Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-394/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin üzərinə ona məcbur köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Zəngilan rayonunun Müşlank kəndində anadan olmuşdur. Cavabdeh məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinə dair ərizə ilə müraciət etmişdir. Cavabdeh *-**-*/*- */****/*-**/****/***** saylı, ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçının xahişindən imtina etmişdir. Həmin imtina məktubunda göstərilmişdir ki, Cavabdeh daxil olmuş ərizəyə baxılmış və məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş Azərbaycan Respublikasında Məcburi Köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.4 bəndinin tələblərinə görə, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmir. Imtina məktubunda 1993-cü ildə 18 yaşı olmasına baxmayaraq, üzürlü səbəb olmadan səfərbərlikdən boyun qaçırdığı üçün istəyinin müsbət həllinin Komitənin imkanı xaricində olduğu qeyd edilmişdir. Iddiaçı hesab edir ki, imtina əsassızdır, çünki iddiaçı hərbi xidmətdən yayınmamışdır. Bununla bağlı bütün müvafiq qeydlər və sənədlər inzibati orqana təqdim edilib. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh ## ###### 2025-ci il tarixli, *-**-*/*-V-****/*-**/****/***** nömrəli məktubunda qeyd edilmişdir ki, “Cavabdeh daxil olmuş məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ın 4.2.4 bəndinin tələblərinə görə, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmir. Bildiririk ki, siz 1993-cü ildə 18 yaşınızın tamam olmasına baxmayaraq üzürlü səbəb olmadan səfərbərlikdən boyun qaçırdığınız üçün istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir.” Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ******* nömrəli məktubdan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 2004-2019-cu illər ərzində dövlət sərhədindən hərəkətiniz barədə IAMAS bazasında məlumat qeydə alınmamışdır. Zəngilan Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*- */**** nömrəli məktubdan görünür ki, ## ###### 1975-ci il təvəllüdlü Zəngilan rayon Tatar kənd sakini İddiaçı 2005-ci ildə Zəngilan rayon Qıraq Müşlan kəndində qeydiyyatda olduğu üçün ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Həmin ildə olan yoxlamaların araşdırılmalarına əsasən vətəndaşa bildirilmişdir ki, qeydiyyatı Qıraq Müşlan kəndinə olduğu üçün sənədlərini qeydiyyatda olduğu nümayəndəliyə təqdim etsin. 2011 -ci ildə təkrar şəxsiyyət vəsiqəsi götürərək, Tatar kəndinə qeydiyyata düşmüşdür. İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənəd olmadığı üçün vahid aylıq müavinətin ödənilməsi siyahısına daxil edilməmişdir. İddiaçı Zəngilan rayon IHB-nın Cahangirbəyli kənd inzibati ərazi dairəsi nümayəndəliyinin pasport qeydiyyatındadır, məcburi köçkündür, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev-812 ünvanında məskunlaşmışdır (kirayədə qalır). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Işlər Idarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan görünür ki, Vəliyev idris Aydın oğlu xidmətini davam etmək üçün N №-li hərbi hissədən gəlmiş, Zəngilan RHK-dan çağrılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin ## ##### 1993-cü il tarixli ** №-li əmrilə (əsas: §1, səh-9, sıra-91) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq, tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli ** №-li əmrilə (əsas: §2, səh-11) tuşlayıcı sıravi İddiaçı minaatan qrupuna keçirilərək doldurucu vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin qəbul məntəqəsindən gəlmiş, 1974-cü il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §4, səh-18, sıra-173, əmrdə təvəllüdü 1974cü il yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin BMO-na göndərilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş sıravi İddiaçı A. oğlunun N №-ii hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §5, səh-156, sıra-35) ##.##.1994-cü il tarixindən BMO-nun qazan təminatından çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında, komandirin iyun 1993cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissədən çıxarılması barədə məlumat aşkar edilməmişdir. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin yanvar 1994cü il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissənin 1994-cü il tarixli əsgər heyətə pul təminatı ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən ##.##.2018-ci il tarixli 9/2-***T №-li məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə cavab göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1.1-ci bənd. “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. 4.1-ci bənd. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-). 4.1.6-cı bənd. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (-). Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətinitənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ın 4.2.4 bəndinin tələblərinə görə, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmir. Həmin qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Iş materiallarındana əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Işlər Idarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan görünür ki, Hərbi hissəni özbaşına tərk etmiş sıravi İddiaçı A. oğlunun N №-ii hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §5, səh-156, sıra-35) ##.##.1994-cü il tarixindən BMO-nun qazan təminatından çıxarılması barədə məlumat vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildiki iddiaçı qanuni əsaslarla ordu sıralarından təxris edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndini tətbiq edərək iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur və hazırda formalaşmış məhkəmə praktikasına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-394/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-394/2026
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver