Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-377/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin # ##### 2024-cü il tarixli, 2/2- **** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ## #### 2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı məxsus ## ####### 2008-ci il tarixli, AO seriyalı, ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı # ###### 2020-ci il tarixdə ** nömrəli əmrə əsasən N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, ** nömrəli əmrə əsasən ## ###### 2020-ci il tarixdə siyahısından çıxarılmışdır. Iddiaçı İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 2008-ci ildə ordu sıralarına çağırılaraq Sülhməramlı hərbi hissədə xidmət edərkən 2009-cu ildə xidmətini davam etmək üçün Əfqanıstan Islam Respublikasına göndərilmişdir. 2010-cu ildə hərbi xidmətini başa vurmuşdur. Dövlət səfərbərliyi ilə bağlı # ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə xidmətə göndərilmiş və orada ## ###### 2020-ci il tarixədək xidmət edərək evə buraxılmışdır. Evə buraxılan zaman hərbi biletinin 5-7 səhifələrində “Vətən Müharibəsində iştirak edib” sözləri yazılmışdır. Müharibədə iştirak etdiyinə görə ona“Müharibə Veteranı” adının veriləcəyini düşünüb. Lakin 38 ay gözləsədə, ona bu ad verilmədi. Buna görə də o ##.##.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adları”-nın və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Müraciəti ilə bağlı rəsmi olaraq ## ##### 2024-cü ildə imtina cavabı almışdır. Cavabda göstərilir ki, “Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəl ihərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin siyahısında olmadığına görə sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilmir”. Xüsusi ilə qeyd edir ki, onunla birlikdə eyni vaxtda, eyni hərbi hissədə xidmətdə olan yoldaşlardan bir neçəsi müharibə veteranı adını almışlar. Buna baxmayaraq, cavabdeh tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## #### 2024-cü il tarixli, **** nömrəli məktubunun surətindən görünür ki, iddiaçı # ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Hüquq Idarəsinin ## #### 2020-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli məktubunda Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 8, 9, 10, 11-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, IPM-in 14.3, 38, 47.2-ci maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq Idarəsinin # #### 2024-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair sorğu cavablandırılması üçün aidiyyəti üzrə NN nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 1# #### 2024-cü il tarixli, **** nömrəli və ## #### 2024-cü il tarixli, **** nömrəli məktublarından görünür ki, N nömrəli hərbi hissə komandirinin # ###### 2020-ci il tarixli, ** nömrəli əmrində (əsas: §-9, səh- 80, sıra-49) Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarəsindən (şöbə, bölməsindən) gəlmiş hesab edilərək # ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş hərbi vəzifəlilərin siyahısında, # ###### 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən çağırılmış, 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 3-cü manqasında atıcı vəzifəsinə təyin olunmuş, ## ####### 1990-ci il təvəllüdlü, əsgər İddiaçı adı qeyd edilmişdir. Qismən Səfərbərliklə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2020ci il tarixli, *** nömrəli əmrinə əsasən, imtiyazlı olan, 4-cü taborun 5-ci bölüyünün hərbi qulluqçusu, əsgər İddiaçı Azərbaycan Ordusundan tərxis olunduğuna görə, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020- ci il tarixli, ** nömrəli əmrilə (əsas: §-7, səh- 24, sıra-333, əmrdə vəzifəsi yazılmamışdır) ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmişdir. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin # ###### 2020-ci il – ## ###### 2020-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən N nömrəli hərbi hissənin 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olub-olmaması barədə məlumat vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin ## ###### 2024-cü il tarixli, *-**-*/*-Q-*******/**** nömrəli məktubundan görünür ki, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə vətəndaş Şahid “Müharibə veteranı” adı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, vətəndaş Şahid “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir. Cavabdeh ## ###### 2025-ci il tarixli, 3-25-29/2- ****/**** nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin # ###### 2020-ci il tarixli, ** nömrəli əmrində (əsas: §-9, səh-91, sıra-128) Azərbaycan Respublikası Müdafiə nazirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarəsindən (şöbə, bölməsindən) gəlmiş hesab edilərək # ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş hərbi vəzifəlilərin siyahısında, # ###### 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsindən çağırılmış, 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 2-ci manqasında qumbaraatan vəzifəsinə təyin olunmuş, ## ###### 1995-ci il təvəllüdlü, əsgər Şahid adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, ** nömrəli əmrilə (əsas: §-2, səh-191, sıra-14) 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının qumbaraatanı, əsgər Şahid 7 gün müddətinə NN nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, ** nömrəli əmrilə (əsas: §-1, səh-212, sıra-16) 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının qumbaraatanı, əsgər Şahid NN nömrəli hərbi hissədən ezamiyyətdən gəlmiş hesab edilərək vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, ** nömrəli əmrində (əsas: §-5, səh-221, sıra-9) Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci, 38.1.2-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 34-cü maddəsinə və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında qismən səfərbərliklə xidmətə çağırılmış və 1-ci Ordu Korpusunun tabeliyində xidmətdə olan, könüllü olaraq Azərbaycan ordusunda bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmət qulluğuna qəbul edilmiş hərbi qulluqçuların siyahısında, NN nömrəli hərbi hissəyə təyin olunmuş 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının qumbaraatanı, əsgər Şahid adı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından, habelə arxiv arayışından da görünür ki, iddiaçı İddiaçı # ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir və qeyd edilənlər işin mübahisəsiz halları olmaqla bərabər məhkəmə qərarında da öz təsdiqini tapmışdır. Həmçinin Müdafiə Nazirliyinin Hüquq Idarəsinin ##.##.2020-ci il tarixli 3-25-4/1-2- ****/**** nömrəli məktubundan da görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Göründüyü kimi iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərdə aparılan döyüş əməliyyatlarında iştirak etməyən hərbi hissədə xidməti təsdiqini tapmışdır və belə olan halda ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi bu Qanunun tələblərinə ziddir. Bundan başqa birinci instansiya məhkəməsi qərar qəbul edərəkən İddiaçıla N nömrəli hərbi hissədə birlikdə xidmət edən Şahid “Müharibə veteram” adı və vəsiqəsinin verilməsini, eyni zamanda bərabərlik prinsipini əsas göstərərək iddianı təmin etmişdir. Iş materialına əlavə olunan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiva”nın ## ###### 2026-cı il tarixli 3-25-14/2-554/2026-cı il tarixli məktubundan görünür ki, veteran komissiyasına təqdim edilmiş sənədlərə əsasən vətəndaş X1 oglu “Vətən Müharibəsi” zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 70N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonunun Çaylı və Suqovuşan kəndi ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş və həmin ünvan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı verilmişdir. Hörmətli məhkəmə, göründüyü kimi Şahid döyüş əməliyyatlarında iştirak etmiş 70N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarına cəlb edildiyindən ona “Müharibə veteram” adı və vəsiqəsi verilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin vətəndaş Şahid “Müharibə veteram” adı və vəsiqəsini almasını əsas gətirərək iddia tələbini təmin etməsi yolverilməzdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ OLUNAN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-). Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Iş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 2020-ci il tarixli, ** nömrəli əmri ilə Müdafiə nazirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən gəlmiş hesab edilərək # ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 3-cü manqasında atıcı vəzifəsinə təyin olunmuş, Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən Azərbaycan Ordusundan tərxis olunduğuna görə, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, ** nömrəli əmrilə ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı hərbi hissədə qulluq keçdiyi, qanuni əsaslarla ehtiyata buraxılması işin mübahisəsiz hallarıdır. Lakin iddiaçı döyüşən hərbi hissədə qulluq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Hüquq Idarəsinin ##.##.2020-ci il tarixli 3-25-4/1-2- ****/**** nömrəli məktubundan da görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Biriinci instansiya məhkəməsi gəliyi nəticəni onunla əsaslandırmışdır ki, “Iddiaçı tərəfin mövqeyinə görə, o, # ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə xidmətə göndərilmiş və orada ## ###### 2020-ci il tarixədək xidmət edərək evə buraxılmış, evə buraxılan zaman hərbi biletinin 5-7-ci səhifələrində "Vətən Müharibəsində iştirak edib” sözləri yazılmışdır. Cavabdeh tərəfin mövqeyinə görə, Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, IPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır. Iş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 2020-ci il tarixli, ** nömrəli əmri ilə Müdafiə nazirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən gəlmiş hesab edilərək # ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş, 4-cü taborun 12-ci bölüyünün 1-ci tağımının 3-cü manqasında atıcı vəzifəsinə təyin olunmuş, Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən Azərbaycan Ordusundan tərxis olunduğuna görə, N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, ** nömrəli əmrilə ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı hərbi hissədə qulluq keçdiyi, qanuni əsaslarla ehtiyata buraxılması işin mübahisəsiz hallarıdır. Hazırkı işdə araşdırma predmeti N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edib-etmədiyindən ibarətdir. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçının istinad etdiyi, onunla birlikdə hərbi xidmətdə olan Şahid münasibətdə aparılmış məhkəmə araşdırması nəticəsində həmin şəxsə müharibə veteranı adının verilməsi, həmçinin döyüş əməliyyatların aparılması zamanı (## ###### 2020-ci ilədək) iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin daxilində olduğu müəyyən edilmişdir. "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hazırkı iş üzrə bərabərlik prinsipini əsas götürərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bərabərlik prinsipini düzgün tətbiq etməmiş və əsalandırlmamış qərar qəbul etmişdir. Belə ki, cavabdeh inzibati orqan şikayətində qeyd edir ki, “birinci instansiya məhkəməsinin qərarından, habelə arxiv arayışından da görünür ki, iddiaçı İddiaçı # ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir və qeyd edilənlər işin mübahisəsiz halları olmaqla bərabər məhkəmə qərarında da öz təsdiqini tapmışdır. Həmçinin Müdafiə Nazirliyinin Hüquq Idarəsinin ##.##.2020-ci il tarixli 3-25-4/1-2- ****/**** nömrəli məktubundan da görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Göründüyü kimi iddiaçının ##.##.2020- ##.##.2020-ci il tarixlərdə aparılan döyüş əməliyyatlarında iştirak etməyən hərbi hissədə xidməti təsdiqini tapmışdır və belə olan halda ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi bu Qanunun tələblərinə ziddir. Bundan başqa birinci instansiya məhkəməsi qərar qəbul edərəkən İddiaçıla N nömrəli hərbi hissədə birlikdə xidmət edən Şahid “Müharibə veteran” adı və vəsiqəsinin verilməsini, eyni zamanda bərabərlik prinsipini əsas göstərərək iddianı təmin etmişdir. Iş materialına əlavə olunan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiva”nın ## ###### 2026-cı il tarixli 3-25-14/2-554/2026-cı il tarixli məktubundan görünür ki, veteran komissiyasına təqdim edilmiş sənədlərə əsasən vətəndaş X1 oglu “Vətən Müharibəsi” zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək 70N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonunun Çaylı və Suqovuşan kəndi ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün müvafiq siyahı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş və həmin ünvan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı verilmişdir. Hörmətli məhkəmə, göründüyü kimi Şahid döyüş əməliyyatlarında iştirak etmiş 70N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarına cəlb edildiyindən ona “Müharibə veteram” adı və vəsiqəsi verilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin vətəndaş Şahid “Müharibə veteram” adı və vəsiqəsini almasını əsas gətirərək iddia tələbini təmin etməsi yolverilməzdir. Göründüyü kimi Şahid döyüş əməliyyatlarında iştirak etmiş 70N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarına cəlb edildiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir Iddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin onun döyüş bölgəsinə ezam olunmasını sübut edən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda cavabdeh inzibati orqan "Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinin təıəblərinidə pozmamışdır. Həmin normaya əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin hazırkı iş üzrə belə bir hal müəyyən edilmir və birinci instansiya məhkəməsi iddiaçının döyüşən hərbi hissəsnin tərkibində olmadığı, eyni zamanda döyüşən hərbi hissəyə ezam olunması ilə bağlı sübutların olmadığı halda, eyni eyni faktiki hallara malik olmayan digər hərbi qulluqçu ilə müqayisə əsasında bərbərlik prinsipini tətbiq edərək, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdən də göründüyü kimi iddiaçı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Həmin normalar baxımından cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün, iddiaçı, hər bir halda, həmin şərtlərə cavab verməlidir. Iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini təsdiq edən mötəbər sübut mövcud deyildir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq bərabərlik prinsipinə əsaslanmaqla iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini təsdiq edən mötəbər sübutların olmaması formalaşmış məhkəmə təcrübəsini və yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alanda iddia tələbinin əsassız olmasını göstərir. Eyni zamanda hazırkı iş üzrə bərabərlik prinsipinin tətbiqi əsaslarıda müəyyən edilmir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.