Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-360/2026 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X3 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “X2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi ayrılması haqqında Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2003- cü il tarixli, 513 nömrəli qərarınının etibarsız hesab edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X3 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi ayrılması haqqında Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2003- cü il tarixli, 513 nömrəli qərarınının etibarsız hesab edilməsi" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Aynur Axundova) İddiaçı Heydər Əliyev adına X3 vəkili və nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixində həmin qərardaddan apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadından şikayət verilməsinin mümkün sayılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə iddiaçı Heydər Əliyev adına X3 adından nümayəndə və vəkil qismində Zavodun cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “X2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi ayrılması haqqında Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 513 nömrəli qərarınının etibarsız hesab edilməsi" tələbinə dair iddiaərizəsi ilə Sumqayıt Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt sənədlərin çoxluğu ilə əlaqədar iddia ərizəsi və ona əlavə edimiş sənədləri poçt vasitəsilə məhkəməyə göndərmişdir. İddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmiş və məhkəmə iclası təyin edilmişdir. Lakin vəkil və nümayəndə iş üzrə tərəf kimi nə iddia ərizəsi qəbul edilərkən dəftərxana tərəfindən, nə də sonradan hakim tərəfindən işə əlavə edilməmişdir. Buna dörə də işin icraata götürülməsindən və məhkəmə iclasının təyin edilməsindən xəbər tuta bilməmişdir. Belə ki, məhkəmə tərəfindən hər hansı prosessual hərəkət edildiyi təqdirdə elektron məhkəmə sistemi vasitəsilə məlumat alacağından əmin olmuşdur. Lakin bu hüququ təmin edilmədiyi üçün iş üzrə keçirilən məhkəmə iclasında iştirak etmək və hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda məhkəmənin iş üzrə qərardad çıxarmasından xəbər tutmamışdır. Ancaq təsadüfən məhkəmənin dəftərxanasından işlə bağlı məlumat əldə etmək üçün müraciət etdikdə işin hakim Aynur Axundovanın icraatında olduğu və iş üzrə yekun qərar çıxarıldığından məlumatı olub və dərhal işə əlavə edilməsi üçün vəkil müraciəti göndərmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-6355/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X3 cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “X2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsi ayrılması haqqında Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2003- cü il tarixli, 513 nömrəli qərarınının etibarsız hesab edilməsi" tələbi barədə iddiası mümkün sayılmamışdır. İş materialları ilə müəyyən olunur ki Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadı Heydər Əliyev adına X3 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, iddiaçının vəkili və nümayəndəsi həmin qərardaddan xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və xx.xx.2026-cı il tarixə, saat 10:40-a məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi və və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İddiaçının vəkili və nümayəndəsi prosessual müddətin bərpası barədə təqdim etdiyi ərizədə göstərmişdir ki, məhkəmə tərəfindən iş üzrə hər hansı prosessual hərəkət edildiyi halda elektron məhkəmə sistemi vasitəsilə məlumat alacağına əmin olmuş, lakin həmin məlumatlar ona təqdim edilmədiyindən məhkəmə iclasında iştirak etmək və hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Vəkil yalnız sonradan təsadüfi şəkildə məhkəmənin dəftərxanasına müraciət etdikdə iş üzrə qərardad qəbul edildiyini öyrəndiyini və bundan dərhal sonra işə əlavə edilmək üçün müraciət etdiyini bildirmişdir. Bu əsasla o, apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını qeyd edərək həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə göstərilən bu əsasları iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdim olunmuş dəlillər prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyini təsdiq etmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixində iddiaçı Heydər Əliyev adına X3 “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş şəxslərə məhkəmə sənədlərinin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilməsi həmin sənədlərin rəsmi qaydada təqdim olunması hesab edilir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı Heydər Əliyev adına X3 “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti xx.xx.2021-ci il tarixdən mövcuddur və iddiaçı həmin sistemdə aktiv istifadəçi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də məhkəmə sənədinin xx.xx.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilməsi həmin qərardadın iddiaçıya rəsmi qaydada təqdim olunması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən məhkəmə qərardadından apellyasiya şikayəti qərardadın elan olunduğu və ya rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində verilə bilər. Beləliklə, iş üzrə qərardad xx.xx.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirildiyindən həmin tarixdən etibarən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş 10 günlük müddət hesablanmalıdır. Bu halda iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün son tarix xx.xx.2025-ci il olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti yalnız xx.xx.2026-cı il tarixində verilmişdir. Beləliklə, qanunla müəyyən edilmiş prosessual müddət bitdikdən sonra təxminən 3 ay 18 gün keçdikdən sonra apellyasiya şikayəti təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının elektron kabinetinin mövcud olması, həmin sistemdən aktiv istifadəçi kimi qeydiyyatda olması və məhkəmə sənədinin qanunvericiliyin tələblərinə uyğun olaraq elektron kabinetə yerləşdirilməsi şəraitində qərardad barədə məlumat əldə edilməməsi prosessual müddətin buraxılması üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Bundan əlavə, vəkilin iş materiallarına əlavə edilməməsi barədə hal da iddiaçının özünün elektron kabinetinə yerləşdirilmiş məhkəmə sənədi ilə tanış olmaq imkanını aradan qaldırmır. Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 8 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа məhdudiyyət yаrаtsın”. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməməli, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6355/2025 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(3-8)-360/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-360/2026
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver