Məhkəmə qərarları › İş №2-1(3-8)-367/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-367/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-367/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1965-ci il təvəllüdlüdür (FIN *******, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi).

2. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş ##.##.1985-ci il tarixli, ****** nömrəli “diplom” a əsasən iddiaçı ##.##.1984-cü il tarixdə Sumqayıt şəhəri ** nömrəli X2 məktəbinə daxil olmuş və ##.##.1985-ci il tarixdə “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” peşəsi üzrə bitirmişdir.

3. Azərbaycan SSRI X4 Təhsil Komitəsi tərəfindən verilmiş “Г” seriyalı, ****** nömrəli diploma, eləcə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, ** nömrəli arayışa əsasən iddiaçı ##.##.1980-ci il tarixdə Sumqayıt şəhər ** nömrəli X2 Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə) daxil olaraq ##.##.1983-cü il tarixdə peşə məktəbinin 'kran maşinisti’’ ixtisasını əyani oxumuşdur.

4. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

5. Iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən o, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1998-ci il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Boruyayma zavodunda, ##.##.1988-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixədək “Azmetalinvest”-də, ##.##.1997-ci il tarixdən ##.##.1998-ci il tarixədək “Azərsutikinti” konsernində, ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək Sumqayıt Şəhər Mühafizə Idarəsində işləmişdir.

6. Iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşı tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**/*/*-*-******/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın metallurgiya istehsalatı bölməsinin (3) boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (3.8) fəhlələr yarımbəndində (a) nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “xxxx" şirkətinin iddiaçıya dair ## ### 2025-ci il tarixli AZB **/*** nömrəli arayışında ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində nəzarət ölçü cihazları və avtomatika sexinə qaz və su sahəsində çilingər-elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsində çilingər-elektrik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 9 gün (##.##.1986-##.##.1988-ci il, ##.##.1988-##.##.1988-ci il, ##.##.2008-##.##.2009-cu iI, ##.##.2009-##.##.2009-cu il, ##.##.2009-##.##.2012-ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2012-##.##.2014-cü il, ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

9. Iddia tələbinin əsaslandırması: iddiaçının ##.##.2003-cü il tarixindən ##.##.2008-ci il tarixinədək (4 il 7 ay 10 gün) “xxxx” ASC-nin nəzarət ölçü cihazları və avtomatika sexində işlədiyi qaz və su sahəsi üzrə çilingər- elektrik peşəsi “xxxx” ASCnin ##.##.2025-ci il tarixli AZB **/*** nömrəli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndinin “nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” bəndinə uyğundur. Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bu Siyahı üzrə güzəştli pensiya hüququna malikdir. Sözügedən arayışda işlədiyi çilingər-elektrik peşəsi ilə bağlı işəgötürən tərəfindən xüsusi qeyd əlavə olunmuş və bildirilmişdir ki, ‘nəzarət ölçü cihazları və avtomatika sexində çalışan çilingərlər müəssisənin əsas sexlərinin isti iş sahələrində (soba və dəzgahlarda) quraşdırılmış istilik, hava (atmosfer), su, qaz və s.-nin təzyiqini ölçən nəzarət-ölçü cihazlarının fasiləsiz işinin düzgün təmin edilməsi məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişlər. Iddiaçının işlədiyi sahə, yəni metallurgiya istehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Belə ki, “xxxx” ASC polad boru istehsalı üzrə ölkəmizin ən böyük metallurgiya müəssisəsidir və onun əsas sexlərində çalışan demək olar ki, bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Eyni zamanda, çalışdığı “qaz və su sahəsi üzrə çilingər-elektrik” peşəsinin icra olunduğu iş yeri, yəni nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində texnoloji prosesi aparan əsas fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Buna baxmayaraq, cavabdeh onun 4 il 7 ay 10 gün güzəştli iş stajını nəzərə almayaraq, güzəştli iş stajını cəmi 8 il 10 ay 9 gün hesablamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aynur Axundova).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı tələb olunur. Məhkəmə sorğusuna cavab olaraq xxxx ASC-nin ## ###### 2025-ci il tarixli, AZB/**/*** nömrəli arayışında qeyd edilmişdir ki, "xxxx ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Iddiaçının işlədiyi nəzarət ölçü cihazları və avtomatika sexinin əsas fəaliyyəti müəssisənin əsas istehsalat sahələrində quraşdırılmış cihaz və qurğuların fasiləsiz iş rejimini təmin etmək, dövlət standartlaşdırma orqanlarının texniki şərt və təlimatlarına əsasən müəyyən edilmiş istismar qaydalarına uyğun olaraq həmin cihaz və qurğuların düzgün istismar edilməsinə nəzarət etmək, yaranmış nasazlıqların aradan qaldırılması üçün müvafiq xidmət və təmir işlərinin həyata keçirməkdən ibarət olmuşdur. Qeyd edilən arayışdan göründüyü kimi, çilingərlərin peşə adlarının "çilingər”, "çilingər-elektrik, "təmirçi-çilingər” adlandırılması onların əmək funksiyalarında hər hansı dəyişlik yaratmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Belə ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları ilə sübut edilir.

13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, Azərbaycan Boruyayma zavodu bəzi sahələri çıxmaq şərtilə ağır sənaye müəssisəsidir. Iddiaçı nəzarət-ölçü cihazları və avtomatika sexinə 2003-cü il tarixdə işə qəbul olarkən peşənin adı çilingər-elektrik kimi qeyd edilmiş, sonradan peşənin adı dəyişdirilərək təmirçi-çilingər olsa da, əmək kitabçasında qeyd edilməmişdir. Həmin vəzifədə işlədiyi dövrdə mürəkkəb nəzarət-ölçü elektromaqnit, elektrodinamik və optik cihazların təmirini, yığılmasını, tənzimlənməsini həyata keçirmişdir. Iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir.

27. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajı; 2) azı 12,5 il güzəştli iş stajı.

28. Iddiaçının qanunla tələb olunan 25 il sığorta stajına malik olduğu cavabdeh tərəfindən mübahisələndirilmir.

29. Bununla belə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının hərbi xidmət (##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövr), təhsil (##.##.1984- ##.##.1985-ci il tarixləri arasındakı dövrlər) və əmək kitabçasının (##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək, ##.##.1988-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.1998-ci il tarixədək, ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək, ##.##.1998-ci il tarixdən ##.##.2016-cı il tarixədək) yuxarıda qeyd olunan məlumatları nəzərə alındıqda onun ümumi iş stajı 32 il 11 ay 26 gün təşkil edir.

30. Hazırda cavabdeh iddiaçının yalnız güzəştli iş stajını mübahisələndirərək, bu stajının qanunla tələb olunan 12,5 ildən az – 8 il 10 ay 9 gün olduğunu bildirir.

31. Belə ki, cavabdehin bununla bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçının Azərbaycan Boruyayma zavodundakı (hazırkı "xxxx" ASC) ##.##.2003-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “nəzarət ölçü cihazları və avtomatika sexinə qaz və su sahəsində çilingərelektrik peşəsi” arayışda istinad olunan NK-nın ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən "nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” vəzifəsinə uyğun gəlmir.

32. Bu səbəbdən, cavabdeh iddiaçının həmin müəssisədə işlədiyi ##.##.2003- ##.##.2008-ci il tarixləri arasındakı 4 il 7 ay 10 günlük dövrü güzəştli iş stajı olaraq qəbul etmir.

33. Qeyd olunan dəlillə bağlı kollegiya aşağıdakıları qeyd edir:

34. Iddiaçıya məxsus əmək kitabçası məlumatlarından və “xxxx” ASC tərəfindən iddiaçı barəsində verilmiş ## ### 2025-ci il tarixli, AZB**/*** nömrəli araşdırıcı arayışdan görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Azərbaycan Boruyayma zavodunun mexaniki alət sexinin mexanika şöbəsində kran maşinisti, ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək X1 sexinin qazma boruları şöbəsində soyuq boru kəsicisi, ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixədək Boruyayma-2 sexində qazma boruları şöbəsinin boruların qaynaq sahəsinə idarəetmə postunun operatoru, ##.##.1998-ci il tarixdən ##.##.2003-cü il tarixədək nəzarətçi, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək mühafizəçi, ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək olan dövr ərzində isə nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsi üzrə çilingər-elektrik işləmiş, ##.##.2008-ci il tarixdən ##.##.2015-ci il tarixədək boruyayma sexinin yivaçma sahəsində metal çeşidləyicisi və təhvil vericisi, ##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək isə növbətçi işləmiş, işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

35. Cavabdeh orqan iddiaçının “xxxx” ASC-də işlədiyi X1 sexində soyuq boru kəsicisi, boruyayma-2 sexində operator, metal çeşidləyici və təhvil verici vəzifələrini güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verən vəzifələr olaraq qəbul edərək həmin vəzifələrdə işlədiyi 8 il 10 ay 9 günlük dövrü güzəştli iş stajına daxil etmişdir.

36. Həmin vəzifələrdə bağlı araşdırıcı arayışda qeyd edilmişdir ki, boruyayma-2 sexində qazma boruları şöbəsinin boruların qaynaq sahəsində iş şəraiti ağır və zərərlidir, bu sahədə çahşan "idarəetmə postunun operatorları" iş vaxtlarını isti, ağır və zərərli iş şəraitində keçirmişlər. Həmin peşələr NK-nın ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının “3-cü Metallurgiya istehsalatı” bölməsinin “4-cü Boru istehsalı: boruyayma, boruqaynağı. elektrik boru qaynağı, boruçəkmə. borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması” bəndinin a) fəhlələr yarımbəndinin “isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları”— (1030400а-15880) vəzifəsinə, həmçinin, * nömrəli Siyahının eyni adlı bölməsinin "metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər” (2040400a-1753b) vəzifəsinə, eyni zamanda NK-nın ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “3-cü Metallurgiya istehsalatı” bölməsinin “3.4-cü Boru istehsalı: boruyayma. boruqaynağı. elektrik boru qaynağı, boruçəkmə, borutökmə. fitinq, balon, termiki və sinkləmə: metalın hazırlanması və doğranması” bəndinin a) fəhlələr yarımbəndinin "isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları”; 3,8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə. elektrik boru qaynaqetmə. boru çəkmə, borutökmə. fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndinin "boru və pəstahların kəsiciləri”, “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər’’ peşələri ilə eynilik təşkil edir.

37. Həqiqətən də, həmin vəzifələrin arayışda qeyd olunan siyahılarda təsbit edilmiş vəzifələrə uyğunluğu müəyyən edilir.

38. Iddiaçının həmin müəssisədə işlədiyi ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək olan dövrlə bağlı isə cavabdehin mübahisələndirdiyi məsələ NK-nın ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda “nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” vəzifəsi qeyd olunduğu halda, iddiaçının “nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsi üzrə çilingərelektrik" vəzifəsində işləməsi, yəni siyahı ilə arayışda qeyd olunan vəzifələr arasında uyğunsuzluq olmasıdır.

39. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan araşdırıcı arayışda həmin vəzifənin də xarakterinə qiymət verilərək göstərilmişdir ki, nəzarət ölçü cihazları və avtomatika sexində çalışan çilingərlər müəssisənin əsas sexlərinin isti iş sahələrində (soba və dəzgahlarda) quraşdırılmış istilik, hava (atmosfer), su, qaz və s.-nin təzyiqini ölçən nəzarət-ölçü cihazlarının fasiləsiz işinin düzgün təmin edilməsi məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişdirlər. Nəzarət ölçü cihazları və avtomatika sexinin “qaz və su sahəsi üzrə çilingər-elektrik" vəzifəsində çalışan şəxslər də su və qazın təzyiqini ölçən nəzarət ölçü cihazlarına (manometrlər) xidmət göstərmiş və təmir işlərini həyata keçirmişdirlər.

40. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin müəssisə tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, AZB/**/*** nömrəli məktubda iddiaçının həmin vəzifədə işlədiyi istehsalat və işin xarakteri barədə daha geniş məlumat göstərilmişdir.

41. Belə ki, həmin məktubdan görünür ki, "xxxx” ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir, müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Iddiaçının işlədiyi nəzarət ölçü cihazları və avtomatika sexinin əsas fəaliyyəti müəssisənin əsas istehsalat sahələrində quraşdırılmış cihaz və qurğuların fasiləsiz iş rejimini təmin etmək, dövlət standartlaşdırma orqanlarının texniki şərt və təlimatlarına əsasən müəyyən edilmiş istismar qaydalarına uyğun olaraq həmin cihaz və qurğuların düzgün istismar edilməsinə nəzarət etmək, yaranmış nasazlıqların aradan qaldırılması üçün müvafiq xidmət və təmir işlərinin həyata keçirməkdən ibarət olmuşdur. Iddiaçı da bütün iş vaxtında müəssisənin əsas istehsalat sahələrində quraşdırılmış su və qazın təzyiqini ölçən nəzarət ölçü cihazlarının (manometrlər) fasiləsiz iş rejimini təmin etmək məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişdir. Iş şəraiti ağır və zərərli olduğundan işlədiyi müddətdə ona tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmiş, zərərli iş şəraitinə görə ona əlavə məzuniyyət günləri verilmiş və bundan əlavə o, iş şəraiti ağır və zərərli olduğu üçün gündəlik olaraq süd məhsulları ilə təmin edilmişdir. Həmçinin, nəzarət ölçü cihazları və avtomatika sexində (sonradan nəzarət ölçü cihazları və avtomatlaşdırma və mexanikləşdirmə sexi) nəzarət ölçü cihazlarına xidmət göstərmiş və təmir işlərini həyata keçirmiş çilingərlərin peşə adlarında zaman-zaman dəyişikliklər edilərək "çilingər”, "çilingərelektrik, "təmirçi-çilingər” adlandırılsa da, əmək funksiyaları eyni olaraq qalmışdır.

42. Həmçinin, müəssisə tərəfindən məhkəməyə “nəzarət ölçü cihazları və avtomatlaşdırma və mexanikləşdirmə sexi üzrə təmirçi-çilingər” peşəsinin vəzifə təlimatı təqdim edilmişdir.

43. Vəzifə təlimatından müəyyən olunur ki, həmin vəzifə üzrə işçi: - Istismar olunan cihazların quruluşunu, təyinatını və iş prinsiplərini; - Yoxlama və sınaq üçün nəzərdə tutulan cihazların, qurğuların dövlət standartlaşdırma orqanlarının texniki şərtlərini və təlimatlarını; - Təmir zamanı istifadə edilən qiymətli materialların, ərintilərin əsas xassələrini; - Cərəyan keçən və izolyasiyalı materialların elektrik xassələrini; - Mürəkkəb nəzarət ölçü elektromaqnit, elektrodinamik və optik cihazların təmirini, yığılmasını, tənzimlənməsini, sınağın dəqiqliyinin yoxlanılmasını; - Elektro avtomatika, telemexanika və rele mühafizə qurğularının köklənməsini və sazlanmasını bilməlidir.

44. Beləliklə, kollegiya iddiaçının “nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsi üzrə çilingər-elektrik” vəzifəsi üzrə yerinə yetirdiyi əmək funksiyalarının xarakterini (cihazların quruluşu və iş prinsiplərini bilməsi, onların təmiri, sazlanması, sınağı və fasiləsiz işləməsinin təmin edilməsi) nəzərə alaraq, hesab edir ki, onun həmin vəzifədə fəaliyyəti NKnın ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəzarət-ölçü cihazları və avtomatikanın quraşdırıldığı sahələrdə birbaşa xidmət və təmir işlərini həyata keçirən çilingərlər kateqoriyasına tam uyğun hesab olunmalıdır.

45. Göründüyü kimi iddiaçının "xxxx” ASC işlədiyi “nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsi üzrə çilingər-elektrik” vəzifəsi araşdırıcı arayışda da qeyd olunduğu kimi * nömrəli Siyahının “3-cü Metallurgiya istehsalatı (qara metallar)” bölməsinin “4-cü boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” bəndinin a) fəhlələr yarımbəndinin 2040400a—18494 koduna (nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr * nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdir), eləcə də, NK-nın ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “3-cü Metallurgiya istehsalatı” bölməsinin “3.8-ci Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” bəndinin a) fəhlələr yarımbəndinin "nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər. Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bu Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər’’ peşəsinə eynilik təşkil edir.

46. Beləliklə, iddiaçının "xxxx” ASC-də işlədiyi ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək olan 4 il 7 ay 10 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 8 il 10 ay 9 günlük dövrlə birgə nəzərə alındığında onun qanunla tələb olunan 12,5 ildən artıq (13 il 05 ay 19 gün) güzəştli iş stajına malik olduğu müəyyən edilir.

47. Işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya 60 yaşı tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2-1(118)-6781/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar