Məhkəmə qərarları › İş №2-1(3-8)-38/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-38/2026

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-38/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X21 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37nə) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(118)-130/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 29 avqust 2002-c il tarixli, 09 saylı qərarı ilə Qusar rayonunun Samur bələdiyyəsindən satın aldığı 0,94 ha torpaq sahəsinin onun adına qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı sərəncamı əsasında Samur bələdiyyəsindən satın alınmış 9.470 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə ərizəsi 4 iyul 2025-ci il tarixli protokol- qərardadı ilə icraata qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-2082/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, 2-1(118)-353/2024 nömrəli qərardadı ilə Qusar rayonu Samur bələdiyyəsi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonun Samur bələdiyyəsinə 20 dekabr 2001-ci il tarixli rəsmi müraciəti əsasında, Samur bələdiyyəsinin 29 avqust 2002-cı il tarixli, 9 saylı qərarı əsasında sahibkarlıqla məşğul olmaqdan ötrü Qusar rayonun Samur bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0,94 ha torpaq sahəsi satılmışdır. Samur bələdiyyəsindən satın aldığı 0,94 ha torpaq sahəsinə mülkiyyət hüququ 3 may 2006-cı il tarixdə qeydiyyata alınaraq, JN-0004 (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. 26 dekabr 2022-ci il tarixdə Samur bələdiyyəsindən satın aldığı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması (çıxarışın verilməsi) xahişi ilə rəsmi ərizə ilə cavabddehə müraciət etsə də, sonuncu tərəfindən qanunsuz olaraq imtina edilmişdir. Həmin torpaq sahəsinə görə Samur bələdiyyəsinin bank hesabına 25 mart 2005-ci il tarixli,12 saylı qəbzlə 6.280.000 manat pul köçürülmüşdür. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Qusar rayonu Samur bələdiyyəsinin 29 avqust 2002-cı il tarixli, 9 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə satılmış 0.94 ha torpaq sahəsi üçün JN-0004 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçsə də, dövlət aktının cizgisi elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır və torpaq sahəsinin cizgisi dövlət aktından fərqlidir. Bundan əlavə, sahibkarlıq məqsədi üçün satılmış 0.94 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) və dövlət mülkiyyəti kimi göstərilmiş torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 17 avqust 2022-ci il tarixli, Qusar rayonu Samir kəndində tərtib olunmuş və Namiq Əhmədov, Elnarə Ayıbova, İddiaçı tərəfindən imzalanmış aktdan görünür ki, Qusar şəhər sakini İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37nə ünvanladığı, torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-004 (KOD ********) nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0.94 ha. torpaq sahəsinin elektron uçot xəritəsində faktiki istifadə vəziyyətinə uyğun qeydiyyata alınması barədə 29 iyun 2022-ci il tarixli müraciətinə baxılmış, nümayəndələrin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin faktiki istifadəsinə uyğun koordinatları təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 fevral 2022-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, 0.94 ha torpaq sahəsinə JN-0004 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçmişdir. JN-0004, KOD 30102018 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qusar rayonu, Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı qərarı ilə 0.94 ha. torpaq sahəsi Qusar rayonu Samur qəsəbə sakini İddiaçı satılmışdır. Qusar rayon Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı sərəncamının surətindən görünür ki, 28 avqust 2002-ci il tarixli, 8 saylı Samur bələdiyyə yığıncaq protokolunun qərarına əsasən vətəndaş X4 istifadə etmək məqsədi ilə sabiq Samur sovxozunun üzüm emalı məntəqəsinin tərkibinə məxsus 9.470 m2 torpaq sahəsi satılmışdır. Qusar Rayon Dövlət Arxivi tərəfindən İddiaçı göndərilmiş, 27 aprel 2023-cü il tarixli, 3-48-30RA/1-A-1xx-xx/2023 nömrəli məktubdan görünür ki, Samur bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli, 8 nömrəli protokolunda İddiaçı 947 kv.m. torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, X33 tərəfindən tərtib edilmiş 28 avqust 2002-ci il tarixli protokolda 947 kvadrat metr yazılmaqla səhvə yol verilmiş, faktiki olaraq İddiaçı Samur Bələdiyyəsi tərəfindən 9.470 kvadrat metr torpaq sahəsi satılmış və həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin mühasibata alınması” haqqında 21 sentyabr 1999-cu il tarixli şəhadətnamədən görünür ki, İddiaçı sahibkar kimi uçota alınmışdır. Baş Dövlət Vergi Müfəttişliyinin qeyri-vergi tədiyələrinin qəbulu üçün qəbzlərindən görünür ki, onun tərəfindən ödənişlər edilmişdir. Həmçinin, Samur bələdiyyəsinin hesabına torpaq sahəsi üçün pul ödəməsini göstərən qəbzlər əlavə olunmuşdur. Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2023-cü il tarixli, 3-21-3/2-A-1023-8/2023 nömrəli məktubundan görünür ki, JN-0004F nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının elekton baza xəritəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədi üçün ayrılmış 0,94 ha. torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsidir. "xxxx" ASC-nin 19 avqust 2024-cü il tarixli, XQ-303 nömrəli məktubundan görünür ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən Samur bələdiyyəsinin 29 avqust, 9 saylı qərarı ilə verilmiş 0.94 ha. torpaq sahəsinin 6 kV-luq 2 metr mühafizə zonasını saxlamaqla çıxarışın və texniki pasportun verilməsinə etiraz edilmir. Qusar Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(029)-102/2025 nömrəli qətnaməsi ilə iddiaçı Qusar Rayon İcra Hakimiyyətinin cavabdehlər X8, X13, X29, X10, X25, X22, X11, X15, X12, X6 və X3 qarşı kompensasiya ödənməklə əmlakların hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 sentyabr 2024-cü il tarixli, 3-21-3-34/2-2750/2024 nömrəli məktubundan görünür ki, Qusar rayonu Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı qərarı ilə iddiaçı X1 məqsədilə ayrılmış 0.94 ha torpaq sahəsinə aid yerquruluşu xəritəsindən çıxarış 1:10000 miqyaslı sxem “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37n 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin xəritə materiallarında araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 3-21-3-34/2-18517/2024 saylı məktubundan görünür ki, Qusar rayonu Samur bələdiyyəsi tərəfindən 29 avqust 2002-ci il tarixli, 9 saylı qərarı ilə iddiaçıya 0,94 ha torpaq sahəsi ayrılan vaxt həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(118)-130/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbini rədd edərkən Ali Məhkəmənin qərarına istinad etmişdir. Məhkəmənin istinad etdiyi Ali Məhkəmənin qərarı ilə hazırkı işin heç bi aidiyyatı yoxdur. Həmin qərarda kənd təsərrüfatı torpaq sahəsindən bəhs edilmiş, hazırkı işdə kəndə təsərrüfatı torpaq sahəsi yoxdur, həmçinin Ali Məhkəmənin qərarında Dövlət Aktında bonitet balından bəhs edilmişdir. Ali Məhkəmənin həmin qərarına istinad edilsə, onun Dövlət Aktında torpaq sahəsinin bonitet balı 19 qeyd edilmişdir. Bu isə kənd təsərrüfatına yararlı torpaq sahəsinə aid deyildir, (qərarda kənd təsərrüfatına yararlı torpaq sahəsi 80-61 bonitet balı qeyd edilmişdir) əksinə Ali Məhkəmənin həmin qərarına əsasən ona məxsus dövlət aktında V keyfiyyət qrupu olmaqla bonitet balı 19 olmaqla kommersiya təyinatlıdır. Yəni məhkəmənin istinad etdiyi Ali Məhkəmənin qərarında göstərilmiş torpaq sahəsinin bonitet balına istinad edilsə, o zaman torpaq sahəsinin qanuni olaraq aldığı imtina cavabında göstərilənlərin əksinə olaraq torpaq sahəsinin örüş torpaq sahəsi olmadığı aydın görünür. Məhkəmənin iddianı rədd edərkən onun əleyhinə istifadə etdiyi Ali Məhkəmənin 12 iyul 2023-cü il tarixli, 2-1(102)-1500/2023 nömrəli qərarında göstərilənlərə əsasən torpaq sahəsi ona düzgün olaraq satılmış və cavabdeh orqan əsassız imtina cavabı vermiş, məhkəmənin qərarı onun əleyhinə yox xeyrinə olan qərardır. Bundan əlavə sözügedən qərar vahid məhkəmə təcrübəsini müəyyən edən qərar olmamaqla sıradan bir qərardır. Həmin qərar məhkəmənin mövqeyini əks etdirməməkə əksinə deyən Ali Məhkəmənin inzibat kollegiyasının bır sıra qərarları da vardır ki, o, şikayətində onlara istinad edəcək. Qeyd edilən torpaq sahəsi ona 28 avqust 2002-ci il tarixli, 8 saylı Samur bələdiyyə yığıncaq protokolunun qərarına əsasən Qusar rayon Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı sərəncamına əsasən verilmişdir. Torpaq sahəsi ona verilərkən bələdiyyə torpaq sahəsi olmuş, bələdiyyənin həmin qərarı ləğv edilməmiş, etibarsız sayılmamışdır. Belə olan cavabdeh orqanın elektron bazasında onun torpaq sahəsinin hansı kateqoriya ilə yerləşdirilməsində onun heç bir günahı yoxdur. Bu cavabdeh orqanın öz məsuliyyətidir. O, torpaq sahəsini alan vaxtı bələdiyyə torpaq sahəsi olmuş, bununla bağlı rəy verilmiş, həmin müqavilə əsasında ona Dövlət Aktı verilmişdir. Dövlət Aktını isə hazırkı cavabdeh orqanın sələfi olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi vermişdir. Bu gün müqavilə əsasında verilmiş JN-0004 KOD 30102018 saylı Dövlət Aktı ləğv edilməmiş qüvvədədir. Hətta o məhkəməyə Dövlət Aktının bazada olması ilə bağlı adına olan daşınmaz əmlaklar barədə verilmiş sorğuya cavabda göstərilməsini təsdiq edən sənədi də təqdim etmişdir. Bələdiyyə qərarı əsasında aldığı torpaq sahəsinə verilmiş Dövlət Aktı olduğu halda bələdiyyə qərarına heç bir ehtiyac belə yoxdur. Ona görə ki Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunda çıxarış verilməsi üçün sənədlər siyahısının qeyd edilmiş 8-ci maddəsinə Dövlət Aktları qeyd edilmişdir Belə olan halda bələdiyyə qərarına istinad etməyə ehtiyac yoxdur. Bundan başqa bələdiyyə qərarında torpaq sahəsinin az göstərilməsi ilə bağlı qeyd edilir ki, bu texniki səhv olmuş, bələdiyyə qərarının əsli ondadır, onu məhkəməyə təqdim etmişdir, həmçinin dövlət aktında da torpaq sahəsinin ölçüsü 0,94 ha göstərilmişdir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ona satılması ilə bağlı müvafiq rəy, ona məxsus torpaq sahəsinə dair plan və ölçü sənədini bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-172/2023 saylı, 07 aprel 2023-cü i tarixli qərarında da eyni mövqedən yanaşaraq bələdiyyə qərarının ləğv olunmadığı halda torpaq sahəsinin təyinatının ayrıldığı vaxtda uyğun olaraq hazırda cavabdeh orqanın elektron məlumat bazasında necə göstərilməsindən asılı olmayaraq onun mülkiyyət hüququ tanınmalıdır. Bundan əlavə məhkəməyə dəfələrlə torpaq sahəsi ona satılan zaman Qusar rayonu Samur bələdiyyəsinin yerquluşu xəritəsinin Daşınmaz Əmlakın Dövlə Kadastrı Və Reyestri X37 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCdən sorğu verilib alınmasını xahiş etsə də, bu sorğu verilməmişdir. Həmin sorğu verilsə və sorğuya əsasən torpaq sahəsi ona satılan zaman Qusar rayonu Samur bələdiyyəsinin yerquluşu xəritəsinin verilərsə o zaman aydın olacaq ki, həmin torpaq sahəsi bələdiyyəyə aid kommersiya təyinatlı torpaq sahəsi olmuşdur. Belə olan halda sonradan torpaq sahəsinin təyinatının onun razılığı olmadan dəyişdirilməsi onun vəziyyətini ağırlaşdırır və qanunsuz əməldir. Həmçinin işin ədalətli, tam və hərtərəfli araşdırılması üçün 0,94 ha torpaq sahəsinin mülkiyyət növü, kateqoriyası və yararlıq dərəcəsi, eyni zamanda dövlət aktının qüvvədə olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlə Kadastrı Və Reyestri X37 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nə sorğu verilmiş, MMC-dən torpaq sahəsinin fakt istifadəsinə uyğun döngə nöqtələrinin koordinatları təqdim ediləcəyi təqdirdə müraciətin qanunamüvafiq qaydada cavablandırılması təmin olunacağı qeyd edilsə də, məhkəmə müvafiq koordinatları təqdim etməmiş, iş üçün əhəmiyyət kəsb edən soğrunun alınmasına cəhd edilməmişdir. Bundan əlavə onun qonşuluğunda olan torpaq sahələrinə mülkiyyət hüququ tanınmış və hamısına kommersiya təyinatlı torpaq sahəsi kimi dövlət reyestrindən çıxarış verilmişdir. Bununla bağlı bütün sübutları o, məhkəməyə təqdim etmişdir. Yəni həmin ərazi örüş torpaq sahəsi olsa idi, bütünlüklə digər ərazilər də örüş torpaq sahəsi olmalı idi. Dövlət torpaq sahəsi olsa idi, digər ərazilər də dövlət torpaq sahəsi olmalı idi. Yoxsa ki, ətraf ərazilərin xüsusi mülkiyyətdə kommersiya təyinatlı torpaq sahəsi olduğu halda ortada yalnız ona məxsus 0,92 ha torpaq sahəsinin elektron bazada örüş və ya dövlət torpaq sahəsi kimi göstərilməsi gülüncdür. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37nin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37nin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37nin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 nəzərə alınmışdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli, 9 saylı sərəncamı əsasında Samur bələdiyyəsindən satın alınmış 9.470 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçı mübahisələndirilən torpaq sahəsinin Qusar rayon Samur bələdiyyəsinin 29 avqust 2002-cı il tarixli, 9 saylı qərarı ilə ona ayrılması, qərarın qüvvədə olması, həmin torpaq sahəsinin uzun müddət istifadəsində olmasını qeyd etməklə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. Cavabdeh inzibati orqan isə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçsə də, dövlət aktının cizgisinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasına və torpaq sahəsinin cizgisinin dövlət aktından fərqli olmasına, sahibkarlıq məqsədi üçün satılmış 0.94 ha torpaq sahəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən dövlət mülkiyyəti kimi göstərilmiş torpaq sahəsi olmasına istinad edir. Kollegiya inzibati orqanın dəlillərini əsaslı hesab etməklə qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının istinad etdiyi torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının elekton baza xəritəsində öz əksini tapmamışdır. Eləcə də sahibkarlıq məqsədi üçün ayrılmış 0,94 ha. torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Belə ki, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2023-cü il tarixli, 3-21-3/2-A-1023-8/2023 nömrəli məktubundan görünür ki, JN-0004F nömrəli (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının elekton baza xəritəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədi üçün ayrılmış 0,94 ha. torpaq sahəsi elektron baza xəritəsinə əsasən dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 3-21-3-34/2-18517/2024 saylı məktubundan görünür ki, Qusar rayonu Samur bələdiyyəsi tərəfindən 29 avqust 2002-ci il tarixli, 9 saylı qərarı ilə iddiaçıya 0,94 ha torpaq sahəsi ayrılan vaxt həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuşdur. Eləcə də cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturadan plana alınmışdır və 0.94 ha təşkil edir (sxematik xəritə və ortofoto görüntülər əlavə olunmuşdur), - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 0004 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına uyğundur, lakin həmin Dövlət Aktı torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmamışdır, - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və bütövlükdə həmin 0.94 ha torpaq sahəsi baza məlumatlarına əsasən cəmi 3.12 ha olmaqla dövlət mülkiyyəti kimi qeyd olunmuşdur. Torpaqların kadastrı uçotu məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarına, uqodiyası isə “təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqları”na aiddir. Bundan əlavə, torpaqların kadastrı uçotu məlumat bazasına həmin 3.12 ha torpaq sahəsi xüsusi təyinatlı yer kimi qeydə alınmışdır. Göründüyü kimi mübahisəli 0.94 torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 3.12 ha sahəsinin daxilindədir və iddiaçının faktiki istifadəsində olan 3.12 ha torpaq sahəsi baza məlumatlarına əsasən dövlət mülkiyyətidir. Eyni zamanda işdən görünür ki, iddiaçı faktiki istifadəsində 3.12 ha torpaq sahəsinin 0.94 ha hissəsinə bələdiyyə qərarı və müvafiq sənədlər əsasında, 2 ha hissəsinə isə dövlətdən satın alınma və müvafiq sənədlər əsasında iddia irəli sürür. İş materiallarına əlavə olunmuş 05 mart 2002-ci il tarixli, 001341 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamənin surətindən görünür ki, “Samur” üzüm emalı məntəqəsi İddiaçı, X9, X18, X7, X2. Eləcə də JN – 0264, KOD 30102018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İddiaçı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında DƏK-nin 05 mart 2002-ci il tarixli, 001341 №-li şəhadətnamə ilə 2 ha torpaq sahəsi satılmışdır. Göründüyü kimi iddiaçı faktiki istifadəsində olan 3.12 ha torpaq sahəsinin 0.94 ha hissəsini bələdiyyədən aldığını, 2 ha hissəsini isə dövlət mülkiyyəti kimi özəlləşdirdiyini iddia edir. Lakin iddiaçının istifadəsində olan 3.12 ha torpaq sahəsinin hamısının dövlət torpağı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli, 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığına görə iddia əsaslı hesab edilə bilməz. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. 46-cı maddənin tələbinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sortsınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olduğundan, digər şəxslərin həmin əmlak üzərində mülkiyyət hüququ istisna edilir. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, eləcə də iddiaçıya məxsus JN 0004 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron baza məlumatlarında mövcud olmadığından iddiaçı tələbində haqlı olmamışdır. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iddiaçı qeyd etmişdir ki, məhkəməyə dəfələrlə torpaq sahəsi ona satılan zaman Qusar rayonu Samur bələdiyyəsinin yerquluşu xəritəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən sorğu verilib alınmasını xahiş etsə də, bu sorğu verilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi zəruri araşdırılma aparılmaqla müvafiq mütəxəssis rəyi əldə edilmişdir. Həmin mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları və bütövlükdə həmin 0.94 ha torpaq sahəsinin baza məlumatlarına əsasən cəmi 3.12 ha olmaqla dövlət mülkiyyəti kimi qeyd olunduğu göstərilmişdir. Eləcə də yuxarıda da qeyd olunduğu kimi iddiaçının faktiki istifadəsində olan 3.12 ha torpaq sahəsinin 2 ha hissəsinin dövlət mülkiyyətində olmuş torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Qeyd edilənlər isə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar mövcud deyil. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2-1(118)-130/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar