Məhkəmə qərarları › İş №2-1(3-8)-448/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-448/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-448/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün alınmış 0.10 ha torpaq sahəsi üzərində daşınmaz əmlaka mülkiyyət hüququna dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh2 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh2 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2007-ci ildə Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinə fərdi mənzil tikintisi üçün torpaq ayrılması barədə müraciət etmişdir. Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün 0.10 ha torpaq sahəsi satılmış və hazırda həmin qərar qanuni qüvvədədir. Həmin arayış cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilməsi üçün verilmişdir. O bu torpağı Susayqışlaq bələdiyyəsi ilə alqı-satqı edərkən bələdiyyənin fonduna ##.##.2007-ci il tarixdə bank vasitəsi ilə ** nömrəli qəbz ilə 320 manat pul köçürmüşdür. Torpağın alqı-satqısına dair Akt ##.##.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində **** saylı nömrə ildə qeydə alınmışdır. ##.##.2023-cü ildə Susayqışlaq bələdiyyəsindən fərdi mənzil tikintisi üçün alınmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. ##.##.2024-cü il tarixdə ona cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubla cavab verilmişdir. Cavabda qeyd edilmişdir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Ona məxsus olan bu əmlak kənd təsərrüfatı torpaq deyildir. Uzun müddətdir ki, bu torpaqdan yaşayış yeri kimi istifadə edilir və ətrafında yerləşən eyni dərəcəli torpaqların sahibləri də bu torpağı yaşayış məqsədi ilə istifadə edir, həmçinin torpaqa mülkiyyət hüququna dair hissənidə Daşınmaz Əmlak İdarəsində rəsmişləşdirmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin və əvvəlki apellyasiya baxışı zamanı məhkəmənin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi 0.10 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində ##.##.2007-ci il tarixində qeydə alınmışdır. Bundan əlavə, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya satılmış 0.10 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Belə ki, həmin torpaq sahəsi elektron məlumat bazasında və X7 uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin müayinə aktından görünür ki, cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ei il tarixli ** saylı qərarı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsinə baxış keçirilmişdir və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçı X4 mülkiyyətinə verilmiş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsinin kateqoriyası torpaqların «elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir, qonşu torpaq sahələri ilə üst-üstə düşmür, kommunikasiya xətləri keçmir. İddiaçı X4 0.10 ha torpaq sahəsinin ətrafında (dörd tərəfində) üzərində mülkiyyət və icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və çıxarış verilməmişdir. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 publik hüquqi şəxsi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, məktuba qoşma kimi əlavə edilmiş Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi elektron kadastr məlumat bazasında olan DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Qusar rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayonu Susayqışlaq bələdiyyəsinin heç bir il üçün sənədləri Qusar rayon dövlət arxivinə təhvil verilməmişdir. Xaçmaz rayonu Yalama bələdiyyəsinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, həqiqətən Xaçmaz rayonu keçmiş Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı iclasın qərarı ilə Susayqışlaq bələdiyyəsinin ehtiyyat fondundan Bakı şəhəri sakini İddiaçı fərdi mənzil tikintisi üçün Susayqışlaq kəndi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə aid sənədlərin surəti bələdiyyələrin birləşməsi ilə əlaqədar Xaçmaz rayonu Yalama bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin DWJ məlumatında hüquqi statusu bələdiyyə mülkiyyəti, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla kolluqdur. Sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin də DWJ məlumatında hüquqi statusu bələdiyyə mülkiyyəti, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla kolluqdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007ci il tarixli ** saylı iclasının qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı qərarına əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ## ####### 2007-ci il tarixli, ****/* saylı rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni ## ####### 2007-cı ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti ödənilmişdir. Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarının və müvafiq orqanlar tərəfindən verilmiş rəylərin təqdim edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 publik hüquqi şəxsinə sorğu ünvanlanmışdır. Sonuncu tərəfindən ## ######## 2024-cü il tarixli məktubla qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia rədd edilmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının dəlilləri təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan baxılmasını və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı İddiaçı Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, adına çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsini tələb edir. İddiaçı tələbinin hüquqi və faktiki əsası kimi bələdiyyənin qeyd olunan qərarına, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ## ####### 2007-ci il tarixli, ****/* nömrəli rəyinə, torpaqların alqı-satqısına dair akta və ## ###### 2007-ci il tarixli, ** nömrəli ödəniş qəbzinə istinad etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsasını mübahisəli torpaq sahəsinin elektron kadastr məlumatlarında və X7 Uçotu İnformasiya Sistemində kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilməsi təşkil etmişdir. Buna görə hazırkı mübahisədə qiymətləndirilməli olan əsas məsələ yalnız torpağın hazırkı elektron məlumat bazasındakı göstəricisi deyil, sahənin iddiaçıya ayrıldığı tarixdə mövcud olmuş hüquqi və faktiki vəziyyət, həmin dövrdə səlahiyyətli orqanların qəbul etdikləri aktlar, bu aktların qüvvədə olub-olmaması, eləcə də eyni ərazidə və eyni hüquqi əsaslarla torpaq əldə etmiş digər şəxslərə münasibətdə cavabdehin sonrakı davranışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında da məhz bu məsələlərin araşdırılmasının zəruriliyi göstərilmişdir. Ali Məhkəmə qərarında qeyd edilmişdir ki, ## ####### 2007-ci il tarixli rəyə əsasən mübahisəli sahə bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarına aid hesab edilərək onun fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına etiraz olunmamış, sonrakı DWG və TEKUİS məlumatlarında isə sahə kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. Kassasiya instansiyası bu ziddiyyətə aydınlıq gətirilməsini, torpağın ayrıldığı tarixdəki kateqoriyasının müəyyən edilməsini, habelə qonşu torpaq sahələri üzrə qeydiyyat sənədlərinin və həmin sahələrin kateqoriyalarının araşdırılaraq bərabər yanaşma və etimadın qorunması prinsiplərinə qiymət verilməsini apellyasiya məhkəməsinin qarşısında vəzifə kimi qoymuşdur. Ali Məhkəmənin həmin göstərişlərinin icrası məqsədilə məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı əlavə araşdırma aparmışdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli sorğuları ilə bir tərəfdən mübahisəli torpaq sahəsinin bonitet balı və keyfiyyət qrupu, digər tərəfdən isə onun ətrafında yerləşən torpaq sahələri üzərində dövlət qeydiyyatına alınmış hüquqlar, qeydiyyatın aparılmasına əsas olmuş sənədlər və sahələrin ortofoto görüntüsündə yerləşməsi barədə məlumatların təqdim olunması tələb edilmişdir. Beləliklə, kassasiya instansiyasının qərarında açıq qalmış hər iki məsələ üzrə birbaşa aidiyyəti qurumlardan sübutlar əldə olunmuşdur. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, sorğuya əlavə edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Xaçmaz rayon Susayqışlaq bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2004cü il tarixli yerquruluşu planında 61 bonitet balına malik kənd təsərrüfatı təyinatlı, II keyfiyyət qrupu torpağı kimi göstərilmişdir. Məhkəmə kollegiyası bu məlumatı torpağın ayrılmasından əvvəlki ümumi kadastr göstəricisini təsdiq edən sübut kimi qəbul edir. Bununla yanaşı, cavabdeh1n * saylı Xaçmaz Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin ətrafında yerləşən bir sıra torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktuba qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər, çıxarışlar, plan və ölçü sənədləri, məhkəmə aktları, habelə mübahisəli və qonşu sahələrin qarşılıqlı yerləşməsini göstərən rəngli ortofoto görüntü əlavə edilmişdir. Belə ki, əlavə edilmiş çıxarışlardan görünür ki, mübahisəli sahənin ətrafında yerləşən torpaq sahələri üzrə 302013071427, 302013144739, 302013145113, 302013146211 və 302013146291 reyestr nömrələri ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahələrdən 0,10 ha olan torpaq sahələri müvafiq olaraq X5, X3, X1 və X2 adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş, onların kateqoriyası dövlət reyestrində “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilmişdir. Digər qonşu 0,22 ha sahə də xüsusi mülkiyyət hüququ ilə eyni kateqoriyada qeydiyyata alınmışdır. Qonşu sahələrə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin müqayisəsi göstərir ki, ən azı X5, X1, X2 və X3 verilmiş 0,10 ha torpaq sahələri iddiaçının sahəsi ilə eyni yaşayış məntəqəsində yerləşmiş, həmin sahələrin ayrılması da Susayqışlaq bələdiyyəsinin qərarları və həmin qərarlaın verilməsinə əsas olmuş torpaqayırma sənədləri ilə əlaqəli olmuşdur. Bu şəxslərin hüquqları, o cümlədən Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2-1(118)-2312/2025, ## ### 2025-ci il tarixli, 2- 1(118)-2437/2025 və ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarının icrası nəticəsində dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məlumatlar sadəcə mübahisəli sahənin yaxınlığında tikililərin mövcudluğunu deyil, daha mühüm olan hüquqi faktı, yəni eyni inzibati qərar, eyni torpaqayırma proseduru, eyni sahə ölçüsü və eyni ərazi ilə bağlı olan torpaq sahələrinin cavabdeh tərəfindən yaşayış məntəqələrinin torpaqları kateqoriyasında xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığını təsdiq edir. Buna görə həmin şəxslərin vəziyyəti iddiaçının vəziyyəti ilə müqayisə üçün yararlı və işin nəticəsinə təsir edən mühüm haldır. Kollegiya onu da qeyd edir ki, aparılmış əlavə araşdırma torpağın kateqoriyası ilə bağlı əvvəlki ziddiyyəti də aradan qaldırmamış, əksinə onun müxtəlif rəsmi məlumatlarda fərqli şəkildə əks olunduğunu təsdiqləmişdir. Belə ki, 2004-cü il tarixli yerquruluşu planında sahə kənd təsərrüfatı təyinatlı, II keyfiyyət qrupu torpağı kimi göstərilmiş, ## ##### 2025-ci il tarixli məlumatda onun uqodiyası örüş, ## ### 2025-ci il tarixli məlumatda isə kolluq kimi qeyd edilmişdir. Bunun qarşılığında torpaq sahəsinin ayrılmasından bilavasitə əvvəl verilmiş ## ####### 2007-ci il tarixli, ****/* nömrəli fərdi rəydə sahənin Susayqışlaq bələdiyyəsinin mülkiyyətinə və perspektiv inkişaf fondu torpaqlarına aid olduğu, fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasının məqsədəmüvafiq sayıldığı göstərilmişdir. Kollegiya qeyd edir ki, torpağın 61 bonitet balına və II keyfiyyət qrupuna malik olması onun münbitlik və keyfiyyət göstəricisini müəyyən edir. Bu göstərici özlüyündə həmin sahənin ## ####### 2007-ci il tarixdə əhalinin ümumi istifadəsində olan örüş sahəsi kimi faktiki istifadə edildiyini və xüsusi mülkiyyətə verilməsi qadağan olunan torpaqlara aid olduğunu qəti şəkildə təsdiq etmir. Xüsusilə də işdə olan müxtəlif kadastr məlumatlarında sahənin uqodiyasının bir halda örüş, digər halda kolluq göstərilməsi, eyni zamanda səlahiyyətli torpaq orqanının 2007-ci ildə onu perspektiv inkişaf fondu torpağı kimi qiymətləndirməsi yalnız sonrakı elektron məlumat bazasına əsaslanmaqla birmənalı nəticəyə gəlməyə imkan vermir. Məhkəmə kollegiyası sübutların zaman və konkretlik baxımından da qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, 2004-cü il yerquruluşu planı bələdiyyənin geniş ərazisi üzrə ümumi uçot məlumatını əks etdirdiyi halda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin ## ####### 2007-ci il tarixli rəyi məhz fərdi yaşayış evinin tikintisi üçün satılması nəzərdə tutulan konkret torpaq sahəsi üzrə, onun bələdiyyə mülkiyyətinə və perspektiv inkişaf fonduna aidiyyəti yoxlanılmaqla verilmişdir. Həmin rəydən sonra bələdiyyənin ## ####### 2007-ci il tarixli qərarı qəbul edilmiş, alqı-satqı rəsmiləşdirilmiş və akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində ## ###### 2007-ci il tarixdə 2755 nömrə ilə qeydə alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, torpağın ayrıldığı tarixdə sahənin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı sonradan informasiya sisteminə daxil edilmiş ümumi məlumatlar konkret torpaqayırma icraatı çərçivəsində səlahiyyətli dövlət orqanının verdiyi fərdi rəy və həmin rəyə əsaslanan qüvvədə olan bələdiyyə qərarı ilə birlikdə qiymətləndirilməlidir. Rəsmi məlumatlar arasındakı ziddiyyət iddiaçının hər hansı qanunsuz hərəkətindən yaranmamış, torpaqların uçotuna, kateqoriyasına və ayrılmasına məsul olmuş dövlət və bələdiyyə orqanlarının öz fəaliyyətindən irəli gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə Susayqışlaq bələdiyyəsinin ## ####### 2007ci il tarixli, ** saylı qərarının, habelə həmin qərarın qəbul edilməsinə əsas olmuş ## ####### 2007-ci il tarixli rəyin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməsi, geri çağırılması və qüvvədən düşmüş hesab olunması müəyyən edilməmişdir. Buna görə cavabdeh həmin aktları hüquqi dövriyyədə mövcud olmayan sənədlər kimi nəzərə almamaqla onların qüvvəsini faktiki olaraq aradan qaldıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə ## ###### 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, torpağın ayrılması üzrə inzibati icraatda rəylərin və razılaşdırmaların alınmaması kimi prosessual pozuntular belə yekun inzibati aktın hüquqi qüvvəsini öz-özünə aradan qaldırmır; yekun qərar qanunla müəyyən edilmiş qaydada geri çağırılana, ləğv edilənə və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı işdə isə zəruri rəy nəinki mövcuddur, həm də torpaq sahəsinin yaşayış tikintisi məqsədilə satılmasına səlahiyyətli torpaq orqanının etiraz etmədiyini birbaşa təsdiqləyir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair ## #### 2017ci il tarixli qərarında torpağın sənədlərdə göstərilən kateqoriyası ilə səlahiyyətli orqanın müəyyən etdiyi kateqoriya arasında uyğunsuzluğun qeydiyyatdan imtinaya əsas ola bilməsi barədə hüquqi mövqeyi də nəzərə alır. Lakin hazırkı işdə belə uyğunsuzluq sübuta yetirilmir. Əksinə, səlahiyyətli torpaq orqanının mübahisəli sahə üzrə 2007-ci ildə verdiyi fərdi rəy, bələdiyyə qərarı, həmin qərar əsasında aparılmış alqı-satqı və eyni hüquqi vəziyyətdə olan qonşu sahələrin yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyatı torpağın hüquqi statusuna dair cavabdehin istinad etdiyi elektron məlumatın mütləq və təkzibolunmaz olmadığını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bu konstitusion təminat eyni və ya mühüm cəhətlərinə görə oxşar hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibətin yalnız obyektiv, ağlabatan və işin nəticəsinə təsir edən əsaslarla izah edilə biləcəyini tələb edir. Konstitusion bərabərlik təminatı “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati fəaliyyət üçün konkret qayda kimi müəyyən edilmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir, 12.2-ci maddəyə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu normaların məqsədi inzibati orqanın ayrı-ayrı şəxslərə münasibətdə seçici davranmasının qarşısını almaq, inzibati praktikanın ardıcıl, əvvəlcədən görülə bilən və hüquqi müəyyənlik tələblərinə uyğun olmasını təmin etməkdir. Hazırkı işdə iddiaçı ilə müqayisə olunan şəxslərin torpaq sahələri eyni yaşayış məntəqəsində və eyni ərazidə yerləşir, sahələrin əksəriyyəti eyni ölçüdədir, eyni bələdiyyənin ## ####### 2007-ci il tarixli, ** saylı qərarı və onunla bağlı torpaqayırma sənədləri əsasında verilmişdir. Buna baxmayaraq, həmin şəxslərin torpaq sahələri dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alındığı halda, iddiaçıya münasibətdə eyni hüquqi nəticədən imtina edilmişdir. Cavabdeh iddiaçının vəziyyətini həmin şəxslərin vəziyyətindən fərqləndirən, belə fərqli rəftarı obyektiv əsaslandıran hər hansı mühüm hal göstərməmişdir. Qonşu torpaq sahələrinin bir qisminin məhkəmə qərarlarının icrası nəticəsində qeydiyyata alınması onların müqayisə üçün əhəmiyyətini aradan qaldırmır. Əksinə, həmin məhkəmə qərarları eyni bələdiyyə qərarı və oxşar torpaqayırma sənədləri əsasında yaranmış hüquqların dövlət qeydiyyatına alınmasını mümkün hesab edən formalaşmış məhkəmə yanaşmasını, cavabdehin həmin qərarları icra etməklə sahələri yaşayış məntəqələrinin torpaqları kimi reyestrə daxil etməsi isə hazırda mövcud olan faktiki və hüquqi qeydiyyat vəziyyətini göstərir. Belə şəraitdə yalnız iddiaçının sahəsi üzrə əks yanaşmanın saxlanılması Konstitusiyanın 25-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə uzlaşmır. Məhkəmə kollegiyası etimad hüququnun qorunması prinsipinin də hazırkı işdə tətbiq edilməli olduğunu hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Kollegiya qeyd edir ki, iş materiallarında cavabdehin müqayisə olunan torpaq sahələri üzrə qeydiyyat yanaşmasını ümumi və davamlı yeni praktika ilə dəyişdirdiyinə, yaxud fərqli rəftarın konkret ictimai maraqla əsaslandırıldığına dair sübut yoxdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçının qorunan etimadı təkcə torpaq sahəsindən uzun müddət faktiki istifadə etməsinə əsaslanmır. Bu etimad bələdiyyənin səlahiyyəti daxilində qəbul etdiyi qərar, səlahiyyətli dövlət torpaq orqanının müsbət rəyi, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi, alqı-satqı aktının tərtib olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsində qeydə alınması kimi ardıcıl rəsmi hərəkətlərdən yaranmışdır. Dövlət və bələdiyyə orqanlarının bir-birini tamamlayan bu davranışından sonra, uzun müddət keçdikdən və eyni vəziyyətdə olan qonşuların hüquqları qeydiyyata alındıqdan sonra həmin rəsmi hərəkətlərin nəticələrinin yalnız iddiaçıya münasibətdə tanınmaması hüquqi müəyyənlik və etimadın qorunması tələblərinə zidd olardı. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi bələdiyyə qərarının, rəyin, alqı-satqı aktının və ödəniş qəbzinin saxta və ya həqiqətə uyğun olmayan sənədlər olduğu müəyyən edilməmişdir. Əksinə, Yalama bələdiyyəsinin ## ##### 2025-ci il tarixli cavabı keçmiş Susayqışlaq bələdiyyəsinin ** saylı qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrıldığını və həmin sənədlərin bələdiyyələrin birləşməsi zamanı ona təhvil verildiyini təsdiq etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında istinad etdiyi “lazımi idarəetmə” prinsipinə görə dövlət orqanları mülkiyyət hüququ kimi əsas hüquqlarla bağlı məsələlərdə ardıcıl davranmalı, öz prosedurlarına əməl etməmələrindən fayda götürməməli, dövlət orqanlarının səhvlərinin riski dövlətin öz üzərində qalmalı və belə səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir. Eyni hüquqi yanaşma Ali Məhkəmənin hazırkı iş üzrə ## ###### 2026-cı il tarixli qərarında da ifadə olunmuş, torpaq sahəsinin ayrılması zamanı onun kateqoriyası və uqodiyası ilə bağlı tələblərə əməl olunmasının torpaqayırma icraatını aparan inzibati orqanın xidməti vəzifəsi olduğu və bununla bağlı risklərin həmin orqana aid edilməli olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş aktları dövlət qeydiyyatı üçün əsas hesab edir. Hazırkı işdə bələdiyyənin torpaq sahəsini iddiaçıya satması barədə qərarı, həmin qərarın qəbulundan əvvəl verilmiş müsbət dövlət rəyi, alqı-satqı aktı və ödənişi təsdiq edən sənəd birlikdə mövcuddur, bu aktların heç biri ləğv edilməmişdir. Cavabdehin imtinasında isə Qanunun 15-ci maddəsində nəzərdə tutulan və qüvvədə olan hüquqmüəyyənedici sənədləri, bərabər yanaşma və qorunan etimad prinsiplərini aradan qaldıra biləcək kifayət qədər əsas müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası əlavə araşdırma ilə əldə edilmiş sübutları Ali Məhkəmənin ## ###### 2026-cı il tarixli qərarında verilmiş göstərişlər, Konstitusiyanın 25 və 29-cu maddələri, “İnzibati icraat haqqında” Qanunun 12, 13, 19 və 64.2-ci maddələri, eləcə də formalaşmış konstitusiya və inzibati məhkəmə təcrübəsi ilə birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, torpağın kadastr məlumatlarında müxtəlif cür göstərilməsindən irəli gələn ziddiyyətin riski iddiaçının üzərinə qoyula bilməz. Eyni hüquqi və faktiki vəziyyətdə olan qonşu torpaq sahələri üzrə mülkiyyət hüquqları tanındığı, iddiaçının hüquqmüəyyənedici sənədləri qüvvədə qaldığı və fərqli rəftarı əsaslandıran mühüm hal müəyyən edilmədiyi üçün cavabdehin imtinası qanunauyğun və əsaslı hesab edilə bilməz; buna görə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə düzgündür. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulan hüquqi əsaslar mövcuddur və cavabdehin bu hüququ qeydiyyata almaqdan imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar