Məhkəmə qərarları › İş №2-1(3-8)-429/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-429/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-429/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Şamaxı şəhəri, Çaparidze 39A ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə cavabdeh orqan tərəfindən verilmiş əsassız qeydin, dövlət reyestrindən çıxarışın ləğvi edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 4) ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə verilmiş əsassız qeydin və dövlət reyestrindən (reyestr nömrəsi 410013075240, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2020-ci il olan) çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən Cavabdeh tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Cavabdehn ** saylı Şamaxı Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ismayılova (Bağıyeva) Hakimə Gəncimalı qızı ## ###### 1960-cı il təvəllüdlüdür. X4 ## #### 1962-ci il tarixdə, anası X1 1998-ci il tarixdə vəfat etmişlər. Şamaxı şəhəri, Çaparidze 39 a küçəsi (yeni qaydalarla ünvan 6) ünvanında yerləşən 234 kv m torpaq sahəsi və fərdi yaşayış evi X4ndan qalmışdır. Lakin hüquqi savadı olmadığı üçün miras əmlaka dair vərəsəlik işinin açılması barədə yalnız 2023-cü il tarixdə Şamaxı regional ASAN Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmişdir. Şamaxı Regional “Asan Xidmət“ Mərkəzində notariat ofisinin Şamaxı rayon Qeydiyyat Şöbəsi müvafiq qaydada sorğusu əsasında ##.##.1962-ci il tarixdə vəfat etmiş X3 barəsində Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama ##.##.2023-cü ilədək aparılmış araşdırma nəticəsində həyat yoldaşı X1 övladları X10, X11, Bağıyeva B Gəncimalı qızı, X7, Bağıyeva Hakimə Gəncimalı qızı 1961ci il tarixindən qeydiyyatda olmuşlar. ## ####### 1961-ci il tarixli müqaviləyə əsasən ünvan 1) ünvanında yerləşən 234 kv m torpaq sahəsini və fərdi yaşayış evini mərhum atası Gəncimalı Bağıyev satın almışdır. Səhhətində problemlərlə əlaqədar olaraq sözügedən torpaq sahəsi və üzərində fərdi evə dair mülkiyyət huquqlarını dövlət qeydiyyatına alınması ilə müafiq qaydada müraciət edə bilməmişdir. Bu səbəbdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mərhum X3 mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh ** saylı Şamaxı Ərazi Dairəsinə müraciət etmişdir. Lakin cavabdehin ## ###### 2024-cü il cavab məktubuna əsasən ərizənin icrası mümkün olmamışdır. Belə ki, ərizəyə əsasən araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyata almaq istədiyi həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi unvanında başqa şəxsin adına fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinin üzərində digər şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqəda Dövlət arxivi Şamaxı Filialına rəsmi sorğu göndərilmiş ## ###### 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Şamaxı rayonu XDS Rəyasət Heyətinin ## ### 1992-ci il ** saylı iclas protokolundan arxiv çıxarışına əsasən X1 məxsus 250 kv m həyətyanı torpaq sahəsi nəvəsi X2 adına keçirilməsi qərara alınmışdır. Sözügedən qərara əsasən X2 adına verilmişdir. Halbuki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evini ## ####### 1961-ci il tarixli müqaviləyə əsasən mərhum Gəncimalı Bağıyev almışdır. Həmçinin Dövlət Notariat Arxivinin ##.##.2023-cü il tarixli məktubuna əsasən müyyəyən olunmuş 1982-1992 -ci illərin protokollarında X1 adına ümumiyyətlə həyətyanı torpaq sahəsi aşkar olunmamışdır. Şamaxı rayonu XDS Rəyasət Heyətinin ## ### 1992 -ci il tarixli iclas protokolu özü-özlüyündə saxta sənəddir və həmin sənəd əsasında verilmiş dövlət reyestrindən qeydlər etibarsız hesab edilməldir. Etibarsız inzibati akt qəbul edildiyi andan yarasız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır . Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət edərək 410013075240 reyestr, ********** qeydiyyat nömrəli ##.##.2020-ci il tarixli çıxarışın ləğv edilməsi xahiş etmişdir. Cavabdeh ** saylı Şamaxı Ərazi Idarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Qeydiyyat orqanının hər hansı bir şəxsi mülkiyyət hüququndan məhrum etməyə səlahiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, reyestr nömrəsi 410013075240-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Çıxarışın verilməsinə əsas olan sənədlər, o cümlədən Şamaxı rayon XDS Rəyasət Heyətinin ## ### 1992-ci il tarixli ** saylı protokol qərarı məhkəməyə təqdim edilmişdir. X2 ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi ilə torpaq sahəsi və fərdi yaşayış evini X8 bağışlanmışdır. X8 adına ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi çıxarışın verilməsinə əsas olan sənədlər hazırda qüvvədədir Hazırki tələbində isə iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı deyil, qeydi mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Iddiaçıya izah edilməlidir ki, mübahisələndirdiyi çıxarışın verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququ vardır. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və müvafiq prosessual qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia tələbində hər hansı sənədləri mübahisələndirməmişdir. Əslində iddiaçı reyestri aparan orqanın “reyestrdə apardığı qeydin səhv, əsassız və yanlış” olduğunu bildirərək məhz cavabdeh orqanın bu hərəkətindən şikayət etmişdir. Iddia ərizəsi ilə diqqətlə tanış olunsa bu məqamlar aydın formada görünəcəkdir. Iddia tələbi cavabdehə və onun hərəkətlərinə, yəni apardığı reyestr qeydinin səhv olmasına yönəlmişdir. Belə ki, reyestr aparan orqan, iddiaçıya məxsus torpaq sahəsinə (evə) dair başqa şəxsin adına qeyd aparmışdır. Halbuki, həmin şəxs iddiaçıya məxsus torpaq sahəsinə və evə dair hər hansı bir sənədi cavabdeh orqana təqdim etməmişdir. Həmin şəxs tərəfindən təqdim olunan sənədlər başqa ünvan üzrə əmlaka məxsus olmuşdur. Həmin şəxsin təqdim etdiyi sənədlərin ünvan, sahə və digər parametlər baxımından “ünvan 5) ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə” hər hansı bir aidiyyəti olmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh orqan iddiaçıya məxsus əmlaka (ünvana) dair başqa şəxsin adına reyestrdə əsassız qeyd aparmışdır. Bundan əlavə, məhkəmə elə öz qərardadının 5-ci vərəqəsinin 2-ci abzasında da iddiaçının hüquqi marağını müdafiə edəcək yanaşmanı qeyd etsə də, iddiaın əsl mahiyyətini kənara qoyaraq qərar qəbul etmişdir. Belə ki, məhkəmə qərardadının 5-ci vərəqəsinin 2-ci abzasında qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırki iddia tələbi hər hansı hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsi deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını təşkil edir. Bu halda isə iddiaya məhz inzibati məhkəmələrdə baxılmalıdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və müvafiq prosessual qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi Şamaxı şəhəri, Çaparidze 39A ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə cavabdeh orqan tərəfindən verilmiş əsassız qeydin, dövlət reyestrindən çıxarışın ləğvinə dair qərarın qəbul edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, **/* saylı ##.##.1960-cı il tarixli torpaq qeydinə əsasən ünvan 3 saylı ünvanda yerləşən 234 kv m torpaq sahəsi və üzərində yerləşən 49 kv m yaşayış evi X6 adına qeydə alınmışdır. ##.##.1961-ci il tarixdə 10/2618 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X6 şəhəri, Caparidze küçəsi **a saylı ünvanda yerləşən 234 kv m torpaq sahəsi və üzərində yerləşən 49 kv m yaşayış evini X3. Bundan başqa iş materiallarından müəyyən edilir ki, ünvan 7) ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı X2 adına aparımışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh idarəyə sorğu verilərək mübahisələndirilən qeydin və çıxarışın verilməsi üçün əsas olmuş sənədlər tələb edilmişdir. Sorğuya cavaba olaraq daxil olmuş sənədlərdən məlum olur ki, qeydin aparılması üçün əsas kimi Şamaxı rayon XDS IK-nin ##.##.1992-ci il tarixli ** saylı iclas protokolu götürülmüşdür. Həmin protokol qərara əsasən X1 (iddiaçının anası) ərizəsi nəzərə alınaraq ona məxsus olan 250 kv m torpaq sahəsi nəvəsi X2 adına keçirilmişdir. Sonradan isə ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən çıxarışların verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim olunmuş və onların qüvvədə olduğu müəyyən edilmişdir. Iddiaçı isə hazırki tələbində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsini tələb edir, lakin həmin qeydin aparılmasına hüquqi əsas təşkil edən inzibati aktı – yəni ilkin hüquqmüəyyənedici sənədi mübahisələndirmir. Halbuki, inzibati məhkəmə icraatının mahiyyətinə görə dövlət reyestrində aparılan qeydiyyat törəmə (derivativ) xarakter daşıyır və onun hüquqi taleyi bilavasitə bu qeydiyyatın əsasını təşkil edən inzibati aktın hüquqi qüvvəsindən asılıdır. Bu səbəbdən, qeydiyyatın aparılmasına əsas olmuş inzibati akt qüvvədə qaldığı halda, yalnız onun nəticəsi olan reyestr qeydinə və çıxarışa qarşı yönəlmiş iddia tələbi müstəqil şəkildə hüquqi nəticə doğura bilməz və belə tələb inzibati məhkəmə icraatında baxıla bilən mübahisə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, iddiaçı tərəfindən seçilmiş müdafiə vasitəsi mübahisənin mahiyyətinə uyğun deyildir və onun iddia etdiyi nəticəyə gətirib çıxara biləcək effektiv hüquqi vasitə hesab edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququna malikdir və yalnız həmin aktların qanunsuz hesab edilməsi halında onların əsasında aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsi aradan qalxa bilər. Mövcud vəziyyətdə isə belə tələbin irəli sürülməməsi iddianın mümkünlük şərtlərini istisna edir. Eyni zamanda nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı hüquqi sabitliyin təmin edilməsinə xidmət edir və bu qeydiyyatın ləğvi yalnız onu şərtləndirən hüquqi əsasların aradan qalxması ilə mümkündür. Iddiaçı tərəfindən isə bu əsaslara münasibətdə hər hansı mübahisə irəli sürülməmişdir. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandrmışdır ki, o, hər hansı sənədi (inzibati aktı) deyil, cavabdehi orqanın hərəkətini mübahisələndirmişdir. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini və evi başqa şəxsin adına qeydə almışdır. Əvvəla qeyd olunmalıdır ki, həmin torpaq sahəsinin və yaşayış evinin iddiaçıya məxsus olması hər hansı hüquqmüəyyənedici sənədlə təsdiqlənməmişdir. Mübahisəli daşınmaz əmlaka dair təqdim edilən hüquqmüəyyənedici sənədlər iddiaçının mərhum atasının adına mövcud olmuş alqı-satqı müqaviləsi və mərhum anasının adına olan Şamaxı rayon XDS IK-nin qərarından ibarətdir. Sonuncu qərar iddiaçının anasının razılığı nəzərə alınmaqla torpaq sahəsinin V.Əsgərovun (nəvəsinin) adına keçirilməsi barədədir ki, həmin qərar əsasında mülkiyyət hüququ V.Əsgərovun adına qeyd edilmişdir. Iddiaçının digər gəlili digər şəxsin təqdim etdiyi sənədlərin məhz iddiaşıya məxsus torpaq sahəsinə və evə aid olub-olmaması, yəni ünvan, cizgi və digər meyarlar araşdırılmamışdır. Bu vəziyyətdə nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC tərəfindən təqdim edilmiş məktubdan Şamaxı şəhəri üzrə həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısında N.Bağıyevanın adı aşkar edilməmişdir. Digər tərəfdən bu dəlil iddiaçı tərəfindən qeydiyyatın aparılması üçün əsas olmuş ilkin sənədlər mübahisələndirilərkən araşdırılmalı olan haldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar