Məhkəmə qərarları › İş №2-1(3-8)-391/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-391/2026

18.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-391/2026 18.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X8 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi iddiaçı5, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1, iddiaçı4 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI Iddiaçı iddiaçı5 “Quba rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarı ilə ailəsinə JN-**** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə məxsus olmasına dair verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına dair çıxarış verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbini dəyişdirərək Quba şəhərində yerləşən, Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 2000-ci il tarixdə ** saylı qərarı ilə ailəsinə JN-**** saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş torpaq sahəsinə X1, X5, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı3 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına dair çıxarış verilməsini məhkəmədən xahiş etmişdir. Birinci istansiya məhkəməsi tərəfindən iddiaçı2, iddiaçı3, iddiaçı1, iddiaçı4 məhkəmə icraatına birgə iddiaçı qismində cəlb edilmiş, cavabdeh Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 rayonun "Kommunizm yolu" sovxozunda işləmiş və ## ### 2000 -ci il tarixdə Quba rayonunun Aqrar islahat Komissiyasının ** saylı qərarı ilə ona və ailə üzvüləri X5, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı3 -cəmi 6 nəfərə X13 1,20 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-**** saylı "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı verilmişdir. Torpaq sahəsini artıq təyinatı üzrə bir neçə dəfə əkib- becərmişdirlər. Atası ##.##.2015-ci il tarixdə vəfat etmişdir. 2022-ci ilin dekabr ayının 21-də sözügedən "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktını Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK Cavabdeh * saylı Xaçmaz Ərazi idarəsinə təqdim etmişdir ki, torpağa mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarış alsın. Lakin bu ilin iyul ayınadək idarədən heç bir xəbər olmamışdır. Şəxsən ##.##.2023-cü il tarixdə Xaçmaz şəhərində yerləşən idarəyə gedərək müraciətinə nə üçün cavab verilməməsi ilə maraqlananda bildirilmişdir ki, çıxarışın verilməsindən imtina olunmuşdur. Çünkü, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, həmin torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir, ona görə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 9..1.2., 11.1., və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. ##.##.2023-cü il tarixində təqdim etdiyi sənədlərlə birlikdə rəis Fikrət Nuşiyevin imzası ilə ##.##.2023-cü il tarixli imtina məktubu da verildi. Iddiaçı imza edərək sənədləri və məktubu aldığı tarixi orada qeyd etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsinə əsasən. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsi müəyyən edir ki, Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun bərəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz... Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 2.1-ci maddəsinəəsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasıntn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Ərazi idarəsinin verdiyi cavabı qanunsuz hesab edir. ## ### 2000-ci il tarixdə Quba rayon Aqrar Islahat Komissiyasının ** saylı qərarı ilə ailəsinə JN-** saylı "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən verilmiş torpaq sahəsinə onun və ailə üzvülərinin mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır və məhkəmə Qərarı olmadan mülkiyyətlərindən məhrum edilə bilməzlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs1 və üçüncü şəxs2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN 330 KOD 30301004 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayon Aqrar Islahat Komissiyasının ## ### 2000-ci il tarixli ** saylı qərarı ilə X1 və ailə üzvlərinə 1.20 ha torpaq sahəsi ayrılmışdır. Quba IHB-nın Quba şəhəri üzrə nümayəndəliyinin ##.##.2022-ci il tarixli aktına əsasən JN 330 torpağa mülkiyyət hüququna dair dövlət aktında doğru ad (ad, soyad, ata adı) aşağıdakı kimidir: X1, iddiaçı4, iddiaçı3. X1 adına verilmiş AZ-İ №****** saylı ölüm haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və iddia olunan torpaq sahəsinin koordinatları GPS aləti vaistəsi ilə naturadan (yerdən) götürülmüşdür. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 1.20 ha təşkil edir. Iddiaçı və ailə üzvlərinə məxsus JN-330 KOD 30301004 olan Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 1.20 ha olaraq göstərilmişdir. Iddiaçının iddia etdiyi torpaq sahəsinin 0.7633 ha hissəsi baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) üçüncü şəxs1 və ailə üzvlərinə məxsus JN- *** nömrəli Dövlət aktına əsasən torpaq sahəsi ilə, 0.4233 ha hissəsi isə X2 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə olaraq bildiririk ki, baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi üzərinə texniki qüsur olaraq üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd edək ki, üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış JN- 332 KOD ******** nömrəli Dövlət Aktı əsasında verilmişdir və həmin torpaq sahəsi qonşuluqda olan torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) X13 kateqoriyalı olub uqodiyası əkin kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ## ##### 2025-ci il tarixli məktubu ilə ilkin hüquqmüəyyənedici sənədlər də daxil olmaqla üçüncü şəxs1 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət aktı, çıxarış və plan-ölçü sənədi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə JN 331 KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-**** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 1.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarış və planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi qərara alınmışdır. (hakim Aynur Axundova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, JN-*** nömrəli (KOD 30301004) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.20 ha torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdir. Məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən bildirilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki olaraq digər şəxs və ya şəxslər tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 1.20 ha təşkil edir. Iddiaçı və ailə üzvlərinə məxsus JN- 330 KOD 30301004 olan Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 1.20 ha olaraq göstərilmişdir.Iddiaçının iddia etdiyi torpaq sahəsinin 0.7633 ha hissəsi baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) üçüncü şəxs1 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət aktına əsasən torpaq sahəsi ilə,0.4233 ha hissəsi isə X2 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi ilə üstüstə düşür. Bundan əlavə olaraq bildiririk ki, baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi üzərinə texniki qüsur olaraq üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd edək ki, üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış JN-332 KOD ******** nömrəli Dövlət Aktı əsasında verilmişdir və həmin torpaq sahəsi qonşuluqda olan torpaq sahəsidir. Lakin məhkəmə tərəfindən JN-*** nömrəli Dövlət aktının və ************ reyestr nömrəli çıxarışın ləğvi ilə bağlı münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə qərarın icrası mümkün olmayacaqdır. Bildiririk ki, Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. Iddiaçıların iddia etdiyi faktiki istifadə olunan torpaq sahəsi JN-*** nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsindən fərqlidir. Məhkəmə tərəfindən faktiki istifadə vəziyyətinə, yaxud JN-*** nömrəli Dövlət Aktına uyğun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması müəyyən edilməmişdir. b) Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Iddiaçıları məhkəmədə təmsil edən iddiaçı5 natası mərhum X2 rayonun “Kommunizm yolu” sovxozunda işləmiş və ## ### 2000–ci il tarixdə Quba rayonunun Aqrar Islahat Komissiyasının ** saylı qərarı ilə ona və ailə üzvüləri X5, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı3 -cəmi 6 nəfərə kənd təsərrüfat təyinatlı 1,20 ha torpaq sahəsi ayrılmış və bu barədə JN-**** saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Iddiaçılar torpaq sahəsini təyinatı üzrə artıq bir neçə dəfə əkib-becərmişlər. X2 ##.##.2015-ci il tarixdə vəfat etmişdir. 2022-ci ilin dekabr ayının 21-də iddiaçı iddiaçı5 sözü gedən “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktını Azərbaycan .Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinə təqdim etmişdir ki, torpağa mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyata alınması barədə şıxarış alsın. Lakin 2023-cü ilin iyul ayınadək idarədən heç bir xəbər olmadığı üçün şəxsən ##.##.2023-cü il tarixdə Xaçmaz şəhərində yerləşən idarəyə gedərək müraciətinə nə üçün cavab verilməməsi ilə maraqlananda ona bildirilmişdir ki, çixarışın verilməsində imtina olunmuşdur. Səbəb kimi göstərilmişdir ki, həmin torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir , ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9..1.2., 11.1., və 15- ci maddələrinə əsasən ərizəmin icrasından imtina olunur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı və ailə üzvləriə məxsus JN330 KOD 30301004 olan Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 1.20 ha olaraq göstərilmişdir.Iddiaçıların iddia etdiyi torpaq sahəsinin 0.7633 ha hissəsi baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) üçüncü şəxs1 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət aktına əsasən torpaq sahəsi ilə, 0.4233 ha hissəsi isə X2 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə olaraq baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi üzərinə texniki qüsur olaraq üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd olunmuşdur ki, üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarış JN-332 KOD ******** nömrəli Dövlət Aktı əsasında verilmişdir və həmin torpaq sahəsi qonşuluqda olan torpaq sahəsidir. Göründüyü kimi baza məlumatlarına olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi üzərinə üçüncü şəxs2 və ailə üzvlərinə məxsus ************ reyestr nömrəli çıxarışın işlənməsini cavabdeh texniki qüsur olaraq etiraf etmişdir. Cavabdeh tərəfindən üçüncü şəxs1 və ailə üzvlərinə məxsus JN-*** nömrəli Dövlət aktı, ************ saylı çıxarış və plan-ölçü sənədləri məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs üçüncü şəxs1 məhkəmə iclasında izahat verərəkənona məxsus torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olduğunu, iddiaçı ilə mübahisə halının olmadığını bildirmiş və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Beləlikə, məhkəmə araşdırması nəticəsində torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal müəyyən edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Iddia tələbinin mümkün sayılması üçün, inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı, inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı, inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı, hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır, mümkünlük; və əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. IPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Iş materiallarından müəyyən olunur ki, iddiaçıların əsaslandığı JN-**** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 1,20 ha torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin həmin dövlət aktının dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edildiyi zaman torpaq sahəsinin elektron kadastr məlumatlarında digər hüquq sənədləri ilə üst-üstə düşdüyü və həmin sahə ilə bağlı başqa şəxsin adına dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı bu hal daha da dəqiqləşmişdir. Iddiaçıların sənəd üzrə yerlərinin müəyyən edilməsi cavabdeh inzibati orqandan tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, sözügedən məktubda əlaqədar Quba şəhər ərazisində yerləşən iddia olunan torpaq sahəsində olduğu iddiaçının naturada göstərdiyi torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS)-də göstərilən *** nömrəli 1.2 ha əkin sahəsinə uyğun deyil, lakin iddia olunan torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunmur, kim və ya kimlər tərəfindən istifadə olunduğu məlum deyil. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaya məxsus JN-*** nömrəli Dövlət Aktının DVJ elektron baza məlumatlarına çıxarışın verilməsinə əsas olmuş JN-*** nömrəli dövlət aktının cizgisi iddiaya məxsus JN-*** nömrəli dövlət aktının DVJ baza cizgisi ilə üst-üstə düşür, belə ki, reyestr nömrəsi HYPERLINK "tel:************" ************ olan çıxarışın verilməsinə əsas olmuş JN-*** nömrəli dövlət aktının cizgisi iddiaya məxsus JN-*** nömrəli dövlət aktının DVJ baza cizgisi ilə eynilik təşkil edir. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) X13 kateqoriyalı olub, buğdası əkin kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Iş materiallarında, həmçinin, ## #### 2004-cü il tarixli alqı-satqı müqaviləsinin mövcud olduğu və həmin müqaviləyə əsasən 1,20 ha X13 torpaq sahəsinin Zaidovlar tərəfindən X9 görünür. Bundan başqa, həmin torpaq sahəsinə dair plan-ölçü sənədi və JN-*** saylı dövlət aktı da mövcuddur. Beləliklə, hazırkı iş üzrə mübahisənin yalnız inzibati orqanın JN-*** saylı dövlət aktı əsasında çıxarış verməkdən imtinasının qanuniliyinin yoxlanılması ilə məhdudlaşmadığı, eyni zamanda eyni torpaq sahəsinə dair müxtəlif hüquqmüəyyənedici sənədlərdən irəli gələn hüquqların toqquşması ilə bağlı olduğu müəyyən edilir. Bu halda iddiaçıların tələb etdiyi çıxarışın verilməsi digər şəxsin həmin torpaq sahəsi üzərində mövcud olan və dövlət reyestrində rəsmiləşdirilmiş hüququna toxunur və eyni zamanda inzibati orqanın yalnız JN-*** saylı dövlət aktını və onun elektron kadastr məlumatlarını əsas götürməklə, həmin torpaq sahəsinə dair digər şəxsin dövlət qeydiyyatına alınmış hüququnun hüquqi taleyini həll etmədən yeni qeydiyyat aparması praktik olaraq mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbinin təmin edilməsi nəticəsində faktiki olaraq X9 adına verilmiş ************ reyestr nömrəli çıxarışla təsdiq olunmuş mülkiyyət hüququnun nəticələri aradan qalxa bilər. Halbuki həmin çıxarışın ləğvi və ya onun verilməsinə əsas olmuş JN-*** saylı dövlət aktının hüquqi qüvvəsinin aradan qaldırılması barədə hazırkı iş üzrə tələb irəli sürülməmiş, həmin şəxsin mülkiyyət hüququnun etibarsızlığı barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı da mövcud deyildir. Kollegiya hesab edir ki, inzibati məhkəmənin yalnız JN-*** saylı dövlət aktına əsaslanaraq cavabdehin üzərinə iddiaçıların adına dövlət qeydiyyatının aparılması öhdəliyini qoyması mümkün deyildir. Dövlət qeydiyyatı orqanı eyni daşınmaz əmlak üzərində müxtəlif şəxslərin hüquqları arasında yaranmış mübahisəni həll etmək, bir şəxsin dövlət qeydiyyatına alınmış hüququnu digər şəxsin tələbi əsasında aradan qaldırmaq səlahiyyətinə malik deyildir. Bu baxımdan, iddiaçıların əvvəlcə digər şəxsə məxsus hüququn əsaslarını mübahisələndirmədən həmin torpaq sahəsinə öz adlarına dövlət reyestrindən çıxarış verilməsini tələb etmələri seçilmiş hüquqi müdafiə vasitəsinin hazırkı vəziyyətdə nəticə doğurmasına imkan vermir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarında müəyyən edilmiş kadastr uyğunsuzluğunun inzibati qaydada aradan qaldırılması mümkündür. Lakin bu, inzibati orqanın səlahiyyətlərinə aid olan texniki və kadastr xarakterli məsələlərin həllindən sonra, zəruri olduğu halda isə müvafiq şəxslərin hüquqlarına dair mübahisənin ayrıca hüquqi qaydada həll edilməsindən asılıdır. Bu məsələlər həll edilmədən məhkəmənin cavabdehin üzərinə bilavasitə yeni dövlət qeydiyyatının aparılması öhdəliyini qoyması mövcud dövlət qeydiyyatının hüquqi nəticələri ilə ziddiyyət yarada bilər. IPM-in 35.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddianın mümkün sayılması üçün iddiaçı inzibati orqanın imtinası və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bununla yanaşı, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmə ilk növbədə iddiaçının həmin tələb üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin tələbə cavab verməli olub-olmamasını və digər mümkünlük şərtlərini yoxlamalıdır. Həmin Qərarın 8.5-ci bəndinə əsasən, mümkünlük şərtlərinə əməl edilmədikdə iddia mahiyyəti üzrə rədd edilməməli, mümkün sayılmamalıdır. Hazırkı işdə isə iddiaçının tələb etdiyi nəticənin əldə edilməsi üçün əvvəlcə eyni torpaq sahəsi üzərində digər şəxslərin dövlət qeydiyyatına alınmış hüququ ilə bağlı məsələ həll edilməlidir. Bu hüquqi maneə aradan qaldırılmadan iddiaçıların adına həmin torpaq sahəsinə dair yeni dövlət qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini lazımi qaydada yoxlamadan onun mahiyyəti üzrə əsaslılığına qiymət verməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. IPM-in 35.3-cü maddəsinə və Ali Məhkəmə Plenumunun qeyd olunan Qərarının 8.5-ci bəndinə əsasən, mümkünlük şərtləri mövcud olmadıqda iddia mahiyyəti üzrə rədd edilməməli, mümkün sayılmamalıdır. Eyni zamanda həm iş materiallarından həmdə cavabdeh inzibati orqanın izahatlarından görsənir ki, iddiaçılara torpaq sahəsi qanuni əsaslarla ayrılmış, onların hüquqi və texniki sənədləri tam olaraq qanunvericiliyə uyğun olaraq hazırlanmışdır. Lakin müəyyən dövrlərdə iddiaçıların torpaq sahəsindən faktiki istifadə etməməsi nəticəsində iddiaçıların sənəd üzrə yerlərinə digər şəxslərin hüquqlarının qeydiyyatı aparılmış, ümumi istifadə uyğunsuzluğu yaranmışdır. Məhkəmə praktikasındanda bilindiyi kimi buna oxşar bir çox hallarda qonşuların birgə müraciəti əsasında faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) müvafiq düzəlişlər edilməklədə problemlər öz həllini tapmış olur. Hər bir halda kollegiya qeyd edir ki, hazırkı şərtlərdə iddia mümkün sayılmasada, iddiaçıların JN-*** saylı dövlət aktından irəli gələn hüquqlarının mövcudluğu və həmin hüquqların dövlət qeydiyyatına alınması məsələsinin gələcəkdə müvafiq kadastr uyğunsuzluqları aradan qaldırıldıqdan və eyni torpaq sahəsinə dair digər şəxslərin dövlət qeydiyyatına alınmış hüquqları ilə bağlı məsələ qanuni qaydada həll edildikdən sonra inzibati orqana yeni müraciət edilməsinə maneə yaranmır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12, 32, 58 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı3, iddiaçı1, iddiaçı4 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar