Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-378/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi iddiaçı2 və iddiaçı iddiaçı4 iştirakı ilə, İddiaçılar iddiaçı2, iddiaçı7, iddiaçı5, iddiaçı8, iddiaçı1, iddiaçı6, iddiaçı3 və iddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçılar iddiaçı2, iddiaçı7, iddiaçı5, iddiaçı8, iddiaçı1, iddiaçı6, iddiaçı3 və iddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## #### 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın 0,90 ha hissədə ləğv edilməsi və 133 K Konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair çıxarışın verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı və digər iddiaçıların nümayəndəsi iddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesteri”ndə reyestr nömrəsi ************ olan (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi ## #### 2019-cu il tarixli) mülkiyyət hüquqlarının qeydiyyatının 0,90 ha hissəsinə münasibətdə ləğv edilməsi, 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı2, iddiaçı7, Ömərova (Güliyeva) Könül Fizuli qızı, Ömərova (Güliyeva) Xumar Fizuli qızı, Qonağbəyova (Güliyeva) Bəsti Fizuli qızı, Musayeva (Güliyeva) Səbinə Fizuli qızı və iddiaçı4 Quba rayon Aqrar İslahat Komissiyasının # ### 1997-ci il tarixli, ** nömrəli qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 3,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və Dövlət Aktı tərtib edilmişdir. Verilmiş 3,20 ha torpaq sahəsinin 0,90 ha hissəsi təmamilə əkinə yararsız olmaqla orada kənd təsərrüfatı bitkilərinin əkilməsi və becərilməsi qeyrimümkün olduğundan iddiaçı iddiaçı2 Quba rayonu Digah bələdiyyəsinə müraciət edərək, 0,90 ha yararsız torpaq sahəsinin əvəzinə istifadəyə yararlı olan torpaq sahəsinin verilməsini xahiş etmişdir. Quba rayonu Digah bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə istifadəyə yararsız 0,90 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondundan torpaqla əvəz edilmişdir. Bundan başqa, iddiaçı iddiaçı1 ailə üzvü olmağına baxmayaraq, səhvən ona özəl pay torpaq sahəsi verilmədiyindən Quba rayonu Digah bələdiyyəsinə ərizə ilə müraciət etmiş, müraciəti əsasında Quba rayon Digah bələdiyyəsinin ehtiyat torpaq fondundan 0,50 ha əkin sahəsi verilmişdir. iddiaçı1 0,5 ha özəl pay torpaq sahəsi verildikdən sonra ümumilikdə 3,70 ha torpaq sahəsinə dair iddiaçıların adına JN 133 Kod ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin 0,50 ha və əkinə yararsız torpaq sahəsinin əvəzinə verilmiş 0,90 ha torpaq sahələri 3,20 ha torpaq sahəsi ilə eyni konturda deyil, 133 K konturda Digah kəndində yerləşən əvvəlki fermanın örüş sahəsindən verilmişdir. # #### 2019-cu il tarixdə torpaq sahəsinin 1,01 ha-nı X7 AN-İ seriyalı, ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”nə əsasən satmışlar. Həmin torpaq sahəsinin 2,1851 ha hissəsinə dair adlarına ## #### 2019-cu il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Sonradan əvəz edilmiş əkinə yararlı 0,90 torpaq sahəsi deyil, əkinə yararsız olan 0,90 ha torpaq sahəsini də daxil etməklə 2,1851 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Bildirilmişdir ki, özəl pay torpaq sahəsi olaraq verilmiş 0,50 ha və əkinə yararsız olduğuna görə sonradan əvəzləşdirilmiş 0,90 ha torpaq sahəsi verildiyi vaxtdan hal-hazıradək iddiaçılarının istifadəsində və onlara məxsus torpaq sahəsinə dair heç bir mübahisə mövcud deyildir. Hesab edirlər ki, imtina məktubunda qeyd edilən səbəblər vətəndaş kimi iddiaçıların təqsiri deyil, ləğv edilmiş DT və XK-nın Quba rayon Şöbəsinin əməkdaşlarının səhlənkarlığı və hal-hazırda fəaliyyət göstərən Reyestr Xidmətinin nöqsanıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, 3.7 ha torpaq sahəsi üçün təqdim edilən JN-*** nömrəli (KOD 30307038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 133 K nömrəli kontorunda qeyd olunan 1.4 ha torpaq sahəsi vahid məlumat bazasında öz əksini tapmamışdır, lakin, torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş, uqodiyası isə örüş kimi göstərilmişdir. Həmçinin JN-*** nömrəli (KOD 30307038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan qeydiyyat kitablarında 3.2 ha ölçüdə qeydə alınmışdır və dövlət aktının arxiv nüsxələri isə 3.2 ha, 3.7 ha ölçülərdə Ərazi idarəsində mövcuddur. Bundan əlavə, pay torpaq sahəsi almış subyektlərin adlı siyahısında 7 nəfər mülkiyyətçinin adları qeyd olunmasına baxmayaraq, 3.7 ha torpaq sahəsinə dair təqdim edilmiş Dövlət Aktında 8 nəfər mülkiyyətçinin adları yazılmışdır. Bu səbəbdən də, 3.7 ha torpaq sahəsinə aid təqdim edilən JN-*** nömrəli (KOD 30307038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na aid kadastr məlumatların və ilkin hüquqmüəyyənedici sənədlərin arxiv surətlərinin verilməsinə köməklik göstərmək məqsədilə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində Quba rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli Qərarı, eləcə də təqdim olunan JN-*** nömrəli (KOD 30307038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın elektron kadastr məlumatları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Quba rayonu Digah bələdiyyə şurasının # ### 2004-cü il tarixli, * saylı iclas protokolundan görünür ki, X1 bələdiyyə torpaq fondundan 0,5 ha əkinə yararlı torpaq sahəsi verilmişdir. Quba rayonu Digah bələdiyyə şurasının ## ### 2004-cü il tarixli, * nömrəli iclas protokolun qərarından çıxarışdan görünür ki, Quba rayonu Digah bələdiyyəsinin ehtiyat torpaq fonduna aid olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən Digah kənd sakini iddiaçı2K. 0,90 ha dəyişdirilməsi üçün hazırlanmış sənədlər nəzərə alınmış, iddiaçı2 ayrılmış 0,90 ha torpaq sahəsi üçün mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi DT və XK-nin Quba rayon Şöbəsindən xahiş edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## #### 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2,1851 ha ************ reyestr nömrəli torpaq sahəsi iddiaçı2, iddiaçı7, iddiaçı5, iddiaçı8, X3, iddiaçı3 və iddiaçı4 ümumi birgə xüsusi mülkiyyətindədir. Quba rayonu Digah bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublika Prezidentinin 1997-ci il yanvar tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Respublika Nazirlər Kabinetinin ## #### 1998 il tarixli, *** nömrəli qərarına müvafiq olaraq, Digah bələdiyyə sədrinin ## ### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə Quba rayonu Digah kənd sakini X2 adına olan özəl pay torpaq sahənin 0,90 ha istifadə yararsız olduğundan həmin istifadəyə yararsız torpaq sahəsi bələdiyyə ehtiyat torpaq fondundan torpaqla əvəz edilmişdir. JN 133 KOD 30307038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının # ### 1997-ci il tarixli, * nömrəli qərarı ilə iddiaçı2, iddiaçı7, X4, X5, X1, X3, X8 və iddiaçı4 3,7 ha torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin # ###### 2025-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, iddiaçı4 faktiki istifadəsində olan torpaq sahəsi 1,40 ha təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçı4 faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı kateqoriyalı olub uqodiyası örüş kimi, islahat uqodiyası örüş kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi TEKUİS-ə əsasən JN*** nömrəli Dövlət Aktı ilə uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Qonşu torpaq sahələrinə reyestr nömrələri 303012002175, 303013071279 və 303013095026 olan çıxarışlarla mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri”ndə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## #### 2019-cu il qeydiyyat tarixli mülkiyyət hüquqlarının qeydiyyatının 0,90 ha hissəsinə münasibətdə ləğv edilməsi, 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair iddiaçı2, iddiaçı7, iddiaçı5, iddiaçı8, iddiaçı1, iddiaçı6, iddiaçı3 və iddiaçı4 birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı ilə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri"ndə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## #### 2019-cu il qeydiyyat tarixli mülkiyyət hüquqlarının qeydiyyatı 0,90 ha hissəsinə münasibətdə ləğv edilmişdir. Lakin həmin 2.19 ha torpaq sahəsinin hansı hissədən ləğv olunması məlum deyildir. Bundan əlavə həmin çıxarışın verilməsinə əsas olmuş dövlət aktın ləğvi ilə bağlı münasibət bildirilməmişdir. b) İddiaçı və digər iddiaçıların nümayəndəsi iddiaçı2 apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, cavabdeh iddia edir ki, istifadəsində olan 1.40 ha torpaq sahəsi bazada örüş sahəsi kimi qeydiyyata alınmışdır. Bildirir ki, göstərilən ərazi vaxtilə sovxoz fermasına məxsus olmaqla ferma ərazisində yerləşmişdir. İslahat zamanı ferma binaları vətəndaşlar arasında bölüşdürülmüş, torpaqları mülkiyyətə verilmişdir. Hal-hazırda istifadəsində olan 1.40 ha torpaq sahəsi isə bələdiyyə fonduna məxsus olmuşdur. Bundan əlavə, sözügedən ərazi və ətraf sahələr təxminən 60 ha torpaq sahəsi bütövlükdə vətəndaşların mülkiyyətinə verilmişdir. Hətta onunla qonşuluqda yerləşən üç nəfər artıq özlərinin torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əldə etmişlər. Bundan əlavə cavabdeh apellyasiya şikayətində göstərir ki, 0.90 ha torpaq sahəsinin hansı hissədən ləğv edilməsi (və ya çıxarılması) məlum deyildir, halbuki ##.##.1999-cu il tarixli, JN-133, Kod ******** saylı dövlət aktına əlavə edilmiş xəritədə həmin 0.90 ha sahənin yol kənarı boyu yerləşməsi aydın görünür. Məlumat üçün bildirilir ki, ailə üzvləri 8 (səkkiz) nəfərdən ibarət olduğu halda əhalinin qeydiyyataalma komissiyasına təqdim olunan sənədlərdən Güliyeva (Rəhmanova) Zina Fizuli qızını qeydiyyata almamış, beləliklə ona 7 (yeddi) nəfərlik norma əsasında 3.50 ha sahə müəyyən olunmuşdur. Ancaq həyətyanı torpaq sahəsində 0.15 ha zəbt torpaq sahəsi olduğundan həmin dövrdə mövcud qanunvericiliyə görə zəbtə görə həmin sahənin iki misli miqdarında, yəni 0.30 ha torpaq sahəsi hesabından silinməklə ona 7 (yeddi) nəfərlik norma olaraq 3.20 ha torpaq sahəsinə dair JN-*** saylı dövlət aktı təqdim edilmişdir. Bundan əlavə ailə üzvlərinə verilmiş 3.20 ha torpaq sahəsindən 0.90 ha torpaq sahəsi əkib-becərmək üçün yararsız olmuşdur. Bu səbəbdən ##.##.2004-cü il tarixində yaşayış yeri üzrə Quba rayonu, Digah bələdiyyəsinə rəsmi qaydada müraciət edərək qeydiyyata alınmamış ailə üzvü Güliyeva (Rəhmanova) Zina Fizuli qızı üçün nəzərdə tutulmuş 0.50 ha pay torpaq sahəsinin verilməsini və istifadəyə yararsız 0.90 ha torpaq sahəsinin bələdiyyə fond torpağından digər istifadəyə yararlı torpaq sahəsi ilə əvəz edilməsini xahiş etmişdir. Müraciəti əsasında Bələdiyyə Şurasının müvafiq qərarı ilə Güliyeva (Rəhmanova) Zina Fizuli qızına norma daxilində 0.50 ha və əvəzləşdirmə qaydasında 0.90 ha olmaqla, vahid konturda cəmi 1.40 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr çəkilmiş və qanunvericiliyə uyğun digər zəruri sənədlər tərtib edilmişdir. Beləliklə, 2004-cü ildən bugünədək, yəni 22 ildir həmin sahəni 1.40 ha ərazidə əkibbecərir. Örüş sahəsi kimi göstərilən ərazi ictimai örüş yox, sovxoz fermasına məxsus olmuşdur. Sovxoz ləğv olunduğundan ərazilər vətəndaşların mülkiyyətinə verilmiş, binalar özəlləşdirilmişdir. Fermanın örüş sahəsi isə 1.40 ha yox, bundan dəfələrlə çox olmuşdur. Qeyd etdiyi kimi ona 30307038 kodlu torpağın mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilməklə 3.70 ha torpaq sahəsinin özündə əks etdirən dövlət aktı tərtib edilərək təqdim edilmişdir. Hər iki aktın arxiv nüsxələri isə * saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsində mövcuddur. Cavabdeh özü də bu məqamı öz ərizəsində qeyd etmişdir. Həmçinin sözügedən 1.40 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 cavabdeh kimi nəzərə alınmışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesteri”ndə reyestr nömrəsi ************ olan (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ## #### 2019-cu il tarixli) mülkiyyət hüquqlarının qeydiyyatının 0,90 ha hissəsinə münasibətdə ləğv edilməsi, 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinə dair birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, iddiaçı2, iddiaçı7, X4, X5, X1, X3, X8 və iddiaçı4 Quba rayon Aqrar İslahat Komissiyasının # ### 1997-ci il tarixli, * nömrəli qərarı ilə 3,70 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 10143,80 kv.m, 12851,32 kv.m və 14001,88 kv.m olmaqla üç planşetdə (müvafiq olaraq 133N, 133 və 133K) yerləşmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 133N konturunda yerləşən 1.01 ha torpaq sahəsi özgəninkiləşdirilmiş, iddiaçılar tərəfindən geridə qalan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə inzibati orqana müraciət etdikdə isə ## #### 2019-cu il tarixli çıxarış verilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## #### 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 2,1851 ha torpaq sahəsi üzərində iddiaçı2, iddiaçı7, iddiaçı5, iddiaçı8, X3, iddiaçı3 və iddiaçı4 ümumi birgə xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Kollegiya qeyd edir ki, JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından da göründüyü kimi 133N konturunda yerləşən torpaq sahəsi satıldıqdan sonra geridə 133 və 133K konturunda yerləşən torpaq sahələri qalmışdır. Həmin torpaq sahələri isə 12851,32 kv.m (1,2851 ha) və 14001,88 kv.m (1,4001 ha) olmaqla, ümumilikdə 26853,2 kv.m (2,68532 ha) təşkil edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçıların müraciəti əsasında 2,68532 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olduğu halda 2,1851 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almışdır. Yuxarıda qeyd olunan xüsusatların araşdırılması məqsədilə apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında online video-bağlantı vasitəsilə cavabdeh inzibati orqanın mütəxəssisinin (mühəndis) iştirakı təmin edilmişdir. Mütəxəssis ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2,18 ha torpaq sahəsinə çıxarış sözügedən dövlət aktı əsasında verilmişdir. Həmin dövlət aktı əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin 1,01 ha hissəsi satılmışdır, satılan hissəyə dair başqa çıxarış verilmişdir. 133 konturunda yerləşən 1,2851 ha torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla qeydə alınmış torpaq sahəsinə daxildir. 133K konturunda olan 1,40 ha torpaq sahəsi yerində mövcuddur, lakin çıxarışla qeydə alınmış torpaq sahəsinə daxil deyildir. Həmin konturda yerləşən 1,40 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Göründüyü kimi iddiaçıların istinad etdiyi JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı cavabdeh inzibati orqan tərəfindən mötəbər hüquq müəyyənedici sənəd qismində qəbul edilməklə, vaxtilə onun əsasında ************ reyestr nömrəli çıxarış tərtib edilmişdir. Hazırki halda mübahisəli məsələ mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən həmin Dövlət Aktının 133K konturunda yerləşən torpaq sahəsinin nəzərə alınmaması ilə bağlı olmuşdur. Beləliklə, iş materiallarında olan JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan açıq şəkildə görünür ki, iddiaçılara ümumilikdə 3,70 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 133N, 133 və 133K konturları üzrə yerləşmişdir. Tərəflər arasında mübahisəsiz haldır ki, 133N konturunda yerləşən 1,01 ha torpaq sahəsi sonradan özgəninkiləşdirilmişdir. Bu halda dövlət aktı üzrə iddiaçıların mülkiyyətində qalan torpaq sahəsinin ölçüsü 2,68532 ha təşkil etmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən ## #### 2019-cu il tarixli çıxarışla 2,1851 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəticəsində dövlət aktında əks olunmuş torpaq sahəsinin 0,50022 ha hissəsi qeydiyyatdan kənarda qalmış, eyni zamanda çıxarışla qeydə alınmış 0,90 ha torpaq sahəsinin isə hansı kontur və ya koordinatlar üzrə yerləşdiyi müəyyən edilməmişdir. Əlavə olaraq yuxarıda da istinad olunduğu kimi cavabdeh inzibati orqanın mütəxəssisi 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsinin faktiki olaraq mövcud olduğunu, iddiaçıların istifadəsində qaldığını və dövlət aktında nəzərdə tutulduğunu təsdiq etmişdir. Belə olan halda, dövlət qeydiyyatının əsasını təşkil edən hüquqmüəyyənedici sənəddə nəzərdə tutulmuş torpaq sahəsinin bir hissəsinin qeydiyyata alınmaması, əvəzində yerləşmə vəziyyəti müəyyən edilməyən torpaq sahəsinin çıxarışda göstərilməsi iddiaçıların mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Kollegiya bir daha qeyd edir ki, dövlət aktı üzrə özgəninkiləşdirilmədən sonra iddiaçıların mülkiyyətində qalmalı olan torpaq sahəsinin ümumi ölçüsü 2,68532 ha təşkil etdiyi halda, dövlət reyestrində yalnız 2,1851 ha torpaq sahəsi qeydə alınmışdır. Cavabdeh tərəfindən həmin fərqin hansı əsasla yarandığı, qeydiyyata alınmış 0,90 ha torpaq sahəsinin hansı koordinatlar üzrə yerləşdiyi, dövlət aktında nəzərdə tutulan torpaq sahələri ilə necə əlaqələndirildiyi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsi 2,68532 ha olduğu halda, 2,1851 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının, 133K konturunda yerləşən torpaq sahəsinin nəzərə alınmamasının səbəbləri, eləcə də 0,90 ha torpaq sahəsinin harda yerləşməsi ilə bağlı məsələlərə aydınlıq gətirilməmiş, inzibati orqanın mütəxəssisi tərəfindən 0,90 ha torpaq sahəsinin yerləşmə vəziyyəti barədə sual cavablandırılmamış, 133K konturunda yerləşən torpaq sahəsinin isə yerində mövcud olmaqla iddiaçıların istifadəsində olduğu bildirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlar 133K konturunda yerləşən 1,4001 ha torpaq sahəsinin dövlət aktı ilə iddiaçılara məxsus olmasını, həmin torpaq sahəsinin faktiki olaraq mövcudluğunu və iddiaçıların istifadəsində qalmasını təsdiq etdiyi, cavabdeh isə onun dövlət qeydiyyatından kənarda saxlanılmasının qanuni əsaslarını sübuta yetirə bilmədiyi üçün həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda, yerləşmə vəziyyəti müəyyən edilməyən və hüquqi əsası cavabdeh tərəfindən izah olunmayan 0,90 ha torpaq sahəsinin dövlət reyestrində saxlanılması reyestr məlumatlarının dəqiqliyini pozduğundan, çıxarışın həmin hissədə ləğv edilməsi ilə bağlı gəlinmiş nəticə də əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, bu zaman nəzərə almaq lazımdır ki, 133 konturunda yerləşən 1,2851 ha torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla qeydə alınmış torpaq sahəsinə daxil olduğundan çıxarış həmin hissədə olduğu kimi saxlanılmalı, yalnız yerləşmə vəziyyəti məlum olmamaqla düzgün qeydiyyata alınmamış 0,90 ha torpaq sahəsinə münasibətdə ləğv edilməlidir. Belə ki, mütəxəssis izahatından da aydın olduğu kimi 0,90 ha torpaq sahəsi 133K konturunda yerləşmir, bu səbəbdən də çıxarış həmin hissədə ləğv edilməklə 133K konturunda yerləşən torpaq sahəsi də nəzərə alınmaqla ümumilikdə 2,68532 ha torpaq sahəsi üzərində iddiaçıların birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla yeni çıxarış verilməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddənin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 149.2-ci maddəsinin tələbinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda istinad olunan normaları hazırki işə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış qeydiyyat müvafiq hüquq müəyyənedici sənədə uyğun olmadığından iddiaçı tələbində haqlı olmuşdur. Əlavə olaraq cavabdeh inzibati orqanın iddia tələbinə etiraz və apellyasiya şikayətində JN-*** nömrəli (KOD 30307038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın arxiv nüsxələrinin 3.2 ha, 3.7 ha ölçülərdə Ərazi idarəsində mövcud olmasına istinad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, yuxarıda da istinad olunduğu kimi sözügedən dövlət aktı nəzərə alınmaqla iddiaçının mülkiyyət hüquqları vaxtilə dövlət qeydiyyatına alınmış, beləliklə də sənədin mötəbərliyi inzibati orqan tərəfindən tanınmışdır. Kollegiya əlavə olaraq cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi aşağıdakı dəlili də əsassız hesab edir. Belə ki, inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarı ilə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesteri"ndə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## #### 2019-cu il qeydiyyat tarixli mülkiyyət hüquqlarının qeydiyyatı 0,90 ha hissəsinə münasibətdə ləğv edilmişdir. Lakin həmin 2.19 ha torpaq sahəsinin hansı hissədən ləğv olunması məlum deyildir. Kollegiya həmin dəlilə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan sənəd və izahatdan da göründüyü kimi JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 133K konturunda yerləşən 1,40 ha torpaq sahəsi ## #### 2019-cu il tarixli çıxarışla qeydə alınmış 2,1851 ha torpaq sahəsinə daxil olmadığından, 133 konturunda yerləşən 1,2851 ha torpaq sahəsi isə həmin çıxarışla qeydə alınmış torpaq sahəsinə daxil olduğundan, geridə qalan 0,90 ha (2,1851 ha – 1,2851 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının hansı əsasla aparıldığı məlum olmamış, cavabdehin mütəxəssisi də 0.90 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı sualları cavablandırmamışdır. Belə olduğu təqdirdə isə 0,90 ha torpaq sahəsi üzərində qeydiyyatın aparılması əsassız olmuşdur. İnzibati orqan torpaq sahəsinin dövlət qeydiyyatını həyata keçirən və həmin qeydiyyatın qanuniliyinə görə məsuliyyət daşıyan subyekt kimi mübahisələndirilən qeydiyyatın hüquqi və faktiki əsaslarını sübuta yetirməli olduğu halda, iş üzrə təqdim edilmiş sənədlər belə bir əsasın mövcudluğunu təsdiq etmir. Əksinə, məhkəmə araşdırması zamanı cavabdehin mütəxəssisi tərəfindən sözügedən 0,90 ha torpaq sahəsinin yerləşdiyi ərazi və qeydiyyatının hüquqi əsası barədə verilmiş suallar cavablandırılmamışdır. Beləliklə də, həmin torpaq sahəsinin konkret yerinin müəyyən edilməməsi qeydiyyatın qanuniliyini təsdiqləyən hal deyil, onun əsassız aparıldığını göstərən əlavə sübut kimi qiymətləndirilməlidir. Qeydiyyata alınmış 0,90 ha torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək və bunu sübut etmək vəzifəsi məhz qeydiyyatı aparmış cavabdeh inzibati orqanın üzərinə düşdüyündən, həmin hissə üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğundur. Beləliklə də kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən dövlət qeydiyyatının düzgünlüyünü təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əksinə, iş üzrə toplanmış sübut və izahatlar iddiaçıların tələbində haqlı olduğunu bir daha təsdiqləmişdir. Məhkəmə kollegiyası bir daha xüsusi olaraq qeyd edir ki, cavabdeh inzibati orqan JN-133, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nı hüquqmüəyyənedici sənəd kimi qəbul etmiş, həmin sənədə əsasən iddiaçıların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış və ## #### 2019-cu il tarixli çıxarış vermişdir. Bununla inzibati orqan sözügedən dövlət aktının hüquqi qüvvəsini və mötəbərliyini tanımışdır. Bu isə onu deməyə əsas verir ki, inzibati orqanın dövlət aktını hüquqların dövlət qeydiyyatının əsası kimi qəbul etdiyi halda, həmin sənədin məzmunundan irəli gələn hüquqların tam həcmdə qeydə alınmasından imtina etməsi əsaslı sayıla bilməz. Kollegiya əlavə olaraq qeyd edir ki, dövlət reyestrində aparılmış qeydiyyat hüquqmüəyyənedici sənədin məzmununu əvəz etmir və onu dəyişdirmir. Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın məqsədi mövcud hüququ yaratmaq deyil, həmin hüququ rəsmi şəkildə tanımaqdır. Buna görə də dövlət aktında qeyd olunmuş torpaq sahəsinin bir hissəsinin qeydiyyatdan kənarda saxlanılması həmin hüququn mövcud olmamasını deyil, yalnız inzibati orqan tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı aparılmış inzibati icraatın düzgün həyata keçirilmədiyini göstərir. Beləliklə də, iddiaçıların hüququnun yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənəd mövcuddur, qüvvədədir, onun etibarsız sayılması barədə hər hansı məhkəmə aktı yoxdur və həmin sənədin mötəbərliyini şübhə altına alan hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3 və 139-1.1.8-ci maddələrinin, Torpaq Məcəlləsinin 67-ci maddəsinin, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinin məzmunundan irəli gəlir ki, bu Qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı həmin hüquqların əldə edilməsini təsdiq edən müvafiq sənədlər əsasında aparılmalıdır. Hazırkı işdə qanunda nəzərdə tutulmuş sənədlər mövcuddur. Nəzərə alınmalıdır ki, iddiaçıların təqdim etdiyi hüquqmüəyyənedici sənəd qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-378/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-378/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver