Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-376/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1957-ci il təvəllüdlüdür. Iddiaçıya aid əmək kitabçasına görə o, ##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək Ağdam rayonu Kinoteatr və kinoqurğular birliyində mexanik köməkçisi işləmiş, ##.##.1975-ci il taridən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, ##.##.1978-ci il tarixdən ##.##.1981ci il tarixədək daxili işlər orqanlarında, ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək * saylı Evtikmə Kombinatının *** saylı Tikinti idarəsində, ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək “Santexdetal” zavodunda, ##.##.1981-ci il taridən ##.##.1982-ci il tarixədək “Neftkimyaavtomat” IB-də, ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək rəngsaz, ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixədək * nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyində çilingər, ##.##.1998- ##.##.2001-ci il tarixədək Sumqayıt şəhər “xxxx” firmasılnda işləmişdir. Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı * saylı Təmir-Tikinti Idarəsinə ##.##.1982-ci tarixində *** saylı əmrlə 6-cı dərəcəli çilingəri işinə qəbul edilmişdir. ##.##.1998-ci il tarixində ** saylı əmrlə Azərbaycan Respublikası ƏQM-nin 37.1-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Sumqayıt şəhəri “xxxx” firması tərəfindən verilmiş arayışdn görünür ki, İddiaçı Aşrəf oğlu Sumqayıt şəhər “xxxx” firmasına ##.##.1998-ci il tarixdə 5-ci dərəcə çilingər işinə qəbul edilmişdir. ##.##.2001-ci il tarixdən */k saylı əmrilə Azərbaycan Respublikasının ƏQM-nin 69.1ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək olan dövrlərin ümumi sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1957-ci ildə anadan olmuş, 1974-cü ildə Ağdam rayonu Q.Zakir adına Xındırıstan kənd orta məktəbinin 10-cu sinfini və 1975-ci ildə Xındırıstan kənd texniki peşə məktəbini bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, ilk olaraq əmək fəaliyyətinə 1978-ci ildə başlamış, 1981-ci ilədək Azərbaycan Respublikası DIN Yanğınsöndürmə Idarəsində yanğınsöndürən vəzifəsində işləmiş, 1981-ci ildə öz xahişi ilə işdən azad olunmuş və Sumqayıt Kimya Aşqarlar X7 müvəqqəti işə düzəlmişdir. 1982-ci ildə müvəqqəti iş müddətinin bitməsi ilə əlaqədar işdən azad olunmuş və bundan sonra uzun müddət müxtəlif yerlərdə işləmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin *-**-*/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktubla iddiaçıya imtina edilmişdir. Iddiaçı imtinanı əsassız hesab edir, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən onun ##.##.1973-cü il tarixdən ##.##.1974cü il tarixədək təhsil aldığı illər və ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 4 ay 5 gün təşkil edir. Iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixədək (işdənçıxma əmrinin Azərbaycan Respublikasının hansı Məcəlləsinə əsasən verildiyi qeyd edilməmiş) və ##.##.1998-ci il tarixdən ##.##.2001-ci il tarixədək (işdənçıxma əmrinin ##.##.2001-ci il tarixdə verilməsinə baxmayaraq, ##.##.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad edilmiş) olan dövrlərin doldurulma qaydası pozulduğundan araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı mötəbərliyinə əsaslı şübhələr olan * nömrəli Təmir-tikinti idarəsində ##.##.1982-ci il tarixindən ##.##.1998-ci il tarixinədək və Sumqayıt şəhər “xxxx” firmasında ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixinədək iddiaçının əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Sumqayıt Filialının müvafiq məktubuna əsasən, * nömrəli Təmirtikinti idarəsinin və “xxxx” firmasının sənədləri arxivə təhvil verilmədiyindən sözügedən müəssisələrdə ##.##.1982-ci il tarixindən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixinədək iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçıya ##.##.2022-ci il tarixindən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il ## ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa, Qaydaların 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 4.1-ci bəndinə əsasən, işçinin əmək kitabçasında isdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyqun göstərilməlidir. Işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və isin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı kifayət qədər olmadığı üçün (8 il 4 ay 5 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya onun əmək kitabçasında əksini tapmış ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq dövr üzrə (##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il olan dövr) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının * nömrəli Təmir-tikinti idarəsi və “xxxx” firmasında fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə (##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il olan dövr) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, dövrün araşdırılması məqsədi ilə, Mərkəzi Filial tərəfindən əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının * nömrəli Təmir-Tikinti Idarəsinin və “xxxx” firmasında işləməsini təsdiq edən sənədlərin təqdim edilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvanlanmış cavab məktubunda * nömrəli Təmir-Tikinti Idarəsi və “xxxx” firması ilə bağlı sorğuda göstərilən hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Məhkəmə icraatı zamanı adıçəkilən müəssisələrdə işləyən X4 və X1 pensiya işi materialları tələb edilmişdir. Mərkəzi Filial cavab məktubunda X1 pensiya işinin vətəndaşa proaktiv təyinatın aparılması səbəbi ilə mövcud olmadığı bildirilmişdir. Bu isə məhkəmənin vətəndaşların oxşar müəəsisələrdə işləməsini əsas götürərək iddianın təmin edilməsi üçün əsas olmuşdur. Lakin bildiririk ki, F.Həsənova proaktiv təyinatın aparılması dedikdə vətəndaşın 2006-cı il tarixindən 2018-ci il tarixinədək pensiya kapitalının olması əsasında sığorta stajının 25 ilə çatdırılması ilə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, iddiaçıya pensiya təyin olunmasından imtina olunmasının səbəbi dövrün doldurulma qaydalarının pozulmasıdır. Məhkəmə isə araşdırma zamanı eyni faktiki halların həmiddiaçıya həmdə F.Həsənova və ya İ.Ibrahimova tətbiq edilib-edilməməsini araşdırmamışdır. Yəni, Mərkəzi Filial tərəfindən iddiaçıya əmək pensiyasının təyin olunmasını istisna edən dövrün doldurulması qaydalarının pozulması hallarının (işdənçıxma əmrinin Azərbaycan Respublikasının hansı Məcəlləsinə əsasən verildiyi; işdənçıxma əmrinin ##.##.2001-ci il tarixində verilməsinə baxmayaraq ##.##.1999-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə istinad edilib) hər birinin digər adıçəkilən şəxslərin əmək kitabçasında da mövcud olduğu halda, F.Həsənova və ya İ.Ibrahimova əmək pensiyası təyin olunması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi isə haqlı olaraq hesab etmişdir ki, ##.##.1998-ci il tarixdən - ##.##.2001-ci il tarixədək dövrün doldurulma qaydasının pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina edilməsi üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunvericiliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, * nömrəli Təmir-Tikinti Idarəsinin və "xxxx" firmasının sənədlərinin arxivə təhvil verilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya işlədiyi ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək olan dövrlərin ümumi sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən ki, iddiaçının ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək təhsil aldığı illər və ##.##.1975-ci il tarixindən ##.##.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 4 ay 5 gün təşkil edir, iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması, əmək kitabçasının doldurulması qaydası pozulduğundan, ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixədək və ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək olan dövrlərin ümumi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixədək olan dövrlə bağlı əmək kitabçası doldurularkən əmrlərdə “37-ci maddəsi” yazmaql kifayətlənmiş (məcəllənin adı ümumiyyətlə göstərilməmiş), ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək olan dövr üçün isə həmin vaxt qüvvədən düşmüş Əmək Qanunları məcəlləsinə istinad edilmişdir bundan başqa həmin müəssisələrin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək haqqı alıb-almamasını yoxlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1957-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaşına çatması işin mübahisəsiz halıdır. Mübahisəli hal iddiaçının ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək, ##.##.1998-ci il tarixindən ##.##.2001-ci il tarixədək olan əmək stajı ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının sığorta stajının yalnız əmək kitabçasında formal uyğunsuzluqlar nəzərə alınmaqla hesablanması və bir sıra dövrlərin staja daxil edilməməsi barədə mövqe tutulmuşdur. Cavabdeh xüsusilə ##.##.1982-ci il tarixdən ##.##.1998-ci il tarixinədək və ##.##.1998-ci il tarixdən ##.##.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında aparılan qeydlərdə qanunvericiliyin tələblərinə tam riayət olunmaması səbəbindən həmin müddətlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların mövcudluğu iddiaçının sosial sığorta hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək kitabçasının düzgün aparılması və rəsmiləşdirilməsi işəgötürənin vəzifəsidir və bu vəzifənin icrasında yol verilmiş nöqsanlar işçinin hüquqlarının, o cümlədən sosial təminat hüququnun pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin II bölməsinin 3-cü maddəsində göstərilir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənədlərdən biridir və qanunvericiliyə görə, orada aparılmış qeydlər əksini sübut edən mötəbər dəlillər təqdim edilmədiyi halda etibarlı hesab olunur. Kollegiya qeyd edir ki, müvafiq arxiv sənədlərinin mövcud olmaması və ya saxlanılmaması iddiaçının məsuliyyəti kimi qiymətləndirilməməlidir. Müəssisənin arxiv sənədlərinin itirilməsi, məhv olması və ya ümumiyyətlə saxlanılmaması dövlət və ya işəgötürən tərəfindən sənədləşdirmə qaydalarının pozulması ilə bağlıdır və bu, iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Eyni zamanda, əmək kitabçasında qeydiyyat aparılarkən texniki və ya formal xarakterli uyğunsuzluqların (məsələn, əmrin tarixi ilə işə qəbul tarixinin fərqli göstərilməsi, mcəllıənin adının səhv götərilməsi ya göstərilməməsi) mövcudluğu həmin qeydlərin tamamilə etibarsız hesab olunmasına səbəb ola bilməz. Belə uyğunsuzluqlar, əksinə, sənədin doldurulması qaydalarına riayət olunmaması ilə bağlıdır və bu qaydaların pozulmasına görə məsuliyyət işçinin deyil, işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının qeyd olunan müddətdə işləmədiyini təsdiq edən mötəbər sübut mövcud deyildir. Əmək kitabçasındakı qeydlər onun müvafiq dövrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən əsaslı və yetərli sübut kimi qəbul edilməlidir. Eyni zamanda, cavabdehin arxiv sənədlərinin mövcud olmaması ilə bağlı istinadları da məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Belə ki, müəssisələrin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi həmin müəssisələrdə əmək fəaliyyətinin həyata keçirilmədiyini sübut edən hal kimi qiymətləndirilə bilməz və bu hal əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini aradan qaldırmır. Iş materialları ilə müəyyən olunur ki, iddiaçının * nömrəli Təmir-Tikinti Idarəsində və Sumqayıt şəhərində fəaliyyət göstərmiş “xxxx” firmasında müvafiq dövrlərdə işləməsi həm əmək kitabçasındakı qeydlərlə, həm də təqdim olunmuş arayışlarla təsdiq edilir. Həmin arayışlarda iddiaçının konkret tarixlərdə işə qəbul olunması və işdən azad edilməsi barədə məlumatlar öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və həmin sənəddə iddiaçının mübahisələndirilən dövrlərdə əmək fəaliyyəti göstərməsi açıq şəkildə əks olunmuşdur. Bu qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı təkzibedici sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının qanunvericiliklə tələb olunan minimum sığorta stajına malik olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.