Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-405/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “təkrar sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarına əsasən ## #### 2024-cü il tarixdə “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə müəllimlərin sertifikasiya imtahanının test mərhələsində iştirak edərək, imtahandan “22” bal toplamış, nəticədə sertifikatlaşdırmada uğur qazana bilməmişdir.
2. Cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixli, *-**-**/*-*-**F/**** nömrəli “təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmri ilə Abşeron-Xızı Regional Təhsil Idarəsi və digər təhsil idarələrinə ## #### 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi tapşırılmış, sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı əmrə əlavə edilmişdir. Siyahının 1795-ci bəndində Sumqayıt şəhəri Polad Həşimov adına ** nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləyən iddiaçının məlumatları (ad, soyad, ata adı) göstərilmişdir.
3. Həmin əmr əsasında qəbul edilmiş Agentliyin Abşeron-Xızı Regional Təhsil Idarəsinin ## #### 2024-cü il tarixli, ** nömrəli “əmək müqaviləsinin ləğv edilməsi” barədə əmri ilə iddiaçı sertifkatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ## #### 2024-cü il tarixdən ləğv edilmişdir.
4. Iddiaçı İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, işə bərpa edilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan ## ###### 2025-ci il tarixli, *-**-**/*-****-**** nömrəli məktub ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, sertifikatlaşdırmadan keçmədiyi əsası ilə əmək müqaviləsi ləğv edilmiş işçilər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ####### 2023-cü il tarixli, KQ-** nömrəli qərarı ilə edilmiş "Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları" na uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər. Təkrar sertifikatlaşdırmada uğur qazana bilməyən təhsilverənlərlə bağlı komissiya tərəfindən müraciəti qeydə alınmışdır. Sosial həssaslıq statusu, təhsili, ixtisası və əmək stajı nəzərə alınmaqla işlə təmin olunması məsələsinə boş vakansiyalar olduğu təqdirdə baxıla bilər.
6. Daha sonra iddiaçı ## ######## 2025-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ## #### 2024-cü il tarixində onun iştirakı ilə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 33 (otuz üç) il Sumqayıt şəhəri Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına ** nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi fənni üzrə müəllimə kimi qüsursuz pedaqoji fəaliyyət göstərərək dövlətinə, xalqına xidmət etmişdir. Iddiaçı səhhəti ilə əlaqədar üzrlü səbəbdən “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə müəllimlərin sertifikasiya imtahanının test mərhələsində iştirak edə bilməmiş, bundan sonra işlədiyi orta məktəbdə onun iş yeri növbəti imtahana qədər, yəni bir il müddətinə saxlanılmışdır. ## #### 2024-cü il tarixdə ikinci dəfə keçirilmiş sertifikasiya imtahanında iştirak etmiş, ona 120 dəqiqə vaxt ərzində təqdim edilmiş 60 sualın hamısını fasilə vermədən cavablandırmışdır. Imtahanın 120-ci dəqiqəsində imtahan bitmiş hesab olunur. Həmin vaxt müəllimə “BITIR” düyməsini basmalıdır ki, sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilsin və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilmiş olsun. Iddiaçı isə komputer texnologiyasını həmin vaxt zəif bilməsi, eyni zamanda həyəcanlı olması səbəbindən “BITIR” düyməsini sıxmamış, lakin ekranda “33” bal görmüş, bundan sonra imtahan zalını tərk etmişdir. Iddiaçıya imtahandan sonra Təhsil və Elm Nazirliyindən zəng daxil olmuş və bildirilmişdir ki, “hansı səbəbdən “BITIR” düyməsi basılmamış, məhz ona görə də, sistemdə texniki problem yaranmışdır”. Bundan sonra iddiaçının şəxsi kabinetinə daxil edilmiş nəticələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan nəticəsi “22” bal göstərilmişdir. Imtahan nəticəsinin həqiqətə uyğun olmadığını hesab etdiyindən və sistemdə yaranmış texniki nasazlıq səbəbindən cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq, ona texniki nasazlığın aradan qaldırılacağı bildirilmiş, lakin sonradan ona məlum olmuşdur ki, imtahandan “22” bal toplamışdır. Iddiaçı hesab edir ki, keçirilmiş imtahanın nəticələri “elektron sistemdə” nasazlıq olduğundan səhv, həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatlardır. Sertifikatlaşdırma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir.
8. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ## #### 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanından aşağı bal toplamış və onunla bağlanmış əmək müqaviləsi cavabdehin ## #### 2024-cü il tarixli, 3-29-69/3- 2-13 F/**** nömrəli əmrinə əsaslanmaqla ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və eynilə həmin qaydanın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur. Iddiaçı hesab edir ki, keçirilmiş imtahanın nəticələri “elektron sistemdə” nasazlıq olduğundan səhv, həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatları göstərmişdir. Lakin, bildirirlər ki, iddiaçının imtahan zamanı ekranda 33 bal gördüyü, lakin sonradan şəxsi kabinetində nəticənin 22 bal kimi əks etdirildiyi barədə iddiası obyektiv sübutlarla təsdiqini tapmamışdır. Sertifikatlaşdırma imtahanı elektron sistem üzərindən həyata keçirilmiş, namizədlərin hər bir sual üzrə verdiyi cavablar, cavablandırma ardıcıllığı, vaxt göstəriciləri və nəticələrin formalaşması sistemdə avtomatik olaraq qeydə alınmışdır. Aparılmış texniki yoxlama zamanı iddiaçının imtahan prosesində cavablandırdığı suallara dair sistem qeydləri (loglar) araşdırılmış və şəxsi kabinetdə əks etdirilən nəticənin həmin qeydlər əsasında formalaşdırıldığı müəyyən edilmişdir. Elektron sistemdə hər hansı texniki nasazlıq, məlumatların təhrif edilməsi və ya nəticələrin dəyişdirilməsi halı aşkar edilməmişdir. Bu baxımdan, iddiaçının subyektiv müşahidəsinə əsaslanan iddiası hüquqi əhəmiyyət kəsb edən sübutlarla təsdiqlənmədiyindən əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: Mehriban Mahmudlu-Abbaszadə).
10. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən ## #### 2024-cü il tarixli qərar həmin gün iddiaçının elektron kabinetinə yerləşdirilmiş və bu qərara əsasən Sumqayıt şəhər Polad Həşimov adına ** nömrəli tam orta məktəb tərəfindən əmək müqaviləsinə xitam verilmişdir ki, bu da iddiaçının həmin tarixdən etibarən hüquqlarının pozulmasından faktiki xəbərdar olduğunu təsdiq edir. Lakin, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müraciət müddətini və üzrlü səbəblər olduqda belə ötürülmüş müddətin bərpası üçün nəzərdə tutulan 1 illik mütləq limiti (IPM-in 24.4-cü maddəsi) keçərək məhkəməyə yalnız ## ######## 2025-ci il tarixdə müraciət etdiyi üçün məhkəmə hüquqi müəyyənlik prinsipini rəhbər tutaraq işin mahiyyətinə baxmadan iddianı mümkün saymamışdır.
11. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı # #### 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanından aşağı bal toplamasından narazı qalaraq “şəxsi kabinet” vasitəsilə Elm və Təhsil Nazirliyinə apellyasiya şikayəti vermiş, şikayətinə cavab olaraq ona yaranmış texniki nasazlığın aradan qaldırılacağı bildirilmişdir. Lakin, 2025-ci il yanvar ayınadək cavabdeh tərəfindən süründürməçiliyə yol verilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra ona AXRTI-nin X2 tərəfindən aylıq əmək haqqı 500 (beş yüz) azn olmaqla, sosial pedaqoq işinin təklif olunduğu, lakin iddiaçının bundan imtina edərək fəaliyyətini müəllim kimi davam etdirmək istədiyinin qeyd edildiyi ** nömrəli tam orta məktəbinin direktorunun məktubu da həqiqəti əks etdirmir. Abşeron-Xızı Regional Təhsil Idarəsinin nümayəndəsi isə qeyd etmişdir ki, 2024-cü il tarixdə 7 nəfər müəllimə imtahandan uğur qazanmamışdır və onlar sosial işlə təmin edilmişdilər. Lakin, iddiaçının 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir məlumatları yoxdur və ona görə də ona sosial iş təklif olunmamışdır. Bundan sonra iddiaçı cavabdehin əmrindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək, ailə vəziyyətini və digər halları nəzərə alaraq, onun növbəti sertifikasiya imtahanına buraxılması və bu müddət ərzində ona işlədiyi məktəbdə sosial işlə təmin edilməsi ilə bağlı Abşeron-Xızı Regional Təhsil Idarəsinə göstəriş verilməsini xahiş etmişdir. Inzibati orqanın isə yalan vədləri, süründürməçiliyi nəticə vermədiyindən sonradan məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddiaçının təkrar sertifikatlaşdırma nəticəsinin ləğvi ilə bağlı imtinasını məhz ## ###### 2025-ci il tarixdə bildirmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verildikdən sonra o, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı qohumu vasitəsilə sertifikatlaşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə apellyasiya şikayəti göndərmişdir. Sertifikatlaşdırmanın nəticəsi ilə əlaqədar çoxsaylı müraciətləri olsa da, nəticəsi olmamışdır. Iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı bacısı oğlunun köməyi ilə elektron kabineti vasitəsilə sertifikatlaşdırmanın nəticəsindən apellyasiya şikayəti vermiş, lakin elektron kabinetinin parolu barədə məlumatlı deyil. Iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
16. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
18. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
19. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçı ## #### 2024-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş, 22 bal topladığı üçün uğur qazana bilməmişdir. Bu səbəbdən, cavabdehin ## #### 2024-cü il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmri ilə Abşeron-Xızı Regional Təhsil Idarəsi və digər təhsil idarələrinə ## #### 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi tapşırılmış, sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı əmrə əlavə edilmişdir. Siyahının 1795-ci bəndində Sumqayıt şəhəri Polad Həşimov adına ** nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi işləyən iddiaçının məlumatları (ad, soyad, ata adı) göstərilmişdir.
22. Iddiaçı hazırkı tələbində ## #### 2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanının nəticəsinin ləğv edilməsini tələb etmişdir. Həmin tarixdə keçirilən sertifikatlaşdırma nəticəsi isə yuxarıda qeyd edildiyi kimi cavabdehin ## #### 2024-cü il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmri ilə rəsmiləşdirilmişdir.
23. IPM-nin 52-ci maddəsinə əsasən nəzərə almaq lazımdır ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından kollegiya iddiaçının hazırkı tələbini cavabdehin ## #### 2024-cü il tarixli, *-**-**/*-*-**F/**** nömrəli əmrinin ona münasibətdə ləğv edilməsi olaraq qəbul edir.
25. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
27. Iddiaçı tərəfindən irəli sürülən tələb hər hansı yeni hüququn tanınmasına və ya mövcud hüququn müdafiəsinə yönəlməmiş, əksinə, konkret əlverişsiz inzibati aktın – ## #### 2024-cü il tarixli əmrin qismən - ona münasibətdə ləğv edilməsinə, yəni hüquqi qüvvəsinin aradan qaldırılmasına xidmət edir. Bu isə hüquqi təbiətinə görə inzibati aktın mübahisələndirilməsi kimi qiymətləndirilməlidir.
28. Qeyd olunmalıdır ki, müəllimlərin sertifikatlaşdırma imtahanının nəticəsi səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən və konkret şəxsin hüquqi vəziyyətinə birbaşa təsir göstərən inzibati aktdır. Həmin akta əsasən iddiaçının imtahan nəticəsi uğursuz hesab edilmiş və bu hal sonradan onun əmək münasibətlərinə xitam verilməsi ilə nəticələnmişdir. Bu baxımdan, iddiaçının tələbi faktiki olaraq həmin inzibati aktın hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmişdir.
29. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır.
30. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
31. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
32. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
33. Iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər.
34. Iddiaçı iddia ərizəsinin dəlillərində qeyd etmişdir ki, ## #### 2024-cü il tarixdə keçirilmiş sertifikasiya imtahanının yekununda kompüter biliklərinin zəif olması səbəbindən “bitir” düyməsini sıxmamış, həmin gün ərzində səlahiyyətli orqan tərəfindən bununla əlaqədar onunla əlaqə saxlanılmış, imtahan nəticəsinin “33” bal olduğunu zənn etsə də, qısa müddət sonra şəxsi kabineti vasitəsilə imtahan nəticəsinin “22” bal olduğunu müəyyən etmişdir.
35. Göründüyü kimi iddiaçı ## #### 2024-cü il tarixdə keçirilmiş sertifikasiya imtahan nəticəsindən öz şəxsi kabineti vasitəsilə imtahan keçirildiyi tarixdən qısa müddət sonra məlumatlı olmuşdur.
36. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddədə qeyd edilir ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
37. Qeyd olunan maddənin tələblərinə əsasən, mübahisələndirilən imtahan nəticəsi iddiaçıya elektron üsulla 2024-cü ilin iyun ayında təqdim olunmuş sayılır.
38. Iddiaçı imtahan nəticəsindən 2024-cü ilin iyun ayından məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 1 ildən artıq müddət keçdikdən sonra, ## ######## 2025-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
39. Iddiaçı apellyasiya şikayətinin dəlillərində və məhkəmə iclasında izahatında imtahan nəticəsindən yuxarıda inzibati orqana – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə apellyasiya şikayəti, eləcə də, işlə təmin olunmasına dair ərizələrlə müraciət etdiyini, inzibati orqanın süründürməçiliyi səbəbindən iddia müddətini ötürdüyünü bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür halların nəzərə alınması və iddia müddətinin bərpası üçün həmin şikayətlərin faktiki olaraq verildiyini təsdiq edən mötəbər və yol verilən sübutlar təqdim edilməlidir.
41. Digər tərəfdən, Inzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
42. Göründüyü kimi iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçmişdir, yuxarıda qeyd edilən normada nəzərdə tutulan hallar isə hazırkı işdə mövcud deyildir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbləri əsaslı və sübuta yetirilmiş hesab edilə bilməz. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddianı iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.