Məhkəmə qərarları › İş №2-1(3-8)-36/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-36/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-36/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri X2, Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı sosial yardımın təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək, ailəsinə 2024-cü ilin noyabr ayının 1-dən etibarən ünvanlı sosial yardımın təyin olunmasını xahiş etmişdir.

2. Iddiaçının müraciətinə yazılı cavab verilməmişdir.

3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, 2024-cü ilin noyabr ayının 1-dən etibarən 1 il müddətinə ailəsinə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində birinci icraat:

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin olunması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ## ###### 2024-cü il tarixində elektron qaydada ərizə ilə müraciət etmişdir. Müraciətindən 2 ay müdddətinin keçməsinə baxmayaraq, bu günə qədər müraciətinə hər hansı bir cavab verilməmişdir. “Ünvanlı sosial yardım haqqında” Qanunun 8-ci maddəsinə əsasən ünvanlı sosial yardım onu almaq üçün müraciət olunan ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Ailəsinə ünvanlı sosial yardımın təyin olunması üçün elektron qaydada təqdim etdiyi sənədlərdə hər hansı bir nöqsan olmadığından imtina cavabı da verilməmişdir. Ünvanlı sosial yardımın təyin olunması üçün müəyyənləşdirilmiş 2023-cü il üçün “ehtiyac meyarı” adambaşına 246 manat olduğundan və ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olduğundan və aylıq əmək haqqının 600 manat pul məbləğində olduğunu nəzərə alınsa, ailəyə 630 manat pul məbləğində ünvanlı sosial yardım təyin olunmalı idi.

5. Məhkəmə icraatının gedişində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərarla iddiaçının müraciəti əsasında onun ailəsinə ##.##.2025-ci il tarixdən 474,53 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir.

6. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının məhkəmə icraatından yayındığı əsası ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).

7. Iddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir.

a) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

c) Birinci instansiya məhkəməsində ikinci icraat:

9. Iddiaçı məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, sonuncu ərizəsində sosial yardım təyin edilməsinə dair müraciət etdiyi dövrdən, yəni ##.##.2024-cü il tarixindən ailəsinə 1 il müddətinə, aylıq olaraq 985 manat məbləğində ünvanlı sosial yardımın təyin olunmasını, ##.##.2025-ci il tarixinə qədər ödənilməli olan 9850 manat pul məbləğindən, 7 ay üzrə qismən ödənilmiş olan cəmi olaraq 3321,71 manat pul məbləği çıxılmaqla, qalıq qalan 6528,29 manat pul məbləğinin cavabdehdən tutulması və cari ilin sentyabr, oktyabr aylarının sosial ödənişinin hər aylıq olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddiaya yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ##.##.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Iddiaçının müraciəti əsasında ona # ###### 2025-ci il tarixdən 474,53 manat məbləğdə sosial yardım təyin edilmişdir. Bunun əsasında məhkəməyə icraata xitam verilməsi barədə vəsatət təqdim edilmiş, lakin iddiaçı İddiaçı ona təyin edilmiş sosial yardımın məbləğindən və təyin edilməsi müddətindən narazı olduğunu bildirərək iddia tələbini yuxarıda göstərilən formada dəqiqləşdirmişdir. Iddiaçı tərəfindən ona təyin edilmiş sosial yardım məbləğinin faktiki təyin olunmalı məbləğdən xeyli aşağı olduğu bildirilsə də, qeyd olunan fərziyyə hər hansı formada əsaslandırılmamış, təyin olunan 474,53 manat məbləğin nəyə görə yanlış olduğu barədə hesablama təqdim edilməmişdir. Bununla bağlı olaraq, iddiçıya təyin olunmuş sosial yardım məbləğinin hesablanması qaydası təqdim edilmişdir. Belə ki, iddiaçının sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli, **************-* nömrəli müraciəti üzrə ailənin sosial yardım məbləğinin hesablanması, ailədə adambaşına düşən orta aylıq gəlirin 117,19 manat, adambaşına düşən orta aylıq telefon xərcinin (R+RM) isə 0 manat məbləğində olması nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” na əsasən, 5 nəfər ailə üzvü üçün aşağıdakı kimidir: YM (39.2%+18.8%+8.7%)+R+RM (285 x 66.7%) + 0 = 190.095; 285-190.095 = 94.905 94.905 x 5 (ailə üzvlərinin sayı) = 474.53 Qeyd olunanlara əsasən, ailəyə ##.##.2025-ci il tarixindən aylıq 474,53 manat məbləğində sosial yardım ödənişi təyin edilmişdir. Əlavə olaraq bildirilir ki, elektron sistem (VEMTAS) heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Qeyd edilir ki, iddiaçıya təyin edilmiş sosial yardımın məbləğində heç bir uyğunsuzluq yoxdur və təyin edilmiş məbləğ tam düzgün şəkildə hesablanmışdır. Bundan başqa, iddiaçının sosial yardımın təyin edilməsi müddətinin 2024-cü ilin noyabr ayından etibarən hesablanması tələbinə münasibətdə bildirir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Belə ki, iddiaçıya ##.##.2024-cü il tarixli müraciət əsasında 1 il müddətinə 474,53 manat məbləğdə sosial yardım təyin edilmişdir. Buna nəzərən iddiaçının ona əvvəlki 2 ayın ödənilməsi tələbi qanunvericiliyin tələblərinə zidd olaraq yuxarıda göstərilən normanın tələblərini ziddir. Ona görə ki, iddiaçıya əvvəlki 2 aya münasibətdə sosial yardımın təyin edilməsi nəticə olaraq ona 14 ay ərzində müvafiq məbləğin ödənilməsinə gətirib çıxarır və Qanunun 8.1-ci maddəsinin tələbini pozmuş olur. Qeyd olunan mövqe Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarında əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə)

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Işin faktiki hallarından da görünür ki, ailəsinə ünvanlı sosial yardımın təyin olunması üçün ##.##.2024-cü il tarixində müraciət etdiyindən ünvanlı sosial yardım ##.##.2024-cü il tarixində təyin olunmalıydı, lakin, cavabdeh tərəfindən təyinat ##.##.2025-ci il tarixindən yəni 2 ay sonrakı müddətə təyin olunmuşdur. Bundan əlavə, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Müraciət etdiyi tarixə görə (2024-cü il üçün) ölkə üzrə ehtiyac meyarının məbləği hər adambaşına 270 manat pul məbləğində olduğu nəzərə alınarsa, 5 nəfər ailə üzvü üçün 270 x 5 =1350 manat təşkil edir. Həmin pul məbləğindən müraciət etdiyi tarixdən əvvəlki 1 il müddətinə yəni ##.##.2023-##.##.2024-cü il tarixi üzrə ailənin orta aylıq gəliri olan 7955,76 manat pul məbləği / 12 ay müddətinə bölünərsə, ailəsinin orta aylıq gəliri 662,98 manat təşkil edir (bank çıxarışı ərizəyə əlavə olunur). Yəni, 5 nəfərlik ailənin ehtiyac meyarının cəmi olan 1350 manat pul məbləğindən ailənin orta aylıq gəliri olan 662,98 manat pul məbləği çıxılarsa, 1350-662,98=687,02 manat təşkil edir. ##.##.2024-cü il tarixli müraciəti əsasında ##.##.2024-cü il tarixindən 687,02 manat pul məbləğində ünvanlı sosial yardım məbləği təyin olunmalıydı. Cavabdeh tərəfindən ##.##.2024-ci il tarixi üzrə ailəsinə 687,02 manat pul məbləğində sosial yardım məbləği təyin olunmalı olduğu halda, cavabdeh tərəfindən aylıq olaraq 474,53 manat pul məbləğində yəni 212,49 manat pul məbləğində əskik sosial yardım təyin olunmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən ünvanlı sosial yardımın təyin olunması müddətində yəni ##.##.2024-ci il tarixinə münasibətdə də düzgün təyinat məbləği aparılmamışdır. Belə ki, ##.##.2024-##.##.2025-ci il tarixləri aralığında ailəsinin ümumi gəlirinin 10.014,98 manat pul məbləğində (bank arayışı ərizəyə əlavə olunur) olduğunu nəzərə alınarsa və həmin məbləğ 12 aylıq müddətə bölünərsə orta aylıq gəliri 834,58 manat pul məbləğində olacaqdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşənorta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox əlilliyi olanuşağı vəya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olanailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür (YM (34.8%+16.7%+7.7%)+R+RM). Yəni, burada cavabdeh tərəfindən adambaşına düşən 2024-cü il üçün yaşayış minimumu olan 270 manat pul məbləğindən 59,2% çıxılmaqla hesablanma aparılmalıydı. Yəni, 270x59,2%=159,84 manat. Belə ki, qaydaların 5.22-ci maddəsinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda həmin hesablanma qaydası aparılmalıydı. Ailəsinin orta aylıq gəlirinin 834,58 manat pul məbləğində olduğundan 5 nəfər ailə üzvü sayına görə adambaşına orta aylıq gəliri 166,91 manat təşkil edir. Yəni, ailəsinin adambaşına düşən orta aylıq gəliri 166,91 manat olduğu halda, Qaydalara əsasən hesablamada 159,84 manat pul məbləğindən 7,07 manat artıq məbləğ edir. Belə olan halda, Qaydaların 5.22-ci maddəsinin tələbinə əsasən ailəyə ünvanlı sosial yardım 2024cü il tarixinin ehtiyac meyarına əsasən hesablanmalıydı. Bundan əlavə, olaraq cavabdeh tərəfindən ödənilən 7 aylıq üzrə sosial yardımın elektron reyestrindən də görünür ki, sosial yardımın verildiyi müddətdə 2025-ci il tarixinin aprel ayı üzrə ödənişi, ümumiyyətlə, ödənilməmişdir. Ötən ayın sonlarında cavabdeh tərəfindən qalıq qalan 5 aylıq ödəniş üzrə 3 aylıq məbləğ ödənilmiş, lakin qalıq qalan 2 aylıq üzrə və düzgün hesablanmamış sosial yardım üzrə 212,49 manat pul məbləği olmaqla 12 aylıq müddət üzrə ödənilməyən, ümumilikdə, 2549,88 manat pul məbləğidə ödənilməmişdir. Yekunda, iddiaçı ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı 1 il müddətinə 687,02 manat məbləğində sosial yardım təyin olunmasını və qismən ödənilmiş 10 aylıq üzrə qalıq qalan (687,02-474,53=212,49 manat) pul məbləğinin 10 aylıq cəmi məbləği olan 2124,90 manat məbləğin və ödənilməyən 2 aylıq üzrə (687,02 x 2 aylıq) 1374,04 manat pul məbləğinin və hər ikisinin cəmi olan 3.498,94 manat pul məbləğinin cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Iddiaçının sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciəti üzrə ailənin sosial yardım məbləğinin hesablanması, ailədə adambaşına düşən orta aylıq gəlirin 117,19 manat, adambaşına düşən orta aylıq telefon xərcinin (R+RM) isə 0 manat məbləğində olması nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” na əsasən 5 nəfər ailə üzvü üçün aşağıdakı kimidir: YM (39.2%+18.8%+8.7%)+R+RM (285 x 66.7%) + 0 = 190.095 285 - 190.095 = 94.905 94.905 x 5 (ailə üzvlərinin sayı) = 474.53 Qeyd olunanlara əsasən ailəyə 01.01,2025-ci il tarixindən aylıq 474,53 manat məbləğində sosial yardım ödənişi təyin edilmişdir. Ailənin elektron sistemə daxil edilmiş əvvəlki 12 aylıq gəlirinin cəmi 7031,46 manat olmuşdur, yəni ailənin adambaşına düşən orta aylıq gəlirinin məbləği 117,19 manat təşkil etmişdir. 5 nəfər ailə üzvü olduğundan 7031,46:5=1406,29; hər bir ailə üzvü üçün orta aylıq gəliri 1406,29:12=117,19 manat olmuşdur. Qaydaların tələbinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM - Sabit düstur. (285 x 66.7%) + 0 = 190.095 Göründüyü kimi düsturla müəyyən edilən məbləğ 190,095 manat iddiaçının daxil etdiyi gəlirlər əsasında müəyyən edilən məbləğ isə 117,19 manatdır. Yuxarıda qeyd olunan normaya əsasən ailənin bəyan etdiyi gəlir (117,19) düsturla müəyyən edilən məbləğdən (190,095) az olduğu üçün sosial yardımın məbləğinin müəyyən edilməsi zamanı ailənin adambaşına düşən orta aylıq gəliri hər bir ailə üzvü üçün 190,095 manat üzərindən hesablanmışdır. Yəni, hər bir ailə üzvünün orta aylıq gəliri 190,095 manatdır və həmin məbləğ hər bir ailə üzvü üçün ehtiyac meyarı olan 285 manata çatdırılmalıdır. 285 - 190.095 = 94.905 - hər bir ailə üzvünün ehtiyac meyarına çatdırılması üçün lazım olan fərq məbləği. 94.905 x 5 (ailə üzvlərinin sayı) = 474.53 - ailəyə təyin olunan sosial yardım məbləği. Göründüyü kimi iddiaçıya təyin edilən sosial yardımın məbləği qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır. Iddiaçıya müraciət etdiyi 2024-cü ilin noyabr ayından deyil, 2025-ci ilin yanvar ayından təyinat aparılması məsələsinə münasibətdə bildirir ki, iddiaçı 2024-cü ilin noyabr ayında Sosial yardım üçün müraciət etdikdən sonra dekabr ayından işdən azad olunmuş və ona 2025-ci ilin yanvar ayından işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Belə ki, iddiaçıya noyabr ayından Sosial yardım təyin ediləcəyi təqdirdə belə dekabr ayında məşğul şəxs olmaması səbəbindən ödəniş qanunvericiliyə uyğun olaraq dayandırılacaqdı. Bununla belə cari ayda aprel, sentyabr və oktyabr aylarının ödənişi həyata keçirildikdən sonra ümumi olaraq 10 aylıq ödəniş həyata keçirilmiş olacaqdır ki, bu da, iddiaçının müraciəti üzrə Sosial yardım hüququnu tam olaraq əhatə etmiş olur. Yəni, iddiaçıya işsizlikdən sığorta ödənişi ilkin olaraq 6 aylıq (2025-ci ilin yanvar-iyun ayları ərzində) müddətə təyin edilmiş və sonra daha 3 ay (2025-ci ilin avqust-oktyabr ayları ərzində) uzadılmışdır. Ümumi olaraq iddiaçının işsizlikdən sığorta ödənişi aldığı müddət 9 ay təşkil etsə də, müddət bitdikdən sonra yenidən müraciət edilməsi ilə bağlı ödənişin həyata keçirilmədiyi iyul ayı üzrə də, cavabdeh tərəfindən Sosial yardım ödənilmiş olur ki, bu da, 2024-cü il üzrə ödəniş olunmayan noyabr ayını kompensasiya etmiş olur. Yekunda iddiaçıya hüququ olan 10 aylıq müddət üzrə ödəniş həyata keçirilmiş olur. c) Iddia tələbinin dəqiqləşdirilməsi: Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı 1 il müddətinə 687,02 manat məbləğində sosial yardım təyin olunmasını və qismən ödənilmiş 10 aylıq üzrə qalıq qalan (687,02-474,53=212,49 manat) pul məbləğinin 10 aylıq cəmi məbləği olan 2124,90 manat məbləğin və ödənilməyən 2 aylıq üzrə (687,02 x 2 aylıq) 1374,04 manat pul məbləğinin və hər ikisinin cəmi olan 3.498,94 manat pul məbləğinin cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə ünvanlı dövlət sosial yardımı üçün cavabdehə müraciət etməyinə baxmayaraq, yardım qanunvericiliyin tələbinə zidd olaraq müraciət olunan ayın əvvəlindən deyil, yalnız ##.##.2025-ci il tarixdən təyin edilmiş, sonradan isə əsassız olaraq dayandırılmışdır. Bundan əlavə, yardımın hesablanması zamanı “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələbləri deyil, onunla ziddiyyət təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar tətbiq edildiyindən ailəyə düşən yardım məbləği qanunvericilikdə nəzərdə tutulduğundan xeyli az müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə yazılı etirazla eyni məzmunda izahat vermiş və izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı 2024-cü ilin noyabr ayında əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olduğundan ona sosial yardım ödənişi həyata keçirilə bilərdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, tərəflərindən iddiaçıya 2025-ci ilin 3 ayı (aprel, sentyabr və oktyabr ayları) üzrə də əlavə ödəniş edilmişdir. Iddiaçı qalan 2 ay (noyabr və dekabr) üzrə ödəniş edilməsini tələb etsə də, onun 10 ay üzrə sosial yardım ödənişi almaq hüququ mövcuddur. Belə ki, iddiaçı sosial yardım təyin edilməsi üçün 2024-cü ilin noyabr ayında müraciət etmiş, lakin dekabr ayında işdən çıxmışdır. 2025-ci ilin yanvar ayından etibarən isə iddiaçıya sığorta ödənişi təyin edilmiş və fevral ayından sığorta ödənişi almağa başlamışdır. Yekunda 9 aylıq sığorta ödənişi dövrünü və iddiaçının müraciət etdiyi ayı da hesablayaraq 10 ay üzrə ödəniş edilmişdir. Cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. 19.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

21. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2005-ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

22. Azərbaycan Respublikası Nazilər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması.

2. Sosial yardımın alınması üçün müraciət edilməsi 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%991"* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür.

3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi

3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. ... 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.

4. Sosial yardımın verilməsi və verilməsinin dayandırılması

4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.5. Təmsilçi vəfat etdikdə, habelə sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:

YM (39.2%+18.8%+8.7%)+R+RM

Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır;

6. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.

23. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli və iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

27. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamış, iddia tələbinin hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, sosial yardımın təyin edilməsi ilə sosial yardımın sonradan dayandırılması institutları fərqləndirilməmiş, habelə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

28. Hazırkı iş üzrə iddia tələbi hüquqi mahiyyətinə görə məcburetmə haqqında iddiadır. Iddiaçı cavabdehin üzərinə ailəsinə ünvanlı dövlət sosial yardımının qanunla müəyyən edilmiş tarixdən və düzgün məbləğdə təyin edilməsi, habelə həmin təyinatdan irəli gələn ödənilməmiş məbləğlərin ödənilməsi öhdəliyinin qoyulmasını tələb edir.

29. Iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi, ünvanlı dövlət sosial yardımının ##.##.2024-cü il tarixli müraciət əsasında müraciət edilən ayın 1-dən, yəni ##.##.2024-cü il tarixdən 1 il müddəyinə təyin edilməsi və 2024-cü ilin noyabr-dekabr ayları üzrə ödənilməmiş yardımın ödənilməsi; ikincisi, təyin edilmiş yardımın məbləğinin yenidən hesablanması və cavabdeh tərəfindən aylıq 474,53 manat məbləğində hesablanmış sosial yardımla qanunvericiliyə uyğun hesablanmalı olan 687.02 manat məbləğ arasındakı fərqin ödənilməsi.

30. Birinci tələblə bağlı kollegiya qeyd edir ki, cavabdeh sosial yardımın ##.##.2024-cü ildən deyil, ##.##.2025-ci ildən təyin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı 2024-cü ilin noyabr ayında sosial yardım üçün müraciət etdikdən sonra 2024cü ilin dekabr ayında onun əmək müqaviləsinə xitam verilmiş, sonradan ona 2025-ci ilin yanvar ayından işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçıya 2024-cü ilin noyabr ayından sosial yardım təyin edilsəydi belə, sonradan əmək münasibətlərinə xitam verilməsi səbəbindən həmin yardımın dayandırılması zərurəti yaranacaqdı.

31. Birinci instansiya məhkəməsi də cavabdehin bu mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının ##.##.2024-cü il tarixdən sosial yardımın təyin edilməsi barədə tələbi faktiki olaraq ona 14 ay müddətində sosial yardım ödənilməsi ilə nəticələnəcəkdir. Bu əsasla məhkəmə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 8.1-ci maddəsinə və Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli qərarına istinad etməklə iddianı rədd etmişdir.

32. Kollegiya cavabdehin və birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyini əsaslı hesab etmir.

33. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Eyni məzmunlu müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.5-ci bəndində də nəzərdə tutulmuşdur.

34. Həmin normaların məzmunundan görünür ki, sosial yardım almaq üçün müraciət etmiş ailənin bu yardımı almaq hüququ müəyyən edildiyi halda, yardımın başlanğıc tarixi inzibati orqanın mülahizəsinə buraxılmamışdır. Qanun bu tarixi imperativ qaydada müəyyən etmişdir: sosial yardım müraciət edilən ayın 1-dən təyin olunmalıdır.

35. Iddiaçı ##.##.2024-cü il tarixdə müraciət etdiyindən, onun ailəsinin sosial yardım almaq hüququ mövcud olduğu təqdirdə, cavabdeh sosial yardımı ##.##.2024-cü il tarixdən təyin etməli idi. Cavabdehin sosial yardımı ##.##.2025-ci ildən təyin etməsi Qanunun 8.1-ci maddəsinin və Qaydaların 3.5-ci bəndinin tələblərinə uyğun olmamışdır.

36. Nəzərə almaq lazımdır ki, sosial yardımın təyin olunmasından imtina edilməsinə əsas verən hallar Azərbaycan Respublikası Nazilər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” nın 3.7-ci bəndində təsbit edilmişdir.

37. Bu bənddə qeyd olunan hallardan hər hansı birinin ##.##.2024-cü il tarixdə müraciət etdiyi dövrdə iddiaçıya münasibətdə müəyyən edilmədiyi cavabdeh tərəfindən də mübahisələndirilmir.

38. Belə ki, cavabdeh bu məsələylə bağlı apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı sosial yardım üçün müraciət etdikdən sonra 2024-cü ilin dekabr ayında işdən azad olunmuş və ona 2025-ci ilin yanvar ayından işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Bu səbəbdən, iddiaçıya 2024-cü ilin noyabr ayından sosial yardım təyin edilsə belə, dekabr ayından məşğul şəxs hesab edilmədiyi üçün sosial yardımın ödənilməsi qanunvericiliyə uyğun olaraq dayandırılmalı idi.

39. Məhkəmə iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisi X3 və cavabdehin nümayəndəsi Nümayəndə da izahatlarında 2024-cü ilin noyabr ayında iddiaçıya sosial yardım təyin edilməsi üçün faktiki və hüquqi əsasların mövcud olduğunu, lakin, ##.##.2024-cü il tarixdə onun əmək müqaviləsinə xitam verildiyi üçün aktın həmin dövr üzrə qəbul edilmədiyini təsdiqləmişdirlər.

40. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə ÜDSY təyin edilməməsi iddiaçının müraciət anında buna maddi-hüquqi baxımdan hüququnun olmaması ilə deyil, gələcəkdə – dekabr ayında əmək müqaviləsinə xitam veriləcəyi ehtimalı və sonrakı faktiki vəziyyətin dəyişməsi ilə əsaslandırılmışdır.

41. Məhkəmə kollegiyası cavabdehin bu hüquqi mövqeyini əsassız hesab edərək qeyd edir ki, inzibati hüquq nəzəriyyəsinə və “Inzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati orqanın qərarı onun qəbul edilməsinə dair müraciət anında mövcud olan faktiki və hüquqi hallara əsaslanmalıdır.

42. ÜDSY-nin təyin edilməsi inzibati orqan üçün mülahizə səlahiyyəti deyil, qanunla imperativ şəkildə müəyyən edilmiş qapalı səlahiyyətdir.

43. Əgər iddiaçı ##.##.2024-cü il tarixində müraciət edərkən qanunvericiliyin tələb etdiyi şərtlərə cavab verirdisə, cavabdeh orqan qanunun 8.1-ci maddəsinə uyğun olaraq müraciət edilən ayın 1-dən sosial yardımın təyin edilməsi barədə qərar qəbul etməli idi.

44. Qaydaların 4.3.4, 4.4 və 4.6-cı bəndlərinin qarşılıqlı təfsirindən də görünür ki, əmək müqaviləsi ilə bağlı məlumatlarda dəyişiklik baş verdikdə, bu hal sosial yardımın əvvəldən təyin edilməməsi üçün deyil, sosial yardım təyin edildikdən sonra onun verilməsinin dayandırılması və ailənin sosial yardım almaq hüququna yenidən baxılması üçün hüquqi əsas yarada bilər.

45. Hazırkı işdə iddiaçının əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Bu hal iddiaçının ##.##.2024-cü il tarixli müraciəti əsasında ##.##.2024-cü ildən sosial yardım almaq hüququnun yaranmasını istisna etmir. Həmin hal yalnız sosial yardım təyin edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun dayandırılması və ya ailənin sosial yardım almaq hüququna yenidən baxılması üzrə ayrıca inzibati icraatın predmeti ola bilərdi.

46. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının tələbini 14 ay müddətinə sosial yardım ödənilməsi tələbi kimi qiymətləndirməsi də düzgün olmamışdır. Iddiaçı sosial yardımın qanunda nəzərdə tutulmuş 1 illik müddətdən artıq ödənilməsini deyil, məhz ##.##.2024-cü il tarixli müraciət əsasında sosial yardımın müraciət edilən ayın 1-dən, yəni ##.##.2024-cü ildən 1 il müddətinə təyin edilməsini tələb etmişdir.

47. Birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli qərarına münasibətdə kollegiya qeyd edir ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqe hazırkı işin faktiki halları ilə eyniyyət təşkil etmir. Həmin iş üzrə mübahisənin mahiyyəti bir müraciət əsasında sosial yardımın qanunla müəyyən edilmiş 1 illik müddətdən artıq, yəni faktiki olaraq 14 ay müddətinə ödənilməsi tələbi ilə bağlı olmuşdur. Hazırkı işdə isə iddiaçı sosial yardımın qanunda nəzərdə tutulmuş müddətdən artıq ödənilməsini deyil, cavabdehin ##.##.2024-cü il tarixli müraciət üzrə təyinatın başlanğıc tarixini düzgün müəyyən etməməsi nəticəsində yaranmış pozuntunun aradan qaldırılmasını tələb edir.

48. Bu səbəbdən 2024-cü ilin noyabr və dekabr ayları üzrə sosial yardımın ödənilməsi iddiaçıya əlavə və ya qanunda nəzərdə tutulmayan müddət üçün ödəniş edilməsi anlamına gəlmir. Əksinə, həmin aylar Qanunun 8.1-ci maddəsinə əsasən başlamalı olan 1 illik sosial yardım dövrünün tərkib hissəsidir.

49. Buna görə də kollegiya hesab edir ki, iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımı ##.##.2024-cü il tarixli müraciət əsasında ##.##.2024-cü il tarixdən təyin edilməli, 2024-cü ilin noyabr və dekabr ayları üzrə ödənilməmiş sosial yardım məbləği də iddiaçıya ödənilməlidir.

50. Iddiaçının növbəti tələbi cavabdeh tərəfindən təyin edilmiş ünvanlı dövlət sosial yardımının məbləği ilə bağlıdır. Iddiaçı hesab edir ki, ailəsinə aylıq 474,53 manat deyil, 687,02 manat məbləğində sosial yardım təyin edilməli idi və cavabdeh tərəfindən az hesablanmış məbləğ üzrə fərq ödənilməlidir.

51. Kollegiya qeyd edir ki, iddiaçının sosial yardımın məbləği ilə bağlı narazılığı əsaslıdır. Çünki, cavabdeh sosial yardımı ##.##.2025-ci il tarixdən təyin etdiyi üçün hesablamanı da 2025-ci il üzrə qüvvədə olan göstəricilər əsasında aparmışdır. Halbuki, yuxarıda göstərildiyi kimi, sosial yardım ##.##.2024-cü il tarixli müraciət əsasında ##.##.2024-cü il tarixdən təyin edilməli idi. Bu halda yardımın məbləği də həmin tarixdə qüvvədə olan maddi hüquq normaları və sosial göstəricilər əsasında hesablanmalı idi.

52. Iş materiallarından görünür ki, cavabdeh hesablamada 2025-ci il üzrə yaşayış minimumunu 285 manat götürmüş, Qaydaların 5.22-ci bəndinin 2025-ci ildə qüvvədə olan redaksiyasına əsasən YM (39.2% + 18.8% + 8.7%) + R + RM düsturunu tətbiq etmiş və ailəyə aylıq 474,53 manat sosial yardım təyin etmişdir.

53. Qaydaların 5.22-ci bəndinin iddiaçının cavabdehə müraciət etdiyi ##.##.2024cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri həmin bənddə nəzərdə tutulan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda, ailənin adambaşına düşən orta aylıq gəliri həmin düstur üzrə hesablanan məbləğdə götürülür. Həmin dövrdə tətbiq edilən düstur belə olmuşdur: YM (34.8% + 16.7% + 7.7%) + R + RM.

54. Bu norma sosial yardımın məbləğinin hesablanması zamanı ailənin bəyan etdiyi gəlirin hər bir halda birbaşa əsas götürülməsini nəzərdə tutmur. Əksinə, əgər bəyan edilən adambaşına orta aylıq gəlir Qaydaların 5.22-ci bəndindəki normativ düsturla müəyyən edilən məbləğdən aşağıdırsa, hesablamada daha aşağı bəyan edilmiş gəlir deyil, həmin düsturla müəyyən edilən məbləğ əsas götürülməlidir.

55. Iş materiallarına əsasən, iddiaçının ailəsinin müraciətdən əvvəlki 12 aylıq ümumi gəliri 7031,46 manat təşkil etmişdir. Ailə 5 nəfərdən ibarət olduğundan, hər bir ailə üzvünə düşən illik gəlir 1406,29 manat, adambaşına düşən orta aylıq gəlir isə 117,19 manat olmuşdur.

56. 2024-cü il üçün yaşayış minimumu 270 manat təşkil etdiyindən, Qaydaların 5.22ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən hesablanan məbləğ 159,84 manatdır: 270 × 59,2% = 159,84 manat.

57. Beləliklə, ailənin bəyan edilmiş adambaşına düşən orta aylıq gəliri olan 117,19 manat Qaydaların 5.22-ci bəndi üzrə hesablanan 159,84 manatdan azdır. Bu səbəbdən sosial yardım hesablanarkən ailənin adambaşına düşən orta aylıq gəliri 117,19 manat kimi deyil, 159,84 manat kimi qəbul edilməlidir.

58. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat müəyyən edilmişdir. Buna görə hər bir ailə üzvü üzrə ehtiyac meyarı ilə Qaydaların 5.22-ci bəndi əsasında hesablanan gəlir arasındakı fərq 110,16 manat təşkil edir: 270 – 159,84 = 110,16 manat.

59. Ailə 5 nəfərdən ibarət olduğundan, ailəyə təyin edilməli olan aylıq ünvanlı dövlət sosial yardımının məbləği 550,80 manat müəyyən edilir: 110,16 × 5 = 550,80 manat.

60. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin 474,53 manat məbləğində sosial yardım təyin etməsi düzgün olmamışdır. Çünki, həmin məbləğ 2025-ci il göstəriciləri əsasında hesablanmışdır. Halbuki, sosial yardım ##.##.2024-cü ildən təyin edilməli olduğundan, məbləğ də 2024-cü il göstəriciləri əsasında müəyyən edilməli idi.

61. Bununla yanaşı, kollegiya iddiaçının aylıq 687,02 manat məbləğində sosial yardım təyin edilməsi barədə dəlilini də tam əsaslı hesab etmir.

62. Iddiaçının göstərdiyi hesablamaya görə, ailəsinin faktiki orta aylıq gəliri 662,98 manat qəbul edilməli, buna uyğun olaraq 5 nəfərlik ailəsi üzrə 1350 manatlıq (270 x 5) ehtiyac meyarından həmin məbləğ çıxılmalı və nəticədə aylıq sosial yardım 687,02 manat müəyyən edilməlidir. Lakin, bu yanaşma yalnız ailənin faktiki gəlirinin birbaşa əsas götürüldüyü hallar üçün mümkündür. Hazırkı işdə isə Qaydaların 5.22-ci bəndi tətbiq edilməlidir.

63. Qaydaların 5.22-ci bəndi imperativ xarakter daşıyır. Həmin norma ailənin bəyan etdiyi adambaşına orta aylıq gəlirin normativ düsturla müəyyən edilmiş məbləğdən az olduğu hallarda inzibati orqana və məhkəməyə seçim imkanı vermir. Belə hallarda ailənin gəliri məhz düsturla müəyyən edilən məbləğdə qəbul edilməlidir.

64. Hazırkı işdə iddiaçının ailəsinin bəyan edilmiş adambaşına orta aylıq gəliri 117,19 manat, Qaydaların 5.22-ci bəndinə əsasən hesablanan normativ məbləğ isə 159,84 manatdır. Deməli, hesablamada 117,19 manat deyil, 159,84 manat əsas götürülməlidir. Bu səbəbdən iddiaçının 687,02 manatlıq hesablaması qanunvericiliyin tətbiq edilməli olan xüsusi qaydasına uyğun deyildir.

65. Nəticə etibarilə, iddiaçının sosial yardımın məbləği ilə bağlı tələbi qismən əsaslıdır.

66. Iş materiallarından olan VEMTAS altsistemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının ailəsinə 2025-ci ilin yalnız 7 ayı üzrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmiş, 2025-ci ilin aprel, sentyabr və oktyabr ayları üzrə ödənişlər “ödəniş nəzərdə tutulmuşdur” statusunda olmuş, lakin faktiki ödənilməmiş, 2024cü ilin noyabr və dekabr ayları üzrə isə ümumiyyətlə ödəniş nəzərdə tutulmamışdır.

67. Cavabdeh də apellyasiya şikayətinə etirazında 2025-ci ilin aprel, sentyabr və oktyabr ayları üzrə ünvanlı dövlət sosial yardımın sistemdə yaranmış texniki xəta səbəbindən vaxtında ödənilmədiyini bildirmişdir. Beləliklə, cavabdeh həmin üç ay üzrə ödənişlərin aparılmamasını iddiaçının sosial yardım almaq hüququnun olmaması ilə deyil, texniki səbəblə izah etmişdir.

68. Apellyasiya məhkəməsində icraat zamanı isə qeyd olunan 3 ay — 2025-ci ilin aprel, sentyabr və oktyabr ayları üzrə hər ay 474,53 manat olmaqla, ümumilikdə 1.430,71 manat məbləğində ünvanlı dövlət sosial yardımı iddiaçının ailəsinə ödənilmişdir.

69. Kollegiya qeyd edir ki, həmin üç ay üzrə ödənişin apellyasiya icraatı zamanı həyata keçirilməsi bu aylar üzrə əsas borcun ödənildiyini göstərsə də, sosial yardımın məbləğinin düzgün hesablanmaması nəticəsində yaranmış fərq məbləğini aradan qaldırmır. Çünki, həmin aylar üzrə də cavabdeh tərəfindən 550,80 manat deyil, 474,53 manat ödənilmişdir. Buna görə aprel, sentyabr və oktyabr ayları da daxil olmaqla, cavabdeh tərəfindən 10 aylıq dövr üzrə ödənilmiş hər ay üzrə 76,27 manat fərq iddiaçıya ödənilməlidir.

70. Eyni zamanda, VEMTAS altsistemindən çıxarışdan göründüyü kimi, 2024-cü ilin noyabr və dekabr ayları üzrə ümumiyyətlə ödəniş nəzərdə tutulmamışdır. Halbuki yuxarıda aparılmış hüquqi təhlilə əsasən, sosial yardım ##.##.2024-cü il tarixli müraciət əsasında ##.##.2024-cü ildən təyin edilməli idi. Bu səbəbdən həmin iki ay üzrə ödəniş iddiaçıya tam məbləğdə — hər ay üçün 550,80 manat olmaqla ödənilməlidir.

71. Nəticə etibarilə, iddiaçının ailəsinə ##.##.2024-cü il tarixdən aylıq 550,80 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilməli olduğu halda, cavabdeh tərəfindən 10 aylıq dövr üzrə aylıq 474,53 manat məbləğində sosial yardım hesablanmış və ödənilmişdir. Bu iki məbləğ arasındakı fərq hər ay üzrə 76,27 manat, 10 aylıq dövr üzrə isə ümumilikdə 762,70 manat təşkil edir. Həmin məbləğ iddiaçıya ödənilməlidir.

72. Beləliklə, işin sadalanan hallarına əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının ailəsinə ##.##.2024-cü il tarixdən 1 il müddətinə aylıq 550,80 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilməli, 2024-cü ilin noyabr və dekabr ayları üzrə 1101,60 manat, habelə 10 aylıq dövr üzrə aylıq 76,27 manat fərq olmaqla, ümumilikdə, 762,70 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia qismən təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli müraciəti əsasında ailəsinə ##.##.2024-cü il tarixdən 1 il müddətinə aylıq 550,80 manat məbləğində ünvanlı dövlət sosial yardımının təyin edilməsi, 2024-cü ilin noyabr və dekabr ayları üzrə hər ay üçün 550,80 manat olmaqla, cəmi 1.101,60 manat məbləğində ünvanlı dövlət sosial yardımının iddiaçıya ödənilməsi, habelə cavabdeh tərəfindən 10 aylıq dövr üzrə aylıq 474,53 manat məbləğində hesablanmış və ödənilmiş ünvanlı dövlət sosial yardımı ilə aylıq 550,80 manat məbləğində hesablanmalı olan ünvanlı dövlət sosial yardımı arasındakı fərqin — hər ay üzrə 76,27 manat, 10 ay üzrə, ümumilikdə, 762,70 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Iddia qalan hissədə rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar