Məhkəmə qərarları › İş №2-1(3-8)-416/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-416/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-416/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Ərizəçi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “C********VLZ saylı 088 formalı göndərişə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərara izah verilməsinə dair ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, C********VLZ saylı 088 formalı göndərişə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı C********VLZ saylı 088 formalı göndərişə əsasən əlillik dərəcəsinin təyin edilməsi (orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyi olan şəxs statusunun verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024cü il tarixli 2-1(118)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(102)- ***/**** saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ## ##### 2025-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə həmin qərar icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyənə ünvanlanan ##.##.2025-ci il tarixli ərizəsində Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının icra edildiyi bildirilmiş və təsdiqedici sənəd olaraq elektron sistemdən çıxarış həmin məlumata əlavə olunmuşdur. Iddiaçıya ##.##.2023-cü il tarixdən orqanizm funksiyalarının 40 % pozulması ilə bağlı 1 il müddətinə əlillik müəyyən edilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qərarın icra edilmədiyini bildirərək məhkəmənin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının icra edilmədiyini bildirmişdir. Həmin ərizə ilə bağlı cavabdeh orqan tərəfindən verilmiş məlumatdan müəyyən edilir ki, iddiaçıya ##.##.2023-cü il tarixdən, yəni məhkəmədə iddia qaldırılandan əvvəl sonuncu imtina qərrarının tarixindən 1 il müddətinə əlillik müəyyən edilmiş, həmin əlilliyin müddəti ##.##.2024-cü il tarixdə başa çatmışdır. Bundan sonra iddiaçının barəsində növbəti göndəriş 2025-ci ilin avqust ayında rəsmiləşdirilmiş və diaqnozun əlillik təyin etməməsi səbəbi ilə ##.##.2025-ci il tarixdə imtina qərarı verilmişdir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Imran Burcayev). Məhkəmə qərardadını onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciəti əsasında məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində *-*(***)-***/**** saylı iş üzrə yekun məhkəmə qərarının “nəticə” hissəsində cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin diskresion səlahiyyət olmaqla sonuncunun yekun müayinəsi nəticəsində əlilliyin təyin edilməsi qət edilmişdir. Nəticə etibarilə məhkəmə qərarı icra olunaraq cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı 1 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə qərarının çıxarılması, qanuni qüvvəyə minməsi, habelə icra edilməsilə birlikdə məhkəmə icraatı tamamilə başa çatmış və inzibati mübahisə öz həllini tapmışdır . Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, mübahisəyə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh “C*******VLZ saylı 088 formalı” göndərişə əsasən ona əlillik təyinindən imtina etmiş və bu səbəbdən də əlilliyə görə ona pensiya ödənilməmişdir. Mübahisəyə baxan məhkəmə hesab etmişdir ki, C*******VLZ saylı 088 formalı göndərişə əsasən ona əlillik təyin edilmişdir. Lakin əlilliklə əlaqədar pensiya ödənişinin edilib-edilməməsinə aydınlıq gətirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və mübahisəyə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının icra edilməməsi ilə bağlı qərara izah verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh orqan tərəfindən Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarının icra edildiyi bildirilmiş və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Iddiaçı isə həmin qərarın icra edilmədiyini əsas gətirərək qərarın izah olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən qərarın nəticə hissəsində cavabdeh orqanın üzərinə qoyulmuş öhdəlik diskresion xarakter daşıyır və bu öhdəliyin icrası cavabdeh orqanın müvafiq müayinəsinin nəticələrindən asılıdır. Eyni zamanda müəyyən olunmuşdur ki, məhkəmə qərarı icra edilərək iddiaçıya 1 il müddətinə əlillik təyin edilmiş, bununla da məhkəmə aktından irəli gələn öhdəlik yerinə yetirilmişdir. Bu hal iş materialları ilə təsdiq olunur və mübahisələndirilmir. Qərarın icrası nəticəsində müəyyən edilmiş əlilliyin müddəti başa çatdıqdan sonra iddiaçı yeni göndəriş əsasında müayinədən keçmiş və ona yenidən əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izah etdi ki, 2026-cı ildə yenidən göndəriş verilmiş lakin hələ cavabdeh tərəfinbdən cavablandırılmamışdır. Kollegiya hesab edir ki, hazırki hal məhkəmə qərarının icra edilməməsi demək və ya ona izah verilməsi üçün əsas deyildir. Qərar lazımi qaydada icra edilmişdir, hər hansı izahın verilməsinə zərurət müəyyən edilməmişdir. Pensiyanın ödənilməməsi ilə bağlı dəlilə gəldikdə kollegiya vurğulayır ki, hazırki iş üzrə cavabdeh orqan pensiya təyin edən və ya onun ödənilməsini təmin edən orqan deyildir, iddiaçı pensiyanın ödənilməməsindən şikayətçi olduğu halda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən məhkəmə aktının izah edilməsi yalnız həmin akt icra edilmədiyi hallarda mümkündür. Qərar icra edildikdən sonra onun izah edilməsi üçün hüquqi əsas mövcud olmur. Bu baxımdan birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Bu baxımından məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 1 məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar