Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-438/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçının vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş ## ##### 2004-cü il tarixli, 4ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Qusar şəhəri ərazisində yerləşən 0,04 ha (400 kv.metr) torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia tələbi ilə çıxış edərək “Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş ## ##### 2004-cü il tarixli, 4ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Qusar şəhəri ərazisində yerləşən 0,04 ha (400 kv.metr) torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Bələdiyyəsinin ## #### 2001ci il tarixli, */**-** nömrəli qərarına əsasən X1 Qusar şəhərinin Yeni yaşayış massivi ərazisindən, şərti * saylı küçədən 16 m x 25 m ölçülərdə 400 m2 torpaq sahəsi satılmışdır. X1 onunla alqı-satqı müqaviləsini bağlayıb özünə məxsus həmin torpaq sahəsini orada tikilmiş hündürlüyü 2 metr olanyarımçıq tikili ilə birlikdə ## ##### 2004-cü il tarixdə notarial qaydada iddiaçıya satmışdır. Bu barədə olan alqı-satqı müqaviləsi ## ##### 2004-cü il tarixdə Qusar rayon Notariat Kontorunda təsdiqlənərək reyestrdə 4ə-2-*** nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi və orada yerləşən yarımçıq tikili 20 ildən çoxdur ki, onun qanuni sahibliyində və istifadəsindədir. O, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi həmin 400 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, torpaq sahəsinin çıxarışının, planı və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, cavabdeh ## #### 2023-cü il tarixli məktubla ona cavab verərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdehin ## #### 2023-cü il tarixli imtina məktubunda göstərilmiş səbəblər hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Cavabdehin imtinasına etiraz edərək bildirir ki, Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş ## ##### 2004-cü il tarixli, 4ə-2-*** reyestr nömrəli müqaviləyə əsasən həm 400 kv.metr torpaq sahəsi həm də həmin torpaq sahəsi üzərindəki yarımçıq tikili alqısatqı müqaviləsinin predmetidir, müqavilədə hər iki daşınmaz əmlakın adı qeyd edilmişdir. Alqısatqı müqaviləsinin predmeti olmuş 0,04 ha (400 kv.metr) torpaq sahəsi üzərində satıcı tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması, həmin müqavilənin bağlandığı tarixə, yəni ## ##### 2004-cü il tarixinə müqavilənin bağlanması üçün məcburi şərt kimi qanunvericiliklə tələb olunmurdu.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Qusar şəhərində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2023- cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə ##.##.2023cü il tarixli, *-**-*-**/*A****-*/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizənizə əlavə edilmiş Qusar rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş ##.##.2004-cü il tarixli 4Ə-2-*** reyestr nömrəli müqaviləyə əsasən yarımçıq tikili alqı-satqı predmeti olmuşdur. Bildiririk ki, göstərilən alqı-satqı müqaviləsində 0.04 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. .... Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır”. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. ......Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş ## ##### 2004-cü il tarixli, 4ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının əldə etdiyi Qusar şəhəri ərazisində yerləşən 0,04 ha (400 m2 ) torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: ... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddia rədd edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iddiaçı ## ##### 2004-cü il tarixdə Qusar rayon Notariat Kontorunda təsdiqlənərək reyestrdə 4ə-2-*** nömrəsi ilə qeydə alınmış müqavilə əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasını istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Qusar rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş ##.##.2004-cü il tarixli 4Ə-2-*** reyestr nömrəli müqaviləyə əsasən yarımçıq tikili alqı-satqı predmeti olmuşdur. Bildiririk ki, göstərilən alqı-satqı müqaviləsində 0.04 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, iddiaçının 22 ildən sonra cavabdeh inzibati orqana təqdim etdiyi alqı-satqı müqaviləsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydi üçün əsas təşkil edə bilməz, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir (Qanunun 8.0.3-cü maddəsi). Məhkəmə kollegiyası təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin (inzibati aktın və mülki əqdin) mötəbərliyini yoxlayaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək hüququ yaranmamışdır. Belə ki, iddiaçının 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi təqdim etdiyi, Qusar rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş ##.##.2004-cü il tarixli 4Ə-2-*** reyestr nömrəli müqaviləyə əsasən yarımçıq tikili alqısatqı predmeti olmuşdur. Bundan başqa kollegiya qeyd edir ki, alqı satqı predmeti torpaq sahəsi olsa idi belə, həmin müqavilə torpaq sahəsi üzrində iddiaçının mülkiyyət hüquqnun qeydi əsası yarada bilməzdi. Çünki daşınmaz əmlak üzərində sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququ yalnız həmin əmlak dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Hazırkı iş üzrə iddiaçının alqı satqı ilə aldığını iddia etdiyi torpaq sahəsi dövlət restrində qeydə alınmamışdır. Bu halda isə həmin torpaq sahəsi alqı-satqı pedmeti ola biməz. Beləki, Mülki Məcəllənin 146.2-ci və 146.3-cü maddələrinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququ yalnız həmin əmlak dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır və qeydiyyatsız əmlakla bağlı bağlanan bütün müqavilələr hüquqi qüvvəyə malik olmayıb etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının hüquqi əsası mövcud deyil, Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq olunmuş ## ##### 2004-cü il tarixli, 4ə-2-*** reyestr nömrəli alqı-satqı müqaviləsi yuxarıda qeyd edilənlərə əsasən Qusar şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsası təşkil edə bilməz. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Qeyd edilənləri ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-438/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-438/2026
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver