Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-408/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı və vəkili/nümayəndəsi Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuş və hazırda Abşeron rayonu,DI.Ş.Qurbanov küç.,ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayır. O,N nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** nömrəli əmrinə əsasən ##.##.1993-cü il tarixdən şəxsi heyətin sırasına daxil edilməklə, baş atıcı vəzifəsinə təyin edilməş, N N-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli 6 N-li əmrinə əsasən döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmişdir. N N-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli *** nömrəli əmrinə əsasən müddətdən artıq hərbi qulluqçu, baş atıcı, sıravi İddiaçı “R” hərbi rütbəsi verilmişdir. Cavabdeh ##.##.1994-cü il tarixli əmrinə əsasən İddiaçı Əliqulu oğlu N N-li hərbi hissə komandirinin ## ######## 1994-cü il tarixli 164 n-li əmrilə ilkin “R” hərbi rütbəsi verilməklə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Cavabdeh ##.##.1995-ci il tarixli əmrilə və 18-ci maddənin Z bəndinə (öz arzusu ilə) əsasən silahlı qüvvələrdən tərxis olunmuş ## ###### 1995-ci il tarixli 26 N-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi qeydiyyata düşmək üçün Abşeron RHK-na göndərilmişdir. Beləliklə iddiaçı ##.##.1993-cü ildən ## ###### 1995-ci ilədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bu barədə Müdafiə Nazirliyi Mərkəzi Arxiv idarəsinin arayışlarında müvafiq qeydlər aparılmışdır.Bu səbəbdən Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi məqsədi ilə Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin cavab məktubları ilə onun ərizəsindən imtina edilmişdir.Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, müddətdən artıq hərbi xidmətdə olmuşam. Döyüş bölgələrində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü ugrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, «Veteranlar haqqmda» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, .... hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxininin ##.##.2025-ci il tarixli *-**-**/****/**** nömrəli arxiv sənədindən də görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 17.02.t994cü il tarixli ** nömrəli əmində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi qeyd edilsə də, onun döyüş əməliyatlarında iştirakına dair məlumat aşkar olunmamışdır.Həmçinin, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublıikası Silahlı yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır.Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq üzərinə qoyulmuşdur. (Rahim Həsənov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxininin ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli arxiv sənədindən də görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmri ilə müddətdən artıq həgigi hərbi xidmətə gəbul olunarag ##.##.1193-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi geyd edilsədə, onun döyüş əməliyatlarında iştirakına dair məlumat aşkar olunmamışdır. Həmçinin bildirmək istəyir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərnbaycan Respublıikası Silahlı yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” govluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparılan dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ciil tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində qeyd olunan rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili/nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X9 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçməsinin, döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsinin, həmin ezamiyyətin icra olunmasının və sonradan qanuni qaydada hərbi xidmətdən tərxis edilməsinin iş materialları ilə təsdiq olunması qənaətinə gələrək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi məhkəmə sorğusuna cavab olaraq iddiaçının hərbi xidmətinə dair arxiv məlumatlarını təqdim etmişdir. Həmin məlumatlara əsasən, iddiaçı Abşeron rayon hərbi komissarlığından müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli əmri ilə ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək Müdafiə Nazirliyinin mühafizə tağımında baş atıcı vəzifəsinə təyin olunmuşdur. Eyni arxiv məlumatında N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə iddiaçıya “R” hərbi rütbəsinin verildiyi, ##.##.1994-cü il tarixli, *** nömrəli əmri ilə isə Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1994-cü il tarixli əmrinə əsasən ona ilkin “R” hərbi rütbəsi verilməklə Müdafiə Nazirliyinin mühafizə tağımının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Bundan əlavə, N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1995-ci il tarixli əmrinə əsasən Silahlı Qüvvələrdən tərxis olunduğu, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Abşeron rayon hərbi komissarlığına göndərildiyi təsdiq edilmişdir. Beləliklə, iddiaçının N nömrəli hərbi hissədə xidmətə qəbul edilməsi, xidmət dövründə konkret vəzifələrə təyin olunması, hərbi rütbə alması, tağım komandiri vəzifəsinə irəli çəkilməsi və sonradan tərxis edilməsi ayrı-ayrı arxiv sənədləri ilə təsdiq olunur. Bu sənədlər iddiaçının həmin hərbi hissə ilə faktiki və hüquqi bağlılığını müəyyən edir. Ezamiyyətlə bağlı sənədlərə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli nizami hissə üzrə əmrinin 3-cü bəndində döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getmə ilə əlaqədar şəxslərin quru pay təminatından çıxarılması göstərilmiş, həmin siyahıda “Гусейнов Э.А.” da qeyd edilmişdir. Düzdür, əmrdə ad və ata adı tam yazılmamış, konkret döyüş istiqaməti göstərilməmişdir. Bununla belə, qeyd olunan uyğunsuzluq sənədin məzmunu və iş materialları ilə qarşılıqlı şəkildə qiymətləndirildikdə, həmin sənədin iddiaçıya aidliyini istisna edən əsas kimi qəbul edilə bilməz. Əksinə, həmin əmrdən cəmi bir neçə gün sonra qəbul edilmiş N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli nizami hissə üzrə əmrində Müdafiə Nazirliyinin mühafizə tağımından ezamiyyətdən qayıdan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından ibarət 8 nəfərin təminata götürülməsi qeyd edilmişdir. Bu iki əmr birlikdə qiymətləndirildikdə, ##.##.1994-cü il tarixli əmrlə 8 nəfərin ezamiyyətə göndərildiyi, ##.##.1994-cü il tarixli əmrlə isə həmin sayda hərbi qulluqçunun ezamiyyətdən qayıtdığı müəyyən olunur. Kolegiya qeyd edir ki, iddiaçının həmin dövrdə məhz Müdafiə Nazirliyinin mühafizə tağımında baş atıcı kimi xidmət etməsi və sonradan həmin tağımın komandiri vəzifəsinə təyin olunması “Гусейнов Э.А.” kimi göstərilmiş şəxsin iddiaçı ilə eyniliyini təsdiq edən mühüm haldır. Cavabdeh həmin şəxsin iddiaçı olmadığını, əmrin başqa şəxsə aid olduğunu və ya ##.##.1994-cü il tarixli əmr üzrə ezamiyyətdən qayıdan 8 nəfərin sırasında iddiaçının olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya icraatı zamanı verilmiş məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş sənədləri də işin digər materialları ilə əlaqəli şəkildə qiymətləndirir. Həmin sənədlərdən görünür ki, iddiaçının döyüş xidmətində olması barədə məlumatlar yalnız onun öz izahatı və ya tək bir arxiv sənədi ilə məhdudlaşmır, eyni dövrdə və eyni hərbi hissə üzrə xidmət etmiş digər şəxslərə dair rəsmi qeydiyyat sənədləri ilə də dolayı şəkildə təsdiqlənir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq X3 və X7 müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin, eləcə də onların hərbi qeydiyyat kartlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin sənədlərin təqdim edilməsi onu göstərir ki, iddiaçının istinad etdiyi şəxslər müvafiq dövlət orqanları tərəfindən müharibə veteranı kimi tanınmış, onların döyüş xidmətində iştirakı veteran vəsiqəsinin verilməsi üçün yetərli əsas kimi qəbul edilmişdir. Eyni zamanda, Binəqədi rayon idarəsinin cavab məktubundan görünür ki, X5 2000-ci ildə keçmiş Binəqədi rayon hərbi komissarlığı tərəfindən ****** saylı “Müharibə Veteranı” vəsiqəsinin verilməsi barədə adlı siyahı məhkəməyə təqdim edilmişdir. Bu hal da iş üzrə mühüm əhəmiyyət daşıyır. Çünki həmin şəxslər iddiaçı ilə eyni dövrə, eyni hərbi hissəyə və eyni hərbi xidmət şəraitinə aid edilən şəxslər kimi göstərilmiş, onların bir qismi barəsində veteran statusunun tanınması artıq rəsmi qaydada həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu sənədlər ayrıca götürüldükdə iddiaçıya veteran adı verilməsi üçün müstəqil və yeganə əsas kimi deyil, işdə olan arxiv əmrləri, ezamiyyət və qayıdış barədə qeydlər, tərxis sənədləri və veteran vəsiqəsi almış şəxslərin izahat xarakterli müraciətləri ilə birlikdə qiymətləndirilməlidir. Həmin sənədlər birlikdə təhlil edildikdə isə iddiaçının göstərilən şəxslərlə eyni xidmət şəraitində olması, döyüş bölgəsinə ezam edilməsi və həmin şəxslər sırasında xidmət keçməsi barədə mövqeyini gücləndirir. Belə ki, işdə olan kollektiv ərizədən görünür ki, X7, X3 və X6 iddiaçı İddiaçı ilə 1993- 1995-ci illərdə cəbhə bölgələrində N nömrəli hərbi hissənin tərkibində birlikdə xidmət etdiklərini və döyüşdüklərini, özlərinə müharibə veteranı vəsiqəsi verildiyini göstərmişlər. Kollegiya bu ərizəni iddiaçıya veteran adı verilməsi üçün ayrıca və müstəqil əsas kimi deyil, işdə olan arxiv əmrləri və rəsmi cavablarla uyğunluq təşkil edən əlavə sübut kimi qiymətləndirir. Başqa sözlə, həmin şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi iddiaçının tələbini birbaşa əsaslandırmır. Lakin həmin şəxslərin eyni hərbi hissə və eyni xidmət dövrü üzrə iddiaçı ilə birlikdə olduqlarını təsdiq etmələri, eləcə də onlardan bəzilərinə veteran vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin məhkəmə sorğusu əsasında təqdim edilməsi iddiaçının xidmət və ezamiyyət faktları barədə arxiv sənədləri ilə uzlaşır. Cavabdehin apellyasiya şikayətində əsas dəlili ondan ibarətdir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi qeyd edilsədə, onun döyüş əməliyatlarında iştirakına dair məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə müharibə veteranı adının verilməsi üçün yalnız bir növ sübutu deyil, hərbi biletləri, hərbi hissələrin nizami hissə üzrə əmrlərini, arxiv arayışlarını, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən digər sənədləri də nəzərdə tutur. Hazırkı işdə iddiaçının xidmətini, döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsini, həmin ezamiyyətdən qayıdış faktını və tərxisini təsdiq edən arxiv əmrləri və digər sübutlar mövcuddur. Həmçinin ümumi siyahıda N nömrəli hərbi hissə barədə məlumatın aşkar edilməməsi konkret nizami hissə üzrə əmrlərin mötəbərliyini aradan qaldırmır. Cavabdeh ##.##.1994-cü il tarixli, ** nömrəli əmrin icra olunmadığını, ##.##.1994-cü il tarixli, ** nömrəli əmrdə göstərilən ezamiyyətdən qayıdış faktının iddiaçıya aid olmadığını və ya iddiaçının həmin 8 nəfərin sırasında olmadığını təsdiq edən sübut təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə iddiaçı hərbi xidmət keçməsini, müvafiq dövrdə hərbi hissənin şəxsi heyət siyahısında olmasını, döyüş bölgəsinə ezam edilməsini, həmin ezamiyyətdən qayıdan şəxslərin sırasında adının keçməsini və sonradan müəyyən olunmuş qaydada tərxis edilməsini təsdiq edən sənədlərə istinad etməklə müharibə veteranı adı və vəsiqəsi almaq hüququnun yaranması üçün zəruri olan faktiki əsasları ortaya qoymuşdur. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin hüququnu istisna edən, onun döyüş bölgəsində xidmət etmədiyini, ezamiyyətin formal xarakter daşıdığını və ya qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğun olmadığını təsdiq edən sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sənədlərin məcmusu iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyini, döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərildiyini, həmin ezamiyyətin icra olunduğunu, ezamiyyətdən qayıdış faktının arxiv əmri ilə təsdiqləndiyini və sonradan qanuni qaydada tərxis edildiyini sübut edir. Bu halda cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.