Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-358/2026 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçı İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştırakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçının X3 Sahib oğluna məxsus AA ****** nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Qubadlı rayonundan məcburi köçkündür. ##.##.2008-ci il tarixli, AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Məmmədov Rəşad Sahib oğlu və Soltanova (nikahdan sonra Məmmədova) Dünya Kərim qızı ##.##.2008-cü il tarixdə nikaha daxil olmuşlar. ##.##.2009-cu il tarixli, AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 Sahib oğlu, anası isə Məmmədova Dünya Kərim qızıdır. Qubadlı rayon Icra Hakimiyyəti başçısının Muradxanlı kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli arayışında qeyd edilmişdir ki, Məmmədov Rəşad Sahib oğlu 1993-cü ildə məcburi köçkün düşmüş və ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Məmmədov Rəşad Sahib oğlu və övladları ##.##.2009-cu il təvəllüdlü İddiaçı, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2016-cı il təvəllüdlü Rəsul Rəşad oğlu dövlət tərəfindən onlara verilən adam başına 60 manat, cəmi 180 manat yemək xərci müavinatı alırlar. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2009-cu il təvəllüdlü İddiaçı 1993cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş Məmmədov Rəşad Sahib oğlunun ailəsində dünyaya gəlmişdir. Məmmədov Rəşad Sahib oğlu ## ####### 1982-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olmuş və Qubadlı rayonunun işğalı zamanı 1993-cü ildə məcburi köçkün düşərək ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. Ailəsi məcburi köçkün düşdükdən sonra illər ərzində çətin şəraitdə, maddi çətinliklər içərisində yaşamışdır.X3 Sahib oğlu 2008-ci ildə anası Məmmədova Dünya Kərim qızı ilə ailə həyatı qurmuş, atasının Məmmədova Dünya Kərim qızı ilə birliyindən ##.##.2009-cu il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. Qubadlı rayonundan məcburi köçkün düşdüyü üçün X3 Sahib oğluna Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən ## ######## 2009-cu il tarixli, ****** nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmiş və həmin vəsiqənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Hazırda iddiaçı ##.##.2009-cu il təvəllüdlü İddiaçı 17 yaşı var və orta məktəbdə təhsil alır. Iddiaçı orta məktəbi bitirdikdən sonra unversitetlərə sənəd verərək tələbə adını qazanmaq istəyir. Iddiaçı ##.##.2009-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi AB № ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Yuxarda qeyd etdiyi kimi iddiaçı orta məktəbdə yaxşı təhsil alır və orta məktəbi bitirdikdən sonra unversitetə sənəd verəcəkdir. Illərdir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəsisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqım ödəməkdən azad edilməsi barədə” müvafiq sərəncamına əsasən məcburi köçkün statusuna malik olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Hazırda Azərbaycan Respublikası Prezidentinin # ### 2024-cü ıl 1154-ViQD “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun, 14.8-1.6 “Dövlət ali və orta ixtisas təhsil müəsisələrində ödənişli formada təhsil alan Qaçqınların və məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” müvafiq Qanununa əsasən məcburi köçkün statusuna malik olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. Gələcəkdə iddiaçı ali məktəbə ödənişli əsaslarla daxil olarsa, ailənin maddi durumu onun təhsil almağı üçün tələb olunan təhsil haqqının ödənilməsinə imkan vermir. Iddiaçının isə uşaqlıqdan arzusu ali təhsil alaraq dövlətə, cəmiyyətə yararlı vətəndaş olaraq xidmət etmək olub. Bu məqsədlə məcburi köçkün övladı olaraq sözügedən sərəncam və Qanunun ona da şamil edilməsi üçün eyni zamanda gələcəkdə ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində onların da əziyyət çəkdiyini sübut etmək, ermənistana qarşı qanunvericiliyin tələblərinə uyğun iddialar vermək və digər hallarda təqdim etmək üçün məcburi köçkün vəsiqəsi ilə təmin edilməsi barədə Qanuni nümayəndəsi olan X3 Sahib oğlu Azərbaycan Respublikası Qaçqınların və X8 uzrə Dövlət Komitəsinə müraciət etdi. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi 3-36-3/2-M-12018- **/****/***** nömrəli ##.## 2025-cI il tarixli imtina məktubu ilə iddiaçı ##.##.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) ’’məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qayda”ların 4.1.6-cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq edən sənəd Valideyinlərdən atası “məcburi köçkün”statusuna malik olan və hər iki valideyinin qeydiyyatı daimi yaşayış yen üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikası şəsxiyyət vəsiqəsini almış uşaqlara təqdim edilir. Imtina məktubunda iddiaçıya istəyinin müsbət həll olunmasının imkan xaricində olduğu, buna səbəb anası Məmmədova Dünya Kərim qızının qeydiyyatı ünvan 5 ünvanında qeydiyyatda olduğundan İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir. Həmçinin atasına bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qərarı olduqda övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir. Bu səbəbdən də iddiaçı və qanuni nümayəndəsi olan atası məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçının atası 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüş və bunu təsdiq edən məcburi köçkün vəsiqəsi komitə tərəfindən ona təqdim edilmişdir. Eyni zamanda onun ailəsi X4 Müharibəsi zamanı ev eşiklərini itirərək uzun müddətdir ki, məcburi köçkünlük həyatı yaşamaqla böyük əzab əziyyət çəkmişlər. X3 Sahib oğlu ## ####### 1982-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olmuş, 1993-cü ildə həmin kənddən məcburi köçkün düşmüş kəndindən məcburi köçkün düşməsi barədə və iddiaçı ilə atasının dövlət tərəfindən məcburi köçkünlərə verilən yemək xərci müavinatı almağı ilə bağlı Qubadlı RIH-nin Muradxanlıkənd IƏD üzrə nümayəndəsinin ## ######## 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı arayışları ərizəyə əlavə olunur. Iddiaçının anası Məmmədova Dünya Kərim qızı ünvan 2 ünvanında qeydiyyatdadır. X1 Sahib oğlu həyat yoldaşı Məmmədova Dünya Kərim qızının Qubadlı rayonuna qeydiyyata alınması üçün müraciət etsə də cavabında işğaldan azad olunmuş rayonlara qeydiyyata alınmanın mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən də anası Məmmədova Dünya Kərim qızı Qubadlı rayonuna qeydiyyata düşə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən ##.##.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi iddiaçı və ailəsi üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ailəsinin maddi durumu olduqca ağırdır ki, bu səbəbdən də əgər gələcəkdə iddiaçı ödənişli əsaslarla universitetə daxil olarsa təhsili haqqı məsələsi həll edilməsə təhsil almaq hüququndan məhrum olacaqdır. Eyni zamanda iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi gələcəkdə Ermənistanın bizə qarşı törətdiyi müharibə cinayətlərindən əziyyət çəkmiş bir insanın olmasını sübut edəcək sənətdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Iddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş imtinanın əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası Sumqayıt şəhərində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Sumqayıt şəhəri işğal olunmuş ərazi olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı sayıla bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında Ali Məhkəmənin mövqeyinə istinad etmişdir. Ali Məhkəmənin sözügedən mövqeyi ilə bağlı qeyd edir ki, X3 Sahib oğlunun qeydiyyatda olduğu ünvan 1 Ali Məhkəmənin mövqeyində göstərilən siyahıda qeyd edilməmişdir. Hal-hazırda sözügedən kənddə yenidənqurma işləri aparılır, sakinlərin köçürülməsi prosesinə başlanılmamışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi ## ### 2013-cü ildə, yəni sonradan qəbul edildiyindən və onun vəziyyətini bu və ya başqa formada ağırlaşdırdığından mənə münasibətdə geriyə tətbiq edilməməlidir. Birinci instansiya məhkəməsi inzibati orqanın hərəkətsizliyini və ya inzibati aktın qəbulundan əsassız imtinanı qiymətləndirməmiş, nəticə etibarilə həmin maddənin tələb etdiyi kimi inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması məsələsinə hüquqi qiymət verməmişdir. Qərarda inzibati orqanın hərəkətsizliyinin qanunauyğunluğu araşdırılmamış və 73.1-ci maddənin tətbiq edilməsi zərurəti tamamilə nəzərdən qaçırılmışdır. Məhkəmə işdə təqdim olunmuş əsas sübutlar — o cümlədən iddiaçının ailə tərkibi, qeydiyyat ünvanları və əvvəllər ona tətbiq olunmuş sosial təminat tədbirləri ilə bağlı sənədləri ayrı ayrılıqda təhlil etmədən, ümumi və qeyri-müəyyən əsaslandırma ilə iddianı təmin etməmişdir. Bu isə 58.7-ci maddə ilə tələb edilən tam və hərtərəfli araşdırma standartına uyğun deyil. Qərar bir çox araşdırılmamış faktlara əsaslanır və proses iştirakçılarına həmin faktlarla bağlı mövqe bildirmək imkanı verilməmişdir. Məhkəmə yalnız cavabdeh tərəfindən təqdim edilmiş izahlara istinad etmiş, lakin iddiaçının təqdim etdiyi sübutlar, hüquqi izahlar və məntiqi əsaslar qiymətləndirilməmişdir. Bu isə 68.2-ci maddənin tələbinə ziddir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktı maddi hüquq normaları, tətbiq edilməli qaydalar, uşaq hüquqları və sosial müdafiə prinsipləri, inzibati prosessual tələblər pozularaq qəbul edilmişdir. Məhkəmə Qərar qəbul edərkən, iddiaçının X3 Sahib oğlunun ünvan 1 ünvanında qeydiyyatda olduğunu və məcburi köçkün statusuna malik olduğunu nəzərə almadan və kifayət qədər araşdırmadan, nəticədə Qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Məhkəmə cavabdehin istinad etdiyi Qaydaların hüquqi qüvvəsini, qanunvericilik iyerarxiyası ilə uyğunsuzluğunu və bu Qaydaların iddiaçının hüquqi vəziyyətini ağırlaşdırıb-ağırlaşdırmadığını araşdırmamışdır Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi ... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ. Ümumi müddəalar ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 24.1 Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Məmmədova Dünya Kərim qızının qeydiyyatı ünvan 4 ünvanında olduğundan övladı ##.##.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Indiki halda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan qanunun tələbinə əsasən hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan şəxslərə bu statusun verilməli olduğundan, iddiçının valideynlərindən anasının məcburi köçkün statusuna malik olmadığından, daimi qeydiyyatının Sumqayıt şəhəri olduğundan, müraciətin təmin edilməsindən imtina etmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı ##.##.2009-cu il təvəllüdlü olmaqla, Sumqayıt şəhərində anadan olmuşdur. Iddiaçının atası məcburi köçkün statusuna malik olmaqla, ona məcburi köçkün vəsiqəsi verilmiş, anası Sumqayıt şəhərində pasport qeydiyyatında olmaqla, məcburi köçkün statusuna malik deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, məcburi köçkün statusunun verilməsi qaydaları və şərtləri qanunvericilik normasında imperativ norma şəklində müəyyən edilmişdir. Hazırki inzibati iş üzrə iddia tələbinin qanuni əsası qismində Qaydaların 4.1.6-ci maddəsinin dispozitiv şərti çıxış edir. Həmin normanın tələbinə əsasən məcburi köçkün statusunun verilməsi üçün zəruri olan şərtlər: valideynlərindən atasının məcburi köçkün statusuna malik olması; hər iki valideyninin daimi qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış olmasından ibarətdir. Hazırki halda iddiaçıya münasibətdə 1-ci və 3-cü şərti ödənilməsi işin mübahisəsiz halı kimi çıxış edir. Işin müəyyən edilmiş halları (iddiaçının atası məcburi köçkün olsa da, anası məcburi köçkün olmamış, qeydiyyatı daimi yaşayış yeri üzrə Bakı şəhəri olmuş, işğaldan azad olunmuş şəhər (rayon) olmamış) əsasında iddiaçıya münasibətdə qanunla tələb olunan 3- cü şərtin ödənilməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış,cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən iddianın əsaslılığının məhz onun qanuni əsası qismində çıxış edən maddi hüquq normasının dispozitiv şərtllərinin ödənilib-ödənilməməsi əsasında dəyərləndirilməsi qeyd edilmişdir. Indiki halda oxşar işlər üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsi əsasının mövcudluğu iddiaçının şikayətin dəlili kimi istinad etdiyi arqumentini (atasının məcburi köçkün statusunun malik olması ilə bağlı) təkzib edir. Həmçinin, kollegiya iddiaçının şikayətin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, iddiaçının və valideynlərinin işğaldan azad olunmuş əraziyə köçürülüb-köçürülməməsi, müavinət alıb-almaması halı hazırki iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb etmədiyindən, iddiaçının həmin hissədə də arqumenti əsassız olmuşdur. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-358/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-358/2026
02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver