Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-445/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X11 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı “xxxx” Şirkəti Ticarət Mərkəzinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən və X2 mülkiyyət hüquqlarının qeydə alındığı MA seriyalı ******* nömrəli çıxarışın “xxxx” Şirkəti Ticarət Mərkəzinin adına dəyişdirilməklə onun bu əmlak üzərində hüquqlarının dövlət qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən və X2 mülkiyyət hüquqlarının qeydə alındığı MA seriyalı ******* nömrəli çıxarışın “xxxx” Şirkəti Ticarət Mərkəzinin adına dəyişdirilməklə onun bu əmlak üzərində hüquqlarının dövlət qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri X8 Icraiyyə Komitəsinin ## ##### 1988-ci il tarixli ** saylı protokolundan çıxarışa əsasən ticarət mərkəzinin tikintisi məqsədilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1,0 ha torpaq sahəsi Şəhər Icraiyyə Komitəsinin Əsaslı Tikinti Idarəsinə ayrılmışdır. “Azərittifaq” X29 Idarə Heyətinin ## ###### 1989-cu il tarixli, ** saylı protokolu əsasında X7 “Şərq” kolxoz bazarı adlanan bu ticarət mərkəzinə direktor vəzifəsinə təyin edilmişdir. Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının ## ###### 1993-cü il tarixli, **** saylı sərəncamı ilə təsərrüfat hesablı “Şərq” bazarının nizamnaməsi qeydə alınmışdır. Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli, *** saylı sərəncamı ilə “Şərq” bazarı üçün satış sahəsinin tikintisi məqsədilə əlavə olaraq 4500 kv m torpaq sahəsi ayrılmışdır. Həmin “Şərq” bazarı A və B korpuslarından ibarət olmuş və qeyri-yaşayış sahəsinin 1996-cı il noyabr ayı tarixinə olan vəziyyəti əks etdirən qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib olunduqdan sonra qeyd olunan ərazidə yerləşən tikililər bu pasporta daxil edilmişdir. 1997-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən dövlət əmlakının alqı-satqısı həyata keçirilmiş və iddiaçının nümayəndəsi 8 nəfərlik əmək kollektivinin nümayəndəsi qismində bu əmlakın alqı-satqısında iştirak etdiyini bildirmişdir. ##.##.1997-ci il tarixli, **** saylı alqı-satqı müqaviləsinə əsasən “Şərq” bazarının A və B korpuslarını Rəşid Babayev tərəfindən satın alınmış, daha sonra digər 7 nəfərin də adı daxil edilməklə ##.##.1997-ci il tarixli Dövlət əmlakının satılmasına dair Şəhadətnamə verilmişdir. Birgə mülkiyyətçilər tərəfindən ##.##.1997-ci il tarixdə “xxxx” ticarət mərkəzinin təsis müqaviləsi bağlanmış və həmin şəxslərin müəssisədəki təsis payları satın alınan əmlakdakı paylarına uyğun müəyyən olunmuşdur. ##.##.1997-ci il tarixdə qeydiyyat nömrəsi 32764 nömrəsilə “xxxx” şirkətinin Ticarət Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və uçot vahidinin dövlət reyestrinə daxil edilmişdir. Şirkətə məxsus olan əmlaklar şirkətə öncədən qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində yerləşməklə uzun illər mövcud olmuş və fəaliyyət göstərmişdir. Iddiaçının nümayəndəsi həmin “Şərq” bazarının yerləşdiyi ərazi və üzərində əmlaklar üzərində özünün və X2 adına tərtib edilmiş çıxarışın ləğv edilərək “xxxx” şirkətinin adına qeydiyyata alınmasını cavabdeh orqandan xahiş etməsinə baxmayaraq, cavabdeh orqan ərizənin icrasından imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən fiziki şəxslərin adına paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ##.##.1997-ci il tarixli, *** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Fiziki şəxsin hüquqi şəxsə çevirilməsi barədə sənədlərin müraciətə əlavə olunmadığı, habelə müraciətin araşdırılması zamanı Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(**)- ****/**** saylı qərarı və ##.##.2017-ci il tarixli *-*(**)-****/**** saylı qərardadı barədə məlumatlar cavabdeh orqanda aşkar olunsa da, qeyd olunan məhkəmə aktlarının icra edilməsi barədə icra sənədinin idarəyə daxil olmadığı müəyyən olunmuşdur. Əlavə olaraq, Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2011-ci il tarixli, 2(85)- ****/**** saylı qərarı ilə iddiaçılar (həmin iş üzrə) - X1 və digərlərinin iddia tələbi təmin olunaraq torpaq sahəsinin 44 dükanın yerləşdiyi hissəyə dair X7 və X2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında icarə müqaviləsinin bağlanmasına dair ## #### 2010-cı il tarixli, *** saylı sərəncamın, həmin sərəncam əsasında bağlanmış ## #### 2010-cı il tarixli, *** nömrəli müqavilənin və ## #### 2010-cu il tarixli, **** nömrəli alqı-satqı müqaviləsinin qismən ləğv olunması və həmin torpaq sahəsi ilə bağlı MA serialı ******* nömrəli ********** qeydiyyat nömrəli, ##.##.2010-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun ləğv edilməsi qərara alınmışdır. Bu qərar əsasında X7 və X2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış ## #### 2010-cu il tarixli, **** nömrəli alqı-satqı müqaviləsinə satın aldıqları 10889,6 kv metrdən ibarət olan torpaq sahəsinin 2491,6 kv metrdən ibarət olan hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Imran Burcayev). Qərardad onunla əsaslandırılmışdır ki, bəhs olunan torpaq sahəsi üzərində MA seriyalı, ******* nömrəli, 309013007690-***** reyestr nömrəli çıxarışla fiziki şəxslər – X7 və X2 adına mülkiyyət hüquqları ümumi birgə mülkiyyət payında qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində hüquqi şəxs olan “xxxx” Şirkəti Ticarət Mərkəzinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq yuxarıda qeyd edilmiş çıxarışda düzəlişlərin edilməsi isə ilk növbədə adları çəkilən fiziki şəxslərin təsdiqlədiyi əqdlər əsasında (bağışlama, alqı-satqı və s.) dövlət notariat orqanlarında həyata keçirilməlidir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə «fiziki şəxsin hüquqi şəxsə çevrilməsi» anlayışını səhv tətbiq etmişdir: söhbət mülkiyyətin bir subyektdən digərinə keçirilməsindən getmir; söhbət cavabdeh inzibati orqanın 2010-cu ildə törətdiyi texniki-hüquqi xətanın aradan qaldırılmasından gedir. Ikincisi, məhkəmə iddiaçının subyektiv hüququnun olubolmamasını araşdırarkən «xxxx» şirkətinin əmlakın tarixi sahibi olmasını, özəlləşdirmə sənədlərinin birbaşa şirkətin adına düzülməsini və nizamnamə kapitalına daxil edilmə faktını lazımi dərəcədə dəyərləndirməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında irəli sürülmüş əsas arqumenti məhz cavabdehin 2010-cu ildə hüquqi şəxsin mülkiyyətini fiziki şəxslərin adına qeydiyyata alması hərəkətinin qanunsuzluğunu — demək olar ki, tamamilə yox saymış, hüquq pozuntusunun cavabdehin hərəkəti nəticəsində baş verdiyini araşdırmamışdır. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində qeydiyyatı aparan orqanın əmlak üzərindəki hüquqları dürüst müəyyən etmək vəzifəsi var idi. Dördüncüsü, məhkəmə iddianın mümkünlüyünü araşdırarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 6.2-ci bəndinə istinad etmiş, lakin həmin bəndi birtərəfli şəkildə tətbiq etmişdir. Belə ki, 6.2-ci bəndə görə iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. «xxxx» şirkəti isə məhz inzibati orqanın — cavabdehin — öz hərəkəti ilə yaratdığı hüquq pozuntusunun aradan qaldırılmasını tələb edir; bu tələbin inzibati məhkəmə icraatı qaydasında müdafiəsi isə tam mümkündür. Cavabdeh orqan öz etirazında Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2011-ci il tarixli *(**)-****/**** saylı qərarına istinad etmişdir. Həmin qərarla iddiaçılar (həmin iş üzrə) X1 və digərlərinin iddia tələbi təmin olunaraq torpaq sahəsinin 44 dükanın yerləşdiyi hissəyə dair X7 və X2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında icarə müqaviləsinin bağlanmasına dair ## #### 2010-cu il tarixli, *** saylı sərəncamın, həmin sərəncam əsasında bağlanmış ## #### 2010-cu il tarixli, *** nömrəli müqavilənin və ## #### 2010-cu il tarixli, **** nömrəli alqı-satqı müqaviləsinin qismən ləğv olunması həmçinin MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2010-cu il qeydiyyat tarixli çıxarış və texniki pasportun ləğv edilməsi qərara alınmışdır. Lakin bu qərarda söhbət başqa bir çıxarışdan — ******* nömrəli çıxarışdan gedirdi; hazırki mübahisənin predmeti isə ******* nömrəli çıxarışdır. Başqa sözlə, 2011-ci il məhkəmə qərarı hazırkı işdə mübahisə predmeti olan əmlakla birbaşa bağlı deyildir. Cavabdeh orqanın bu qərarı istinad əsası kimi göstərməsi hüquqi cəhətdən yanlışdır. 2011-ci il qərarı çıxarışın ləğv edildiyi hissə üzrə X7 və X2 torpaq sahəsinin 2491,6 kvadrat metrdən ibarət olan hissəsindəki mülkiyyət hüquqlarının dövlət reyestrindəki qeydiyyatının ləğvini nəzərdə tutur; bu isə 10889,6 kvadrat metrlik ərazinin yalnız bir hissəsidir. Deməli, 2011-ci il qərarı ******* nömrəli çıxarışdakı tam hüquqların «xxxx» şirkətinin adma keçirilməsinin önündə hüquqi maneə deyildir, cavabdeh orqan isə 2011-ci il qərarının ##.##.2017-ci il tarixli qərardadla birlikdə bütün əmlak məsələsini həll etdiyi kimi yanlış bir mövqe sərgiləmişdir. Yuxarıda izah olunanları ümumiləşdirərək qeyd etmək lazımdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı bir sıra fundamental hüquqi məsələlər baxımından dərin ziddiyyətlər ehtiva edir. Iddiaçı «xxxx» Şirkəti Ticarət Mərkəzinin hüquqi marağı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. «xxxx» şirkəti 1997-ci ildən fəaliyyət göstərən hüquqi şəxs olmaqla, onilliklər boyu mübahisə predmeti olan torpaq sahəsindən qanuni əsaslarla istifadə etmişdir. Özəlləşdirmə sənədlərinin məzmunu, şirkətin nizamnamə kapitalına əmlakın daxil edilməsi faktı, fəaliyyətin fasiləsizliyi bütün bunlar şirkətin həmin əmlak üzərindəki mülkiyyət iddiasının hüquqi əsaslılığını sübut edir. Cavabdeh inzibati orqanın 2010-cu ildə apardığı qeydiyyat isə hüquqi şəxsin mülkiyyətini onun təsisçiləri olan fiziki şəxslərin adına rəsmiləşdirməklə maddi hüquq normalarından kənar addım atmış, «xxxx» şirkətinin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə əngəl yaratmışdır. Məhz bu hərəkətin qanunsuz hesab edilməsi və hüquqların bərpa edilməsi inzibati məhkəmə icraatının mahiyyət etibarilə məqsədinə tam uyğundur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən və X2 mülkiyyət hüquqlarının qeydə alındığı MA seriyalı ******* nömrəli Çıxarışın “xxxx” Şirkəti Ticarət Mərkəzinin adına dəyişdirilməklə onun bu əmlak üzərində hüquqlarının dövlət qeydiyyata alınması, çıxarışın, texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ MA seriyalı, ******* nömrəli, 309013007690-***** reyestr nömrəli çıxarış əsasında fiziki şəxslər – X7 və X2 adına ümumi birgə mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. Iddiaçının tələb etdiyi kimi, həmin torpaq sahəsi üzərində hüquqi şəxs olan “xxxx” Şirkəti Ticarət Mərkəzinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması, ilk növbədə həmin əmlakın ilkin olaraq iddiaçı tərəfindən əldə edilməsini təsdiq edən və ya hazırda mülkiyyətçi qismində qeydiyyatda olan şəxslərin iradəsini ifadə edən və qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilmiş əqdlərin (alqı-satqı, bağışlama və digər özgəninkiləşdirmə əqdlərinin) mövcudluğunu tələb edir. Belə əqdlərin bağlanması və rəsmiləşdirilməsi isə qanunla müəyyən edilmiş qaydada notariat orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Iş materiallarından görünür ki, X7 və Həsənova Afət Sadıq qızı iddiaçı müəssisənin həmtəsisçiləri olsalar da, ##.##.2010-cu il tarixdə bağlanmış Əmlak Məsələləri Dövlət Komitəsi ilə özəlləşdirilən müəssisə və obyektin (sözügedən əmlak kompleksinin) yerləşdiyi alqı-satqı müqaviləsini fiziki şəxslər kimi X7 və Həsənova Afət Sadıq qızı bağlamışlar. Həmin müqavilənin nəticəsi olaraq verilmiş MA seriyalı ******* nömrəli 309013007690-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mülkiyyətçi kimi həmin şəxslər göstərilmişlər. Bundan əvvəl həmin əmlaka dair 1997-ci ildə verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəslərə satılması haqqında şəhadətnamədə də mülkiyyətçi kimi X7, X6, X15, X4, X12, X14, X9 və X5 göstərilmişlər. Yəni “xxxx” şirkətinin əmlak komleksinə dair mülkiyyət hüquqlarını yarada biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkün sayılması üçün iddiaçının hüquq və ya qanunla qorunan mənafeyinə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində birbaşa və real müdaxilənin mövcudluğu müəyyən edilməlidir. Hüququn pozulması ehtimal xarakterli deyil, konkret və aşkar olmalı, iddiaçının subyektiv hüquqlarına təsiri birmənalı şəkildə müəyyən edilməlidir. Inzibati məhkəmə icraatının məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək və ya inzibati fəaliyyət həyata keçirmək səlahiyyətinə malik inzibati orqanlar arasında yaranmış hüquqi mübahisələrin həllindən ibarətdir. Bu baxımdan, inzibati məhkəmə tərəfindən mübahisəyə baxılması üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında inzibati-hüquqi xarakterli mübahisənin mövcudluğu və həmin mübahisənin inzibati orqan tərəfindən mahiyyəti üzrə həll edilməsinin mümkün olmaması müəyyən edilməlidir. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının istinad etdiyi hüquqların mövcudluğu və mübahisə predmeti olan daşınmaz əmlak üzərində hər hansı subyektiv hüquqa malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquq və qanunla qorunan mənafelərinin pozulması halı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının mübahisə predmeti ilə bağlı tələb irəli sürmək və həmin tələbin məhkəmə müdafiəsini istəmək üçün zəruri olan subyektiv hüquqi marağa malik olduğu qənaətinə gəlmək mümkün deyildir. Subyektiv hüququ və ya qanunla qorunan marağı təsdiq olunmayan şəxsin digər şəxslərdən hər hansı hərəkətin edilməsini tələb etməsi və həmin tələbin məhkəmə müdafiəsinə çıxarılması yolverilən hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-445/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-445/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver