Məhkəmə qərarları › İş №2-1(3-8)-443/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-443/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-443/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi X3, üçüncü şəxs üçüncü şəxs2, üçüncü şəxs üçüncü şəxs4 nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, kollegiya aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Ilkin olaraq iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş ## ####### 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3385 ha torpaq sahəsinin planı və ölçüsündə naturaya uyğun koordinatların dəyişiklik edilməklə yeni plan və ölçüsünün müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, iddiaçının mülkiyyətində olan 0,3385 ha torpaq sahəsinin faktiki olaraq boş olan hisəssinə (mübahisələndirilməyən hissəyə) dair və faktiki yerləşmə vəziyyətinə uyğun olaraq yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli protokol-qərardadı ilə iddiaçı X6 əsl iddiaçı (anası) İddiaçı ilə əvəz edilmişdir. “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Inzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin oktyabr ayında iddiaçı ilə X4 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən * saylı notariat kontorunda AN-İ, ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3385 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra 0,3385 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən iddiaçıya ## ####### 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir. Lakin 050-210-03-03 mobil nömrədən özünü Bəybala adı ilə təqdim edən, tanımadığı şəxs qardaşına zəng edərək, qeyd olunan torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Iddiaçıya məxsus torpaq sahəsinin Mahir Əliyev tərəfindən zəbt olunduğuna istinad edərək tərəfindən “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılaraq boşaldılması və həmin torpaq sahəsində aparılmış qanunsuz tikililərin, hasarın sökülməsi barədə qətnamə çıxarılmasına dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssisi məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, ümumi ərazidə sürüşmə vardır. Tərəfindən əraziyə baxış keçirilmiş və aşkar edilmişdir ki, iddiaçının istifadəsində torpaq sahəsi yoxdur. Əliyev Mahirin çıxarışla 1,36 ha torpağı olsa da, onun faktiki istifadəsində 13 sot əlavə, yəni 1.,49 ha torpaq sahəsi vardır. X5 sənədlə məxsus torpağın 0,91 ha onun faktiki istifadəsində olsa da, 45 sot torpaq isə cavabdehin faktiki istifadəsində olan torpaqdan kənardadır. Vətəndaşlara dövlət aktına sasən köhnə koordinat sistemi ilə torpaq sahələri verildiyinə görə, çıxarış verilərkən vətəndaşların torpaqdan faktiki istifadə vəziyyəti nəzərə alınmamışdır. Bu səbəbdən də sənədlə tərəflərə məxsus torpaq ilə onların faktiki istifadə vəziyyəti arasında fərq vardır. Iddiaçıya məxsus 33 sot torpaq sahəsinin üzərinə iki çıxarış üst-üstə düşür, hal-hazırda torpaq sahələri ilə bağlı Respublika üzrə, o cümlədən də Abşeron ərazisi üzrə dürüstləşmə işləri davam etdirilir, dürüstləşmə işləri başa çatdırıldıqdan və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra iş üzrə obyektiv rəy vermək mümkün olacaqdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, torpaq sahələrinin faktiki yerləşdiyi sahə ilə torpaq sahələrinə verilmiş plan və ölçü arasında uyğunsuzluq vardır, səbəb isə həmin torpaq sahələrinin yerləşdiyi Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmələri ilə elektron xəritə (DWG) məlumatları arasında ümumi sürüşmələrin mövcud olmasıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan tələbinin cavabdehin səlahiyyətlərinə aid olmadığı, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərq və ərazidə ümumi DWG uyğunsuzluğu mövcud olduğu, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən0,3385 ha torpaq sahəsi faktiki vəziyyətdə qismən sənəd üzrə: ************ reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs3, üçüncü şəxs5, X1, X7 paylı mülkiyyətində olmuş 0,3385 ha torpaq sahəsinin özgəninkiləşdirildikdən sonra yerdə qalan 0,0164 ha hissəsi ilə, ************ reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi, ************ reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs4 mülkiyyətində olan 0,0758 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə üçüncü şəxs3, üçüncü şəxs5, üçüncü şəxs1, X7, üçüncü şəxs2, üçüncü şəxs4 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı X7 üçüncü şəxs qismində cəlb edilməsi hissəsində ləğv edilmiş, X7 üçüncü şəxs kimi prosessual statusu ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etidiy hallar: # ####### 2019-cu il tarixli, AN seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcılar üçüncü şəxs5 və üçüncü şəxs1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3385 ha torpaq sahəsini alıcı X6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ####### 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ************ reyestr nömrəli 0,3385 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir və o, həmin əmlakının tam payının sahibidir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ## ####### 2019-cu il tarixli, A seriyalı, ****** nömrəli ************ reyestr nömrəli 0,3385 ha torpaq sahəsinə dair X6 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”. “Müstəqil Ekspertiza Mərkəzi”nin # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, aparılan ekspertiza tədqiqatı zamanı təqdim olunan ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədləri əsasında naturada göstərilən koordinatlara, həmçinin kameral şəraitdə xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofoto-planda göstərildiyi kimi 0,3385 ha (çıxarışda 0,3385 qeyd olunmuşdur, amma plan və ölçü sənədində koordinatlarla qeyd olunan konturu üzrə 0,3368 ha təşkil edir) torpaq sahəsinin 0,2408 ha hissəsi şərq istiqamətində olan hasarlanmış torpaq sahəsi daxilində, qalan 0,0960 ha hissəsi qərb istiqamətində tikililər və evlər olan sahədə yerləşir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ************ reyestr nömrəli 0,3385 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakının tam payının sahibidir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2023-cü il tarixli, B seriyalı, ****** nömrəli ************ reyestr nömrəli 0,3385 ha torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2023-cü il tarixli, **/***/*- M-****-** nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ## ###### 2023-cü il tarixli, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə mülkiyyətinə verilmiş 0,3385 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Məlumat üçün bildirilmişdir ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ### 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ************ reyestr nömrəli 0,06 ha torpaq sahəsi üçüncü şəxs2 xüsusi mülkiyyətindədir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## ### 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ************ reyestr nömrəli 0,0758 ha torpaq sahəsi üçüncü şəxs4 xüsusi mülkiyyətindədir. ## ### 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcılar X7, üçüncü şəxs3, üçüncü şəxs5, üçüncü şəxs1 ## ### 2014-cü il tarixli arayışında əks edilmiş 0,4949 ha torpaq sahəsindən 0,07 ha hissəsini alıcı X2 mülkiyyətinə vermişdirlər. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ## #### 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ************ reyestr nömrəli 0,4249 ha torpaq sahəsi X7, üçüncü şəxs3, üçüncü şəxs5, üçüncü şəxs1 xüsusi mülkiyyətindədir. ## ####### 2019-cu il tarixli Vəliyeva Xəyalənin adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,3385 ha olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin ## #### 2023-cü il tarixli, *-*/*-**/*- ****/**** nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, X6 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən N****** saylı plan və ölçü sənədində göstərilən 0,3385 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinin # ###### 2025-ci il tarixli, *-**-*- **/*-*****/**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Odur ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mülkiyyətçilər tərəfindən müraciət əsasında plan-ölçü sənədlərinə düzəlişlər olunacağı təqdirdə məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən, müayinə olunan torpaq sahəsi 308013068227, 308013090257, 0308013090258, ************, 308013034888, 308013065589, 308013065597 və ************ reyestr nömrəli torpaq sahələri ilə üstüstə düşür. Müayinə olunan torpaq sahəsinə dair müqayisəli ortofoto görüntü və üst-üstə düşən torpaq sahələrinin çıxarışları və veriməsi üçün əsas sənədləri qoşma şəklində göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq və ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. “Müstəqil Ekspertiza Mərkəzi”nin # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyində torpaq sahəsinin müxtəlif faktiki sahələrdə yerləşdiyi, cavabdehin ## #### 2023-cü il tarixli mütəxəssis rəyində isə plan-ölçü sənədindəki koordinatlarla elektron kadastr məlumat bazası və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olduğu göstərilmişdir. Elektron məlumat bazasına əsasən müayinə olunan torpaq sahəsinin bir sıra torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilmiş, faktiki koordinatlar üzrə məlumatların təhlili və sistemləşdirilməsi, habelə elektron kadastr məlumat bazasında düzəlişlərin aparılması işləri isə başa çatdırılmamışdır. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, mövcud şəraitdə iddiaçının torpaq sahəsinin faktiki olaraq boş olan, mübahisələndirilməyən hissəsi üzrə yeni plan-ölçü sənədinin tərtib edilməsi üçün kifayət qədər texniki əsas yoxdur və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi və olaraq bildridi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi, yəni qərb istiqamətində 0,0960 ha hissəsi zəbt edilmişdir. Digər 0,2408 ha hissəsi isə boş olmaqla iddiaçının istifadəsindədir. Bu hal iş materillarında olan ekspert yəyi ilə də təsdiq edilir. Iddiaçı zəbt edilmiş həmin 0,0960 ha hissəsini mübahisələndirmir və yerdə qalan mübahisəsiz olan 0,2408 ha hissəsi üzrə plan ölcü sənədlərinin verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs üçüncü şəxs2 və üçüncü şəxs üçüncü şəxs4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd edərək əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onlara məxsus torpaq sahəsi arasında xeyli məsafə vardır. Ona görə də iddiaçının iddiasının təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n nizamnaməsi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmeti cavabdeh1 tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3385 ha torpaq sahəsinin faktiki olaraq boş olan, mübahisələndirilməyən hissəsinə (0,2408 ha hissəsinə) dair və faktiki yerləşmə vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilməsindən ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, # ####### 2019-cu il tarixli, AN seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3385 ha torpaq sahəsi X6, həmin sahə üzrə mülkiyyət hüququ ## ####### 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla qeydə alınmışdır. Sonradan həmin torpaq sahəsi ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində qeydə alınmışdır. “Müstəqil Ekspertiza Mərkəzi”nin # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyində çıxarış və plan-ölçü sənədlərindəki koordinatlar, habelə ortofoto-plan əsasında 0,3385 ha torpaq sahəsinin 0,2408 ha hissəsinin şərq istiqamətində hasarlanmış sahə daxilində, 0,0960 ha hissəsinin isə qərb istiqamətində tikililər və evlər olan sahədə yerləşdiyi göstərilmişdir. Cavabdehin ## #### 2023-cü il tarixli mütəxəssis rəyində planölçü sənədindəki döngə nöqtələrinin koordinatları, elektron kadastr məlumat bazası və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların (sürüşmələrin) olduğu bildirilmişdir. Həmçinin, ## ###### 2023-cü il tarixli məktubda torpaq sahəsinin koordinatlarının GPS aləti ilə naturada müəyyən edildiyi, lakin ərazidə ümumi DWG uyğunsuzluğunun və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturadakı yerləşməsi arasında fərqin olduğu qeyd olunmuşdur. Iddiaçı bu səbəbdən tələbi dəqiqləşdirərək, torpaq sahəsinin faktiki olaraq boş olan, mübahisələndirilməyən hissəsinə dair yəni 0,2408 ha hissəsi üzrə faktiki yerləşmə vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki işin predmeti yalnız iddiaçının adına qüvvədə olan reyestr çıxarışına əsasən ona torpaq sahəsinə dair plan-ölçü sənədinin verilibverilməməsi ilə bağlıdır. Iddiaçı artıq dövlət reyestrində tanınmış mülkiyyət hüququ üzrə həmin torpaq sahəsini fərdiləşdirən texniki sənədin verilməsini tələb edir. Kollegiya qeyd edir ki, cavabdeh torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin və ərazidə ümumi DWG uyğunsuzluğunun mövcudluğuna, eləcə də elektron məlumat bazasında müayinə olunan sahənin bir neçə torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad etmişdir. “Müstəqil Ekspertiza Mərkəzi”nin # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyi və cavabdehin ## #### 2023-cü il tarixli mütəxəssis rəyi bu uyğunsuzluqların texniki xarakterini təsdiq etsə də, iddiaçının adına qüvvədə olan reyestr çıxarışını aradan qaldırmır və tələbin sonradan dəqiqləşdirilmiş məzmunu baxımından imtina üçün müstəqil əsas yaratmır. Cavabdeh yalnız faktiki olaraq boş olan, mübahisələndirilməyən hissə üzrə yəni toppaq sahısinin zəbt edilmiş – hissəsi istisna olmaqla yerdə qalan mübahisəsiz 0,2408 ha hissəsinə yeni plan-ölçü sənədinin verilməsinin niyə mümkün olmadığını kifayət qədər əsaslandırmamışdır. O da nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi iddiaçının adına qüvvədə olan ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış əsasında ona məxsus 0,3385 ha torpaq sahəsinin yalnız faktiki olaraq boş olan, mübahisələndirilməyən 0,2408 ha hissəsinə dair, faktiki yerləşmə vəziyyətinə uyğun yeni plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Cavabdeh dövlət reyestrində iddiaçının mülkiyyət hüququnu tanıdığı halda, həmin hüququ fərdiləşdirən plan-ölçü sənədinin verilməsindən yalnız koordinat uyğunsuzluğu, sahələrin naturada fərqli yerləşməsi və ya digər torpaq sahələri ilə üst-üstə düşmə ehtimalına istinadla imtina edə bilməz. # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyi sahənin faktiki yerləşməsi ilə sənədlərdəki koordinatlar arasında fərqi göstərsə də, həmin fərqin aradan qaldırılması cavabdehin kadastr məlumatlarını dəqiqləşdirmək üzrə səlahiyyətləri çərçivəsində həll edilməlidir. Bundan başqa məhkəmə iclasında iştirak edən üçüncü şəxslər onların mülkiyyətində olan torpaq sahələrinin xeyli aralıda yerləşməklə öz istifadələrində olduğunu və iddiaçı ilə aralarında hər hansı bir mübahisə, eləcə də torpaq sahələrinin naturada üst üstə düşməsi halının mövcud olmadığını bildirdilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “xxxxnin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Qeyd edilən vahid sənəd prinsipinə görə, reyestr orqanı çıxarış verməklə kifayətlənə bilməz; çıxarışın ayrılmaz tərkib hissəsi olan plan-ölçü sənədinin hazırlanmasını da təmin etməlidir. “Müstəqil Ekspertiza Mərkəzi”nin # #### 2021-ci il tarixli, *** nömrəli ekspert rəyində və cavabdehin ## #### 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunan koordinat uyğunsuzluqları və faktiki yerləşmə fərqləri texniki dəqiqləşdirmə aparılmasını zəruri etsə də, iddiaçının tələbi faktiki olaraq boş olan və mübahisələndirilməyən hissə ilə məhdudlaşdırıldığından plan-ölçü sənədinin verilməsindən imtina üçün müstəqil əsas sayıla bilməz. Bu cür uyğunsuzluqlar cavabdehin öz səlahiyyətləri daxilində kadastr məlumatlarının dəqiqləşdirilməsi, yerquruluşu materiallarının araşdırılması və zəruri olduqda aidiyyəti şəxslərdən, bələdiyyədən və digər orqanlardan müvafiq sənədlərin tələb olunması yolu ilə aradan qaldırılmalıdır. Buna görə cavabdehin apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar