Məhkəmə qərarları › İş №2-1(3-8)-390/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-390/2026

07.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-390/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı iddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs üçüncü şəxs2 iştirakları ilə, İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və planölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixii,** nömrəli qərarı və Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə mülkiyyətə verilmiş 2,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını, xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə üçüncü şəxs2 və üçüncü şəxs1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda iddiaçı tərəf apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində yerləşən üçüncü şəxs2 mülkiyyətində olan ************ reyestr nömrəli və üçüncü şəxs1 mülkiyyətində olan ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərinin Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,30 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, elektron məlumat bazasında mülkiyyətimizə verilmiş 2,30 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması (düzəldilməsi), həmin torpaq sahəsi üzərində iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsin qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində yerləşən sahəsi 2,30 ha olan torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixli,** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ailə olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Həmin vaxtdan bugünədək torpaq sahəsi iddiaçıların istifadəsindədir. Bir müddət əvvəl mülkiyyət hüququna dair Dövlət Aktının əvəzinə torpağa dair mülkiyyət hüququ barədə reyestr çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə cavabdeh torpaq üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılmasından əsassız şəkildə imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin müraciətə verdiyi ## ### 2025-ci il tarixli, 3-21 -3- 34/2-6216/2025saylı cavab məktubunda torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından imtina edilməsi mülkiyyətlərində olan 2,30 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin torpaqların elektron kadastr uşotu informasiya sistemində guya fərqli olması, yəni 2,30 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində azalaraq 1,34 ha ölçüdə, faktiki yerində isə 2,0 ha ölçüdə olması ilə əsaslandırılmağa çalışılmışdır. İddiaçı hesab edir ki, cavabdehin torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından imtinası üçün gətirdiyi dəlillər tamamilə əsassızdır və qanunaziddir. Belə ki, iddia ərizəsinə əlavə etdikləri sənədlərdən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ailə olaraq mülkiyyətə 2,30 ha torpaq sahəsi ayrılmış və həmin torpa sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında xüsusi mülkiyyətə verilmişdir. Həmin vaxtdan bugünədək torpaq sahəsi sahibliyində olmaqla iddiaçıların faktiki istifadədədir və bugünədək hər hansı şəxs tərəfindən torpağın, yaxud onun bir hissəsinin ona məxsus olması ilə bağlı tələb irəli sürülməmişdir. Bu səbəbdən, iddiaçıların mülkiyyətinə verilmiş 2,30 ha torpaq sahəsinin hansı əsaslarla torpaqların elektron kadastr uçotu informasiya sitemində azaldılaraq 1,34 ha ölçüdə göstərilməsi başa düşülən deyildir. Digər tərəfdən sahəsi ilə bağlı Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il ## ##### tarixli, ** nömrəli qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıların adına tərtib edilmiş JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair Dövlət Aktı” ilə elektron kadastr məlumatları arasında uyğunsuzluğun olması həmin qərarın və Dövlət Aktının mötəbərliyini şübhə altına almağa əsas deyildir. Müraciətə imtina verildiyi zaman cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamış, cavabdeh sadəcə olaraq göstərilən torpaq sahəsi ilə bağlı elektron kadastr uçotu informasiya məlumatlarında uyğunsuzluq olduğunu iddia etməklə kifayətlənmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş sənədlərdən də mübahisəli torpaq sahəsinin iddiaçılara ayrıldığı, başqa hər hansı şəxsə ayrılmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan bugünədək faktiki istifadələrində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı elektron kadastr məlumatlarında iddia edilən uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın məsuliyyət sferasına aid məsələdir. İşin faktiki hallarından görünür ki, torpaq sahəsinin iddiaçıların mülkiyyətinə ayrılması barədə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarının mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamış, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. Bu səbəbdən iddiaçılar hesab edir ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində dövlət qeydiyyatının aparılmasından imtina etməsi tamamilə əsassız və qanunaziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində yerləşən 2,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN- **** nömrəli (KOD 30223018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2,30 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sistemində fərqlidir. Belə ki, 2,30 torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 1,34 ha ölçü ilə, faktiki yerində isə 2,0 ha ölçüdə öz əksini tapmışdır. Bu səbəbdən də, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz ərizənizin icrasını Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsində təmin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına və JN-**** saylı, 30223018 kodlu “Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı”na əsasən, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 2,30 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Mehriban Mahmudlu- Abbaszadə). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına və JN-**** saylı, 30223018 kodlu “Torpağa mülkiyyətə hüququna dair Dövlət Aktı”na əsasən, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 2,30 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçılar iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulsun. Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində yerləşən 2.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, ərizəyə əlavə olunmuş JN-**** nömrəli (KOD 30223018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 2.30 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sistemində fərqlidir. Belə ki, 2.30 torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 1.34 ha ölçü ilə, faktiki yerində isə 2.0 ha ölçüdə öz əksini tapmışdır. Bu səbəbdən də, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz ərizənizin icrasını Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsində təmin etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən bildirilmişdir ki, torpağa mülkiyyət hüququna dair” JN-**** saylı, KOD ******** saylı dövlət aktına, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarına və elektron baza məlumatları ilə eynilik təşkil etsədə, iddiaçıların faktiki naturada istifadə vəziyyəti fərqlidir. Hal hazırda iddiaçıların istifadəsində 2,30 ha torpaq sahəsi təşkil edir, iddiaçıların faktiki naturada istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarına elektron baza məlumatlarına əsasən diğər fiziki şəxslərin mülkiyyətində olan JN-70 və JN-** nömrəli torpaq sahələri ilə üst-üstə düşür, lakin faktiki naturada həmin dövlət aktları başqa yerdə istifadə olunur. Lakin məhkəmə tərəfindən JN- 70 və JN-71 Dövlət aktlarının ləğvi ilə bağlı münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə qərarın icrası mümkün olmayacaqdır. Bildiririk ki, Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. İddiaçıların iddia etdiyi faktiki istifadə olunan torpaq sahəsi JN-**** saylı, KOD ******** saylı dövlət aktına, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarına və elektron baza məlumatlardan fərqlidir. Məhkəmə tərəfindən faktiki istifadə vəziyyətinə, yaxud JN-**** saylı, KOD ******** saylı dövlət aktına, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində olan məlumatlarına uyğun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması müəyyən edilməmişdir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 və vəkili/nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, iddia tələbinə dair dəqiqləşmənin nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 izahtında bildirdi ki, iddiaçılara məxsus torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi fərqli torpaq sahələridir. Ona məxsus torpaq sahəsinin çıxarışı vardır. Ona görə də torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər iddiaçılar, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçıların, cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə iddiaçının apellyasiya instansiyası məhkəməsində dəqiqləşdirilmiş tələbi nəzərə alınmaqla dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Hazırkı mübahisədə həll edilməli əsas məsələ Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli, ** nömrəli qərarı və həmin qərar əsasında verilmiş JN-**** nömrəli, kod 30223018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə iddiaçıların adına rəsmiləşdirilmiş 2,30 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatından cavabdehin imtinasının qanunauyğun olub-olmamasından, habelə elektron kadastr məlumatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması qaydasından ibarətdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Uzunoba kəndi ərazisində 2,30 ha torpaq sahəsi iddiaçı2 və onun ailə üzvləri iddiaçı4, iddiaçı3 və iddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş, bunun əsasında ## ###### 1999-cu il tarixli JN-**** nömrəli, kod 30223018 olan Dövlət Aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Xaçmaz Rayon Dövlət Arxivinin ## ###### 2025ci il tarixli cavab məktubu ilə Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli, ** nömrəli protokolunun “Pravda” sovxozuna aid hissəsi və Uzunoba kəndi üzrə 639-cu vətəndaşa və onun ailə üzvlərinə aid adlı siyahı məhkəməyə təqdim edilmişdir. Beləliklə, Dövlət Aktının verilməsinə əsas olmuş aqrar islahat qərarı və iddiaçı ailənin həmin qərara daxil edilməsi arxiv sənədləri ilə də təsdiqlənmişdir. Kollegiya qey edir ki, Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinin # ####### 2025ci il tarixli məktubunda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri tərəfindən verilmiş dövlət aktlarının və onların tərtibinə əsas olan sənədlərin ərazi idarəsinə təhvil verilmədiyi bildirilsə də, JN-**** nömrəli Dövlət Aktının surəti məhkəməyə təqdim edilmişdir. Kollegiya hesab edir ki, sənədlərin dövlət orqanları arasında təhvil verilməməsi iddiaçılardan asılı olmayan təşkilati hal olmaqla, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş hüquqmüəyyənedici sənədin qüvvəsini aradan qaldırmır. İş materiallarında olan ## ##### 2025-ci il tarixli aktla Dövlət Aktında ailə üzvlərindən iddiaçı3 adının “Ehtiram” kimi yazılmasının texniki səhv olduğu və düzgün adın “Ehtibar” olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, aidiyyəti dövlət və yerli icra hakimiyyəti orqanlarının birgə aktı ilə aradan qaldırılmış bu yazı xətası torpaq sahəsinə dair hüququn subyektlərinin müəyyənləşdirilməsinə mane olmur və Dövlət Aktının hüquqi qüvvəsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5ci maddəsi 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktları dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. İddiaçılara verilmiş ## ###### 1999-cu il tarixli Dövlət Aktı həmin normanın əhatə dairəsinə düşür. Həm Aqrar İslahat Komissiyasının qərarı, həm də Dövlət Aktı hazırda qüvvədədir. Onların qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu, ləğv edildiyi və ya geri çağırıldığı iş materialları ilə müəyyən edilmir. Kollegiay qeyd edir ki, cavabdeh # ### 2025-ci il tarixli imtina məktubunda JN-**** nömrəli Dövlət Aktında 2,30 ha göstərilən torpaq sahəsinin TEKUİS-də 1,34 ha, faktiki yerində isə 2,0 ha ölçüdə əks olunduğunu əsas gətirmişdir. Lakin sonradan cavabdehin əməkdaşlarının iştirakı ilə GPS aparatı vasitəsilə aparılmış çöl-ölçmə işləri nəticəsində iddiaçıların faktiki istifadəsində olan sahənin 2,30 ha təşkil etdiyi müəyyən edilmişdir. Bununla da imtina məktubunda faktiki sahənin 2,0 ha olması barədə göstərilən hal təsdiqini tapmamışdır. Həmin müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıların naturada istifadə etdikləri 2,30 ha torpaq sahəsi elektron baza məlumatlarında JN-70 və JN-** nömrəli dövlət aktları üzrə göstərilən sahələrlə üst-üstə düşür, lakin həmin dövlət aktlarına aid torpaq sahələri faktiki olaraq başqa yerdə istifadə olunur. Müayinə zamanı tərəflər arasında naturada hər hansı torpaq mübahisəsi də qeydə alınmamışdır. Bu hallar elektron xəritədə görünən üstüstə düşmənin torpaq sahələrinin faktiki sərhədlərinin toqquşması deyil, kadastr məlumatlarının naturadakı istifadə vəziyyəti ilə uyğunlaşdırılmamasından yaranan texniki uyğunsuzluq olduğunu göstərir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş # #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba əlavə olunmuş mütəxəssis məlumatında da iddiaçılara məxsus 2,30 ha torpaq sahəsinin TEKUİS-də 1,34 ha kimi əks olunmasının və digər şəxslərə aid sahələrlə üst-üstə düşməsinin koordinat sürüşməsi olmadığı bildirilmişdir. Mütəxəssis göstərmişdir ki, TEKUİS elektron baza məlumatlarında olan DWJ xəritələri və dövlət aktları əsasında işlənmiş, lakin həmin dövlət aktlarına aid sahələr naturada başqa yerdə istifadə olunduğu halda faktiki istifadə vəziyyəti elektron sistemdə nəzərə alınmamışdır. Eyni mütəxəssis məlumatında aşkar edilmiş uyğunsuzluğun aradan qaldırılmasının və TEKUİS-də faktiki natura istifadə vəziyyətinə uyğun düzəlişlərin məhkəmə qərarı əsasında aparılmasının mümkün olduğu birbaşa qeyd edilmişdir. Məhkəmə kollegiyası bu məlumatı cavabdehin apellyasiya şikayətində qərarın icrasının mümkünsüzlüyü barədə irəli sürdüyü dəlili təkzib edən mühüm sübut kimi qiymətləndirir. Belə ki, cavabdehin aidiyyəti strukturunun apardığı texniki araşdırma həm uyğunsuzluğun səbəbini müəyyən etmiş, həm də onun aradan qaldırılması üsulunu göstərmişdir. Apellyasiya baxışı zamanı həmin rəyi (məlumatı) tərtib etmiş mütəxəssis Salman Abbasov məhkəmə kollegiyası tərəfindən dinlənilmişdir. Mütəxəssis məhkəmə iclasında izahında qeyd etmişdir ki, elektron kadastr uçotu informasiya sistemində mövcud olan məlumatlarla torpaq sahələrinin faktiki natura vəziyyəti bir-birinə uyğun gəlmir. Belə ki, elektron sistemdə iddiaçıların torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahələri faktiki olaraq naturada başqa ərazilərdə yerləşir və onların istifadə vəziyyəti elektron bazada düzgün əks etdirilməmişdir. Hazırda TEKUİS məlumatlarında yaranmış uyğunsuzluq nəticəsində faktiki olaraq məhz iddiaçılara məxsus 2,30 ha torpaq sahəsinin ölçüsü azaldılaraq 1,34 ha kimi göstərilmiş, həmin ərazidə torpaq sahələrindən istifadə edən digər şəxslərin elektron məlumatlarında isə faktiki yerləşməyə uyğun müvafiq düzəlişlər aparılmamışdır. Mütəxəssis bildirmişdir ki, iddiaçıların torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla elektron sistemdə bərpa edilməsi həmin ərazidə mövcud olan kadastr uyğunsuzluqlarının aradan qaldırılması prosesinin başlanğıcını təşkil edəcəkdir. Bu düzəliş aparıldıqdan sonra elektron sistemdə yaranacaq uyğunlaşdırma zərurəti nəzərə alınmaqla, yalnız hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslər deyil, həmin ərazidə torpaq sahələri elektron məlumatlarda faktiki yerləşmə vəziyyətinə uyğun əks etdirilməyən digər bütün hüquq sahibləri də tərəflərindən aidiyyəti inzibati icraata cəlb edilməklə (mübahisə olduğu halda), onların hüquqmüəyyənedici sənədləri və faktiki istifadə vəziyyəti araşdırılmalı və bundan sonra hər bir torpaq sahəsi üzrə zəruri kadastr düzəlişləri ardıcıl şəkildə aparılmalıdır. Mütəxəssis həmçinin izah etmişdir ki, belə düzəlişlərin aparılması üçün iddiaçıların torpaq sahəsinin faktiki yerləşməsinin və koordinatlarının hüquqi əsasının müəyyən edilməsi zəruridir. Hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın elektron bazadakı mövcud məlumatlara birtərəfli qaydada müdaxilə etməklə bütün əlaqəli torpaq sahələrinin koordinatlarını dəyişdirməsi mümkün olmadığından, iddiaçıların torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasına dair məhkəmə qərarının olması bu proses üçün hüquqi əsas yaradacaqdır. Bundan sonra həmin qərar əsas götürülməklə, ərazidə yerləşən və düzəlişdən təsirlənə biləcək digər torpaq sahələrinin hüquq sahibləri inzibati icraat çərçivəsində müəyyən edilərək prosesə cəlb olunacaq, onların sənədləri və naturadakı faktiki istifadə vəziyyəti yoxlanılacaq və elektron kadastr məlumatlarının faktiki vəziyyətə uyğunlaşdırılması məsələsi hər bir şəxs üzrə müvafiq inzibati prosedur daxilində həll ediləcəkdir. Beləliklə, elektron kadastr uçotunda mövcud olan uyğunsuzluq iddiaçıların təqdim etdikləri hüquqmüəyyənedici sənədlərdəki qüsurdan və ya naturada mövcud torpaq mübahisəsindən deyil, xəritə və koordinat məlumatlarının faktiki istifadə vəziyyətinə uyğun işlənməməsindən irəli gəlmişdir. Dövlət orqanının öz informasiya sisteminin formalaşdırılması və aparılması zamanı yaranmış texniki uyğunsuzluq, qanuni əsasla əldə edilmiş hüququn dövlət qeydiyyatından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı artıq mövcud olan hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. TEKUİS, DWJ və digər elektron kadastr məlumatları qeydiyyat fəaliyyətinin düzgün aparılmasına xidmət edən texniki məlumat mənbələridir. Həmin məlumatlarda yol verilmiş uyğunsuzluq qüvvədə olan hüquqmüəyyənedici sənədi öz-özlüyündə etibarsız etmir və onunla yaranmış hüquqa xitam vermir. Cavabdehin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci və 11.1-ci maddələri təqdim edilmiş sənədlərdəki məlumatların reyestr məlumatları ilə yoxlanılmasını və sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmasını tələb edir. Lakin bu normalar aşkar edilmiş hər bir texniki uyğunsuzluğu qeydiyyatdan imtina üçün ayrıca əsas kimi müəyyən etmir. Əksinə, uyğunsuzluğun səbəbi cavabdehin apardığı əlavə araşdırma ilə müəyyən edilə və onun aradan qaldırılması cavabdehin səlahiyyətləri daxilində mümkün olduqda, inzibati orqan həmin araşdırmanın nəticəsinə uyğun tədbir görməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində dövlət qeydiyyatından imtina halları konkret göstərilmişdir. Hazırkı işdə müraciət edilən hüququn qeydiyyata alınmalı olmadığı, Dövlət Aktının forma və məzmununun qanunvericiliyə uyğun gəlmədiyi, ərizənin səlahiyyətsiz şəxs tərəfindən verildiyi, hüququn yaranmasına əsas olan aktın etibarsız hesab olunduğu, sənədi vermiş orqanın səlahiyyətsiz olduğu və ya sənədlərdəki məlumatların yanlışlığının qanunla nəzərdə tutulmuş araşdırma nəticəsində təsdiq edildiyi müəyyən edilməmişdir. Buna görə cavabdehin istinad etdiyi elektron məlumat uyğunsuzluğu Qanunun 15.1-ci maddəsi baxımından müstəqil imtina əsası təşkil etmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmununa görə şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Cavabdeh iddiaçılara verilmiş Dövlət Aktının və onun əsasında duran aqrar islahat qərarının saxta olduğunu və ya həqiqətə uyğun olmadığını sübuta yetirməmişdir. Əksinə, arxiv sənədləri hüququn ilkin əsasını, cavabdehin apardığı müayinə isə Dövlət Aktında göstərilən 2,30 ha sahənin iddiaçıların faktiki istifadəsində olmasını təsdiq edir. Kollegiya həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 15.1-15.3-cü maddələri inzibati orqanların sırf formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə şəxslərin üzərinə əlavə öhdəlik qoymasını və düzəldilməsi mümkün olan səhvlərə görə sənədləri qəbul etməkdən imtina etməsini yolverilməz hesab edir. Hazırkı halda həm adla bağlı yazı səhvi aidiyyəti orqanların aktı ilə düzəldilmiş, həm də elektron koordinat uyğunsuzluğunun aradan qaldırılmasının texniki cəhətdən mümkün olduğu cavabdehin mütəxəssisi tərəfindən təsdiq edilmişdir. Bu baxımdan TEKUİS-də və plan-ölçü məlumatlarında faktiki istifadə vəziyyətinə uyğun düzəlişlərin aparılması cavabdehin daşınmaz əmlakın dövlət reyestrinin və kadastr məlumatlarının düzgünlüyünü təmin etmək vəzifəsindən irəli gələn texniki tədbirdir. Cavabdehin belə düzəlişlərin yalnız məhkəmə qərarı əsasında mümkün olduğunu bildirməsi həmin düzəlişin ümumiyyətlə mümkünsüzlüyünü deyil, hazırkı məhkəmə qərarının onun aparılması üçün hüquqi əsas təşkil edəcəyini göstərir. İddiaçı tərəf apellyasiya baxışı zamanı tələblərini dəqiqləşdirərək üçüncü şəxs2 mülkiyyətində olan ************ reyestr nömrəli və üçüncü şəxs1 mülkiyyətində olan ************ reyestr nömrəli torpaq sahələrinin planı və ölçüsü sənədlərinin JN-**** nömrəli Dövlət Aktı üzrə 2,30 ha torpaq sahəsi ilə elektron məlumatlarda üst-üstə düşən hissədə ləğv edilməsini, iddiaçılara məxsus sahənin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını, hüquqlarının qeydiyyata alınmasını və müvafiq sənədlərin verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu dəqiqləşmə yeni və müstəqil mübahisə yaratmır. Dəqiqləşdirilmiş tələb yenə eyni Dövlət Aktına, eyni 2,30 ha torpaq sahəsinə və həmin hüququn qeydiyyatından verilmiş eyni imtinaya əsaslanır. Apellyasiya baxışında aparılmış əlavə araşdırma nəticəsində qeydiyyata mane olan texniki üst-üstə düşmənin konkret reyestr obyektləri müəyyən edildiyindən, tələb yalnız həmin maneənin aradan qaldırılması və qəbul ediləcək qərarın icra oluna bilməsinin təmin edilməsi baxımından dəqiqləşdirilmişdir. Üçüncü şəxslərin hüquq və qanuni maraqlarının qorunması məqsədilə üçüncü şəxs2 və üçüncü şəxs1 məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmiş, bununla da onlara tələblə tanış olmaq, sübut təqdim etmək və mövqelərini bildirmək imkanı yaradılmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs2 iddiaçılara məxsus torpaq sahəsi ilə özünün faktiki istifadəsində olan torpaq sahəsinin fərqli sahələr olduğunu, torpaq sahəsinə dair çıxarışının mövcudluğunu və iddiaçıların sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Onun izahatı müayinə aktında və mütəxəssis məlumatında, həmçinin izahatında göstərilən, elektron üst-üstə düşmənin naturada mövcud olmadığı barədə texniki nəticələrlə uyğunluq təşkil edir. üçüncü şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iclasa gəlməmiş və tələbə qarşı etiraz təqdim etməmişdir. Kollegiya onun iclasa gəlməməsini iddianın etirafı kimi qiymətləndirmir. Bununla belə, işdə olan müayinə aktı, əlavə mütəxəssis məlumatı və digər üçüncü şəxsin izahatı naturada real sərhəd mübahisəsinin olmadığını təsdiq etdiyindən, təkcə həmin üçüncü şəxsin iclasda iştirak etməməsi müəyyən edilmiş faktiki və texniki halları təkzib etmir. Məhkəmə kollegiyası vurğulayır ki, dəqiqləşdirilmiş tələbdə planı və ölçüsü sənədlərinin üst-üstə düşən hissədə ləğv edilməsi həmin üçüncü şəxslərin mülkiyyət hüquqlarının və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazılarının ləğvi demək deyildir. Bu müdafiə tədbiri yalnız elektron kadastr və plan-ölçü məlumatlarında faktiki yerləşmə ilə uyğun gəlməyən koordinat hissəsinin hüquqi qüvvədən salınaraq naturadakı istifadə vəziyyətinə uyğun yenidən işlənməsinə yönəlmişdir. Belə düzəliş nəticəsində üçüncü şəxslərin naturada istifadə etdikləri torpaq sahələrinin yeri və hüdudları dəyişdirilmir, onların faktiki sahələri iddiaçılara verilmir və iddiaçıların hüququ Dövlət Aktında göstərilən 2,30 ha-dan artıq sahəyə şamil olunmur. Əksinə, elektron məlumatların faktiki vəziyyətə uyğunlaşdırılması həm iddiaçıların Dövlət Aktından irəli gələn hüququnun qeydiyyatını, həm də üçüncü şəxslərin torpaq sahələrinin elektron sistemdə real yerləşməsinə uyğun əks etdirilməsini təmin edir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş etimadın qorunması və həmin Qanunun 17-ci maddəsində təsbit edilmiş mütənasiblik prinsipi də bu nəticəni tələb edir. İddiaçılara səlahiyyətli dövlət orqanları tərəfindən hüquqmüəyyənedici sənədlər verilmiş, həmin sənədlər uzun müddət qüvvədə qalmış və torpaq sahəsinin naturada iddiaçıların istifadəsində olduğu cavabdehin apardığı müayinə ilə təsdiqlənmişdir. Belə şəraitdə dövlətin elektron kadastr məlumatlarını faktiki vəziyyətə uyğun qurmamasının mənfi nəticələrinin bütövlükdə iddiaçıların üzərinə qoyulması onların hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil edərdi. İnzibati Prosessual Məcəllənin 58.7-ci və 68.2-ci maddələrinin tələbləri baxımından Dövlət Aktı, Aqrar İslahat Komissiyasının qərarı və arxiv materialları, ## ##### 2025-ci il tarixli akt, cavabdehin imtina məktubu, müayinə aktı, apellyasiya baxışı zamanı təqdim olunmuş # #### 2026-cı il tarixli məktub və ona əlavə edilmiş mütəxəssis məlumatı, eləcə də üçüncü şəxsin izahatı qarşılıqlı əlaqədə qiymətləndirildikdə iddiaçıların hüququnu və texniki düzəlişin mümkünlüyünü təsdiq edən ardıcıl sübutlar məcmusu yaranır. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən JN- 70 və JN-** nömrəli dövlət aktlarına münasibət bildirilmədiyi üçün qərarın icrasının mümkün olmayacağı barədə dəlili də əsaslı deyildir. Belə ki, apellyasiya baxışında konkret üst-üstə düşən reyestr obyektləri müəyyən edilmiş və onların hüquq sahibləri işə cəlb olunmuşdur. Həmçinin cavabdehin öz mütəxəssisi üst-üstə düşmənin naturada olmadığını, elektron sistemin faktiki istifadə vəziyyətinə uyğun işlənməməsindən yarandığını və məhkəmə qərarı əsasında düzəlişin mümkünlüyünü təsdiqləmişdir. Eyni zamanda dəqiqləşdirilmiş tələb üçüncü şəxslərin mülkiyyət hüququnun ləğvinə deyil, yanlış koordinat hissəsinin aradan qaldırılmasına yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ##### 1998-ci il tarixli, ** nömrəli qərarı və JN-**** nömrəli, kod 30223018 olan Dövlət Aktı iddiaçıların Uzunoba kəndi ərazisində yerləşən 2,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yetərli hüquqi əsasdır. Elektron kadastr məlumatlarında müəyyən edilmiş üst-üstə düşmə naturada real torpaq mübahisəsini əks etdirmir, texniki xarakter daşıyır və cavabdehin özünün təqdim etdiyi məlumata əsasən məhkəmə qərarı ilə aradan qaldırıla bilər. Odur ki, cavabdehin dövlət qeydiyyatını aparmaqdan imtinası qanunauyğun sayıla bilməz. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin iddiaçıların müvafiq hüquqa malik olmaları barədə gəldiyi nəticəni təkzib etmir. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən edilmiş yeni faktiki hallar və iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qərarı dəqiqləşdirilmiş tələbin həcminə uyğun dəyişdirilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində yerləşən üçüncü şəxs2 mülkiyyətində olan ************ reyestr nömrəli və üçüncü şəxs1 mülkiyyətində olan ************ reyestr nömrəli torpaq sahələrinin “planı və ölçüsü” sənədlərinin Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-**** nömrəli, ## ###### 1999-cu il tarixli “Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,30 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, elektron məlumat bazasında iddiaçıların mülkiyyətinə verilmiş 2,30 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması (düzəldilməsi), həmin torpaq sahəsi üzərində iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar