Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-43/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, e-*- *(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X2 qarşı iddiaqaldıraraq ona ##.##.2021-ci il tairxdən əlillik dərəcəsinin təyin olunması vəzəfəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinin icraatı zamanı tələbini dəqiqləşdirərək ona Azəbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ##.##.2024-cü il tarixdən orqanizm funksiyasının pozulmasına uyğun olaraq əlilliyin təyin olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ailəlidir, 1-ci Qarabağ Müharibəsində könüllü iştirak etməklə AR MN-nin 123 və N saylı hərbi hissələrində xidmət etmiş, 2 dəfə - ##.##.1993-cü ildə və ##.##.1994-cü ildə döyüş tapşırığını yerinə yetirən zaman xəsarətlər (2. dəfə kontuziya) almış, aldığı xəsarətlərlə bağlı *** saylı Hospitalda stasionar müalicələr almışdır. Aldığı xəsarətlərlə - sol gicgah və burun əsası nahiyyələrində dərialtı kor qəlpə yaraları, beyin silkələnməsi, sol saidin və bazunun qəlpə yarası, irinli otitlə bağlı İddiaçı 2013-cü ildə 3cü qrup əlillik dərəcəsi təyin edilmiş və şəhadətləndirməsi aparılmışdır. Hərbi həkim Ekspert komissiyasının qərarına əsasən İddiaçı müharibə dövründə məhdud yararsız hesab edilmişdir. Aldığı bu xəsarətlərdən sonra onun səhhətində ağırlaşmalar baş vermiş, tez-tez epileptik tutmalar və qıcolmalar baş verir, bu səbəbdən də mütəmadi olaraq davadərman qəbul edir. Həmçinin, iddiaçı əmək qabiliyyətini itirmişdir, hətta onu bu vəziyyətdə yüngül işlərə belə götürmürlər, belə ki, onda bu qıcolmalar demək olar ki, iki gündən bir baş verir. Qeyd olunanlar ilə bağlı o, “xxxx” Tibb müəssisəsində müayinələrdən keçmiş və həmin müayinə nəticələri ilə də qeyd olunanlar öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara baxmayaraq ona nəinki səhhətinə uyğun əlillik dərəcəsi təyin olunur, hətta daha əvvəl təyin edilmiş 3-cü əlillik dərəcəsi də ##.##.2021-ci il tarixində dayandırılmışdır. Qərar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt * saylı şəhər poliklinikasının ##.##.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X9: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş KBT-nın qalıq əlamətləri. postravmatik ensefalopatiya. Qabarıq ANS. K/d hipertenziya. Sol tərəfli qarışıq tip ağır eşitmə-II dər. DDA. Sol said sümüyünün yad cismi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt * saylı şəhər poliklinikasının ##.##.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X9: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gicgah və burun aşağı nahiyyənin dəlib keçən kor qəlpə yaraları 1993). Qabarıq ANS. Sol said sümüyünün yad cismi. Sol tərəfli qarışıq tip ağrı sindromu II dər. Xr. DDA. k/d hipertenziya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt * nömrəli xəstəxananın poliklinika şöbəsinin ##.##.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X9: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Keçirilmiş KBTnın qalıq əlamətləri. Qapalı KBT-sı. postravmatik ensefalopatiya. Qabarıq ANS. K/d hipertenziya. Sol tərəfli qarışıq tip ağır eşitmə-II dər. DDA. Sol said sümüyünün yad cismi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla ##.##.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X9: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Keçirilmiş KBTnın qalıq əlamətləri. Qapalı KBT-sı. postravmatik ensefalopatiya. Qabarıq ANS. K/d hipertenziya. Sol tərəfli qarışıq tip ağır eşitmə-II dər. DDA. Sol said sümüyünün yad cismi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt * nömrəli xəstəxananın poliklinika şöbəsinin ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri.Postravmatik ensefalopatiya. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, Sol tərəfli qarışıq tip ağır eşitmə II dərəcə. Kəllə sinirlərinin travmalarının nəticələri, Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxilim hipertenziya Hipermetropiya, OU Zəif dərəcəli hipermetropiya.Vis OD=0.4.Vis OS=0.6 k/ı Burun keçəcəyində yad cisim, Sol gicgah-çənə oynağı səviyyəsindəburun sümüyünün yuxarısında yumşaq toxuma daxilində millimetrik ölçülü yad cismlər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozun ağırlaşması dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Həmin qərardan narazı qalan vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2013-cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol gicgah və burun əsası nahiyyələrində dərialtı kor qəlpə yaraları. Beyin silkələnməsi. Sol saidin və bazunun qəlpə yarası. İrinli otit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri.Postravmatik ensefalopatiya. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, Sol tərəfli qarışıq tip ağır eşitmə II dərəcə.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Vətandaş ##.##.2021-ci tarixdə Agentlikdə əyani müayinədə olub, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2022-ci ildə Agentliyin müvafiq TibbiSosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Sol gicgah və burun əsası nahiyyələrində dərialtı kor qəlpə yaraları. Beyin silkələnməsi. Sol saidin və bazunun qəlpə yarası. İrinli otit” diaqnozu obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015- ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin T***/**** saylı ## ###### 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 0530003AAF0Q sayli Forma 088 göndərişində qeyd edilmiş “Baş beyinin digər dəqiqləşdirilməmiş Zədələnmələri. Keçirilmiş kəllə-beyin travmasmın qalıq əlamətləri. Postravmatİk ensefalopatiya” diaqnozda olan xəstəliklər ilə əlaqədar əlillik dərəcəsinin təyininə görə şəxs TSEK- də hərbi komissiyada müayinə olunduqdan sonra vəziyyətinə uyğun qərar verilə bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: G93-Baş beynin digər zədələnmələri, keçirilmiş ağır qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefolopatiya. Koqnitiv pozulmalarla. Poskommosyon sindrom; b)Ağırlaşma: G40Epilepsiya, tez-tez baş verən tonik, klonik tip özündən getmə qıcolma tutmaları ilə; c)Yanaşı xəstəliklər: F06.0- Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Yüngül koqnitiv pozuntu” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər- hansı bir bəndini aid etmək mümkün olmadı» Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nin ##.##.2024-cü il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “xxxx” Phş müalicə müəssisəsi olmadığından vətəndaş C.B.Həsənovun konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına iş materiallarında olan tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən Əsas diaqnoz: “Baş beynin digər zədələnmələri, keçirilmiş ağır qapalı kəllə-beyin travınasmın qalıq əlamətləri, posttravmatik ensefolopatiya, koqnitiv pozulmalarla, poskommosyon sindrom, epilepsiya, tez-tez baş verən tonik, klonik tip özündən getmə qıcolma tutmaları ilə” stasionarda xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında diaqnoz qoyulsa da əyani müayinə zamanı kəllə-beyin sinirləri tərəfdən ocaqlı patologiya əlamətləri aşkar edilməmiş, refiekslər hər iki ətrafda canlı çağırılmış, əzələ gücü, tonusu normal, paravertebral nöqtələr ağrılı, iflic, parez aşkar edilməmiş, təqdim edilmiş EEQ dalğalarında epiaktivlik izlənilməmişdir. Buna görə də əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. 3. Vətəndaş İddiaçı ##.##.2022-ci il tarixdə “Sumqayıt şəhər Psixiatriya Xəstəxanası” Phş-də həkim-psixiatr komissiyası tərəfindən müayinə edilərkən ona “Üzvi emisional-labil pozuntu-F06.6, üzvi koqnitiv pozuntu-F07.7” diaqnozu müəyyən edilsə də şəxsin əyani müayinəsində xəstəlik klinik olaraq öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın ##.##.2013-cü il tarixli *** saylı qərarında qeyd edilmişdir ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, amnistiya haqqında qərara əsasən əfv olunmuş, vətəndaş Həsənov İsmayıl Bahadur oğlunun döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı, 21,07.1993-cü dən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sol gicgah və burun əsası nahiyyələrində dərialtı kor qəlpə yaraları», ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ə kimi Saatlı mərkəzi rayon xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanma və xəstəlik - diaqnoz: «Beyin silkələnməsi. Sol saidin və bazunun qəlpə yarası. İrinli otiı» (Azərbaycan Respublikasının SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin ##.##.2013-cü il tarixli **** nömrəli göndərişi, ##.##.2013-cü il tarixli *** nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş #.##.1993-cü il tarixli çıxarış epikrizi, Saatlı mərkəzi rayon xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN lHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri rəyi ilə əsdıq edilir), «HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli *** saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL POZUNTU” (F 06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, baş ağrısından, yuxusuzluqdan şikayət etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasıda "Üzvi emosional labil pozuntu. F06.6. Üzvi koqnitiv pozuntu” diaqnozu təyin olunması) və hal-hazırki müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı “üzvi mənşəli emosional labil pozuntu” (F 06.6) aşkar olunur. 3. yoxlanılan şəxs İddiaçı “üzvi mənşəli emosional labil pozuntu” müəyyən edilir. ##.##.2021-ci il tarixli M********QHA saylı Forma 88 arayışında TSEK-ə göndəriş zamanı iddiaçının diaqnozu: XBT Diaqnoz 10 kodu Xəstəliyin adı Əsas Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə- T90.5 diaqnoz beyin travmasının qalıq əlamətləri (1993 il). Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Üzvi emosional labil pozuntu Ağırlaşma F06.7 Yüngül koqnitiv pozuntu, Üzvi koqnitiv pozuntu Ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial; simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya, təkrarlanan Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya, daimi sefalgik ağrılarla Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Aynur Axundova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazlarını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı İddiaçı 1993-cü və 1994-cü illərdə döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı xəsarətlərin hərbi travma kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarda sol gicgah və burun əsası nahiyələrində dərialtı kor qəlpə yaraları, beyin silkələnməsi, sol said və bazunun qəlpə yarası, irinli otit diaqnozları göstərilmiş, onların Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. Bu səbəb əlaqəsi tərəflər arasında mübahisə predmetini təşkil etmir. İş materiallarındakı ##.##.2021-ci il tarixli M********QHA nömrəli Forma 88 göndərişindən görünür ki, iddiaçıda əsas diaqnoz kimi T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, ağırlaşma kimi F06.6 - üzvi mənşəli emosional labil (astenik) pozuntu, F06.7 - üzvi koqnitiv pozuntu, G40.2 simptomatik epilepsiya, eləcə də G93.4 - posttravmatik ensefalopatiya qeyd edilmişdir. Həmin diaqnozların müvafiq tibb müəssisələrinin sənədlərində ardıcıl şəkildə əks olunması iddiaçının sağlamlıq vəziyyətinin təkcə anamnestik məlumatla məhdudlaşmadığını, davamlı klinik müşahidə və müalicə predmetinə çevrildiyini göstərir. Cavabdehin ##.##.2024-cü il tarixli sonuncu qiymətləndirməsi ilə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlinərək əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Lakin ##.##.2026-cı il tarixli **** nömrəli təkrar ambulator məhkəmə-psixiatrik ekspertiza rəyində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalında olan məlumatlara istinadla iddiaçı barəsində ##.##.2024cü il tarixdə keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, üzvi mənşəli emosional labil (astenik) pozuntu, yüngül koqnitiv pozuntu, simptomatik epilepsiya, təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, posttravmatik ensefalopatiya və daimi sefalgik ağrılarla müşayiət olunan klinik vəziyyətin qeyd edildiyi müəyyən olunur. Göründüyü kimi cavabdeh tərəfindən məhz həmin məlumatlara əsasən, əlilliyin müəyyən edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının aldığı xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2013-cü il tarixli *** nömrəli qərarı ilə müəyyən edilmişdir. Bununla belə, imtina qərarında mövcud diaqnozların və onların yaratdığı funksional pozuntuların əlilliyin qiymətləndirilməsi meyarları baxımından niyə kifayət etmədiyi fərdiləşdirilmiş və əsaslandırılmış qaydada açıqlanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2025-ci il tarixli, *** saylı rəyində iddiaçıda hal-hazırda üzvi mənşəli emosional labil pozuntunun (F06.6) müəyyən edildiyi göstərilmişdir. Rəydə bu nəticə anamnestik məlumatlar, tibbi sənədlər, o cümlədən Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının məlumatları və əyani müayinənin nəticələri ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmin rəyi ##.##.2013cü il tarixli *** nömrəli hərbi-həkim komissiyası qərarı və Forma 88-də göstərilən diaqnozlarla birlikdə iddiaçının psixi-nevroloji pozuntularının mövcudluğunu təsdiq edən mühüm sübut kimi qiymətləndirir. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasından görünür ki, məhkəmə 2013-cü il tarixli hərbi-həkim komissiyası qərarını, Forma 88 göndərişini, ##.##.2023-cü il tarixli T881/2023 və ##.##.2024-cü il tarixli T386/2024 ekspert rəylərini, habelə ##.##.2025-ci il tarixli *** saylı rəyi məcmu qaydada tədqiq etmişdir. Məhkəmə iddiaçının xeyrinə olan tibbi sübutları cavabdehin imtina mövqeyi ilə qarşılıqlı əlaqədə qiymətləndirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların T90.5 kodu üzrə 6.1.4-cü bəndinin tətbiqinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında qiymətləndirilməsi ilə bağlı yanaşmasını düzgün hesab edir. Lakin bununla belə apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*- *)-**/**** nömrəli qərardadı ilə təkrar ambulator məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Həmin qərardadda *** saylı rəyin F06.6 diaqnozunun ümumi F06 kateqoriyası çərçivəsində qiymətləndirilməsi, baş beynin zədələnməsi ilə səbəb-nəticə əlaqəsi və funksional məhdudiyyətlərə təsiri məsələlərini tam aydınlaşdırmadığı nəzərə alınmış, ekspertizanın cavabdeh inzibati orqanın ekspert-həkimi cəlb edilmədən müstəqil ekspertiza müəssisəsinə həvalə olunması təmin edilmişdir. Qərardadın icrası olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2026-cı il tarixli, **** saylı təkrar ambulator məhkəmə-psixiatrik ekspertiza rəyi alınmışdır. Rəydə ##.##.2024-cü il tarixli **-*** nömrəli arayış, ##.##.2024-cü il tarixli qiymətləndirmə barədə elektron məlumat, ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək stasionar müalicəni əks etdirən **** nömrəli xəstəlik tarixindən çıxarış, habelə ##.##.2026cı ildən ##.##.2026-cı ilədək Respublika Psixiatriya Xəstəxanasında aparılmış müalicəyə dair sənədlər araşdırılmışdır. Bu sənədlərin xronoloji ardıcıllığı iddiaçıda psixi-nevroloji prosesin ötəri deyil, davamlı xarakter daşıdığını göstərir. Kollegiya onu da qeyd edir ki, ##.##.2026-cı il tarixli **** saylı rəyin təsviri hissəsində iddiaçının baş ağrılarından, epileptik tutmalardan, yaddaşın zəifləməsindən, əsəbilikdən, xarici qıcıqlara həssaslıqdan, yuxu pozuntusundan və psixiatrik müalicələrə təkrar müraciətlərdən şikayət etdiyi qeyd olunmuşdur. Rəydə, həmçinin, iddiaçıya müxtəlif dövrlərdə Depakin xrono, Finlepsal, Fenazepam, Nevropatoloq və psixiatr tərəfindən təyin edilmiş digər preparatların verilməsi, habelə ambulator və stasionar müalicələrin aparılması göstərilmişdir. Təkrar əyani psixiatrik müayinə zamanı iddiaçının zahirən narahat və gərgin olması, təfəkkürünün ləngliyi, torpidlik əlamətləri, əhval-ruhiyyəsinin dəyişkənliyi və emosional dayanıqsızlığı müəyyən edilmişdir. Təkrar ekspertiza qarşısında qoyulmuş birinci suala cavab olaraq ekspert yoxlanılan şəxsdə hal-hazırda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun (F07.0) aşkar olunduğunu göstərmişdir. Ekspert, iddiaçıda əvvəllər F06.6 - üzvi mənşəli emosional labil (astenik) pozuntu diaqnozunun qeyd edilməsinə baxmayaraq, zaman keçdikcə epileptik prosesin təsiri ilə əhval-ruhiyyənin dəyişkənliyi, emosional sferanın qeyri-sabitliyi, təfəkkürün torpidliyi, adaptasiya imkanının zəifləməsi və interpersonal münasibətlərdə pozuntuların epizodik deyil, davamlı şəxsiyyət dəyişikliyi formasını aldığını izah etmişdir. Məhkəmə kollegiyası bu nəticəni iddiaçının vəziyyətinə dair daha dolğun klinik aydınlaşdırma kimi qiymətləndirir. Ekspert ikinci suala cavabında da iddiaçıda “üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə” pozuntunun mövcudluğunu təsdiq etmişdir. Rəydə sualın əmək qabiliyyətinin azalmasının konkret dərəcəsi, kənar şəxsin köməyinə ehtiyac və daimi müşahidə zərurəti ilə bağlı digər hissəsinin məhkəmə-psixiatrik ekspertizanın səlahiyyət dairəsinə aid olmadığı bildirilmişdir. Bu hal ekspertiza rəyinin iddiaçının psixi pozuntusunun mövcudluğunu və davamlılığını təsdiq edən hissəsini aradan qaldırmır, həmin hissə əlilliyin faizinin və müddətinin müəyyən olunmasına dair tibbi-sosial qiymətləndirmədən fərqli olan ekspert səlahiyyəti həddini göstərir. Məhkəmə kollegiyası ##.##.2026-cı il tarixli **** saylı rəyi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, bu rəy cavabdehin imtina qərarının qəbul edildiyi vaxt iddiaçının hərbi travmanın nəticələri ilə bağlı üzvi psixi-nevroloji pozuntularının olmadığını göstərmir, əksinə, həmin pozuntuların sonrakı dövrdə də davam etdiyini və daha aydın klinik ifadə aldığını təsdiqləyir. Ekspertin əlilliyin konkret faiz göstəricisini müəyyən etməməsi məhkəmə üçün tibbi-sosial ekspertizanın səlahiyyətini əvəz etmək əsası yaratmır. Bununla belə, məhkəmə kollegiyası inzibati orqanın ##.##.2024-cü il tarixli imtinasının işin əhəmiyyətli tibbi halları tam araşdırılmadan qəbul edilib-edilmədiyini yoxlamaq hüququna və vəzifəsinə malikdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ##.##.2013-cü il tarixli *** nömrəli qərarı, Forma 88-dəki diaqnozlar, ##.##.2025-ci il tarixli *** saylı rəy və digər tibbi sübutlar əsasında gəldiyi nəticənin işin halları ilə uzlaşdığını müəyyən edir. Apellyasiya baxışı zamanı alınmış ##.##.2026-cı il tarixli **** saylı təkrar ekspertiza rəyi də iddiaçının üzvi psixi pozuntusunun, tez-tez dekompensasiyaların və koqnitiv funksiyaların enməsinin mövcudluğunu təsdiqləməklə həmin nəticəni təkzib etmir.. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ## ### 2024-cü il tarixli imtina qərarında yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsi ilə kifayətlənməsi, qərarın qəbul edilməsi zamanı elektron məlumatlarda əks olunmuş keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətlərini, üzvi mənşəli emosional labil (astenik) və yüngül koqnitiv pozuntunu, simptomatik epilepsiyanı, təkrarlanan generalizə olunmuş qıcolma tutmalarını, posttravmatik ensefalopatiyanı və daimi sefalgik ağrıları, habelə iş materiallarında müəyyən edilmiş hərbi travma faktını və sadalanan xəstəliklərin iddiaçının funksional vəziyyətinə təsirini fərdiləşdirilmiş qaydada qiymətləndirməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə uyğun deyildir. Həmçinin imtina qərarında sadalanan diaqnozların hər biri üzrə onların əlilliyin müəyyən olunması meyarları baxımından niyə əsas yaratmadığı, eləcə də iddiaçının funksional imkanlarına təsirinin hansı tibbi məlumatlarla istisna edildiyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin qiymətləndirilməsi inzibati orqanın səlahiyyətinə aid olsa da, bu səlahiyyət mütləq mülahizə sərbəstliyi demək deyildir. İnzibati orqan həmin səlahiyyəti yalnız tam, obyektiv və əsaslandırılmış tibbi-sosial qiymətləndirmə əsasında həyata keçirə bilər. Əks halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin mənasında inzibati akt hüquq normalarının düzgün tətbiq edilməməsi və faktiki halların tam araşdırılmaması nəticəsində qanunsuz hesab olunur. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı işdə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında əlilliyin müəyyən edilməsindən imtina haqqında cavabdehin sonuncu müvafiq qiymətləndirməsi ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin məhz ##.##.2024-cü il tarixdən müəyyən edilməsi barədə gəldiyi nəticə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlilliyin sonuncu imtina tarixindən (##.##.2024-cü il tarixdən) müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. İddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.