Məhkəmə qərarları › İş №2-1(3-8)-411/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-411/2026

01.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-411/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X5 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş 1979-cu ildən 1993-cü il tarixədək olan dövrün, yəni Zəngilan rayon Istehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı işləməyinin sosial sığorta stajı kimi nəzərə alınması, təyin edilmiş pensiyanın yenidən hesablanması və əmək kitabçasında qeyd edilən dövrlərin mötəbərliyinin təsdiq olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ## #### 2024-cü il tarixli qərarının ləğvi, həmin vaxtdan iddiaçının əmək pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zəngilanda yaşadığı zaman 1979cu ildən 1993-cü ilə kimi Zəngilan rayon Istehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı işləmişdir. Işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Ona ##.##.2007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Zəngilanda işlədiyi dövrlər əmək kitabçasında qeyd edilsə də, pensiyanı hesablayan orqan tərəfindən həmin dövrlər nəzərə alınmamışdır. Əmək kitabçasında qeyd edilmiş 1979-cu ildən 1993-cü ilə kimi Zəngilan rayon Istehlak Cəmiyyətinin Venedli kənd mağazasında müdür-satıcı işləməyi sosial sığorta stajı kimi nəzərə alınmaqla, təyin edilmiş pensiyanın yenidən hesablanmalıdır, çünki həmin sənəd (əmək kitabçası) mötəbər sübutdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı inzibati orqana müraciət edən zaman təqdim etdiyi sənədlərin surətlərində (şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, nikah haqqında şəhadətnamədə) doğum tarixi # ######## 1956-cı il qeyd olunmuşdur. Lakin xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus sənədlərdə # ######## 1957-ci il olmalı olduğu halda # ######## 1956-cı il göstərilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri pozularaq ona # ######## 2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mərkəzi Filialın müvafiq qərarı əsasında iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ## #### 2024-cü il tarixdən dayandırılmış və # ### 2021-ci il tarixdən ## #### 2024-cü il tarixədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Həmçinin iddiaçıya # ### 2021-ci il tarixdən (artıq ödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvələ) ## ###### 2021-ci il tarixədək 130 manat, # ###### 2022ci il tarixdən ## ###### 2022-ci il tarixədək 180 manat və # ###### 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı # ######## 2008-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 363,87 manat, yenidən hesablanmış pensiya məbləği 0 manat olaraq göstərilmiş və qeyd edilmişdir ki, ilkin təyinat zamanı vətəndaşın doğum tarixi # ######## 1957-ci il olduğu halda # ######## 1956-cı il kimi qeyd edilmiş və 3 uşaqlı ana kimi 51 yaşla təyinat aparılmış, eyni zamanda təqdim etdiyi əmək kitabçasının yazılış qaydalarında aşkar olunmuş nöqsan əsasında (işə giriş və işdən çıxış əmrləri bazar gününə təsadüf edir) pensiya hüququ ləğv edilərək artıq ödənilmiş 11.611,70 manat məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının # ###### 2024-cü il tarixli, *-**-*/*-**-******/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, doğum tarixi # ######## 1957-ci il olduğu halda, # ######## 1956-cı il göstərilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələbləri pozularaq # ######## 2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Eyni zamanda “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanın surətində qeyd edilmiş ## #### 1979-cu il tarixdən ## ###### 2008-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma və azadolma əmrlərinin tarixi bazar gününə təsadüf etdiyindən) yaşa görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajın olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ## ### 2024-cü il tarixdə dəvət məktubu göndərilmiş və # #### 2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X7 gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim edilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan müddət ərzində vətəndaş qəbula gəlməmişdir. Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi ## #### 2024- cü il tarixdən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla # ### 2021-ci il tarixdən ## #### 2024-cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. # ### 2021-ci il tarixdən (artıq ödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvələ) ## ###### 2021-ci il tarixədək 130 manat, # ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək 180 manat və # ###### 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilmiş, həmin vaxtdan iddiaçının əmək pensiyasının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 3.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması haqqında ## #### 2024-cü il tarixli qərarının ləğvi, həmin vaxtdan iddiaçının əmək pensiyasının bərpa edilməsi öhdəliyin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə istinad etməklə cavabdeh tərəfindən 1 illik müddətin ötürülməsi ilə əsaslandırmışdır. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı # ######## 2008-ci il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 363,87 manat, yenidən hesablanmış pensiya məbləği 0 manat olaraq göstərilmiş və qeyd edilmişdir ki, ilkin təyinat zamanı vətəndaşın doğum tarixi # ######## 1957-ci il olduğu halda # ######## 1956-cı il kimi qeyd edilmiş və 3 uşaqlı ana kimi 51 yaşla təyinat aparılmış, eyni zamanda təqdim etdiyi əmək kitabçasının yazılış qaydalarında aşkar olunmuş nöqsan əsasında (işə giriş və işdən çıxış əmrləri bazar gününə təsadüf edir) pensiya hüququ ləğv edilərək artıq ödənilmiş 11.611,70 manat məbləğ müəyyən edilmişdir. Hazırda iddiaçı sözügedən qərar ləğv edilməklə əmək pensiyasının bərpa edilməsinə nail olmaq niyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə olunmuş sənədlər iddiaçının tələbində haqlı olmadığını göstərir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən ilkin təyinat aparılan zaman, iddiaçının səhv məlumatlar əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduğu, inzibati orqanın isə zəruri araşdırma aparmadığı müəyyən edilir. Iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 0# ######## 1957-ci ildə anadan olmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndə iddiaçıya məxsus fərdi məlumatlar bölməsindən də görünür ki, iddiaçı 0# ######## 1957-ci il təvəllüdlüdür. Eləcə də iddiaçıya məxsus pensiya işi iş materiallarına əlavə edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının ## ###### 2008-ci il tarixli qərarından görünür ki, İddiaçı 0# ######## 2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi materiallarına AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilmişdir. Həmin vəsiqənin surətindən görünür ki, İddiaçı 0# ######## 1956-cı ildə anadan olmuşdur (iş materialları, səhifə 36). II-ЖГ seriyalı, ****** nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədə də İddiaçı təvəllüdü 0# ######## 1956-cı il olaraq qeyd edilmişdir (iş materialları, səhifə 42). IT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında surətində də iddiaçının 1956-cı il təvəllüdlü olduğu qeyd edilmişdir (iş materialları, səhifə 43). Cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı qeyd olunan hallarla bağlı zəruri sorğular edilməklə əldə olunmuş aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir. Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ## ###### 2025-ci il tarixli, **/*-****/** nömrəli məktubundan görünür ki, müraciətdə göstərilən ##.##.1957-ci il təvəllüdlü X2 verilmiş ##.##.2005-ci il tarixli AZE seriyalı ******** nömrəli, ##.##.2009-cu il tarixli AZE seriyalı ******** nömrəli, ##.##.2009-cu il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqələrində onun doğum tarixi ##.##.1957-ci il qeyd edilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X12 ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X1 ilə X6 olan ##.##.1957-ci il təvəllüdlü İddiaçı doğumunun ##.##.1957-ci ildə Zəngilan rayonunun Gilətaq icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. Bununla bağlı doğum aktı qeydinin surəti də təqdim edilmişdir (iş materialları, səhifə 72). Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ilkin təyinat aparılan zaman, iddiaçının səhv məlumatlar əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduğu, inzibati orqanın isə zəruri araşdırma aparmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 67.6-cı və 67.6.2-ci maddələrinin tələbləri baxımından iddiaçı tələbində haqlı hesab edilə bilməz. Belə ki, qeyd edilən normaların tələbləri baxımından maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, etimadın qorunması hüququna istinad edə bilməz. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etimad hüququ qorunmalı deyil. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə istinad etməklə cavabdeh tərəfindən 1 illik müddətin ötürülməsi ilə əsaslandırmışdır. Həmin normanın tələbləri baxımından qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı halda isə inzibati orqan müvafiq araşdırma apararaq iddiaçının pensiyasını dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, pensiya təyinatı ilə bağlı müvafiq qərarlar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri ilə yanaşı, həmin şəxslərin həssas təbəqə kateqoriyasına aid olması və eyni zamanda hər kəsin sosial təminat hüququnun olmasının konstitusion tələb olması nəzərə alınaraq ədalətlilik prinsipi əsas götürülməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının 2008-ci ildən pensiya almasını, hazırda isə ona sosial müavinət təyin edilməsini nəzərə alaraq, cavabdeh inzibati orqanın hazırkı qərarlarını qanuni və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar