Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-396/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin qeydlərinə əsasən o, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, daha sonra isə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissənin tərkibində Şuşa kəndinin müdafiə və mühafizəsində iştirak etmişdir.
2. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı ##.##.2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, ##.##.2020-ci il tarixli, ** nömrəli əmri ilə isə ##.##.2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir.
3. Daha sonra iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək 4-cü tabor, 10-cu bölük, 1-ci taqım, 1-ci manqa pulemyotçu vəzifəsinə təyin edilmiş, ## ###### 2021-ci il tarixli, ** nömrəli əmri ilə Azərbaycan Respublikasının Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrinə əsasən ## ###### 2021-ci il tarixdən hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrinə göndərilmişdir.
4. Iddiaçı ərizə ilə cavabdeh Cavabdeh müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
5. Cavabdeh ##.##.2022-ci il tarixli, */*-**** nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə, habelə iddiaçının N nömrəli hərbi hissədə xidməti ## ###### 2020-ci il tarixdən sonraya, yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir.
6. Daha sonra iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi bilet və şəxsi işində 07, 08 və ## ###### 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, onlara “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və bunun razılaşdırılması məqsədilə müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Daha sonra isə iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı digər şəxslər - X2, X4, Orucov Səmid Babaşah oğlu və Azərbaycan Respublikası Prezidentinin ## ######## 2020-ci il tarixli sərəncamına əsasən müvafiq olaraq ##.##.2020-ci il və ##.##.2020-ci il tarixlərində qismən səfərbərlik üzrə Silahlı Qüvvələrə çağırılmışdır. Onlar müvafiq tarixlərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində siyahıya alınmış, ##.##.2020-ci il tarixədək burada döyüş əmri gözləmişlər. ##.##.2020-ci il tarixdə onlar N nömrəli hərbi hissəyə aparılmış, döyüş tapşırığı gözləyərək xidməti vəzifələrini yerinə yetirmişlər. ##.##.2020-ci il tarixdə Şuşa istiqamətinə göndərilmiş, lakin avtomobilin texniki nasazlığı səbəbindən Xocavənd rayonunun Böyük Tağlar kəndində dayanılmışdır. Komandanlığın əmri ilə iddiaçılar həmin ərazidə mövqelənərək ##.##.2020-ci il tarixədək döyüş növbətçiliyi aparmış, sonra Hadrut qəsəbəsinə aparılmışlar. Beləliklə, iddiaçı da daxil olmaqla, adıçəkilən şəxslər ##.##.2020-ci il tarixdən döyüş bölgəsində yerləşən hərbi hissədə xidmət keçmiş, ##.##.2020-ci il tarixdən isə işğaldan azad edilmiş Böyük Tağlar kəndində müdafiə xarakterli döyüş tapşırıqlarını yerinə yetirmişlər. Hərbi biletlərdə iddiaçıların N nömrəli hərbi hissədə qeydiyyata alınmaları və ##.##.2020-ci il tarixdə həmin hissədən çıxmaları göstərilmiş, lakin 07-## ###### 2020-ci il tarixlərində xidmət keçdikləri hərbi hissə barədə qeyd aparılmamışdır. ##.##.2020-ci il tarixdən etibarən isə onların N nömrəli hərbi hissədə xidmət keçdikləri qeyd edilmişdir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Imran Burcayev).
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının şifahi izahatı əsasında cavabdeh orqana sorğu göndərilməklə iddiaçı ilə eyni tarixlərdə, eyni ərazilərdə, eyni döyüş tapşırıqlarının icra edilməsində iştirak etmiş X3 ##.##.2024-cü il tarixdə “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi, habelə bu barədə məlumatların “Zəfər” altsistemində yerləşdirildiyi bildirilmişdir. Indiki halda isə, iddiaçının onunla birlikdə döyüş tapşırıqlarının icra edilməsində iştirak etdiyini bildirdiyi şəxsin “müharibə veteranı” adı və vəsiqəsi ilə təmin edilməsi, iddiaçının hərbi biletində qeyd olunmuş məlumatların natamam şəkildə doldurulması, iddiaçının 07- ##.##.2020-ci il tarixlərdə hansı hərbi hissənin siyahısında (şəxsi heyətin tərkibində) olması barədə məlumatın olmaması, habelə mövcud ehtimalda iddiaçının hərbi hissənin ərazisini özbaşına tərk etməsi və ya digər qaydada onun barəsində hər hansı bir cinayət işi materialının olmaması barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş məlumat əsasında məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Ordusunun “Vətən Müharibəsi" dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin ## #### 2021-ci il tarixli, *** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə 27.09-##.##.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Işin hallarından görünür ki, N nömrəli hərbi hissənin ** nömrəli əmri ilə iddiaçı ##.##.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, həmin hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Iddiaçının N nömrəli hərbi hissədə xidməti isə ##.##.2020-ci il tarixdən sonraya aid olmuşdur. Iddiaçının N nömrəli hərbi hissədə xidməti ##.##.2020-ci il tarixdən başlamış, lakin həmin tarixdə isə hərbi əməliyyatların tam dayandırılması elan olunmuşdur. Buna baxmayaraq, məhkəmə iddiaçının 07-##.##.2020-ci il tarixlərdə hansı hərbi hissənin siyahısında (şəxsi heyətin tərkibində) olması barədə məlumatın olmamasını əsas götürərək iddianı təmin etmişdir. Hesab edirlər ki, iddiaçının qeyd edilən tarixlərdə hərbi xidmət keçməsini təsdiq edən sənədlərin olmaması onun N nömrəli hərbi hissədə xidmət keçməsini sübut edən fakt kimi ehtimal edilə bilməz. Həmçinin, məhkəmə iddianı təmin edərkən iddiaçı ilə eyni tarixlərdə, eyni ərazilərdə, eyni döyüş tapşırıqlarının icra edilməsində iştirak etmiş X3 ##.##.2024-cü il tarixdə “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi, habelə bu barədə məlumatların “Zəfər” altsistemində yerləşdirildiyini əsas götürərək iddianı təmin etmişdir. Lakin qeyd edilən şəxsin iddiaçı ilə eyni tarixlərdə, eyni ərazilərdə, eyni döyüş tapşırıqlarını icra etməsini təsdiq edən sənədlərə məhkəmə qərarında istinad edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hərbi biletində N nömrəli hərbi hissəyə ## ###### 2020-ci il tarixində gəldiyinin qeyd edilməsi faktiki vəziyyətlə uyğun gəlmir və təqdim edilmiş rəsmi sənədlərlə ziddiyyət təşkil edir. Çünki, ## ###### 2020-ci il tarixində ilkin (N nömrəli) hərbi hissədən çıxarılması rəsmi sənədlə təsdiqlənir. Bunu sübut edəcək hərbi qulluqçular da var.
15. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməklə, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın faktiki əsasını və mübahisənin mahiyyətini dəyişdirmədiyini, yalnız iddiaçının müdafiə məqsədini hüquqi baxımdan dəqiqləşdirdiyini nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, həmin tarixdə isə N nömrəli hərbi hissənin tərkibində Şuşaya göndərilmək üçün Beyləqanda yerləşən N nömrəli hərbi hissəyə aparılmışdır. Rəsmi yerləşdirmə olmadığından 07 və 08 noyabr tarixlərində həmin hərbi hissədə gecələmiş, ## ###### 2020-ci il tarixdə isə kamazla N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsinə yola düşmüşdür. Müharibənin başa çatmasına baxmayaraq, iç bölgələrdə köməyə ehtiyac olduğu bildirildiyindən Şuşakənd istiqamətində döyüş bölgəsinə göndərildiyini, burada ## ###### 2020-ci il tarixədək qaldığını qeyd etmişdir. Həmçinin, X3 ilə eyni hərbi hissədə xidmət etdiklərini və həmin hərbi hissədən birlikdə yola düşdüklərini, ona müharibə veteranı adı və vəsiqəsinin verildiyini, lakin ona imtina cavabı verildiyini bildirmişdir.
19. Iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...
21. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
26. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
27. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir.
28. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına və bütün növ təminatlara daxil edilmiş, ##.##.2020-ci il tarixli, ** nömrəli əmrlə həmin hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmri ilə o, N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək 4-cü taborun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Hərbi biletində isə ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi və həmin hərbi hissənin tərkibində Şuşa kəndinin müdafiə və mühafizəsində iştirak etdiyi göstərilmişdir.
29. Cavabdehin imtinasının əsası iddiaçının əvvəlcə xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil edilməməsi, habelə iddiaçının N nömrəli hərbi hissəyə ## ###### 2020-ci il tarixdə qəbul edilməsi barədə dəlillər olmuşdur.
30. Işə baxan məhkəmə cavabdehin imtinasını əsassız sayaraq iddianı təmin etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də imtina məktubunu təkrarlamaqla iki hissədən ibarətdir: 1) iddiaçının əvvəlcə hərbi xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil olmamışdır; 2) bundan sonra xidmət etdiyi N nömrəli hərbi hissə isə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olsa da, iddiaçı həmin hərbi hissəyə döyüş əməliyyatları bitdikdən sonra – ## ###### 2020-ci il tarixdə qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi dəlilləri işdə olan digər sübutlarla birlikdə və Əsasnamədə nəzərdə tutulan iştirak meyarları əsasında qiymətləndirilməlidir.
33. Əsasnaməyə görə müharibə veteranı statusunun verilməsi şəxsin yalnız müəyyən hərbi hissənin şəxsi heyət siyahısında olması və ya həmin siyahıya hansı tarixdə daxil edilməsi ilə əlaqələndirilməmişdir. Hüquqi əhəmiyyət daşıyan məsələ şəxsin Əsasnamədə göstərilən dövrdə və ərazidə hansı fəaliyyəti həyata keçirməsi, döyüş əməliyyatlarında və ya həmin əməliyyatların təminatında normada nəzərdə tutulan formada iştirak edib-etməməsidir.
34. Bu baxımdan, xidmətin həyata keçirildiyi ərazi ilə yerinə yetirilən tapşırığın xarakteri bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Buna görə də iddiaçının harada xidmət etməsi və həmin ərazidə hansı tapşırığı yerinə yetirməsi birlikdə qiymətləndirilməlidir.
35. Əsasnamə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarında və normada ayrıca sadalanan digər ərazilərdə hərbi qulluqçunun mütləq şəkildə bilavasitə atəş döyüşündə iştirak etməsini tələb etmir; həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi də iştirakın Əsasnamə ilə tanınan formasıdır.
36. Bunun əksinə olaraq, Əsasnamədə konkret sadalanmış döyüş ərazilərindən kənarda həyata keçirilən adi xidmət, mühafizə və ya ümumi təminat fəaliyyəti öz-özlüyündə eyni hüquqi nəticəyə gətirmir. Belə hallarda şəxsin normada nəzərdə tutulan təminat növlərindən hər hansı birini, o cümlədən, döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı konkret tapşırığı yerinə yetirməsi müəyyən edilməlidir. Buna görə hazırkı işdə iddiaçının yalnız hansı hərbi hissənin siyahısında olması deyil, faktiki olaraq harada xidmət etməsi və həmin ərazidə hansı tapşırığı yerinə yetirməsi həlledici əhəmiyyət daşıyır.
37. Əsasnamə eyni zamanda iştirakın sübutunu yalnız bir sənəd növü ilə məhdudlaşdırmır. Hərbi biletlər, hərbi xidmət keçməni təsdiq edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları, şəxsi işlər, ezamiyyət sənədləri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı təsdiq edən digər sənədlər birlikdə qiymətləndirilə bilər. Buna görə şəxsin veteran statusuna hüququnun olub-olmamasını yalnız şəxsi heyət siyahısına daxil edilmə tarixinə əsasən həll etmək düzgün olmazdı.
38. Bu meyarlar baxımından, iddiaçının hərbi biletində onun N nömrəli hərbi hissənin tərkibində Şuşa kəndinin müdafiə və mühafizəsində iştirak etməsi barədə qeyd xüsusi əhəmiyyət daşıyır. Şuşa Əsasnamədə döyüş əməliyyatlarının aparıldığı ərazilər sırasında ayrıca göstərildiyindən, həmin ərazidə müdafiə və mühafizə xarakterli tapşırığın icrası qiymətləndirilərkən iddiaçıdan əlavə olaraq bilavasitə atəş döyüşündə iştirak etdiyini sübut etməsinin tələb olunması Əsasnamənin məzmunundan irəli gəlmir.
39. Cavabdehin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısına daxil edilməməsi barədə dəlili özlüyündə əsassız deyildir: iddiaçının yalnız həmin hərbi hissədə xidmət etməsi onun döyüş əməliyyatlarında iştirakını təsdiq etmir. Lakin, iddia tələbi də yalnız N nömrəli hərbi hissədə xidmət etməyə əsaslanmır. Mübahisənin həlli üçün əsas məsələ ## ###### 2020-ci il tarixdən sonrakı hadisələrdir.
40. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, ** nömrəli əmri iddiaçının həmin tarixdən N nömrəli hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərildiyini təsdiq edir. Bu əmr iddiaçının elə həmin gün N nömrəli hərbi hissənin şəxsi heyətinə rəsmən daxil edildiyini və ya döyüş tapşırığının icrasına başladığını ayrıca təsdiq etmir, lakin onun N nömrəli hərbi hissədə xidmətinin 07 noyabrda başa çatdığını və N nömrəli hərbi hissəyə keçirilməsi prosesinin həmin tarixdə başlandığını şübhəsiz müəyyən edir.
41. Növbəti rəsmi sənəd N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmridir. Həmin əmrlə iddiaçı N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək sanitar və qaytarılmaz itkilərin bərpası məqsədilə 4-cü taborun 10-cu bölüyünün 1-ci taqımının 1-ci manqasında pulemyotçu vəzifəsinə təyin edilmişdir. Hərbi biletdə isə onun ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyi və həmin hissənin tərkibində Şuşa kəndinin müdafiə və mühafizəsində iştirak etdiyi qeyd olunmuşdur.
42. Bu sənədlər birlikdə qiymətləndirildikdə, iddiaçının ən geci ## ###### 2020-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibinə qəbul olunduğu və həmin xidmətin Əsasnamədə nəzərdə tutulan ərazidə müdafiə-mühafizə xarakterli tapşırıqlarla bağlı olduğu müəyyən edilir.
43. Cavabdehin 10 noyabr tarixini döyüş əməliyyatlarının artıq başa çatdığı tarix kimi təqdim etməsi də Əsasnamənin mətninə uyğun deyildir. Əsasnamədə müvafiq dövr “2020-ci il ########ın ##-dən noyabrın 10-dək” müəyyən edildiyindən, ## ###### 2020-ci il həmin dövrün daxilindədir. Buna görə şəxsin məhz həmin tarixdə Əsasnamədə nəzərdə tutulan ərazidə və fəaliyyət çərçivəsində iştirakı təsdiq olunursa, təkcə şəxsi heyət siyahısına 10 noyabrda daxil edilməsi veteran statusunun verilməsini istisna edən hal sayıla bilməz.
44. Bununla yanaşı, 10 noyabr tarixli əmr iddiaçının 07–09 noyabr tarixlərində hansı fəaliyyəti həyata keçirdiyini öz-özlüyündə təsdiq etmir. Şəxsi heyət siyahısına daxil edilmənin rəsmiləşdirildiyi tarix şəxsin hərbi hissəyə faktiki çatdığı, ona qoşulduğu və tapşırığın icrasına başladığı tarixlə hər bir halda üst-üstə düşməyə bilər. Hazırkı işdə 07 noyabr tarixli göndərilmə əmri ilə 10 noyabr tarixli qəbul və təyinat əmri arasında üç günlük zaman fərqi vardır. Bu səbəbdən 10 noyabr tarixli əmrdən çıxış etməklə iddiaçının 07-09 noyabr tarixlərində mütləq iştirak etdiyi nəticəsinə gəlmək mümkün olmadığı kimi, həmin dövrdə iştirak etmədiyini də yalnız bu sənədə əsasən qəti şəkildə söyləmək olmaz.
45. N nömrəli hərbi hissənin ##.##.2026-cı il tarixli məktubunda iddiaçının 07-## ###### 2020-ci il tarixlərində həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakına dair məlumatın olmadığı bildirilmişdir. Kollegiya hesab edir ki, burada “məlumatın olmaması” ilə “iştirakın olmaması” fərqləndirilməlidir. Birinci halda müvafiq uçot sənədlərində fakt barədə qeyd aşkar edilmir; ikinci halda isə şəxsin həmin fəaliyyətdə iştirak etmədiyi başqa sübutlarla təsdiqlənir.
46. Ehtimal faktın sübutu sayıla bilmədiyi kimi, uçot sənədində ayrıca qeydin olmaması da özlüyündə faktın baş vermədiyini sübut etmir. Buna görə həmin məktub iddiaçının 07-09 noyabr tarixlərində iştirak etmədiyini təsdiqləyən sübut kimi deyil, yalnız həmin tarixlər üzrə ayrıca uçot məlumatının aşkar edilmədiyini göstərən sənəd kimi qiymətləndirilə bilər.
47. Iddiaçının izahatına görə, o, 07 noyabrda N nömrəli hərbi hissədən çıxarıldıqdan sonra N nömrəli hərbi hissənin tərkibinə göndərilmiş, 09 noyabrda döyüş bölgəsinə yola düşmüş və Şuşakənd istiqamətində xidmət etmişdir. Bu izahat təkbaşına veteran statusunun verilməsi üçün kifayət edən sübut sayıla bilməz, lakin 07 noyabr tarixli göndərilmə əmri, 10 noyabr tarixli qəbul və təyinat əmri və hərbi biletdəki qeydlərlə ziddiyyət təşkil etməyən hissəsi digər sübutlarla birlikdə nəzərə alına bilər.
48. Hazırkı mübahisənin həlli üçün iddiaçının mütləq şəkildə 07, 08 və 09 noyabr tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyinin ayrıca müəyyən edilməsi zəruri deyildir. Çünki, ## ###### 2020-ci il Əsasnamənin əhatə etdiyi dövrə daxildir və iddiaçının həmin tarixdə N nömrəli hərbi hissənin tərkibində pulemyotçu vəzifəsinə təyin edilməsi, habelə hərbi biletində Şuşa kəndinin müdafiə və mühafizəsində iştirakının göstərilməsi rəsmi sənədlərlə təsdiqlənir.
49. Sübut etmə vəzifəsinə gəldikdə, IPM-in 14.3-cü maddəsinə əsasən tələb olunan əlverişli inzibati aktın qəbulunu zəruri edən faktiki şərtləri sübut etmək vəzifəsi, bir qayda olaraq, iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçı həmin şərtləri ona aid rəsmi sənədlərin məcmusu ilə sübut etmişdir. Cavabdeh isə iddiaçının hüququnu istisna edən konkret fakta onun N nömrəli hərbi hissəyə yalnız Əsasnamədə nəzərdə tutulan dövr başa çatdıqdan sonra faktiki qoşulduğuna və ya həmin normada nəzərdə tutulan fəaliyyətdə iştirak etmədiyinə istinad edirsə, bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Xidmət və uçot sənədlərinin əsas hissəsinin məhz cavabdehin idarəetmə sahəsində olması da bu qiymətləndirmədə nəzərə alınmalıdır.
50. Iş üzrə diqqət yetirilməli digər hal iddiaçı ilə müqayisə edilə bilən vəziyyətdə olan X3 münasibətdə cavabdehin tətbiq etdiyi yanaşmadır.
51. Iş materiallarından görünür ki, Qoşqar Orucov N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı ilə birlikdə həmin hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, onun da N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına daxil edilməsi ## ###### 2020-ci il tarixdə rəsmiləşdirilmiş və 07-09 noyabr tarixlərində həmin hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı barədə ayrıca məlumatın olmadığı göstərilmişdir.
52. Bununla belə, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Qoşqar Orucova müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlər Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, nəticədə ona ##.##.2024-cü il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmiş və bu barədə məlumat “Zəfər” altsisteminə daxil edilmişdir.
53. Başqa şəxsə müharibə veteranı statusunun verilməsi iddiaçıya avtomatik olaraq eyni statusun verilməsini tələb etmək hüququ yaratmır. Hər bir şəxsin hüququ onun öz vəziyyəti və ona aid sübutlar əsasında müəyyən edilməlidir. Eyni zamanda, “qanunsuzluqda bərabərlik” hüququ da mövcud deyildir; yəni başqa şəxsə qanunsuz olaraq əlverişli qərar verilməsi həmin qanunsuzluğun iddiaçıya münasibətdə də təkrarlanmasını tələb etməyə əsas verməz.
54. Lakin hazırkı işdə cavabdeh Qoşqar Orucova veteran statusunun qanunsuz verildiyini bildirməmiş, həmin qərarın aradan qaldırılması üçün tədbir görüldüyünü göstərməmişdir. Əksinə, iddiaçı ilə Qoşqar Orucov hər ikisi N nömrəli hərbi hissədən eyni tarixli və eyni nömrəli əmrlə çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, hər ikisinin yeni hərbi hissənin şəxsi heyətinə daxil edilməsi 10 noyabr tarixində rəsmiləşdirilmiş və hər ikisi barədə 07-09 noyabr tarixlərinə aid ayrıca iştirak məlumatının olmadığı bildirilmişdir.
55. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsi və “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsi baxımından inzibati orqan mahiyyət etibarilə eyni mühüm faktiki hallara malik şəxslərə fərqli hüquqi qiymət verirsə, həmin fərqin obyektiv və hüquqi əhəmiyyət daşıyan səbəbini göstərməlidir. Hazırkı işdə cavabdeh iddiaçı ilə Qoşqar Orucovun vəziyyətləri arasında veteran statusu baxımından fərqli nəticəyə gətirə biləcək belə bir fərq göstərə bilməmişdir.
56. Buna görə Qoşqar Orucova veteran statusunun verilməsi iddiaçının hüququnun müstəqil mənbəyi kimi deyil, cavabdehin müqayisə edilə bilən faktiki vəziyyətə hansı hüquqi meyarı tətbiq etdiyini göstərən əlavə qiymətləndirmə vasitəsi kimi əhəmiyyət daşıyır. Buna görə Qoşqar Orucova veteran statusunun verilməsi iddiaçıya eyni statusun verilməsi üçün ayrıca hüquqi əsas yaratmasa da, cavabdehin eyni xarakterli hallara fərqli yanaşdığını göstərir. Etimadın qorunması prinsipi də bu baxımdan inzibati orqanın eyni hallara ardıcıl yanaşması tələbi ilə əlaqəli şəkildə nəzərə alınmalıdır.
57. Cavabdehin imtina məktubundan görünür ki, iş üçün əhəmiyyətli olan bu halların hamısına qarşılıqlı əlaqədə hüquqi qiymət verilməmişdir. Xüsusən, 07 noyabr tarixli göndərilmə əmri, hərbi biletdə Şuşa kəndinin müdafiə və mühafizəsində iştirak barədə qeyd, 10 noyabr tarixinin Əsasnamənin əhatə etdiyi dövrün daxilində olması, 07-09 noyabr tarixlərinə dair yalnız məlumatın olmaması və müqayisə edilə bilən digər hərbi qulluqçuya münasibətdə cavabdehin fərqli hüquqi nəticəyə gəlməsi birlikdə nəzərə alınmamışdır.
58. Inzibati orqan qəbul etdiyi qərarın hansı faktlara və hüquqi əsaslara söykəndiyini göstərməlidir. Eyni və ya oxşar hallarda fərqli qərar qəbul edildikdə isə bunun səbəbi izah olunmalıdır.
59. Hazırkı halda cavabdeh tərəfindən belə əsaslandırma təqdim edilməmişdir.
60. Buna görə cavabdehin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələrin siyahısında olmaması barədə dəlili iddianın rədd edilməsi üçün yetərli deyildir. Iddiaçının hüququ yalnız həmin hərbi hissədə xidmət etməsinə deyil, ## ###### 2020-ci ildə oradan N nömrəli hərbi hissəyə göndərilməsinə, ən geci ## ###### 2020-ci il tarixdə həmin hərbi hissənin tərkibinə qəbul edilərək pulemyotçu vəzifəsinə təyin olunmasına və hərbi biletində Əsasnamədə nəzərdə tutulan ərazidə müdafiə və mühafizə tapşırıqlarında iştirakının rəsmən qeyd edilməsinə əsaslanır.
61. Eyni səbəbdən, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına yalnız ## ###### 2020-ci il tarixdə daxil edilməsi də imtina üçün kifayət hesab edilə bilməz. 10 noyabr Əsasnamədə müəyyən edilmiş dövrə daxildir; 07-09 noyabr tarixlərinə dair ayrıca uçot məlumatının olmaması isə iddiaçının həmin üç gündə iştirakının müstəqil şəkildə sübuta yetirilmədiyini göstərsə də, 10 noyabr tarixinə və həmin tarixdəki xidmətin xarakterinə dair işdə olan müsbət sübutları aradan qaldırmır.
62. Nəticə etibarilə, işdə olan rəsmi sənədlərin məcmusu iddiaçının tələb etdiyi inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edir. Cavabdeh isə iddiaçının N nömrəli hərbi hissəyə yalnız Əsasnamədə nəzərdə tutulan dövr başa çatdıqdan sonra faktiki qoşulduğunu və ya onun Əsasnamədə nəzərdə tutulan fəaliyyətlərdə iştirak etmədiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
63. Bununla yanaşı, xidməti eyni qaydada sənədləşdirilmiş və iddiaçı ilə oxşar vəziyyətdə olan digər hərbi qulluqçuya fərqli hüquqi qiymət verilməsi, bu fərqin səbəbinin isə açıqlanmaması cavabdehin imtinasının kifayət qədər əsaslandırılmadığını göstərir.
64. Bütün bunları birlikdə qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası işin mühüm hallarının tam və qarşılıqlı əlaqədə araşdırılmasına və Əsasnamədə nəzərdə tutulan iştirak meyarlarının düzgün tətbiqinə əsaslanmamış, qanuni və əsaslandırılmış inzibati qərar kimi qəbul edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olması barədə gəldiyi nəticəni təkzib etmir.
65. Iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.