Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-359/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlunun və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlığına mənsubiyyətin təsdiq edilməli və bu əsasda ona şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək istəyir. Surəti bu ərizəyə daxil edilən P RUS 76 ******* nömrəli pasportdan görünür ki, X5 ##.##.1977-ci il təvəllüdlü olmaqla hazırda Rusiya Federasiyası vətəndaşıdır. Surəti bu ərizəyə daxil edilən MYI № ******* nömrəli ##.##.2025-ci tarixinədək qüvvədə olan Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1977-ci il təvəllüdlü X5, Rusiya Federasiyası vətəndaşıdır, millivyətcə rusdur, lakin uzun müddətdir ki, Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kəndində yaşayır. İ-OM JY ****** nömrəli, ## ###### 2002-ci il tarixdə verilmiş nikah şəhadətnaməsindən görünür ki, iddiaçı X3 ##.##.2002-ci il tarixdə milliyətcə azərbaycanlı olan X2 ilə rəsmi nikaha daxil olmuşdur və nikahdan sonra ona “Daşdıyeva” soyadı verilmişdir. Bu sənədin notarial təsdiqli surətini məhkəməyə təqdim etmişdir. AA1998606 seriya və nömrəli, FIN: 4P1.06E3 olan şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının həyat yoldaşı X2 ##.##.1970-ci il təvəllüdlü olmaqla milliyyətcə azərbaycanlıdır və Azərbaycan Respublikasının vətəndaşıdır.AA******* nömrəli və FIN: 6FMB7L6 olmaqla övladım ##.##.1997-ci il təvəllüdlü X6 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının əcnəbinin qeydiyyata alınması haqqında Seriya AZ N ******** nömrəli vəsiqədən görünür ki, ##.##.2008-ci ildən Azərbaycan Respublikasının Şamaxı rayonunda qeydiyyata alınmışdır və həmin sənəd ##.##.2009-cu il tarixinədək qüvvədə olmuşdur. Iddaçı müvəqqəti icazə vərəqələri ilə və onların hər dəfə müddətlərini uzatdırmaqla artıq 2025-ci ilədək çox uzun müddətdir ki, Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kəndində ailə üzvlərində birgə yaşayır. Bundan sonra öz ailə-uşağının yanında daimi olaraq Azərbaycan Respublikasında yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və daha sonra isə Azərbaycanda şəxsiyyət vəsiqəsini almaq istəyir. Əgər buna görə Rusiya Federasiyası vətəndaşlığından çıxarılmağı vacibdirsə, ona da razıdır. Rusiya Federasiyasında heç bir cinayət və digər qeyri-qanuni hərəkətlər törətməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən göndərilmiş ##.##.2025-ci il tarixli qərarda yazılmışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il ## ######## tarixli ***-IQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin ikinci hissəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Bundan sonra iddiaçı cavabdehin qeyd etdiyi vəsatəti yazıb, sənədlərini də ona qoşma etməklə yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iddiaçıya göndərilmiş ##.##.2025- ci il tarixli qərarda təkrarən əvvəlki şablon cümlələr yazılmışdır. Aşkar görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti təkrarçılığa yol verərək iddiaçının müraciətini təmin etməyib süründürməçiliyə yol vermişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iddiaçıya sonuncu dəfə göndərilmiş *- **/*-D-****-**-*-**-****/**** saylı, ##.##.2025-ci il tarixli aktdan narazı olduğundan Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı hesab edilir ki, əvvəl cavabdehə, indi isə Sumqayıt Inzibati Məhkəməsinə hazırkı müraciəti haqlıdır. Çünki, o uzun illərdir ki. indiyənədək Azərbaycanda yaşamış və yaşayır və deməli qanunamüvafıq qaydada Azərbaycan Respublikasının vətəndaşı hesab edilməlidir. Amma cavabdeh iddiaçıya nə “hə", nə də “yox” deməməklə qeyri-müəyyən aktlar göndərməklə süründürməçiliyə yol vermişdir. Əgər ərizəsi təmin olunmamışdırsa, bu elə cavabdehin dolayı surətdə ərizəsindən imtina etməsi deməkdir. Hesab edilir ki, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığı verilməlidir və bu cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. Bu ərizədə qeyd etdiklərindən əlavə, əgər zərurət varsa, iddiaçı məhkəmədən iş üzrə lazım bildiyi aidiyyəti orqanlara sorğu göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı 2025ci ilin mart və aprel aylarında Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsinə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Xidmət tərəfindən ##.##.2025- ci il tarixli *-**/*-D-****-**-*-**-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-**/*-D****-**-*-**-****/**** nömrəli və ##.##.2025-ci il tarixli 3-37/2-D-3480-26-1- 08- ****/**** nömrəli məktublarla “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri izah edilməklə iddiaçıya cavab ünvanlanmışdır. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Iddiaçının müraciəti araşdırılarkən onun ölkə ərazisində 2013-2023-cü illərdə daimi yaşamaq üçün icazə əsasında, 2023-cü ildən hazıradək müvəqqəti yaşamaq üçün icazə əsasında yaşadığı müəyyən edilmişdir (müvafiq məlumatlar etiraza əlavə olunur). Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması halı mövcud deyil. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20ci bəndinə müvafiq surətdə qəbul olunur. Əlavə olaraq bildiririk ki, iddiaçının Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı müraciəti qeydə alınmamışdır. Həmçinin iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan şəxslərin təsir dairəsinə düşmür və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respubliikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məslələri Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## ######## tarixli ***-IQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəuindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Azərbaycan Respubliikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məslələri Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## ######## tarixli ***-IQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəuindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı ##.##.2006-cı il tarixdə ölkə ərazisinə daxil olmuş, ##.##.2017-ci il tarixdə çıxmış, ##.##.2017-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, ##.##.2018-ci il tarixdə çıxmış və sonuncu dəfə ##.##.2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçıya ##.##.2009-cu il tarixdə 1 il müddətinə, ##.##.2011-ci il tarixdə 1 il müddətinə, ##.##.2012- ci il tarixdə 1 il müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, ##.##.2013-cü il tarixdən ##.##.2016-cı il tarixədək, ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək daimi yaşamaq üçün icazə vəsiqəsi, ##.##.2023-cü il tarixdə 1 il müddətinə, ##.##.2024-cü il tarixdə 1 il müddətinə, ##.##.2025-ci il tarixdə 3 ay müddətinə və ##.##.2025-ci il tarixdə 3 ay müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, həm cavabdehin, həm də Sumqayıt Inzibati Məhkəməsinin yeganə bəhanəsi o idi ki, iş üzrə məhkəmə aktının 12-ci bəndində yazıldığı kimi o sonuncu dəfə Azərbaycan Respublikası Ərazisinə ##.##.2020-ci il tarixində daxil olmuş və bu iddia ərizəsini məhkəməyə təqdim edərkən Azərbaycanda fasiləsiz olaraq 5 (beş) il yaşamaq faktı tamam olmamışdı. Bunu ən çox cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti hallandırmışdır. Lakin bu problem də Sumqayıt Inzibati Məhkəməsinin gedişində öz-özünə həll olundu. Belə ki, iş materiallarından və iş üzrə məhkəmə aktından görünür ki, o, 2025-ci ilin noyabr ayında hakimin tövsiyyəsi ilə “X11” adı ilə yenidən Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir.. Həmin vaxt iş üzrə hakim Qəşəm Məmmədli həmin iddia ərizəsini təmin etməkdən ötəri dəqiqləşdirmə ərizəsini ona yazdırdı və eyni zamanda ona bildirildi ki, o Azərbaycan Respublikası Ərazisinə ##.##.2020-ci il tarixində daxil olduğuna görə məhkəməyə yeni dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərkən artıq ölkə ərazisində 5 (beş) il daimi yaşaması faktı təsdiq olunur. Yəni ##.##.2020-ci il tarixdən hesablayanda onun Azərbaycanda fasiləsiz və qanuni əsaslarla yaşamaq faktı davam edərək ##.##.2025-ci il tarixi keçdikdən sonra cavabdehin yuxarıda hallandırdığı - “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının 1998- ci il 30 sentyabr tarixli ***-IQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən - Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan ... Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.” maddəsi artıq ona şamil olunur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRI vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamə
1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir: 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur); pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla); qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir. 2-1. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla);
3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili Işlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili Işlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir;
4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir;
“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ##.##.2025-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, "Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## ######## tarixli ***-IQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2006cı il tarixdə ölkə ərazisinə daxil olmuş, ##.##.2017-ci il tarixdə çıxmış, ##.##.2017-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, ##.##.2018-ci il tarixdə çıxmış və sonuncu dəfə ##.##.2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Iddiaçıya ##.##.2009- cu il tarixdə 1 il müddətinə, ##.##.2011 -ci il tarixdə 1 il müddətinə, ##.##.2012-ci il tarixdə 1 il müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, ##.##.2013-cü il tarixdən ##.##.2016-cı il tarixədək, ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək, ##.##.2018- ci il tarixdən ##.##.2023-cü il tarixədək daimi yaşamaq üçün icazə vəsiqəsi, ##.##.2023-cü il tarixdə 1 il müddətinə, ##.##.2024-cü il tarixdə 1 il müddətinə, ##.##.2025-ci il tarixdə 3 ay müddətinə və ##.##.2025-ci il tarixdə 3 ay müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir. Kollegiya qeyd edirki, iddiaçı hazırda Azərbaycan Respublikasında müvəqqəti icazə əsasında yaşayır və iddiaçının hüquqi marağı baxımından qüvvədə olan qanunvericiliyin tələbi olan Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamaq şərti ödənilmir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulun əsasları tənzimlənərək qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərmək üçün həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamaq şərt olaraq göstərilir. Lakin işin hallarından görsənir ki, iddiaçı əvvəlki dövrlərdə bu şərti ödəsədə, hüququndan vaxtında istifadə etməmiş, hazırda isə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi olduğu halda, vətəndaşlığa qəbul ilə bağlı müraciət etmişdir. Iddiaçının qanunvericiliklə müəyyən edilmiş digər əsaslar irəli sürməsi halı müəyyən edilmədiyindən inzibati orqan düzgün olaraq müvafiq imtina vermiş və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi iddiasına baxmaqla cavabdeh inzibati orqanın səlahiyyətləri baxımından iddaçının hüquqi marağı baxımından ifadə tərzini düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-cü bəndindən də görünür ki, vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili Işlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili Işlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Göründüyü kimi cavabdeh inzibati orqanın səlahiyyəti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərməkdən ibarətdir. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı deyil. Iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ediməyə nail olmaqdan ibarət olduğu, bunun üçündə Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərməsi tələb edildiyindən məhkəmə kollegiyası hazıkı iddianı müvafiq səndləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərməyin cavabdehə həvalə ediməsi kimi qəbul edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.