahisələndirilən məsələ inzibati xəta haqqında iş üzrə icraata dair mülahizədir. Şəxsin istinad etdiyi “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bu səbəbdən şəxsin istinad etdiyi məsələ iddia predmeti hesab oluna bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 haqqında" Əsasnamənin 3.0.16-cı bəndinə əsasən qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək Azərbaycan Respublikasının X10 vəzifəsidir. Hazırki iş materiallarından da göründüyü kimi, vətəndaş Elçin ibrahimzadə tərəfindən Agentliyin "1003" Qaynar xəttinə şifahi müraciət daxil olmuş, şəxsin “Vedi” kafesində xoşagəlməz qoxudan, antisanitar vəziyyətdən, satışı həyata keçirilən spirtli içkilərin və yeməklərin keyfiyyətinin aşağı olmasından şikayətçi olduğu qeyd olunmuşdur. Məhz daxil olmuş müraciət əsasında da Agentliyin Abşeron-X4 əməkdaşları yuxarıda qeyd olunan qanunvericiliyə əsasən sahibkara məxsus "Vedi” kafesində plandankənar yoxlama aparmışlar. Iddiaçı İddiaçı ilə Elçin ibrahimzadə arasında hər hansı mübahisənin mövcudluğu, müraciətin qərəzli xarakter daşıyıbdaşımamasını araşdırmaq Agentliyin fəaliyyət istiqamətinə aid deyildir. Bu səbəbdən iddia ərizəsində qeyd olunan “Agentlik əvvəlcədən məlumatlı olduğu halda, əsassız müraciəti əsas götürərək yenə də yoxlama aparmış və protokol tərtib etmişdir” ifadəsi Agentliyin qanunvericiliyə uyğun yoxlama aparmasına maneə törətmir, nə də aparılan yoxlamanın qanunsuz olmasına əsas vermir. Iddia ərizəsində qeyd olunduğu kimi regional bölməyə 2025-ci il ## #### tarixində deyil, 3 dəfə - 2025-ci il ## ####, 6 avqust və 12 sentyabr tarixli məktublarla müraciət olunmuş, hər üç müraciət mahiyyəti üzrə cavablandırılmışdır. Qeyd olunan cavab məktubları qoşmaya əlavə olunmuşdur. Regional bölməyə ünvanlanan 2025-ci il # ###### tarixli məktubla bağlı sahibkar iddia ərizəsində Elçin ibrahimzadə barəsində Sabunçu rayon Polis idarəsində aparılan araşdırma üzrə toplanmış materialların regional bölmə tərəfindən əldə olunmasını tələb etdiyini qeyd etmişdir. Şəxsin müraciətinə cavab olaraq 2025-ci il ## ###### tarixli *-***/*-Q-****/** saylı cavab məktubumuzla da bildirmişik ki, “müəssisədə plandankənar yoxlama vətəndaş şikayəti əsasında başlanılmış, lakin inzibati cərimənin tətbiq edilməsi haqqında protokol yoxlama zamanı aşkar edilmiş nöqsanlar əsasında tərtib olunmuşdur. Iddia ərizəsində həmçinin regional bölmə tərəfindən sınaq nəticələrinin əldə olunmadan və yoxlama dayandırıldığı müddətdə inzibati tənbeh vermə haqqında Qərarın qəbul olunduğu qeyd edilmişdir. Bununla əlaqədar bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2.3-cü maddəsinə əsasən yoxlamanın aparılması məhsulun tədqiqi (sınağı) barədə qərar qəbul olunduqda - bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulan müddətdən artıq olmayan müddətə bir dəfə dayandırılır. Qeyd edilən yoxlama 2025-ci il ## #### tarixindən 7 avqust tarixinədək deyil, 6 avqust tarixinədək dayandırılmışdır. Bu faktı təsdiq edən 2025-ci il ## #### tarixli, YD-**** saylı Yoxlamanın dayandırılması barədə Qərar da iş materiallarına əlavə olunmuşdur. 2025-ci il ## #### tarixli məhsul nümunələrinin götürülməsi aktı əsasında qeyd olunan ictimai iaşə obyektində hazırlanan qida məhsulundan nümunə götürülmüş, 2025-ci il # ###### tarixli AZ- ********/LAB**-*****-T-*** nömrəli sınaq protokolu ilə qeyd olunan sınaq nəticələrinə əsasən götürülən məhsul nümunəsi mövcud texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlmişdir. Dayandırma başa çatdıqdan sonra isə - 2025-ci il # ###### tarixində regional bölmənin əməkdaşları tərəfindən aşkar olunan digər pozuntularla bağlı sahibkar barəsində eyni tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. Yəni aparılan araşdırma mövcud qaydalara uyğun şəkildə aparılmış və rəsmiləşdirilmişdir. Ümumiyyətlə yoxlama müəssisədə hazırlanan məhsuldan nümunə götürülməsi məqsədilə dayandırılmışdır. Sahibkar tərəfindən törədilən pozuntular isə hələ 2025-ci il ## #### tarixində plandankənar yoxlama başladığı vaxt müəssisəyə baxış keçirilərkən aşkar olunmuşdur. Belə ki. müəssisədə yuyucu vasitələrin saxlanılması üçün xüsusi sahənin mövcud olmaması, mətbəx sahəsinin döşəmə sahəsinin tamlığının pozulması, soyuducunun səthində korroziya əlamətlərinin mövcud olması, habelə soyuducunun metrologi baxışdan keçirilməməsi hələ yoxlamanın ilk günü aşkar olunmuşdur. Həmin tarixdə də aşkar olunmuş pozuntular barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. AR IXM-nin 101.1-ci maddəsində də qeyd olunmuşdur ki. inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Məhsuldan götürülən nümunələrin nəticələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğun çıxması sahibkar tərəfindən törədilən digər pozuntuları istisna etmir. 2025-cı il ## #### tarixli akt əsasında sözügedən müəssisədən məhsul nümunəsi götürülmüş, eyni tarixli, **** nömrəli akt əsasında müəssisəyə baxış keçirilmişdir. Yəni iddiaçının istinad etdiyi baxış protokolu tərtib edilmədən kafedə baxış keçirilməsi, götürmə protokolu tərtib edilməoən kafedə bişən yeməkdən nümunə götürülməsi halı həqiqəti əks etdirmir. Belə ki, hər iki akt şəxsin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən də imzalanmışdır. Bu fakt bir daha təsdiq edir ki, sahibkar sözügedən aktlardan xəbərdar olmuşdur. Müəssisədə aşkar olunmuş pozuntu faktları 2025-ci il ## #### tarixli, YQ-**** nömrəli Aktda qeyd olunan, yoxlama zamanı istifadə olunan yaxa kameraları ilə təsdiq olunmuşdur. Video və foto görüntülər qoşmaya əlavə olunmuşdur. Həmin video görüntülər bir daha təsdiq edir ki, aşkar olunan pozuntular Azərbaycan Respublikasının X10 Kollegiyasının ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş 'Qıda məhsulları üzrə gigiyena tələblərinə dair Qaydaların” * nömrəli Əlavəsinin 1.6-cı bəndinə ziddir. Iddia ərizəsndə sahibkara yoxlama suallarının qabaqcadan təqdim edilməməsi mülahizəsi ilə bağlı bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3cü bəndinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Aparılan yoxlama plandankənar yoxlama olduğundan qeyd olunan suallarla sahibkar yoxlama zamanı tanış olmuş, bu barədə yuxarıda qeyd olunan Qida obyektinə baxışın keçirilməsinə dair akt da səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Iddia ərizəsində qeyd edilən iki regional bölmə - Bakı regional bölməsi və AbşeronXızı regional bölməsi tərəfindən “Vedi” kafesində yoxlama aparılması fikri əsassızdır. Belə ki, Agentliyə daxil olan şikayət əsasında Bakı regional bölməsinin əməkdaşları "Vedi” kafesinə getmiş, lakin kafenin yerləşdiyi Abşeron rayonunun Agentliyin "Abşeron-X4 ərazi yurisdiksiyasına aid olduğu müəyyən olunmuş və yoxlama da məhz həmin regional bölmə tərəfindən həyata keçirilmişdir. Yəni Agentliyin Bakı regional bölməsi tərəfindən sözügedən müəssisədə heç bir yoxlama aparılmamışdır. Əlbəttə sahibkar yuxarıda qeyd olunan hallardan xəbərdar olmuşdur. Ümumiyyətlə iddiaçı tərəfindən iddia edilən məsələ ilə bağlı Bakı regional bölməsi tərəfindən müəssisədə yoxlamanın aparılması barədə hər hansı mötəbər sübut, bu faktı təsdiq edən hər hansı akt təqdim edilməmiş, iddia olunan yoxlamanın hansı tarixdə aparıldığı belə qeyd olunmamışdır. Regional bölmə tərəfindən qida təhlükəsizliyi ilə bağlı konkret iddia olsa da yoxlama zamanı əlaqəsiz istiqamətlərə müdaxilə edilməsi barədə iddia ərizəsində qeyd olunan fikirlərlə bağlı bildirirlər ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və shaibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən, yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Regional bölmə qanunvericiliklə onun üzərinə qoyulan vəzifəni həyata keçirərək müəssisəyə baxış keçirmiş və baxış zamanı bir sıra pozuntu aşkar etmişdir. Aşkar olunun pozuntuların hər biri sahibkar tərəfindən məhz qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir. Bir daha qeyd edirlər ki, aşkar olunan pozuntular qoşmaya əlavə olunan video və foto görüntülərlə öz təsdiqini tapmışdır. Pozuntuların hər biri xüsusi qiymətləndirmə, sanitar və mikrobioloji rəy və ya ekspertizaya ehtiyac olmadan, sadəcə gözlə görməklə anlaşılan pozuntulardır. Iddiaçı tərəfindən isə pozuntunun olmaması barədə iddia ərizəsində sadəcə əks mülahizələr qeyd olunmuş, şəxsin təqsirsizliyini təsdiq edən, pozuntu faktının əksini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Iddia predmeti olan 2025-ci il ## ###### tarixli YMB-**** nömrəli Yoxlamanın materiallarının baxılması nəticələri üzrə Qərarla bağlı iddia ərizəsində yoxlamanın nəticələrinin yoxlama aktı ilə rəsmiləşdirilmədiyi, habelə sahibkarın iştirakının təmin edilmədiyi bildirilmişdir. Istinad olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.2- ci maddəsinə əsasən yoxlama materiallarına baxılmasının nəticələri üzrə bu Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında Qərar çıxarılır. Regional bölmənin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama 2025-ci il # ###### tarixli, YA-**** saylı yoxlama aktı ilə rəsmiləşdirilmiş, həmin tarixdən etibarən 15 iş günü ərzində - 2025-ci il ## ###### tarixində isə YMB-**** nömrəli Yoxlamanın materiallarının baxılması nəticələr üzrə Qərar qəbul edimişdir. Iddiaçının '‘qərar tam və aydın deyil, icrası mümkün olmayan ümumi tələblər qoyulub” fikri ilə bağlı bildirirlər ki, mübahisə predmeti olan 2025-ci il ## ###### tarixli YMB**** nömrəli Yoxlamanın materiallarının baxılması nəticələri üzrə Qərarda aşkar olunan pozuntuların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, eyni zamanda aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər və ardan qaldırılma müddəti, həmin müddət ərzində aradan qaldırılmadığı təqdirdə tətbiq olunacaq sanksiya öz əksini tapmışdır. Sözügedən Qərarda icrası mümkün olmayan heç bir tələb qoyulmamışdır. Yuxarıda qeyd olunanlarla bağlı yekun olaraq bildirirlər ki, Agentliyin Abşeron-Xızı regional bölməsi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada, ardıcıllığa əməl olunmaqla müəssisədə yoxlama aparılmış, pozuntular aşkarlanmış və bu barədə tənbeh tədbiri tətbiq olunmuşdur, istər plandankənar yoxlama aparılarkən. istərsə də yoxlamanın nəticələri barədə qərar qəbul edilərkən mövcud prosedur qaydalar çərçivəsində heç bir pozuntuya yol verilməmişdir. Lakin iddiaçı hazırki mübahisələndirilən inzibati aktın qanunsuz olması ilə bağlı məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir, iddiaçının “Qərarda göstərilən yalandır və həqiqətə uyğun deyildir” ifadəsi əsassız mülahizədir. Belə ki, sözügedən pozuntular yoxlama aktı, yoxlamanın nəticələri barədə qərar və iş materialları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova) Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt Inzibati Mahkemesinin 29.012026-cı il tarixli qerardadı maddi va prosessual hüquq normalarının yanlış tetbiqi ile qebul edilmişdir. İ. Şikayetin predmeti ve qısa mahiyyati Sumqayıt Inzibati Mahkemesinin 29.012026-ci il tarixli qerardadı ila iddiaçının cavabdeh AQTA Abşeron-X5rşı ##.##.2025-ci il tarixli NQYMB0395 "Yoxlama materiallarının baxılması neticeleri üzre” qararının qanunsuz hesab edilmesi ve lağvi talebine dair iddiası IPM-in 35.1-ci maddesinde nazarda tutulan mümkünlük meyarlarının yanlış qiymatlandirilmesi esasında mümkün sayılmamış ve IPM-in 35.3-cü maddesine uyğun qerardad qebul edilmişdir. Birinci instansiya mahkemesi mübahiseni "inzibati xetalara dair işler üzre faaliyyet” kontekstinde görmüş, "Inzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddesine ve X2 ##.##.2015-ci il tarixli NQ4 va NQ5 qararlarına istinad ederek iddianı inzibati mahkeme icraatında baxıla bilan mübahisa saymamışdır. Bu yanaşma hüquqi baxımdan yerinde deyil. Çünki iddia inzibati xata haqqında tanbeh qerarının (##.##.2025 tarixli) deyil, ##.##.2025 tarixli NQYMB-0395 inzibati aktının qanuniliyinin mahkeme nezareti qaydasında yoxlanılmasına yönelib. Man bunu hem norma ila, ham de işin xronologiyası ile gösterirem. Bir az sert olacaq, amma işin içi sertdir. II. Iş üzre faktiki xronologiya ##.##.2025-ci il tarixde iddiaçı tarafindan cavabdeh orqana vatandaş Elçin Ibrahimzadanin qarezli ve esassız müracietlari barede evvelcedan resmi malumat verildiyi iş materiallarında gösterilir. ##.##.2025-ci il tarixda "Sahibkarlıq sahasinda aparılan yoxlamaların vahid malumat reyestrindan çıxarış"da plandankenar yoxlama barede malumatın sisteme daxil edildiyi görünür ve bu tarix yoxlamanın faktiki aparılması tarixi ila ziddiyyat teşkil edir. ##.##.2025-ci il tarixda AQTA Abşeron-X8 amakdaşları "Vedi” kafesinde plandankenar yoxlama aparmışdır. Ela hamin gün iddiaçı barasinda AR 220.3-cü maddesi ila MN2168475 nömreli inzibati xeta haqqında protokol tertib edilmişdir. ##.##.202507.08.2025 tarixlarinda yoxlamanın "mahsulun sınağı bareda qarar” esasında 10 gün müddetine dayandırıldığı gösterilir (işda MS-0395 ve YD-0395 senedleri da mövcuddur) ##.##.2025-ci il tarixda iddiaçı cavabdeh orqanın rehberine vasatetla müraciat etmiş, materialların taqdim olunmasını, obyektiv araşdırma aparılmasını, mövqeyinin dinlenilmesini ve diger prosessual teminatların temin edilmesini taleb etmişdir. ##.##.2025-ci il tarixda iddiaçının iştiraki temin edilmeden inzibati tanbeh verme haqqında qerar qebul edilmiş, IXM-in 220.3-cü maddesi ila 400 manat carime tetbiq edilmişdir. ##.##.2025-ci il tarixda cavabdeh orqan NQYMB-0395 nömreli "Yoxlama materiallarının banması neticeleri üzra” qerar qebul etmiş, guya pozuntuların ##.##.2025dek aradan qaldırılmasını taleb etmiş ve icra edilmedikda AR IXM-in 544.2-ci maddesi ila mesuliyyet riskini senada daxil etmişdir. ##.##.2025-ci il tarixda birinci instansiya iclasında iddiaçı tarafından prosedur pozuntuları izahat ve vasatatlarla bir daha qaldırılmışdır. ##.##.2026-cı il tarixd9 Sumqayıt Inzibati Mahkemesi iddiaya mahiyyati üzra baxmadan, onu mümkün saymayaraq IPM-in 35.3-cü maddesine uyğun qerardad qabul etmişdir. Bu xronologiya bir şeyi açıq gösterir: iddianın predmeti inzibati tanbeh qararı deyil. Iddianın predmeti ##.##.2025 tarixli NQYMB-0395 inzibati aktıdır ve bu akt sahibkara ayrıca hüquqi neticeler yaradır. III. Birinci instansiya mahkemesinin esas hüquqi sehvi: mübahisanin predmetini sehv kvalifikasiya etmesi 1 . Mübahisalendirilan aktın hüquqi tabiati inzibati aktdır ve inzibati mahkeme nezaretine tabedir Mübahiselandirilen senad cavabdeh orqanın ##.##.2025-ci il tarixli NQYMB-0395 qararıdır. Qerar konkret subyekte ünvanlanıb, konkret davranış taleb edir, icra üçün müddet müeyyan edir ve icra edilmedikda AR IXM-in 544.2-ci maddesi ile mesuliyyet riskini birbaşa ifada edir. Bu, sadece malumat xarakterli sanad deyil; hüquqi netice yaradan gösteriş xarakterli aktdır. "Inzibati icraat haqqında" Qanuna göre inzibati akt inzibati orqanın hakimiyyet salahiyyeti ile qebul etdiyi, hüquq ve vazifelere tesir edan qerardır; inzibati aktın yazılı formada qebul edilmesi esas qaydadır (madde 57.1), texirasalınmaz şifahi akt olsa bela yazılı resmilaşdirme taleb olunur (madde 57.4), hüquqi qüvvaya minma teqdimetme ila bağlıdır (madde 61), etibarsız akt hüquqi netice doğurmur (madde 64), qanunsuz inzibati aktın leğvi nazarda tutulur (madde 67.1). Bu normaların mantiqine göre, YMB-0395 inzibati aktdır ve ona qarşı iddia inzibati mahkeme icraatı qaydasında banmalı mübahisedir. Birinci instansiya mahkemesi iddianı mümkün saymayaraq IPM-in 35.1-ci maddesini sehv tatbiq etmişdir. X1 Plenumunun ##.##.2015-ci il tarixli NQ5 qararının yanaşmasına göre mümkünlük iddianın asaslılığından evvel yoxlanılan ilkin hüquqi filtrdir ve mahkeme bu filtri xidmati qaydada aparmalıdır. Mahkeme mümkünlük merhalesinde mahiyyete girmeden de, mübahisenin predmetini düzgün müeyyan etmeli, mübahiselandirilan senedin inzibati akt meyarlarına cavab verib-vermadiyini, iddiaçının hüquqi marağının olub-olmadığını aydın ve esaslandırılmış şekilde qiymatlandirmelidir. Hazırkı işde YMB-0395 aktının hüquqi neticeleri (müddet, gösteriş, icra edilmedikda mesuliyyat riski) nezare alınmadan mübahise avtomatik "inzibati xetalara dair faaliyyat” kimi taqdim edilmişdir.

2. "Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddesi bu iddianı avtomatik kenara atmaq üçün deyil Mahkeme "Inzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddesine istinad etmekle netice çıxarmışdır. Hamin norma inzibati orqanların inzibati xetalara dair işler üzre faaliyyatina şamil olunmamağı nazarda tutur. Lakin bu norma tatbiq edilarken predmet düzgün ayrılmalıdır. Iddia inzibati xeta işi üzre prosessual faaliyyetin (protokol, tanbeh qerarı ve s.) deyil sahibkarlıq yoxlamasının materiallarının baxılması neticesi kimi qebul edilmiş ve ayrıca hüquqi netice yaradan inzibati aktın (Y MB-0395) qanuniliyinin mahkeme nezaretine çıxarılmasına yönelib. eks yanaşma tehlükali presedent yaradır: inzibati orqan senada ”IXM” ifadesini daxil etmekle öz gösterişlerini inzibati mahkeme nezaretinden kanara çıxarmış olur. Hüquq sisteminde bela "etiketle qaçmaq” mexanizmi qebul edile bilmez. YMB-0395 aktı sahibkarlıq yoxlamaları haqqında xüsusi qanunun tatbiqi müstevisinde qabul edilib. "Sahibkarlıq sahesinda aparılan yoxlamaların tanzimlanmesi ve sahibkarların maraqlarının müdafiesi haqqında" Qanun yoxlamaların yalnız qanunda nazarda tutulan hallarda va qaydada aparılmasını taleb edir (madde 3.1), qanun pozuntusu ila, o cümleden reyestrda qeyda alınmadan aparılmış yoxlamaların hüquqi neticesi olmadığını ve bela yoxlamalara göre mesuliyyet tedbirlerinin tatbiq edile bilmeyecayini açıq tesbit edir (madde 32), yoxlamanın neticelerinin aktla resmileşdirilmasini va aktın mazmununu müeyyen edir (madde 31.1, 312), yoxlama materiallarına baxılma qaydasını tanzimleyir (madde 32), inzibati xetanın alametleri aşkar edildikda orqanın davranış çarçivasini ayrıca gösterir (madde 3322). Bu çerçiva YMB- 0395-in mahz yoxlama materiallarının baxılması neticesi kimi inzibati akt olduğunu bir daha gösterir. Bundan alave, "Qida tahlükasizliyi haqqında" Qanun yoxlamaların aparılmasında ümumi yoxlama qanununa uyğunluğu taleb edir (madde 282) ve AQTA-nın "öz prosedurum var” deyarak ümumi mexanizmi kanara qoyması hüquqi istisna yarada bilmez. Mahkemeye çıxış hüququ Konvensiyanın 6-cı maddesinin ayrılmaz terkib hissesidir ve bu hüquq real ve praktik olmalıdır. AIHM yanaşmasına göre, prosessual normaların ifrat formalizm şeklinde tatbiqi mahkemeye çıxış hüququna qeyri-mütanasib müdaxila yarada bilar. Hazırkı işda iddianın mümkün sayılmaması YMB-0395 aktının hüquqi neticeleri ve iddiaçının hüquqi marağı real şekilde qiymatlandirilmaden yalnız formal kvalifikasiya asasında formalaşdırıldığından, bu, mahkemeye çıxış hüququna müdaxile riski yaradır. IV. Mahkemenin "hüquqi maraq yoxdur” yanaşmasının esassızlığı IPM-in sistemine göre iddianın mümkünlüyünün esas elementlerinden biri hüquqi maraqdır. Hazırkı işda hüquqi maraq aydındır: YMB-0395 qerarı iddiaçıya qarşı konkret taleblar qoyur, icra üçün müddet müeyyan edir, icra edilmedikde mesuliyyat riskini birbaşa gösterir ve sahibkarın normal faaliyyetina faktiki müdaxila yaradır. YMB-0395 lağv edilarsa, hamin talablar ve "tahdid i' xarakterli hüquqi neticeler hüquqi dayağını itirir. Bu sababdan birinci instansiyanın hüquqi marağı inkar eden yanaşması faktiki haflarla uyğun gelmir. V. Birinci instansiyanın araşdırma ve esaslandırma öhdeliklerini yerine yetirmemesi Ali Mahkemenin ##.##.2024-cü il tarixli, iş NQ 2-1 (***)-***/**** saylı qerarında gösterildiyi kimi, mümkünlük şartlarinin yoxlanılması mahkemenin xidmeti vazifesidir ve bu yoxlama yalnız iddianın "adı" ila bitmir. Mahkeme mübahisanin predmetini düzgün müayyen etmeli, mübahiselendirilan aktın hüquqi neticeler doğurub-doğurmadığını ve iddiaçının hüquqi marağını esaslandırılmış qaydada qiymatlandirmalidir. Hazırkı işd9 mahkeme YMB0395 aktının hüquqi neticelerini qiymetlandirmeden mübahisani avtomatik "inzibati xatalara dair fealiyyet" kimi teqdim etrnis ve mümkünlük yoxlarnaslnl formal icra etmisdir. Bu ise IPMin 35.135.3 mexanizminin meqsedine uygun deyil ve qerardadın legvini zeruri eden prosessual qüsurdur. Bundan alava, mehkeme IPM-in 12.1-ci maddesinde nazarde tutulan xidmeti arasdlrma öhdeliyini minimum zaruri hedde temin etmemisdir. Plandankenar yoxlamarmn baslanma hüquqi zencirinin, reyestr tarixinin ziddiyyetinin ve YMB-0395 aktnn inzibati akt kimi mahiyyatinin mümkünlük merhelesinde bela esaslandlrllml§ sekilda qiymetlendirilmemesi bunu gösterir. IPM-in 14.1-ci maddesine göre mübahiselendirilen inzibati aktl qebul etmis inzibati orqan hemin aktln qebulunu zaruri eden faktiki sertlerin mövcudlugunu sübut etmalidir. Cavabdehin bu istiqametde sübut yükü qiymetlendirilmeden iddianın prosesden kenarlasdlrllmasl 14.1-in praktiki mezmununu “kagız üzərində” saxlayır. IPM-in 4.1-ci maddasine göre mehkeme aktl asaslandlrllml§ olmalldlr. Qerardadda ümumi istinadlar verilse de, asas sual cavabslz qallr: YMB-0395 niye inzibati akt sayllrmr ve niye inzibati mehkeme nazaretinden kenarda qalmalldlr. Bu motivasiya boslugu qerardadın esaslandlrma standartına cavab vermediyini gösterir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq apellyasiya şikayətinə uyğun izahat təqdim etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı deyil. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası X10 Abşeron-X4 ## ###### 2025-ci il tarixli, № YMB-**** nömrəli “Yoxlama materiallarının baxılması nəticələri üzrə” Qərarının qanunsuz hesab edilməsi və tamamilə ləğv edilməsini istəyir. Lakin mübahisələndirilən qərar inzibati mübahisə predmeti deyil. Qərarda qeyd edilmişdir: “1. Askar olunmuş pozuntular ##.##.2025-ci il tarixinədək aradan qaldırılmalı və bu barədə Agentliyin Abşeron-X3 məlumat verilməlidir.

2. inzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilsin. 3 Qərar qəbul olunduğu gündən qüvvəyə minir. Bu Qərarın icrasından yayınan şəxslər barəsində Azərbaycan Respulikasının Inzibati Xətalar Məcələsinin 544.2-ci maddəsinə əsasən 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilə bilər. Qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər." Göründüyü kimi mübahisələndirilən qərar inzibati xəta ilə bağlı araşdırmanın aparılması ilə bağlı olmuşdur. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Belə ki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində təsbit edilmiş inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşsada, əsaslandırma hissəsi ilə qismən razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında inzibati hüquq münasibətləri yaransada, bu bu münasibətlər nəticəsində qəbul edilmiş və hazırda mübahisələndirilən qərar yekun hüquqi nəticə yaradan və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilən inzibati akt kimi qiymətləndirilməməlidir. Cavabdehin müvafiq inzibati icraat aparması və tərəflər arasında inzibati hüquq münasibətlərinin yaranması işin hallarından aydın şəkildə görsənir. Lakin bu icraat nəticəsində qəbul edilmiş “qərar” yaradacağı hüquqi nəticə baxımından mahiyyəti etibarı ilə aralıq inzibati akt kimi qiymətləndirilə bilər. Inzibati orqan apardığı icraat nəticəsində “qərar” adında akt qəbul etsədə həmin qərarla hüquqi nəticələr yaranmasının xəbərdarlığını etmiş və inzibati xəta əlamətləri aşkar olunduğu qənaitinə qəlmiş və inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsinin təmin edilməsi ilə bağlı mahiyəti etibarı ilə “özü-özünə xatırlatma” etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın müəyyən etdiyi halları akt formasında rəsmiləşdirib müvafiq xəbərdarlıq etmə imkanı olduğu halda, (digər inzibati orqanların inzibati praktikasında oxşar hallar mövcuddur) yekun olmayan inzibti aktı şikayət verilə bilən “qərar” formasında qəbul etmiş, hətta “30 gün müddətində məhkəməyə şikayət verilə bilər." formasında hüquq müdafiə vasitəsidə “müəyyən etmişdir”. Halbu ki, hazırda mübahisələndirilən və “qərar” adı altında qəbul edilmiş mahiyyət etibarı ilə yekun olmayan inzibati akt nə inzibati xətalara baxılması formasında umumi məhkəmədə mübahisələndirilə bilər, nə də bu “qərarın” inzibati məhkəmə icraatı qaydasında mübahisləndirilməsi mümkündür. Kollegiya əlavə olaraq qeyd edir ki, inzibati xətaların müəyyən edilməsi zamanı aparılan icraat da mahiyəti etibarı ilə inzibati icraatdır və publik hüquq sahəsinə aid edilir. Ama bu icraatın nəticəsində qəbul edilmiş inzibati xəta ilə bağlı qərarın yoxlanılması qanunvericilikdə xüsusi olaraq tənzimləndiyindən, inzibati məhkəmə icraatında yoxlanılması istisna edilir. Işdən görsənir hzırkı iş üzrə mübahisələndirilən “qərar”ın qəbul edilməsi zamanı aparılan icraat zamanı inzibati xətanın tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hzırkı iş üzrə mübahisələndirilən “qərar”ın qəbul edilməsi zamanı aparılan icraat zamanı müəyyən edilən hallar inzibati xətanın baş verib verməmsinin müəyyən edilməsində nəzərə alınacaq sübutlar kimi qiymətləndirilə bilər. Eyni hallar inzibati məhkəmə icraatı zamanı inzibati məhkəmə icraatında mübahisələndirilə bilən inzibati aktın qanuni olub-olmamsının müəyyən olunmasında əsas kimi çıxış edə bilər. Lakin hazırda mübahisələndirlən qərar daha çox ümumi xəbardarlıq və inzibati xətanın yaranması əsasının müəyyən edilməsinin xəbərdarlığı kimi hüquqi nəticə yaratdığından hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Inzibati Icraat haqqında Qanununa əsasən: Maddə 3.2.2. Bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olun «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilir ki: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## ##### 2015-ci il tarixli Qərarının 7.2-ci bəndində qeyd edilmişdir ki, “Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Qərarın 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası IPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, IPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbinə iddiaçının hüquqi marağı müəyyən edilmir. Birinci instansiya məhkməsi əlavə olaraq qeyd etmişdir ki, Inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının X10 Abşeron-X3 qarşı “Azərbaycan Respublikası X10 Abşeron-X4 MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası X10 AbşeronX4 MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası X10 Abşeron-Xızı Regional bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ## ###### 2025-ci il tarixli MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası X10 Abşeron-Xızı Regional bölməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı hazırda Azərbaycan Respublikası X10 Abşeron-X4 ## ###### 2025-ci il tarixli, № YMB-**** nömrəli “Yoxlama materiallarının baxılması nəticələri üzrə” Qərarını mübahisələndirsə də, hüquqi marağı yekun olaraq barəsində qəbul edilən inzibati tənbeh tədbirinin ləğv edilməsindən ibarətdir ki, qeyd edilən məsələ müvafiq məhkəmə instansiyaları tərəfindən araşdırılmış və qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu halda iddiaçının hazırkı iddia tələbi yeni məhkəmə araşdırmasının predmeti ola bilməz və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıdada qeyd etmişdir ki, hzırkı iş üzrə mübahisələndirilən “qərar”ın qəbul edilməsi zamanı aparılan icraat zamanı müəyyən edilən hallar inzibati xətanın baş verib verməmsinin müəyyən edilməsində nəzərə alınacaq sübutlar kimi qiymətləndirilə bilər. Eyni hallar inzibati məhkəmə icraatı zamanı inzibati məhkəmə icraatında mübahisələndirilə bilən inzibati aktın qanuni olub-olmamsının müəyyən olunmasında əsas kimi çıxış edə bilər. Lakin hazırda mübahisələndirlən qərar daha çox ümumi xəbardarlıq və inzibati xətanın yaranması əsasının müəyyən edilməsinin xəbərdarlığı kimi hüquqi nəticə yaratdığındanhazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası iddianın mümkün sayılmama əsaslarına ümumilikdə qiymət verdiyindən apellyasiya şikayətinin dəlillərinə ayrılqda qiymət verməyə zərurət görmür. Lakin məhkəmə kollegiyası bir məqama münasibət bildirməyi vacib sayır. Iddiaçı hesab edir ki, inzibati orqan qanunsuz yoxlamalar həyata keçirmişdir. Lakin cavabdehdə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 haqqında" Əsasnamənin 3.0.16-cı bəndinə əsasən qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan, bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək, tabeliyindəki akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər tədbirlər görmək Azərbaycan Respublikasının X10 vəzifəsidir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraatın aparılması əsaslarını göstərmişdir. Hər bir halda kollegiya hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğuna görə, inzibati orqanın inzibati icraatın prosedur qaydalarına əməl edib-etməməsini xüsusi olaraq yoxlaması zərurəti, umumi olaraq iddianın mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, ona görədə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar