Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-437/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı 6600 manat pul vəsaitinin geri ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Cavabdeh ##.##.2004-cü il traixdə hərbi xidmətdə olduğu dövrdə xəstələnmişdir (“Sol ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası”, həmin xəstəlik Azərbayca Respublikası müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Göstərilən xəstəliklə cavabdehə 2016-cı ildə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə proaktiv qaydada 6600 manat pul vəsaiti ödənilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, ** saylı qərarından görünür ki, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş Cavabdeh hərbi xidmət keçərkən aldığı, ##.##.2004-cü ildən ##.##.2004-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: <<Sol ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası» və ##.##.2006-cı ildən ##.##.2006-cı ilədək N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: Xroniki tonzillitin dekompensasiya forması. Hər iki ayağın III dərəcəli yastıayaqlılığı» (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin ##.##.2014-cü il tarixli *** saylı göndərişi, ##.##.2014-cü il tarixli *** saylı arayışı, N saylı hərbi hissədən təqdim olunmuş ##.##.2006-cı il tarixli çıxarış epikrizi, tibb kitabçasından çıxarışlar, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisiotorinolarinqoloqun və cərrahın rəyləri ilə təsdiq edilir), «XƏSTƏLIKDIR, HƏRBI XIDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR». Iddiaçının cavabdehə ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, 1997ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliklə) bağlı müvafiq məlumatları xidmət keçdiyi qurum tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliklə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEIS) məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada həyata keçirilir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası (bundan sonra - Komissiya) tərəfindən HHETŞ altsistemində ##.##.1936-cı ıl tarixində xəsarət aldığını qeyd edildiyinə və MEIS-də hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlilliyi olduğuna görə birdəfəlik ödəmə almaq hüququ yaranmış və proaktiv qaydada 6600 manat ödəniş edilmişdir. Birdəfəlik ödəmə məbləği nağdlaşdırılmışdır. Komissiya Nazirliyə ünvanladığı 2024cü il # ##### tarixli *** nömrəli məktubla bildirir kı, ##.##.2015-ci ıl tarixli ** nömrəli qərarda xəsarət tarixi ##.##.2004-cü il olduğu halda, səhvən HHETŞ altsisteminə ##.##.1996-cı il kimi daxil edilmişdir. Belə olan halda xəsarət aldığı tarix ##.##.2004-cü il olduğu üçün Fərmanın müddəaları İ.Allahverdyevə şamil edilməməlidir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ödənilmiş 6600 manat pul vəsaitinin tutulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına (bundan sonra – Fərman) əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə (vərəsələrə) - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3- cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Məlum olduğu kimi 1997-ci il # ###### tarixədək xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə (xəstəliklə) bağlı müvafiq məlumatları Müdafiə Nazirliyinin Mərkəzi HərbiHəkim Komissiyası tərəfindən (bundan sonra – Komissiya) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” (bundan sonra – HHETŞ) altsisteminə daxil edilmiş və aldığı xəsarətlə (xəstəliklə) əlaqədar əlilliyinə dair Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEIS) məlumatı olan şəxslərə birdəfəlik ödəmə proaktiv qaydada həyata keçirilir. Komissiya tərəfindən Cavabdeh HHETŞ altsistemində ##.##.1996-cı il tarixdə xəsarət aldığı qeyd edildiyinə və onun MEIS-də hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlilliyi olduğuna görə birdəfəlik ödəmə almaq hüququ yaranmış və ona proaktiv qaydada 6600 manat ödəniş edilmişdir. Birdəfəlik ödəmə məbləği Cavabdeh tərəfindən nağdlaşdırılmışdır. Komissiya Nazirliyə ünvanladığı 2024-cü il # ##### tarixli *** nömrəli məktubla bildirmişdir ki, Cavabdeh dair ##.##.2015-ci il tarixli ** nömrəli qərarda onun xəsarət tarixi ##.##.2004-cü il olduğu halda, səhvən HHETŞ-yə ##.##.1996-cı il kimi daxil edilmişdir. Belə olan halda Cavabdeh xəsarət aldığı tarix ##.##.2004-cü il olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanının müddəaları ona şamil edilmir. Cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-A- *****/**** nömrəli məktubla əsassız ödənilmiş 6600 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məktub ##.##.2024 cü il tarixdə cavabdehə çatdırılsa da, bugünədək onun tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdehə əsassız ödənilmiş 6600 manat məbləğ dövlət büdcəsinə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi hazırki işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə cavabdeh Cavabdeh xəsarət alma tarixi yanlış qeyd edilsə də, qeyd edilən hal cavabdehin təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb olmamalıdır. Belə ki, cavabdehə müvafiq məbləğ bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmiş və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, cavabdehə edilən ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 2.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh Cavabdeh əsassız ödənilmiş 6600 manat pul vəsaitinin ondan tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh əlilliyə görə 6600 manat məbləğində birdəfəlik ödəniş səlahiyyətli dövlət orqanı tərəfindən təyin edilərək ödənilmişdir. Sonradan isə həmin ödənişin əsasını təşkil edən məlumatlarda texniki səhvə yol verildiyi müəyyən olunmuş və bu səbəbdən ödənilmiş məbləğin geri qaytarılması tələb edilmişdir. Kollegiya qeyd edir ki, mübahisənin predmeti inzibati orqanın öz səhvi nəticəsində həyata keçirilmiş sosial ödənişin geri tələb olunmasının hüquqi əsaslarının olub-olmaması ilə bağlıdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli **** nömrəli Fərmanı və həmin fərmanın tətbiqi ilə bağlı qəbul edilmiş normativ aktlara əsasən, müvafiq kateqoriyadan olan şəxslərə birdəfəlik ödənişin təyin edilməsi səlahiyyətli dövlət orqanının qərarı əsasında həyata keçirilir və bu ödəniş sosial təminat xarakteri daşıyır. Iş materialları ilə müəyyən edilir ki, cavabdehə ödəniş onun təqdim etdiyi məlumatlara görə deyil, birbaşa səlahiyyətli orqan tərəfindən formalaşdırılmış və elektron sistemə daxil edilmiş məlumatlar əsasında təyin edilmişdir. Məlumatların yanlış daxil edilməsi isə inzibati orqanın öz fəaliyyəti ilə bağlı olmuşdur və cavabdehin hər hansı təqsirli davranışı ilə bağlı deyildir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına (bundan sonra – Fərman) əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədarhərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat; Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən ## ##### 2023-cü il tarixli *-*(***)-***/**** saylı qərarında qeyd edilmişdir ki,”... birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “Inzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz”. “Inzibati icraat haqqında Qanunu-nun 13-cü maddəsinin mənasına görə, şəxslərin inzibati orqanların fəaliyyətinə olan etimadı qanunla qorunur. Şəxs səlahiyyətli orqanın qərarına əsasən ona ödənilmiş vəsaitə güvənərək davranmışdır və həmin vəsaitin sonradan geri tələb olunması onun etimad hüququna və əmlak hüquqlarına müdaxilə təşkil edir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *- *(***)-***/**** saylı qərarı ilə də təsbit edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “..artıq ödəniş inzibati orqanın təqsiri nəticəsində baş vermiş və şəxsin təqsiri ilə bağlı olmamışdırsa, belə hallarda şəxsin əmlak vəziyyəti və etimad hüququ qorunmalı, ödənilmiş vəsaitin geri tələb olunmasına yol verilməməlidir”. Kollegiya hesab edir ki, ödəniş səlahiyyətli orqanın qərarı əsasında həyata keçirilmiş, yanlışlıq inzibati orqanın öz fəaliyyətindən irəli gəlmiş, cavabdehin təqsirli davranışı sübuta yetirilməmiş, ödənilmiş vəsait sosial təminat xarakteri daşımışdır. Bu səbəbdən iddiaçının ödənilmiş məbləğin geri tələb edilməsi barədə tələbi hüquqi əsasdan məhrumdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-437/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-437/2026
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver