Məhkəmə qərarları › İş №2-1(3-8)-435/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-435/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-435/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndələri X3 və nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi).

2. Iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

3. Iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, ##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1978-ci il tarixdən ##.##.1978-ci il tarixədək, ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək, ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək müxtəlif idarə və müəssisələrdə işləmiş, ##.##.1987-ci il tarixdən ##.##.1989-ci il tarixədək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Normativ-Tədqiqat Stansiyasında, ##.##.1989-ci il tarixdən ##.##.1993-cü il tarixədək Şamaxı rayon təsərrüfatlararası kökəltmə birliyində, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək “xxxx” KB-də, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək Şamaxı şəhər Saday sahibkar ticarət kommersiya müəssisəsində, ##.##.2005-ci il tarixdən ##.##.2008-ci il tarixədək X4 Iqtisad Kollecində, ##.##.2009-cu il tarixdən ##.##.2009-cu il tarixədək AR Sahibkar Konfederasiyasında, ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək AR X7 Filialında, ##.##.2012-ci il tarixdən ##.##.2025-ci il tarixədək Şamaxı RIHBnın Şamaxı şəhər IƏD üzrə nümayəndəliyində işləmişdir.

4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən 398,14 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Daha sonra iddiaçı Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

6. Cavabdeh orqan ##.##.2025-ci il tarixli, *-**-*/*-B-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunmuş sənədlərin surətinə əsasən onun ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajının 9 il 4 ay 13 gün olduğu müəyyən edilmişdir. Buna görə də ona pensiya təyin edilərkən daha çox olan sığorta stajı, yəni 25 il nəzərə alınaraq hesablanmışdır. Bildirirlər ki, iddiaçının əmək kitabçalarının surətində qeyd edilmiş ##.##.1987-ci il tarixindən ##.##.1993-cü il tarixinədək (işdənçıxma qeydi SSRI-yə aid möhürlə təsdiqlənmişdir), ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək (işdənçıxma tarixi həftənin bazar gününə təsadüf edir) və ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (işdənçıxma qeydində latın və kiril qrafikalı əlifbalardan qarışıq olaraq istifadə edilmişdir) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. Verilən imtina qərarı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında öz əskini tapmış ##.##.1987-ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı tələbini hazırkı qərarın 1-6-cı bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun ümumi olaraq 42 il 7 ay 17 gün əmək stajı var. Lakin cavabdeh tərəfindən ona cəmi 25 il stajı nəzərə alınmaqla, 398 manat pensiya hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyası düzgün hesablanmamışdır.

9. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ## ###### 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" ## #### 1939-cu il tarixli Azərbaycan SSRI-nin Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ## ###### 1991-ci il tarixli, ** nömrəli Qərarına əsasən 1992-ci ildən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanması qərara alınmışdır. Belə ki, qeyd olunan qərara əsasən müəssisənin möhürü yenisi ilə əvəz olunmaqla dövlət qeydiyyatına alınmalı idi. Lakin, müəssisənin bu dəyişikliklərdən sonra əvvəlki möhürdən istifadə etməsi onun yeni möhürünün olmaması, belə olan halda, bu möhürlə vergi hesabatları və digər rəsmi fəaliyyətlərini həyata keçirə bilmədiyi mənasına gəlir. Beləliklə, bu müddət ərzində həmin müəssisənin fəaliyyət göstərməsi, vergi ödəyicisi olması, o cümlədən, işçilərin xeyrinə məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi də şübhəli məqamlar sırasına daxil olur. Bu da öz növbəsində həmin dövr üzrə əmək kitabçasının mötəbərliyini şübhə altına almış olur. Digər dövrə münasibətdə isə ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək olan dövr üzrə işdən çıxma əmrinin bazar gününə təsadüf etməsi həmin dövrün mübahisələndirilməsi əsası kimi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin hazırki, habelə bundan əvvəlki redaksiyalarında bir qayda olaraq 5 iş günü və 2 istirahət günü nəzərdə tutulmuşdur. Altıgünlük iş həftələrində isə aylıq iş saatı norması beşgünlük iş həftəsi üçün müəyyən ediləndən artıq olmamalı idi. Göründüyü kimi işçinin istirahət hüququnun təmin edilməsi məqsədilə yeddigünlük iş həftəsi müəyyən edilməmişdir. Belə olan halda, müəssisənin həftənin bazar günü fəaliyyət göstərmədiyi nəzərə alınarsa, həmin günü işçinin işdən çıxma əmrinin verilməsinin mümkün ola bilməyəcəyi də aydın olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasında öz əksini tapmış ##.##.1987-ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının sosial sığorta stajını hesablayarkən və ona yaşa görə əmək pensiyası təyin edərkən ##.##.1987-ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək işlədiyi dövrləri nəzərə almamışdır. Lakin, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı qeyd edilən dövrlərdə həqiqətən də, əmək fəaliyyəti ilə məşğul olmuş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa, iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları – mübahisəli ##.##.1987-ci il tarixindən ##.##.1993-cü il tarixinədək, ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək, ##.##.1995-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrlər üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir. Iddiaçının əmək kitabçasının qanunvericiliyə uyğun olaraq doldurulmaması həmin dövrlərlə bağlı qeydlərin mötəbərliyini şübhə altına almasına baxmayaraq, işə baxan məhkəmə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasının mötəbər olması ilə bağlı gəlmiş olduğu nəticəni həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır şəklində əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən bütün iş staj müddətləri nəzərə alındıqda, ##.##.2006-cı il tarixədək stajı 27 ildən artıqdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X3 da apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

18. Eyni zamanda iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əmək kitabçasına əsasən ##.##.2006-cı il tarixədək faktiki 27 il 02 ay sığorta stajı və ##.##.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış məbləğin nəzərə alınaraq yaşa görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli qərarına əsasən, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ...

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

24. “Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydaları: 3.1-ci bənd. Əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. 3.2-ci bənd. Işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 3.2.2. 3-cü bölmədə – 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4-cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). Işəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. 3.5-ci bənd. Əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.6-cı bənd. Işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. 3.8-ci bənd. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq qeyd aparmış dövlət orqanı (qurumu) ləğv edilmişdirsə, düzəlişlər onun hüquqi varisi tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır.

27. Inzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

31. “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

32. Normanın tələbindən göründüyü kimi 2019-cu il ######ın #-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır.

33. Hazırkı iş üzrə cavabdeh iddiaçının 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 ildən az olduğu qənaətinə gəlmiş, sonuncunun 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduğundan ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmaqla, ##.##.2025-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmişdir.

34. Cavabdeh iddiaçının əmək kitabçasında: - Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Normativ-Tədqiqat Stansiyasında və Şamaxı rayon təsərrüfatlararası kökəltmə birliyində işlədiyi qeyd olunan ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək olan dövrü “işdənçıxma qeydi SSRI-yə aid möhürlə təsdiqləndiyindən”; - “xxxx” KB-də işlədiyi qeyd olunan ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək olan dövrü “işdənçıxma tarixi həftənin bazar gününə təsadüf etdiyindən”; - Şamaxı şəhər Saday sahibkar ticarət kommersiya müəssisəsində işlədiyi qeyd olunan ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrü “işdənçıxma qeydində latın və kiril qrafikalı əlifbalardan qarışıq olaraq istifadə edildiyindən” əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin 17 il 08 ay 11 günlük dövrü iddiaçının sığorta stajına daxil etməmişdir.

35. Birinci instansiyası məhkəməsi qeyd olunan dövrlər üzrə əmək kitabçasının mötəbərliyinə şübhələr müəyyən edilmədiyini əsas gətirərək, cavabdehin dəlillərini əsassız saymaqla, iddianı təmin etmişdir.

36. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı tələbini dəqiqləşdirərək, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinin tələbinə uyğun olaraq ##.##.2006-cı il tarixədək olan faktiki sığorta stajının və həmin tarixdən sonra fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınaraq yaşa görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

37. Həmin maddənin tələbinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

38. Kollegiya hesab edir ki, iddiaçının ##.##.2006-cı il tarixədək faktiki sığorta stajı 25 ildən artıq olduğundan tələbində haqlıdır və cavabdehin apellyasiya şikayətinin dəlilləri “əmək kitabçasındakı məlumatların mötəbərlik prezumpsiyası” nın (“Inzibati icraat haqqında” Qanun, maddə 19.1) istisnasına əsas vermir.

39. Belə ki, əmək kitabçasının doldurulması zamanı yaranan texniki və ya kargüzarlıq xətaları (işdənçıxma tarixinin bazar gününə təsadüf etməsi, latın və kiril qrafikalı əlifbalardan qarışıq istifadə) iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Vətəndaş işəgötürənin rəsmi qeydlərinə və hərəkətlərinə etibar etmək (etimadın qorunması prinsipi) hüququna malikdir. Başqasının yol verdiyi formal-kargüzarlıq səhvlərinə (texniki qüsurlara) görə şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təmin edilən fundamental sosial təminat hüququ məhdudlaşdırıla bilməz.

40. Iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək və ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrdəki əmək fəaliyyəti ilə qeydlərdə müvafiq olaraq “işdənçıxma qeydinin SSRI-yə aid möhürlə təsdiqlənməsi” və “işdənçıxma qeydində latın və kiril qrafikalı əlifbalardan qarışıq olaraq istifadə edilməsi” iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmadığını deməyə əsas vermir.

41. Belə ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” ## ###### 1991ci il tarixli ** nömrəli Azərbaycan Respublikası Qanununa əsasən "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" ## #### 1939-cu il tarixli Azərbaycan SSR-nin Qanunu həmin gündən qüvvədən düşmüş hesab edilmiş və 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunmuşdur.

42. Nəzərə alınmalıdır ki, həmin keçid dövründə dövlət idarələrində, müəssisələrdə və təşkilatlarda kiril əlifbasından latın əlifbasına, eləcə də köhnə möhürlərdən yenilərinə keçid mərhələli şəkildə həyata keçirilmiş, praktikada obyektiv səbəblərdən paralel istifadəyə sıx rast gəlinmişdir. Bu səbəbdən əmək kitabçasında müəyyən qeydlərin müxtəlif qrafikalarda aparılması və ya köhnə möhürlərin istifadəsi həmin qeydlərin həqiqiliyinə şübhə yaradan müstəqil əsas kimi çıxış edə bilməz.

43. Iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək olan əmək fəaliyyəti üzrə işdənçıxma tarixinin həftənin bazar gününə təsadüf etməsi də əmək kitabçasındakı qeydlərin həqiqiliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz.

44. Belə ki, “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının yuxarıda sadalanan normalarının tələbindən göründüyü kimi işçinin əmək kitabçasında müvafiq qeydlər məhz bununla bağlı işəgötürən tərəfindən edilmiş müvafiq əmr əsasında edilir. Bu qeydlərdə səhv olduqda isə kitabçaya işəgötürən tərəfindən, müvafiq qeyd aparmış dövlət orqanı ləğv edildiyi halda isə onun hüquqi varisi tərəfindən düzəliş edilir.

45. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasının doldurulması onun tərəfindən həyata keçirilmədiyindən qeyd edilən pozuntular sözügedən müəssisələrin məsul şəxsinin məsuliyyət sferasına daxil olan məsələdir.

46. Eyni zamanda, vurğulanmalıdır ki, inzibati hüquqda mövcud olan rəsmi araşdırma prinsipinə görə araşdırma və sübutetmə yükü təkcə vətəndaşın üzərinə düşmür. Bu prinsip "Inzibati icraat haqqında" Qanunun 24-cü maddəsində özünün imperativ təsbitini tapmışdır. Qanunun 24.1-ci və 24.4-cü maddələrinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla yanaşı, Qanunun 19.2-ci maddəsinə görə sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda orqan müstəqil şəkildə onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Hazırkı işdə cavabdeh orqan Qanunun 24.2-ci maddəsinin (maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməz) tələbini pozaraq, işin hallarını tam araşdırmadan, sadəcə formal qüsurlara istinadla vətəndaşın stajını nəzərə almamış, bu isə yolverilməzdir.

47. Eyni zamanda, Qanunun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni inzibati orqanlara qadağan edir. Qanunun 19.1-ci maddəsinə əsasən sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, onlar mötəbər hesab olunur.

48. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək və ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərini onun iş stajına daxil etməməkdə haqlı olmamışdır.

49. Beləliklə, iddiaçının cavabdeh tərəfindən qəbul edilən 9 il 4 ay 17 günlük dövrü, mübahisələndirilən və məhkəmə tərəfindən qəbul edilən 17 il 8 ay 11 günlük dövrlə birgə nəzərə alındıqda, onun ##.##.2006-cı il tarixədək, ümumilikdə, 27 il 22 gün sığorta stajının olduğu müəyyən edilir.

50. Iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə ##.##.2006-cı il tarixədək 27 il 02 ay sığorta stajı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanmasını xahiş etsə də, kollegiya qeyd edir ki, məhkəmə iddia ərizəsinin hərfi ifadə tərzi ilə bağlı deyildir. Iddiaçının hüquqi marağı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinin tələbinə uyğun olaraq faktiki sığorta stajı əsasında pensiyanın yenidən hesablanmasıdır.

51. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi dövrlər də onun sosial sığorta stajına daxil edilməklə, ##.##.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək, ##.##.1993-cü il tarixdən ##.##.1995-ci il tarixədək, ##.##.1995-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi dövrlər də onun sosial sığorta stajına daxil edilməklə, ##.##.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar