Məhkəmə qərarları › İş №2-1(3-8)-417/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-417/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-417/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 12351,34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Iddiaçı cavabdehin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli *********** saylı qərar çıxarmış, qərar əsasında cavabdehin 25000 manat manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli *********** saylı protokol tərtib edilmişdir. Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda “X1 Yük” markalı **-CF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ##.##.2021-ci il tarixdən Cavabdeh adına qeydiyyatda olması qeyd edilmiş, sistemdən çıxarış təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 12351,34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 25000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmjşdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2025-ci il tarixə yaranan 12361,34 manat borcuna görə 25000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2025-ci il tarixli, *********** nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün. müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlq məktubu göndərilmişdir.Cavabdehin ##.##.2025-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə 12361,34 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, ##.##.2025-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş 12361,34 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ##.##.2025-ci il tarixli, *********** nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh Cavabdeh məxsus dəyəri 25000 manat məbləğində olan 1 (bir) ədəd **-CF-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, “X1” yük markalı avtomobili ixtisaslaşdırılmış açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına 12361,34 manat borc çıxıldıqdan sonra yerdə qalan vəsait Cavabdeh qaytarılması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət büdcəsinə olan 12361,34 manat məbləğində borc ödənilmədiyi üçün ##.##.2025-ci il tarixli, *********** nömrəli protokol əsasında siyahıya alınmış cavabdeh Cavabdeh məxsus dəyəri 25000 manat məbləğində olan 1 (bir) ədəd **-CF-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, “X1” yük markalı avtomobili ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslıdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu qərarı işin faktiki hallarına və maddi hüquq normalarına ziddir, məhkəmə tərəfindən prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehin ## #### 2025-ci il tarixinə mövcud olan 12361,34 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ## ###### 2025-ci il tarixli *********** nömrəli protokolla siyahıya alınmış 25000 manat dəyərindəki 2010-cu il buraxılışlı "X1" markalı (**-CF-*** dövlət qeydiyyat nişanlı) avtomobilin ixtisaslaşdırılmış açıq hərracda satılması tələb edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxaraq, mübahisəli borcun məbləğinin mövcud reallığa və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki ödəniş dinamikasına uyğunluğunu tam yoxlamamışdır. Siyahıya alınmış əmlakın bazar dəyərinin tələb olunan borc məbləğindən iki dəfədən çox artıq olması faktına baxmayaraq, mütənasiblik prinsipi və qanunvericiliyin yalnız zəruri həcmdə əmlakın satılmasını imperativ şəkildə tələb etməsi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 59-cu maddələrinin tələblərini pozaraq 25000 manat dəyərində olan yük avtomobilinin hərraca çıxarılmasına qərar verməklə cavabdehin mülkiyyət hüququnu əsassız və qeyri-mütənasib şəkildə məhdudlaşdırmışdır. Həmin nəqliyyat vasitəsi cavabdehin sahibkarlıq fəaliyyətinin tərkib hissəsi və birbaşa gəlir mənbəyidir. Əmlakın satılaraq əlindən alınması cavabdehin fəaliyyətini iflic edəcək və onun gələcəkdə həm öz dolanışığını təmin etmək, həm də dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirmək imkanını tamamilə heçə endirəcəkdir. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən siyahıya alınmış əmlak yalnız zəruri və kifayət olan həcmdə satıla bilər. Məhkəmə qərarında tələb olunan borc məbləği 12361,34 manat təşkil etdiyi halda, hərracda satılmasına icazə verilən əmlakın rəsmi siyahıyaalma dəyəri 25000 manatdır ki, bu da borcun məbləği ilə əmlakın dəyəri arasında açıq-aşkar qeyri-mütənasibliyin olduğunu göstərir. Eyni zamanda, Vergi Məcəlləsinin 77-ci və 78-ci maddələri də düzgün tətbiq edilməmişdir. Qərar qəbul edilərkən cavabdehin əmlak siyahıya alındıqdan sonra etdiyi davamlı ödənişlər nəzərə alınmamışdır. Mövcud ödəniş qəbzlərinə əsasən cavabdeh ## ###### 2025-ci ildə 293.99 manat, 28 avqustda 201.00 manat, 22 sentyabrda 990.02 manat, 26 sentyabrda 995.15 manat, 29 sentyabrda iki dəfə 497.48 manat, 07 oktyabrda 449.24 manat və 20 oktyabrda 995.99 manat olmaqla büdcəyə vergi ödənişləri etmişdir. Borc məbləği bu qədər əhəmiyyətli dərəcədə azaldığı halda bütöv əmlakın satılması qanuna ziddir. Bununla yanaşı, Vergi Məcəlləsinin 89.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrinin ikinci növbədə siyahıya alınması qaydasına əməl olunub-olunmaması və "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit edilmiş mütənasiblik prinsipi yoxlanılmamışdır. Məhkəmə prosesində prosessual hüquq normaları da kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə zidd olaraq, məhkəmə işin hallarını rəsmən araşdırmaq vəzifəsini icra etməmiş, qərarı yalnız iddiaçının təqdim etdiyi aktlar və protokollar üzərində quraraq borcun azalması dinamikasını yoxlamamışdır. Eyni zamanda, Inzibati Prosessual Məcəllənin 40-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixində məhkəməyə e-*-*(***)-****/**** nömrəli iş üzrə mübahisə yekunlaşana qədər faizlərin hesablanmasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsi üçün ərizə təqdim edilsə də, məhkəmə bu qanuni ərizəyə hüquqi qiymət verməmiş, onu araşdırmamış və sükutla cavabsız saxlamışdır. Məhkəmə əmlakın satışına qərar verərkən cari tarixə faktiki borc məbləğinin daha az olubolmamasını və ya cavabdehin əmlak satılmadan borcu ödəmək iqtidarında olmasını araşdırmamışdır ki, bu da tələb olunan borcun hissə-hissə ödənilməsi dinamikasına və mütənasiblik prinsipinə ziddir. Əmlakın bütövlükdə ixtisaslaşdırılmış açıq hərracda satılması qərarı iş materiallarında mövcud olan sənədlər əsasında cavabdehin borcunun əmlakın ümumi dəyərinin təxminən yarısını təşkil etməsi faktı ilə ziddiyyət təşkil edir. Məhkəmənin mülkiyyət hüququna bu cür kəskin müdaxilə etməsi dövlət büdcəsi qarşısında öhdəliyin miqyasına uyğun gəlmir və faktiki mütənasibliyə tamamilə ziddir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən, cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarınn ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ##.##.2020-ci il tarixli **************** nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları: 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: ... 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iş materiallarından müəyyən edir ki, vergi ödəyicisi Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə vergi öhdəlikləri yerinə yetirilməmiş və ##.##.2025-ci il tarixinə dövlət büdcəsinə 12351,34 manat məbləğində borc yaranmışdır. Həmin borcun könüllü qaydada ödənilməməsi ilə əlaqədar olaraq vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə borcun təmin olunması tədbiri kimi vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınması barədə qərar qəbul edilmiş, ##.##.2025-ci il tarixli müvafiq protokol tərtib edilmiş və əmlak məsul saxlanmaya verilmişdir. Iş materialları ilə təsdiq olunur ki, siyahıya alınmış əmlak – **-CF-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X1” markalı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir və onun dəyəri borc məbləğini təmin etməyə kifayət edir. Həmçinin müəyyən edilmişdir ki, əmlak siyahıya alındıqdan sonra qanunla nəzərdə tutulmuş 30 günlük müddət ərzində vergi öhdəliyi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən vergiləri və digər məcburi dövlət ödənişlərini ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1 və 77.1-ci maddələrinin tələblərinə görə isə vergi ödəyicisi vergiləri vaxtında ödəməyə borcludur və bu öhdəliyin yerinə yetirilməməsi vergi borcunun yaranmasına səbəb olur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi öhdəliyi icra edilmədikdə, borcun təmin olunması məqsədilə vergi ödəyicisinin əmlakı siyahıya alına bilər. Eyni zamanda, Məcəllənin 90.1-ci maddəsinə görə, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədikdə, vergi orqanı həmin əmlakın açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, göstərilən normativ tənzimləmə vergi öhdəliklərinin icrasını təmin etməyə yönəlmiş imperativ xarakterli mexanizmdir və bu mexanizmin tətbiqi üçün əsas şərtlər – vergi borcunun mövcudluğu, borcun könüllü qaydada ödənilməməsi, əmlakın siyahıya alınması və qanunla müəyyən edilmiş müddətin keçməsi – hazırkı iş üzrə tam şəkildə sübuta yetirilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər formal xarakter daşıyır və iş üzrə müəyyən edilmiş bu halları təkzib etmir. Şikayətdə vergi borcunun mövcudluğunu aradan qaldıran, yaxud əmlakın siyahıya alınmasının və sonrakı satış prosedurunun qanunsuz aparıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə əmlakın siyahıya alınması barədə tələblərlə əlaqəli yeni məhkəmə təcrübəsi formalaşdırılmışdır. “...Belə ki, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, 6.10 və 6.10.1-ci bəndlərinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Qaydaların 6.19-cu bəndinə görə daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir”. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə alır ki, tətbiq edilmiş tədbir – əmlakın açıq hərracda satılması – borcun məbləği ilə müqayisədə zəruri və kifayət olan həddə həyata keçirilir və bu baxımdan mütənasiblik prinsipinə uyğundur. Bu tədbir vergi ödəyicisinin hüquqlarına əsassız müdaxilə kimi deyil, qanunla müəyyən edilmiş öhdəliyin icrasını təmin edən hüquqi vasitə kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və iş üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarı dəyişidirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar