Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-444/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi və vəkilinin Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Abşeron rayonu Fatmayı bələdiyyəsinə qarşı qərarın ləğvi və torpaq sahəsinin iddiaçıya ayrılması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Goradil kəndi ərazisində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan, sahəsi 0,0475 ha olan torpaq sahəsinin üçüncü şəxs Üçüncü şəxs mülkiyyətinə ayrılmasına dair Goradil bələdiyyəsinin ## ###### 2023-cü il tarixli iclasının ** saylı protokolunun */* nömrəli qərarının ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mərhum əri X2 və birgə nikahlarından doğulmuş 2 övladları ilə birlikdə 2019-cu ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsinə köçmüş və orada kirayə götürdükləri evdə yaşamışlar. Həmin vaxt Üçüncü şəxs adlı şəxslə tanış olmuşlar. Belə ki, kirayə götürdükləri ev həmin şəxsin sahibliyində olmuş və aylıq 150 manat kirayə haqqı vermişlər. Onlar Üçüncü şəxs əvvəlcədən tanımamış və heç bir münasibətləri olmamışdır. İddiaçı ailəsi ilə birgə Mehdiabad qəsəbəsindəki evdən 2020-ci ildə çıxmış və həmin ildən etibarən Abşeron rayonu, Goradil qəsəbəsində yerləşən evdə aylıq 150 manata kirayədə qalmışlar. 1 il sonra Üçüncü şəxs onlara həmin evi satdığını bildirmiş, münasib qiymətə evi almağı İddiaçı təklif etmişdir. Aralarında olan sövdələşməyə əsasən evi 50.000 manata Üçüncü şəxs almağa razılaşmışlar. Bunun üçün 50.000 manatı ## ###### 2021-ci ildə Üçüncü şəxs ödəməklə evi ondan almışlar. Həmin zaman Ilqar onlara evin mülkiyyəti ilə bağlı etibarnamə verəcəyini və onların rahatlıqla evin mülkiyyətinə dair sənəd düzəldə biləcəyini demişdir. Dediyinə görə Ilqar həmin evi Zemfira Mehrəliyeva adlı qadından 40.000 manata almış, lakin bununla bağlı aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Növbəti gün, yəni ## ###### 2021-ci ildə evi adlarına keçirmək üçün Üçüncü şəxsla birlikdə notariusa gedərkən, notariusda onlara bu evin çıxarışı olmadığını və bunun üçün alqısatqı müqaviləsi bağlanmasının mümkün olmadığını bildirmişlər. Həmin gün Üçüncü şəxs notariusda ona etibarnamə vermişdir. Bundan sonra onlar Goradil qəsəbə bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyə sədri llqar Məmmədov onları qəbul etmiş və bu məsələni araşdırıb onlara köməklik etməyə çalışacagını bildirmişdir. Onlar evi faktiki olaraq aldıqdan sonra 2021ci il ərzində evin kommunal xərclərini və torpaq vergisini öz adlarına keçirmiş və ödənişləri etmişlər. Həmçinin telefon xəttini də öz adlarına çəkmişlər. Bundan sonra onlar Goradil qəsəbə bələdiyyəsinə müraciət etmiş və Ilqar müəllim onlara artıq evin hərrac (müsabiqə) yolu ilə sənədləşmənin mümkün ilkin sənədləri hazır olduğunu, lakin qanunda nəzərdə tutulan rüsumları ödəməli olduqlarını bildirmişdir. Bu məbləğ təxminən 2500 manat pul təşkil etmişdir. Maddi imkanları yeterli olmadığından onlar həmin pulu toplaya bilməmişlər. Bununla yanaşı o, bələdiyə sədrinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzində, bələdiyə sədrinin Watsapp vasitəsi ilə göndərdiyi nümunə əsasında ərizə verərək istifadəsində olan, Abşeron rayonu Goradil bələdiyyəsinin## #### 2021-ci il tarixli **/* nömrəli qərarı ilə ayrılmış 0,0475 ha torpaq sahəsinə Abşeron rayonu Goradil bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmədiyini, razı olmasını bildirmişdir. Həmin ərizəni bələdiyyə təqdim etmiş, bələdiyyə sədri isə 2500 manat pulu hazır edəndə gəlib torpağın sənədlərini götürməsini tapşırmışdır. Bundan başqa həmin ərəfədə qonşuluqda yaşayan şəxslər onlara, burada yerləşən evlərin əksəriyyətinin çıxarışı olmadığını, dövlət tərəfindən ilbəil həmin evlərin sənədlərinin qeydiyyata alındığını demişlər. Onlar da zamanla bu məsələnin öz həllini tapacağını düşünmüşlər. 2022-ci ilin payız aylarında Üçüncü şəxs onlarla görüşmüş və evi çox ucuz qiymətə satdığını, buraların turizm zonası hesab olduğu üçün, sonuncunun ona əlavə 30.000- 40.000 manat pul verməli olduğunu bildirmişdir. Onlar isə buna qəti etiraz etmiş və evin qiymətinin 50.000 manata razılşdıqlarını, həmin məbləğdə pulu tam şəkildə ona verdiklərini, artıq əlavə heç bir pullarının olmadığını, həmçinin sənədləşmə işlərinə də əlavə xərclərinin çıxacağını bildirmişlər. Üçüncü şəxs isə bu zaman onlara evi ondan almalarını sübuta yetirə bilməyəcəklərini bildirmişdir. İddiaçı Üçüncü şəxs bu evə görə 50.000 manat pul verdiklərini bildirdikdə, o, həmin məbləğdə pulu aldığını danmış və onları evdən çıxartdıracağını, hər şeyi pul gücünə həll edəcəyini və məhkəmədə onlara qalib gələcəyini demişdir. Bu müddətdən sonra aralarında çəkişmələr davam etmişdir. 2024-cü ilin iyun ayında o və əri Imran evdə olmayanda naməlum 2 şəxs həyətlərinə gəlmiş, 1 nəfər çöldə gözləmiş, 1 nəfər isə evə daxil olmuşdur. Həmin zaman evdə onların 2 oğlu da olmuşdur. Həmin adını bilmədiyi şəxs otaqları gəzmiş və evdə öz cihazları ilə ölçü işləri aparmışdır. Yeganənin oğlu onların kim olduğunu soruşanda onlar bələdiyyənin işçiləri olduqlarını və onlara kömək etməyə gəldiklərini demişdir. 2024-cü ilin ## ###### tarixində isə Ilqar, qardaşı Əsəd və polis nəfəri yenidən onların həyətinə gəlmiş, onlar möhkəm səslə qapını döymüşlər. Lakin həmin zaman evdə olmamışdır. Evdə olan oğulları qapını arxadan bağlamış və pəncərədən nə üçün gəldiklərini soruşmuşlar. Onlar isə valideynlərinin lazım olduğunu bildirmişdir. Uşaqlar valideynlərinin evdə olmadığını dedikdən sonra polis nəfəri onun ərinin nömrəsini almış, əri ilə danışmış və sonra çıxıb getmişdir. Bundan sonra o, DINin "102" xidmətinə zəng edərək Üçüncü şəxs adlı şəxsin ona sənədsiz ev satması, sonradan əlavə pul tələb etməsi və onları narahat etməsi barədə şikayət etmişdir. Həmçinin Ilqar da şikayət edərək guya onların evi zəbt etmələrini və həmin evdə qanunsuz yaşadıqlarını bildirmişdir. Bununla bağlı Abşeron RPI X7 araşdırma aparılmışdır. Bütün bunların nəticəsində əri Imran çox stress və sarsıntı keçirmiş, ev məsələsinin həll olunmadığını görmüş və evin Ilqar tərəfindən nə vaxtsa onlardan alınacağını demişdir. Bu da Imrana çox pis təsir etmiş və ölümündən qabaqkı günlərdə sarsıntı içərisində olmuşdur, nəticədə ürək tutmasından vəfat etmişdir. Imranın ölümü Üçüncü şəxs davranışları və təzyiqləri ilə bağlı olmuşdur. Belə ki, əgər Ilqar onların evini əllərindən almaq istəməsəydi, evlərinə hücum çəkməsəydi, Imran da stress keçirib ölməzdi. Üçüncü şəxs qanunsuz hərəkətləri, təhdidləri və təzyiqləri nəticəsində əri infakt keçirib vəfat etdiyindən onun müraciəti əsasında Abşeron rayon prokurorluğunda araşdırma aparılarkən məlum olmuşdur ki, Üçüncü şəxs bələdiyyə sədri Ilqar Məmmədovla cinayət əlaqəsinə girərək onun Üçüncü şəxs 50.000 manat pul ödəməklə əldə etdiyi evi əvvəlcə bələdiyyə sədri Ilqar Məmmədovun adına sənədləşdirmiş, sonra isə Üçüncü şəxs adına keçirmişlər. Onun Üçüncü şəxs 50.000 manat pul ödəməklə hazırkı iş üzrə mübahisəli hesab edilən evi əldə etməsini evin ilkin sahibi olmuş Zemfira Mehralıyeva, rəfiqəsi Aynur Ələkbərova, dayısı Şamil Əliyev və Üçüncü şəxs öz qızı Gövhər Qəhrəmanova təsdiq edə bilər. Iddiaçı İddiaçı faktiki alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və hazırda onun istifadəsində olan, qanunsuz alqı-satqı müqaviləsi əsasında Üçüncü şəxs adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən evin özgəninkiləşdirilməsi nəticəsində İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Üçüncü şəxs öz hiylə oyunlarına davam etməklə əsassız və qanunsuz olaraq İddiaçı qarşı sözü gedən evdən çıxarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin (hakim Elman Məmmədov) ##.##.2025-ci il tarixli e-*(***)- ***/**** saylı qərardadına əsasən iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və evin təhvil verilməsi” tələbinə dair mülki işin icraatı Abşeron rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdehlər Üçüncü şəxs və X1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək dayandırılmışdır. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 ilə Üçüncü şəxs arasında Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2023-cü il tarixdə 1911 reyestr nömrə ilə təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Üçüncü şəxs adınaverilmiş ##.##.2024-cü il tarixli *********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin (hakim Məlahət Abbasova) ##.##.2025-ci il tarixli e-*(***)- ****/**** saylı qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdehlər X1 və Üçüncü şəxs qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Eyni zamanda tərəfimizdən, mübahisəli hesab edilən torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan yaşayış evinə dair çıxarışın verilmısi üçün əsas olan sənədin ləğv edilməsi tələbi ilə Sumqayıt Inzibati məhkəməsinə müraciət olunmuşdur. Həmin inzibati iş Sumqayıt Inzibati Məhkəməsinin icraatında olduğu dövrdə hakimin sorğusu əsasında əldə edilmiş sənədlərdən məlum olmuşdur ki, Abşeron rayonu Görədil Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli iclasının ** saylı protokolunun **/* nömrəli qərarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqındaDaşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2021-ci il tarixli ************ saylı reyestr nömrəli çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq uzun müddət rəsmiləşdirmədiyi istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Görədil kənd ərazisində yerləşən sahəsi 0.0475 ha olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu və 23-cü bəndlərinə əsasən Bakı şəhəri ünvan 5 ünvanında qeydiyyatda olan vətəndaş Üçüncü şəxs mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərarın mövcudluğu ## ####### 2025-ci il tarixdə ona məlum olduğundan yeni məzmunda iddia sənədlərinin hazırlanması üçün icraatda olan iddia sənədləri geri götürülmüş və hazırda yeni iddia tələbi ilə məhkəməyə müraciət edirik. Aşağıda göstərilənlərə əsasən Abşeron rayonu Goradil bələdiyyəsinin ## ###### 2023cü il tarixli iclasının ** saylı protokolunun **/* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Iddia tələbi ilə əlaqədar araşdırma apararkən məlum olmuşdur ki, cavabdeh X1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0475 ha torpaq sahəsini Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2023-cü il tarixdə 1911 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə 2969 manata Üçüncü şəxs satmış, həmin müqavilənin əsasında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Üçüncü şəxs adına ##.##.2024-cü il tarixli *********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Nəticədə, İddiaçı hüquqları ilə yüklü olan torpaq sahəsi və həmin evdə inşa edilmiş yaşayış evi onun xəbəri və razılığı olmadan Görədil Bələdiyyəsini tərəfindən özkəninkiləşdirilmişdir. Halbuki, Abşeron rayon Icra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən ##.##.2024-cü il tarixli *** saylı arayışa əsasən, İddiaçı həqiqətən o, Görədil kəndi N.Salayev küçəsində yerləşən (yeni qaydalarla: Abşeron rayonu, Görədil kəndi, E. Yusifov küçəsi) ** saylı evdə yaşayır. * saylı Bakı ”Asan xidmət” mərkəzinin notariat ofisində ## #### 2021-ci il tarixli 8I- 18102reyestr nömrə ilə təsdiq edilmiş, İddiaçı səlahiyyətli orqanlara ünvanladığı ərizədən görünür ki, onun istifadəsində olan Abşeron rayonu Görədil Bələdiyyəsinin ##.##.2021-ci il tarixdə 06/4 qərarı ilə ayrılmış 0.0475 ha torpaq sahəsinin Abşeron rayonu Görədil Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmir, razıdır. Cavabdeh Abşeron rayonu Görədil Bələdiyyəsinin adından X1 ilə iş üzrə digər cavabdeh Üçüncü şəxsarasında ## ###### 2024-cü ildə bağlanmış, Bakı şəhəri * saylı Notariat ofisində 4Ə-1911 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və həmin müqavilənin təsdiq olunmuş sənədlərdən görünür ki, ünvan 2 ərazisində yerləşən ümumi sahəsi 0.0475 ha olan torpaq sahəsi 2959 manata Üçüncü şəxs satılmışdır. Həmin müqaviləyə əlavə edilmiş Abşeron rayonu Görədil Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli iclasının ** saylı protokolunun **/* nömrəli qərarından verilmiş çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Abşeron Ərazi Idarəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2021-ci il tarixli ************ saylı reyestr nöömrəli çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq uzun müddət rəsmiləşdirmədiyi istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan Görədil kənd ərazisində yerləşən sahəsi 0.0475 ha olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu və 23-cü bəndlərinə əsasən Bakı şəhəri ünvan 5 ünvanında qeydiyyatda olan vətəndaş Üçüncü şəxs mülkiyyətinə ayrılmışdır. Həmin sənədə əlavə edilmiş Görədil Bələdiyyəsinin sədri tərəfindən ## ###### 2023-cü il tarixdə təsdiq edilmiş aktdan göründüyü kimi həmin bələdiyyənin nümayəndələri Üçüncü şəxs uzun müddət rəsmiləşdirmədiyi yaşadığı evin altında və ətrafında istifadə etdiyi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olan fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətinə verilməsinə dair torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olumşdur ki, həqiqətəndə uzun müddətdir ki, vətəndaş öz ailəsi ilə birlikdə tikdiyi yaşayış evində yaşayırlar. 2000-ci ildən öncə tikildiyinə baxmayaraq vətəndaş torpaq sahəsi ilə bağlı ərazini sənədləşdirməmiş, qeydiyyatsız yaşamışlar. Həmin ərazinin ayrılması mümkün olmadığı üçün “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu və 23-cü bəndlərinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş Üçüncü şəxs mülkiyyətinə verilməsi ilə bağlı akt tərtib edilmişdir. Qeyd edilmiş müqaviləyə əlavə edilmiş Abşeron rayon Icra Hakimiyyətinin Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayədəliyinin*** saylı ##.##.2023-cü il tarixli verdiyi arayışdan görünür ki, guya Üçüncü şəxs Görədil kəndi N.Salayev küçəsində uzun müddətdir ki, qeydiyyatsız olaraq yaşayır, istifadəsində olan torpaq sahəsində 2000-ci ildə yaşayış evi tikilmişdir və halhazırda həmin evdə yaşayır. Qeyd olunan sənədlərdə göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, Üçüncü şəxs sözügedən torpaq sahəsində yaşayış evi tikdirməmiş və həmin ünvanda yaşamamışdır. Qeyd olunan torpaq sahəsində Zemfira Mehrəliyeva adlı şəxsdən alaraq İddiaçı satmışdır. Onun 2000-ci ildən öncə guya həmin torpaq sahəsində yaşayış evi tikdirərək qeydiyyatsız yaşaması barədə göstərilənlər əsassızdır. Bu barədə Görədil Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi yuxarıda adı çəkilən arayışın da əsası yoxdur. Belə ki, həmin nümayəndəliyin verdiyi ## ####### 2024-cü il tarixli *** nömrəli arayışda qeyd olunan ünvanda İddiaçı yaşadığı göstərilmişdir. Qeyd olunanlardan əlavə Goradil bələdiyyəsi yerquruluşu planından edilmiş çıxarışda sözügedən torpaq sahəsinin İddiaçı istifadəsində olması qeyd edilmişdir. Goradil bələdiyyəsinin tədiyyə bildirişindən göründüyü kimi Görədil kəndi Novruz Salayev küçəsi ** nömrəli ünvanda yerləşən torpaq sahəsi üzrə əmlak və torpaq vergilərini İddiaçı ödəmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu, torpaq sahəsinin üçüncü şəxsdən alqı-satqı əsasında əldə etdiyini bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə işin müəyyən edilmiş hallarından, həmçinin tərəfin verdiyi izahatından müəyyən edilir ki, halhazırda mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən üçüncü şəxsin ona məxsus əmlakın idarə edilməsi, üzərində sərəncam verilməsinə dair verdiyi etibarnamə əsasında istifadə edilir. Göründüyü kimi, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin özünə məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı, onunn nümayəndəsi və vəkilinin Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi faktiki istiadəsində və üzərində inşa edilmiş fərdi yaşayış evində yaşadığı torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair bələdiyyə qərarının ləğv edilməsi və həmin torpaq sahəsinin ona ayrılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Inzibati mübahisələrdə iddiaçının subyektiv hüququnun mövcudluğu yalnız formal mülkiyyət sənədləri ilə məhdudlaşdırıla bilməz, eyni zamanda şəxsin faktiki istifadə vəziyyəti, inzibati orqanların hərəkət və qərarlarının onun hüquq və mənafelərinə təsiri də nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi artıq bir neçə ildir iddiaçının faktiki istifadəsindədir, bu istifadəni təsdiq edən bir sıra sübutlar iş materiallarında mövcuddur. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli 1101 seriyalı, ****** nömrəli telekommunikasiya müqaviləsinin məhz həmin torpaq sahəsinə münasibətdə iddiaçı ilə bağlanması, eləcə də digər kommunal xərcləri ürə tədiyyə bildirişlərinin artıq 2021-ci ildən iddiaçının adına olmas onun həmin əmlak üzərində faktiki sahibliyini və istifadəsini təsdiq edən sübutlardır. Eyni zamanda, torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair bələdiyyə qərarının qəbul edilməsi prosesində üzərində yerləşən yaşayış evinin olub-olmaması, mövcud olduğu təqdirdə kimin balansında olması və ya kim tərəfindən inşa edilməsi, iddiaçının faktiki istifadəsinin nəzərə alınıb-alınmaması məsələsi də araşdırılmamışdır. Halbuki, iddiaçının faktiki istifadəçi olması, kommunal müqavilələrin onun adına bağlanması və xərclərin onun tərəfindən ödənilməsi halları onun mübahisələndirilən inzibati aktdan təsirlənən şəxs olduğunu və beləliklə də subyektiv hüquqa malik ola biləcəyini göstərir. Bu baxımdan, iddiaçının hüquqi marağının və subyektiv hüququnun mövcudluğu məsələsi əlavə araşdırma tələb edir. Birinci instansiya məhkəməsi həmçinin prosessual müddətin ötürülməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının mübahisələndirilən qərardan nə vaxt və hansı şəraitdə məlumatlı olmasını, onun faktiki istifadəçi kimi hüquqlarına təsirin nə zaman baş verdiyini dəqiq müəyyən etməmiş, bu məsələyə formal yanaşmışdır. Belə ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün iddia qaldırdığını və həmin araşdırma zamanı torpaq sahəsinin başqa şəxsə satılması barədə xəbərdar olduğunu bildirmişir. Lakin bu hallar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış, sübutlar yetərincə qiymətləndirilməmiş və nəticədə iddianın mümkün sayılmaması barədə gəlinmiş nəticə əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-444/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-444/2026
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver