Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-357/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı (Üçüncü şəxs və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər:torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2, Üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı “## ####### 2021-ci il tarixli, ** saylı iclas protokolunun * saylı qərarı X1 Təsərrüfatının ##.##.1994-cü il tarixli *** nömrəli Əmri əsasında X5 adına ayrılmış 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba Bələdiyyəsinin qəbul etdiyi ## ####### 2021- ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarınından çıxarışın surətindən görünür ki, Quba bələdiyyəsinin hüdudları daxilində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaqlarından satış predmeti olan 755 kv.m və ya 0.0755 ha torpaq sahəsininin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olunduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə sonasında yerləşmədiyindən, bu torpaq sahəsinin həyətyanı məqesdile satılması ile bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılsın. Satılması nəzərdə tutlan 755 kv.m ve ya 0,0755 ha torpaq sahəsininin kadastr göstəricilərinin və yerquruluşu planının Daşımaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeleyinde ki, “xxxx" MMC-nin Xaçmaz Layihə Tedqiqqat İdarəsindən, memarlıq və tikinti şöbəsinin rəyinin Rayon İcra Hakimiyyətindən ve bələdiyyə torpaqlarının mülkiyyətə (istifadəyə və icarəyə) verilməsinə dair rəyinin “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında“ Təlimatın tələblərinə uyğun Xaçmaz Ərazi şöbəsindən hazırlanaraq təqdim edilməsi xahiş edilsin. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsindən xahiş edilsin. Bu qərarın icrasına nəzarət X3 həvalə edilsin. Mütəxəssis rəyindən görünür ki, “iddiaçının mərhum atası Ə.Balakişiyevə X1 Təsərrüfatı üzrə ##.##.1994-cü il tarixli əmri ilə ayrılmış və ##.##.1994-cü il tarixli təhkim aktında göstərilən 0.05 ha torpaq sahəsinə dair yerquruluşu xəritəsindən çıxarılmış sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşməsini müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada digər şəxs və ya şəxslər tərəfindən hasara alınaraq istifadə olunur.İddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavəl edilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən hasara alınaraq istifadə olunur. İddia olunan torpaq sahəsinin 0,0270 ha hissəsi ************ reyestr nömrəli çıxarışa əsasən Üçüncü şəxs məxsus torpaq sahəsi ilə yerdə qalaq hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aldığı və sonradan Üçüncü şəxs satdığı torpaq sahəsi ilə eynilik təşkil etməsə də həmin iddia olunan torpaq sahəsinin 0.0270 ha hissəsi Üçüncü şəxs məxsus torpaq sahəsi ilə üstüstə düşür”. Cavabdehin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi bələdiyyə tərəfindən sənədləşdirilərkən, bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması üçün bələdiyyə tərəfindən ## ####### 2021-ci il tarixli iclas protokolunun 3/2 və */* saylı, hər biri 0.08 ha olmaqla ayrı-ayrılıqda qərarlar qəbul edilmişdir. Əlavə olaraq qeyd edilir ki, qanunvericilikdə sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahələrinin yuxarı həddi 0.08 ha kimi göstərilmişdir. Həmin torpaq sahəsində Dövlət Reyestri Xidməti tərəfindən müayinə baxış aktı və yer seçmə aktı hazırlanarkən ümumi 1510kv.m olduğu müəyyən edilmişdir. Ayrı-ayrılıq hər biri 755 kv.m olmaqla həmin torpaq sahələrinə bələdiyyə tərəfindən mülkiyyət sənədi (çıxarış) alınaraq, hərrac yolu ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə notariat qaydada aıqı-satqı müqaviləsi bağlanılmışdır. Müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kamera! araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0,05 ha təşkil edir. Bildiririk ki, iddiaçıya məxsus 0,05 ha torpaq sahəsinə dair yerquruluşu xəritəsindən çıxarılmış sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşməsini müəyyənləşdirmək mümkün deyildir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 500 kv.metr hissəsi tam olaraq baza məlumatlarında olan xəritə materiallarına əsasən ************ və ************ reyestr nömrəli çıxarış əsasında Üçüncü şəxs məxsus torpaq sahələri ilə üst-üstə düşür. ( reyestr nömrəsi ************ olan çıxarışın alınmasına əsas otmuş tikin bələdiyyə sənədləri əsasında bələdiyyənin adma ************ nömrəli çıxarışdır) İddiaçının iddia etdiyi torpaq sahəsinin X6 iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X16 kateqoriyalı olub uqodiyası həyətyanı kimi göstərilmişdir. Torpaq sahəsi, heç bir mühafizə zolağında yerləşmir. Qonşu torpaq sahələrinə reyestr nömrələri 303013072815, 303013005772, 303013153387 və 303013153392 olan çıxarışlarla DƏDRX-dən qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## ####### 2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin ## ####### 2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı X1 Təsərrüfatının ##.##.1994-cü il tarixli *** nömrəli Əmri əsasında X5 adına ayrılmış 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan tərəfindən ##.##.2022ci il tarixində Quba RPŞ-nə ## ###### 1994-cü il tarixli *** nömrəli əmr və aktla mərhum atası X5 Quba rayonu Dəvədabanı yaşayış massivində X1 Təsərrüfatı saxvozu tərəfindən verilmiş 0.05 ha torpaq sahəsinin naməlum şəxs tərəfindən zəbt edilərək hasara alınması barədə ərizə ilə müraciət etmişdir. Faktla bağlı araşdırılma aparılması üçün Quba RPŞ tərəfindən DƏDKR-in * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilərək həmin torpaq sahəsinin kimin və ya hansı qurumun mülkiyyətinə aid olmasının müəyyən edilməsi ilə əlaqədar olaraq baxışda iştirak etməkdən ötrü mütəxəssis ayrılmışdır. Beləliklə də, baxış keçirilən zamanı həmin torpaq sahəsinin, həqiqətən də, digər vətəndaş tərəfindən mişar daşla hasara alındığı, eyni zamanda həmin torpaq sahəsinin faktiki koordinatlarını məlumat bazasına yığdıqda da həmin sahəyə ************ nömrəli çıxarışın verildiyi məlum olmuşdur. Daha sonra mövcud məsələ ilə əlaqədar olaraq aydınlıq gətirilməsi üçün onun tərəfindən mərhum atası X5 ##.##.1994-cü il tarixində Quba şəhəri, Dəvədabanı massivində ayrılmış 0.05 ha torpaq sahəsi üçün 1:10000 və 1:2000 xəritələrin verilməsi ilə bağlı Quba Bələdiyyəsinə ərizə ilə müraciət edilmişdir. Həmin müraciətə ## ###### 2022-ci il tarixli, *** saylı məktub ilə cavab olaraq, qeyd olunan torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə məxsus olunduğunu və həmin torpaq sahəsinin qanunamüvafiq olaraq hərrac yolu ilə hərrac qalibi olaraq digər vətəndaşa notarial qaydada alqı-satqı yolu ilə satıldığını və qeyd olunan torpaq sahəsinin digər şəxsin mülkiyyətində olması səbəbindən 1:10000 və 1:2000 xəritələrin verilməsinin qanunamüvafiq olunmadığını Quba Bələdiyyəsi tərəfindən bildirmişdir. Qeyd etmək zəruridir ki, Quba rayon Quba şəhəri üzrə nümayəndəsinin ƏKŞ-nin ##.##.1994-cü il tarixli Qərarına əsasən Dəvədabanı massivində yerləşən 0,05 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün X5 verilmişdir. Bunun ilə əlaqədar olaraq Quba rayonunun X9 ## ###### 1994cü il tarixli *** nömrəli əmrdən çıxarışı və Aktı belə mövcuddur. X2 filialının ## ### 2022-ci il tarixli arxiv çıxarışına əsasən yuxarıda qeyd olunan həmin əmrin mövcud olunması təsdiqlənilmişdir. Onuda vurğulamaq lazımdır ki, * saylı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar Rayon Notariat ofisinə ünvanlandırılmış ## ##### 2022-ci il №X-*** saylı müraciət məktubuna cavab olaraq İddiaçı, X5 vərəsəsi olduğu bildirilmişdir. Beləliklə də, Quba Rayon Quba şəhəri üzrə nümayəndəsinin ƏKŞ-n ##.##.1994-cü il tarixli Qərarına əsasən həmin torpaq sahəsi X5 verilmiş və onun vəfatından sonra isə hüquqi varislik qaydasında həmin torpaq sahəsinə İddiaçı sahib olmuş və sahiblik hüququ əldə etmişdir. Belə ki, qeyd olunan Quba şəhərinin Dəvədabanı ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin faktiki sahibi İddiaçıdur və həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Həmçinin işin mübahisəsiz tərəfi ondadır ki, Quba rayonu, Quba Bələdiyyəsinə müxtəlif vaxtlarda onun tərəfindən qanuni istifadəsində olan torpaq sahəsinə görə torpaq vergisi belə ödənilmişdir və həmin ödənişləri göstərən qəbzlərin üzərində də Quba Bələdiyyəsinin möhrü belə qeyd olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması qanunsuz və təmamilə əsassızdır. Onuda mütləq qeyd etməliyik ki, həmin torpaq sahəsi ilə bağlı Quba Bələdiyyəsinin mülkiyyət hüququnun qanunsuz qeydə alınması, habelə həmin qeydin ləğv edilməsi ilə əlaqədar olaraq * saylı Xaçmaz Ərazi İdarəsinə belə müraciət edilmişdir, lakin mövcud məsələ ilə bağlı heç bir nəticə əldə edilməyərək, öz həllini tapmamışdır. * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, №*-21-3-34/2-5747/2023-li məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhərində yerləşən 0.0755 ha torpaq sahəsinə dair Quba bələdiyyəsinin adına verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli dövlət reyestrindən çıxarışın İddiaçı istifadəsində olan 0.05 ha hissəsində çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkün olunduğu, eləcə də 0.0755 ha torpaq sahəsi notariat qaydada təsdiqlənmiş müqavilə əsasında digər şəxsə satılmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Hesab edir ki, qeyd olunan səbəblərdən ötrü müvafiq mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması qanunsuz və əsassız olduğu Quba şəhərinin Dəvədabanı ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş müvafiq qərar etibarsız hesab edilməlidir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, qeyd edilən torpaq sahəsi Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir və mövcüd qanunvericiliyin tələblərinə müvafiq olaraq Bələdiyyə mülkiyyətinə alındıqdan sonra hərrac yolu ilə satışa çıxarılmışdır. Hərrac qalibi olaraq vətəndaş İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs təqdim etdiyi hərrac protokolu və hərrac qalibi olması barədə şəhadətnaməyə müvafiq Bələdiyyə qərarı qəbul edilmişdir və həmin qərar əsasında qeyd olunan torpaq sahəsi notarial qaydada alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Məlumat üçün bildirilir ki, torpaq sahəsi Bələdiyyə mülkiyyətinə alınarkən Bələdiyyə tərəfindən DƏDRX-nə rəsmi qaydada müraciət olunur və həmin müraciət əsasında DƏDRX tərəfindən ilkin müayinə aktı tərtib edilərək torpaq sahəsinin kadastr göstəricilərinin və yerquruluşu planının hazırlanması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “xxxx” MMCnin Xaçmaz Layihə tədqiqat idarəsi tərəfindən həyata keçirilir. Daha sonra Rayon icra Hakimiyyətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq rəyləri əsasında prosedura müvafiq olaraq aidiyyəti üzrə torpaq sahəsi sonda DƏDRX-nin * saylı Ərazi idarəsinin hazırladığı çıxarışa əsasən mülkiyyətə alınır. Sözügedən torpaq sahəsində vətəndaşa məxsus hər hansı mülkiyyət hüququ yaradan qanuni sənəd aşkarlansaydı həmin torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə alınması mümkün olmazdı. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Üçüncü şəxs Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iş materialları ilə tanışlıqdan sonra belə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara əsasən rədd edilməlidir: Belə ki, iddiaçının təqdim etdiyi əmrdən görünür ki, iddia etdiyi torpaq sahəsi X1 Təsərrüfatı üzrə ##.##.1994-cü il tarixli *** saylı əmrlə Babakişiyev Əfqan M oğluna ayrılmışdır. İddiaçının atası isə X5r. Burdan da görünür ki, bu şəxslər ayrı-ayrı şəxslərdir və əmrdə adı, soyadı yazılmış şəxs iddiaçının atası deyildir və həmin əmrin məhz iddiaçının atasına aid olmasını təsdiq edən sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçının hazırkı iddia ilə müraciət etməyə subyektiv hüququ mövcud deyildir. İddiaçı iddia edir ki, onun atasına 0,05 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi guya qanunsuz olaraq Bələdiyyənin mülkiyyətinə keçmiş və sonradan digər şəxsə satılmışdır. Lakin onun atasına ayrılmış torpaqla Bələdiyyənin öz mülkiyyətinə keçirib satdığı torpağın eyni torpaq olmasım təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ##.##.1994-cü ıl tarixli Aktdan da görünür ki, atasına ayrılmış torpaq sahəsi ona təhkim edilmiş və akta sahənin sxemi əlavə edilmişdir, lakin həmin akta əlavə edilmiş sxem məhkəməyə təqdim edilməmiş, yalnız yerin ölçüsü və nömrəsi Aktda qeyd edilmişdir. Bəlkə də iddiaçı həmin sxemin hazırda mübahisə etdiyi yerə aid olmadığını bildiyi üçün bilərəkdən həmin sxemi sənədlərə əlavə etməmişdir. Belə olan təqdirdə iddiaçı atasına ayrılmış torpaq sahəsinin yeri və koordinatları barədə məlumatları məhkəməyə təqdim edə bilməmiş, yalnız sözlə həmin sahənin hazırkı mübahisəli sahə olmasını göstərmişdir. Bu halda isə iddia təmin edilə bilməz, çünki iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz onun atasma ayrılmış torpaq sahəsi olduğunu qanuni sənədlərlə (sxem, koordinat və sairə) təsdiq edə bilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş müayinə zamanı rəydə də göstərilmişdir ki, iddiaçı atasına ayrılmış torpaq sahəsinə dair sxem, çertyoj, koordinat təqdim elmədiyi üçün torpağın koordinatları ilə mübahiəsli torpağın koordinatlarını müqayisə etmək mümkün olmamışdır, mütəxəssis yalnız iddiaçının əllə göstərib onun olduğunu iddia etdiyi torpaq sahəsini müayinə etmişdir iddiaçı bu əsasla əlindəki qərarı təqdim edərək istənilən adamın torpağına iddia edə bilər. Çünki onun əlində olan əmrdə hər hansı bir sxem mövcud deyil və deməli, iddiaçı istənilən şəxsin həyətinə gəlib bu torpağın onun atasına ayrılmış torpaq olduğunu da iddia edə bilər. Belə olan təqdirdə həmin torpaq sahəsinin iddiaçının atasına ayrılmış torpaq sahəsi olması qənaətinə gəlmək və bunun əsasında iddianı təmin etmək qanuni cəhətdən mümkün deyil və bu əsasla iddia rədd edilməlidir. Həmin torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə keçmişdir və həmin torpaq sahəsində mövcud olan daş hasarlan da o çəkmiş, həmin yerdə o iki ədəd 7,5 sot, ümumi sahəsi 15 sot olan torpaq sahəsi almış və hər biri 5 sot olmaqla həmin torpaq sahəsini 3 ayn-ayn sahələrə bölməklə onları daş hasara almış və həmin torpaq sahəsi onun mülkiyyətində və istifadəsindədir. İddiaçı onun Bakıda yaşamağından və müayinə vaxtı xəbərsiz olaraq iştirak etməməyindən istifadə edərək müayinə zamanı bu torpağın onun istifadəsində olmasını göstərmiş və rəy də onun sözləri ilə tərtib edilmişdir. Lakin mütəxəssis rəyinə diqqət yetirsəniz, görərsiniz ki, mütəxəssis rəyin hər bir sualına cavabda “iddiaçının iddia etdiyi torpaq sahəsi” ifadəsini vurğulamış və bununla da həmin torpağa dair koordinatlar olmamasını əvvəlki cavabında qeyd etmişdir. Bu hallar da iddianın əsassız olduğunu, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinin onun atasına ayrılmış torpaq olmasını təsdiq edə bilmədiyini sübut edir. Bu halda isə iddia təmin edilə bilməz Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Quba Bələdiyyəsinin ## ####### 2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı X1 Təsərrüfatının ##.##.1994-cü il tarixli *** nömrəli Əmri əsasında X5 adına ayrılmış 0,05 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X5 X1 təsərrüfatının ##.##.1994-cü il *** saylı əmri ilə Quba Dəvədabanı yaşayış massivindən mənzil tikintisi üçün 0.05 ha torpaq sahəsi ayrılmış və təhkim aktı ilə ona təhvil verilmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və sözügedən torpaq sahəsinə dair bələdiyyə büdcəsinə torpaq vergisi ödəmişdir. İddiaçı torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planının tərtib edilməsi üçün müracət etsə də cavabdeh qurum həmin torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxsə satılmasını bildirmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, sözügedən çıxarışlara əsas olmuş bələdiyyə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan qərarın bələdiyyə tərəfindən qəbul edilməsi qanunamüvafiq deyil. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmış və DƏDKR-in * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ******/*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən də məlum olmuşdur ki, “iddiaçının mərhum atası Ə.Balakişiyevə X1 Təsərrüfatı üzrə ##.##.1994-cü il tarixli əmri ilə ayrılmış və ##.##.1994-cü il tarixli təhkim aktında göstərilən 0.05 ha torpaq sahəsinə dair yerquruluşu xəritəsindən çıxarılmış sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşməsini müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada digər şəxs və ya şəxslər tərəfindən hasara alınaraq istifadə olunur.İddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavəl edilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən hasara alınaraq istifadə olunur. İddia olunan torpaq sahəsinin 0,0270 ha hissəsi ************ reyestr nömrəli çıxarışa əsasən Üçüncü şəxs məxsus torpaq sahəsi ilə yerdə qalaq hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aldığı və sonradan Üçüncü şəxs satdığı torpaq sahəsi ilə eynilik təşkil etməsə də həmin iddia olunan torpaq sahəsinin 0.0270 ha hissəsi Üçüncü şəxs məxsus torpaq sahəsi ilə üstüstə düşür”. Göründüyü kimi iddiaçının iddia etdiyi və 1994-cü ildən bəri istifadəsində olduğu 0.05 ha torpaq sahəsi Quba Bələdiyyəsinin ## ####### 2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı əsasında bələdiyyənin mülkiyyəti daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış və daha sonra digər şəxslərin adına özəlləşdirilmişdir. Üçüncü şəxsin etirazında istinad etdiyi digər arqumentlərlə bağlı bildirilir ki, sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olması halı məhz müvafiq DƏDKR-in mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, baxış zamanı torpaq sahəsinin daş hasar daxilində olması, məhz iddiaçının istifadəsində olması halının müəyyən edilməsi barədə məlumatı mövcud olmuşdur. İndiki halda isə üçüncü şəxs sözügedən torpaq sahəsinin onun istifadəsində olması, onun tərəfindən daş hasara alınması, özünün Bakı şəhəridə yaşaması və bu səbəbdən də torpaq sahəsində olmaması, mütəxəssis tərəfindən iddiaçının sözləri əsasında rəy verməsi, həmin rəyin əsassız olması kimi hallara istinad etsə də, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı da üçüncü şəxsin istinad etdiyi həmin halların müəyyən edilməsi mümkün olmamış, əksinə işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair sənədin 1994-cü ildə qəbul edilməsi, təhkim aktınınsxemin, cavabdeh bələdiyyə tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerini müəyyən edən sxemin mövcudluğu və s.) əsasında etirazın əsası kimi istinad edilən hallar təkzib olunmuşdur. Quba Bələdiyyəsinin ## ####### 2021-ci il tarixli ** saylı iclas protokolunun * saylı qərarı qanunsuz olduğundan iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv olunmalıdır. Qərarla razılaşmayan üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxsin nümayəndəsinin və vəkilinin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 48.2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir:ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar;ehtiyat fondu torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın # -dək qəbul edilmiş qərarlar; .. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati katın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı onun mərhum atasının adına ayrılmış torpaq sahəsi ilə müvafiq bələdiyyə qərarı əsasında bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh bələdiyyə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ olmuş olsa idi, onun qeydə alınmasının mümkün olmaması halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə iddianının mümkünlüyü ilə bağlı onu qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərar ## ####### 2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin qərarın iddiaçıya rəsmi qaydada göndərilməsi və ya təqdim edilməsi halına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilk öncə bələdiyyənin adına tərtib edilmiş müvafiq Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş, məhz həmin məhkəmə icraatının nəticəsində iddia tələbinin mümkün sayılmaması barədə ##.##.2023-cü il tarixli məhkəmə qərardadı qəbul edilmiş, həmin məhkəmə qərardadında iddiaçıya məhz ## ####### 2021-ci il tarixli bələdiyyə qərarını mübahisələndirmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən isə sözügedən bələdiyyə qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq shaəsi ilə bağlı iddiaçı tərəfindən müvafiq vergi məbləğləri ödənilmiş, 2022-ci ilin noyabr ayında torpaq sahəsinin başqa şəxslərə verilməsi məsələsinin aydınlaşdırıması ilə bağlı cavabdeh bələdiyyə və digər bir sıra səlahiyyətli qurumlara müraciətlər etmiş, sözügedən bələdiyyə qərarı barədə məlumatı isə yalnız məhkəmə araşdırması zamanı məlumat əldə etmişdir. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları əsasında hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinə aid tələbə riayət edilməməsi halı aşkar edilməmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən isə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi halı müəyyən edilmədiyindən, həmin hal iddianının mümkün sayılmaması üçün əsas qismində çıxış etməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, üçüncü şəxsin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuşdur. Kollegiya iddianının əsaslılığı ilə bağlı ilk növbədə onu qeyd edir ki, Quba rayonu İcra Hakimiyyətinin şəhər nümayəndəsinin ##.##.1994-cü il tarixli qərarı və X1 Təsərrüfatı üzrə ## ###### 1994-cü il tarixli *** nömrəli əmri əsasında iddiaçının mərhum atasının adına fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılmış, onun yerinə dair təhkim aktı tərtib edilmiş, aktın məzmununda yerinin nömrəsinin 1222 olduğu əks olunmuş, həmin sənədlərin arxiv əsasları mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası ## ######## 2004-cü ildə vəfat etmiş, adına vərəsəlik işi açılmış, iddiaçı atasının vərəsəsi qismində çıxış etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh bələdiyyənin ## ####### 2021-ci il tarixli qərarı ilə 0,0755 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair prosedura başlanması qərara alınmış, daha sonra həmin qərar əsasında bələdiyyənin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi hərrac vasitəsilə satışa çıxarılmışdır. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hərracın qalibi olmuş, bələdiyyənin ## ###### 2022-ci il tarixli qərarı ilə sözügedən torpaq sahəsinin onun adına satılması qərara alınmış, onlar arasında alqı-satqı müqaviləsi bağlanılmış, həmin sənədlər əsasında onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə digər üçüncü şəxs Üçüncü şəxs arasında ## ######## 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, həmin torpaq sahəsi sonuncu şəxsin mülkiyyətinə keçmiş, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırda mülkiyyətçi məhz Üçüncü şəxs çıxış etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcud olmaqla, həmin torpaq sahəsi (0,05 ha) məhz Üçüncü şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə 270 kv.m. hissədə üst-üstə düşür. Bundan əlavə, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin yerləşmə yeri ilə bağlı ortofoto görüntüsü əldə edilmiş, müayinə aktı və ortofoto görüntüsünün məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bitişik qonşu torpaq sahəsi məhz Kəlbəliyeva (Ağabəyova) Tünzalə Bayram qızının adına ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahələri olmuşdur. Hansı ki, X8 adına ayrılmış torpaq sahəsi də məhz eyni hüquqmüəyyənedici sənəd olan X1 Təsərrüfatı üzrə ## ###### 1994-cü il tarixli *** nömrəli əmri əsasında ayrılmış, habelə həmin sənədin aid olduğu adlı siyahının məzmununda digər şəxslərlə yanaşı, iddiaçının mərhum atası və X8 da adı əks olunmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atası və X8 adına tərtib edilmiş təhkim aktının məzmununda sözügedən torpaq sahəsinin yerinin nömrəsi 1222 nömrə ilə, X8 adına ayrılmış torpaq sahəsinin yerinin nömrəsi olaraq 1221 nömrə ilə işarələnmiş, naturada da faktiki olaraq həmin torpaq sahəlrəinin qonşu torpaq sahəsi olması aşkar edilmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları özlüyündə sözügedən torpaq sahəsinin məhz iddiaçının mərhum atasına X1 Təsərrüfatı üzrə ## ###### 1994cü il tarixli *** nömrəli əmri əsasında ayrılmış torpaq sahəsi olduğunu deməyə əsas verir. Bu hallar isə özlüyündə üçüncü şəxsin şikayətin dəlili kimi istinad etdiyi halları (torpaq sahəsinin yerinin bəlli olmaması, bu torpaq sahəsinin məhz müvafiq sənədlə iddiaçının atasının adına ayrılmış torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi) əsassız olduğunu deməyə əsas verir. Buna baxmayaraq, cavabdeh bələdiyyə tərəfindən 2021-ci ildə məhz iddiaçının mərhum atasının adına müvafiq sənəd əsasında ayrılmış 0,05 ha torpaq sahəsinin də tərkibində olduğu 0,0755 ha torpaq sahəsinə dair öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün prosedura başlanması qərara alınmışdır. Göründüyü kimi cavabdeh bələdiyyə tərəfindən iddiaçının mərhum atasının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər mövcud olduğu (yerinin məhz həmin sahə olması işin müəyyən edilmiş halları əsasında öz təsdiqini tapmışdır), faktiki istifadəsində olması (bələdiyyəyə vergi ödənişlərini həyata keçirdiyindən iddiaçı tərəfindən istifadə edilməsi barədə məlumatlı olduğunu deməyə əsas verir) barədə məlumatlı olduğu halda, sonradan həmin hallara əhəmiyyət vermədən, ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlamış, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi üçüncü şəxsə satmışdır. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (müvafiq sənəd əsasında iddiaçının mərhum atasının adına torpaq sahəsinin ayrılması, həmin sənədlərin hazırda qüvvədə olması, onun faktiki istifadəsində olması, onun yerini müəyyən edən sənədin təhkim aktının mötəbərliyinin müəyyən edilməsi və s.) sözügedən torpaq sahəsinin iddiaçının mərhum atasının adına ayrıldığı müəyyən etməyə imkan verdiyindən, cavabdeh bələdiyyə tərəfindən həmin torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi kimi iddiaçının mərhum atasının vərəsələrinin iştirakı ilə inzibati icraat aparmadan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair prosedura başlanılması barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Nəticə etibarilə mübahisə predmeti olan qərarın qəbul edilməsi ilə bağlı cavabdeh bələdiyyənin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, norma və prinsiplərinə zidd olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması barədə qərar qəbul edərkən, qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmaqla qəbul etmişdir. Bu hal isə həmin aktın ləğv edilməsi üçün əsas hesab olunur. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını müəyyən etməyə imkan verdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur, habelə həmin hallar özlüyündə üçüncü şəxsin şikayətin dəlili kimi istinad etdiyi halları (iddiaçının adına ayrılmış torpaq sahəsinin yerinin müəyyən olmaması, bələdiyyənin mülkiyyətində olması, boş torpaq sahəsi olması və s. ) təkzib etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.