Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-449/2026 19.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İlham qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı İlham qızının vəkili-nümayəndəsi Vəkil, üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı İlham qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxslər üçüncü şəxs2 İsax qızı, üçüncü şəxs1 və Hüseyn İlyas Ağaşükür oğlu cəlb edilməklə) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı İlham qızı və üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Sumqayıt şəhər bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı protokol qərarından görünür ki, Novxanı bağları ərazisində sahəsi 1200 kv.m olan **** saylı bağ torpaq sahəsinin Əmirşahova (Vəliyeva) Pərvanə İlham qızının mülkiyyətinə verilməsi qərara alınmışdır.
2. ## #### 2005-ci il tarixli qəbzdən görünür ki, Əmirşahova (Vəliyeva) Pərvanə İlham qızı Sumqayıt bələdiyyəsinin hesabına 3000000 manat alqı-satqı haqqı pulu ödəmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Əmirşahova Pərvanə İlham qızının mülkiyyətinə verilmiş “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.metr olan bağ torpaq sahəsinə dair Əmirşahova Pərvanə İlham qızı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının mülkiyyət hüququnun tanınması, qətnamənin **** saylı bağ torpaq sahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızına mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir.
4. Bundan sonra Sumqayıt şəhəri, Novxanı bağ massivi, **** nömrəli 0,06 ha bağ sahəsi İddiaçı İlham qızının mülkiyyəti kimi qeydə alınmış və MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. İddiaçı İlham qızı və X1 arasında bağlanmış ##.##.2016-cı il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi əsasında torpaq sahəsi ##.##.2016-cı il tarixdə X1 adına rəsmiləşdirilmişdir.
6. Cavabdehin mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə biri 0.12 ha digəri 0.06 ha ölçüdə olan iki torpaq sahəsi mövcuddur. Sumqayıt şəhəri, Novxanı bağ massivində mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə yerləşən ************ reyestr nömrəli 0.12 ha torpaq sahəsi nümayəndə1 adına, ************ reyestr nömrəli 0.06 ha torpaq sahəsi isə məhkəmə qərarı əsasında qeydiyyata alınması üçün Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına sənədlər təqdim olunacağı təqdirdə qeydiyyata alınması nəzərdə tutulmuşdur. Sumqayıt Bələdiyyəsinin ## ### 2005-ci il tarixli ** saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövqe planı təqdim olunmadığından üst-üstə düşmə halının müəyyən olması mümkün olmamışdır. Hansı torpaq sahəsinin azalmasından söhbət getdiyi qeyd olunmadığından azalma ilə bağlı məlumatların verilməsi mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsinin * saylı, ## ###### 2005-ci il tarixli qərarı ilə X3 ayrılmış torpaq sahəsinə dair mövqe planı təqdim olunmadığından işin icrası mümkün olmamışdır. Torpaq sahəsinə dair mövqe planı, texniki kadastr göstəriciləri təqdim olunmadığından işin icrası mümkün olmamışdır.
Mülki mübahisə - 1
7. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Hüseyn İlyas Ağaşükür oğlu apellyasiya şikayəti vermişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Hüseyn İlyas Ağaşükür oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli *(***)-****)/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli *(***)-**/** saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı Sumqayıt şəhər bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən 400 kv.metr bağ torpaq sahəsinə dair onunla Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarılacaq məhkəmə aktının həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması tələbinə dair iddiası təmin edilməmişdir.
Mülki mübahisə - 2
11. Üçüncü şəxs üçüncü şəxs1 atası - nümayəndə1 başqa şəxslərə qarşı həmin bağ sahəsindən çıxarılma barədə iddia tələbi irəli sürmüş, həmin mülki iş üzrə müvafiq məhkəmə qərardadı (## ##### 2007-ci il tarixli) ilə tərəflər arasında barışıq sazişi imzalanmış, mülki iş üzrə icraata xitam verilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ######## 2011-ci il tarixli qərardadı ilə Hüseyn İlyas tərəfindən verilmiş qərardadın icraya yönəldilməsi barədə ərizəsi təmin edilmiş, ## ##### 2007-ci il tarixli məhkəmə qərardadının icraya yönəldilməsi, ## ##### 2007-ci il tarixli barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.m olan bağ sahəsi 1200 kv.m iddiaçı nümayəndə1, 200 kv.m Əmirşahova Pərvanə İlham qızının, 400 kv.m. cavabdeh Hüseyn İlyas Ağaşükür oğlunun, 600 kv.m cavabdeh üçüncü şəxs2 İsax qızının icarələrinə verilməklə, B-**** saylı 1200 kv.m bağ torpaq sahəsi bütövlükdə iddiaçı nümayəndə1 icarəsində saxlanılmaqla bölünməsi qərara alınmış, həmin qərardada dair icra sənədinə Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsinə əsasən tam icra olunduğundan icraata xitam verilmişdir (## ### 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərar).
13. Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına qeydiyyata alınmış ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarış əsasında İddiaçı İlham qızı ilə X1 arasında bağlanmış ##.##.2016-ı il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi və X1 adına rəsmiləşdirilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qərara alınmışdır.
14. Bundan sonra Hüseyn İlyas Ağaşükür oğlu və üçüncü şəxs1 arasında bağlanmış *M-*** saylı, ## ### 2022-ci il tarixli saziş əsasında Hüseyn İlyas Ağaşükür oğlu ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.04 ha hissəsindən üçüncü şəxs1 tərəfindən ona 12.000 manat ödənilməsi müqabilində Sumqayıt Apellyasiya Məhkəməsinin *MK-***/**** saylı, ## ##### 2007-ci il tarixli qərardadının icrasından üçüncü şəxs1 xeyrinə imtina etmişdir. Həmçinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin **** saylı, ## ###### 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin icrasından Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsi əsasında üçüncü şəxs1 xeyrinə imtina edilmişdir.
15. Hüseyn İlyas Ağaşükür oğlunun kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli Qətnaməsi ləğv edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011ci il tarixli Qətnaməsi əsasında üzərində hüquqların qeydiyyata alındığı sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia rədd edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)****/**** nömrəli ## ### 2021-ci il tarixli Qətnaməsi ilə qeydiyyatın ləğv edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq əməliyyat aparılmışdır. Həmçinin hazırkı müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bu səbəbdən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən **** saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
16. Sumqayıt Bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı nə bələdiyyə tərəfindən, nə də məhkəmə tərəfindən ləğv edilməmiş və bu günə kimi qüvvədədir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin ## ### 2005-ci il tarixli,** saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin ## ### 2005ci il tarixli, ** saylı iclasının qərarı ilə Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin qərar qəbul edilərkən tərəfindən 3000000 manat məbləğində torpağın alqı-satqı haqqı bələdiyyənin hesabına ödənilmiş, torpaq sahəsinin planısxemi çəkilərək ona təqdim olunmuşdur. Lakin adı çəkilən bələdiyyə qərarı qəbul edilərkən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmadığından torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmədiyi üçün 2011-cı ildə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011ci il tarixli qətnaməsi ilə onun iddia tələbləri təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin ## ### 2005-ci il tarixli,** saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Adı çəkilən məhkəmə qətnaməsi əsasında da sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək, adına qeydiyyat tarixi ##.##.2011-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” tərtib edilmışdır. Sonradan o, qeyd edilən bağ sahəsini bağışlama müqaviləsi əsasında yaxın qohumu olan X1 bağışlamış və sonuncunun torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ancaq sonradan Hüseyn İlyas Ağaşükür oğlu mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinə iddia edərək müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və çıxarılmış məhkəmə aktları ilə mübahısələndırilən bağ torpaq sahəsinə dair onunla X1 arasında bağlanmış bağışlama müqaviləsi və torpaq sahəsinə dair onun və X1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar etibarsız hesab edilmişdir. Məhkəmələr bu nəticəyə gələrkən Hüseyn İlyas Ağaşükür oğlunun, onun və digərlərinin iştirak etdiyi başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi barədə ## ##### 2007-ci il tarixli qərardadına istinad etmişdir ki, həmin qərardada əsasən Hüseyn İlyas Ağaşükür oğluna 400 kvadrat metr, ona da 200 kvadrat metr torpaq sahəsi qalmışdır. Halbuki, bələdiyyə qərarı ilə ona 1200 kvadrat metr torpaq sahəsi ayrıldığı halda məhz bu barışıq sazişi əsasında onun istifadəsində cəmi 600 kvadrat metr sahəsi qalmışdır. Ancaq məhkəmə mübahisələri başa çatdıqdan Hüseyn İlyas Ağaşükür oğlu müvafiq pul məbləği müqabilində iddia etdiyi 400 kvadrat metr torpaq sahəsindən imtina edəcəyinə dair təklif irəli sürmüş, danışıqlar nəticəsində Hüseyn İlyas Ağaşükür oğlu 12.000 manat pul müqabilində sözügedən torpaq sahəsindən imtina etmişdir. Bununla bağlı Hüseyn İlyas Ağaşükür oğlu ilə üçüncü şəxs1 arasında Sumqayıt şəhər * saylı notariat ofisində ## ### 2022ci il tarixdə saziş (kompensasiya) bağlanılmışdır ki, həmin sazişə əsasən Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsinin mübahisələndirilən 400 kvadrat metrindən imtina etməsi müqabilində Hüseyn ilyas Ağaşükür oğluna üçüncü şəxs1 tərəfindən 12.000 manat pul ödənilmiş, Hüseyn İlyas Ağaşükür oğlu da bunun müqabilində mübahisələndirdiyi 400 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsi ilə bağlı çıxarılmış bütün məhkəmə aktlarının icrasından imtina etmişdir. Ancaq həmin saziş bağlanılarkən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən artıq icra olunmuş və torpaq üzərində həm onun, həm də üçüncü şəxs1 mülkiyyət hüququna dair dövlət qeydiyyatı ləğv edilmişdir. Mübahisələndirilən bağ sahəsinin faktiki olaraq onun istifadəsində qaldığını, torpaq sahəsinə dair mübahisənin artıq olmadığını və bağ sahəsinin mülkiyyətinə verilməsinə dair bələdiyyə qərarının hal-hazırda da qüvvədə olduğunu nəzərə alaraq o, ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin ## ### 2005ci il tarixli,** saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun yenidən qeydiyyata alınmasını xahiş etmişdir. Ərizəsində də yuxarıda sadalananları qeyd etmiş, torpağa dair mübahisənin artıq qalmadığını bildirərək müvafiq hüquqmüəyyənedici sənədləri də müraciətinə əlavə etmişdir. Lakin cavabdeh bağ torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi idarəsinin müraciətinə verdiyi ## ######## 2022-ci il tarixli, ************ saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina olunmasının səbəbləri kimi adına aparılmış əvvəlki qeydiyyatın məhkəmə qaydasında ləğv edilməsi və müraciətinə qanunvericiliklə müəyyən edilmiş hüquq müəyyənedici sənədlərin əlavə edilməməsi göstərilmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia rədd edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız sayılmasına dair məhkəmə qərarı mövcuddur və həmin qərar qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin icrasından Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsi əsasında üçüncü şəxs1 xeyrinə imtina edilmişdir. Belə olan halda iddiaçının mübahisələndirdiyi bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Qeyd edilən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığından və iddiaçı tərəfindən hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
21. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Həmçinin üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə zidd qərar çıxarmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki,”...İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki,"İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir.Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır(“lnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)...Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur...Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətinə ayrılmasına dair inzibati akt qüvvədə olduğu təqdirdə, cavabdehin hüququn qeydiyyatından imtinası qanuni və əsaslı sayıla bilməz. Həmçinin, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Cavabdehin imtina məktubunda istinad etdiyi halların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları,o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə tailinməsini” özündə ehtiva edən 15.1-ci maddənin tələblərində göstərilən halların heç biri ilə uzlaşmadığından, onun hüququnun qeydiyyatından cavabdehin imtinası qanuni,əsaslı və ədalətli hesab oluna bilməz. Lakin məhkəmə işə baxarkən qanunveriiliyin bütün bu tələblərini diqqətə almamış, tamamilə əsassız olaraq torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin ## ### 2005ci il tarixli, ** saylı iclasının qərarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığı qənaətinə gələrək onun tərəfindən hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmadığından, cavabdehin müraciətindən imtinasını qanuni və əsaslı saymışdır. Beləliklə, sadalananlardan aydın olur ki, məhkəmə iddiaçı olaraq onun tələbini qanuni və əsaslı saymamaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə onun adına verilmiş bələdiyyə qərarının inzibati akt olaraq hal-hazırda da qüvvdə olduğuna, həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliklə müəyəyn edilmiş qaydada mülkiyyətimə ayrıldığına, torpağın mülkiyyətinə ayrılmasına görə torpağın alqısatqı haqqının tərəfindən bələdiyyəyə ödənilməsinə, həmin inzibati akt əsasında daha öncə mübahisələndirdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada mənim mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyatına alınmasına hər hansı hüquqi qiymət verməyərək inzibati- prosessual qanunvericilik normalarının pozuntusuna yol vermişdir. Təəssüf ki, işə baxan məhkəmə bu dəlillərini və iş üzrə müəyyən edilmiş halları heçə sayaraq iddia tələbini əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında cavabdehin müraciətindən imtinası nəticəsində hüququmun pozulmadığına dair əsassız qənaətə gəlmişdir. Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərir.
24. Üçüncü şəxs üçüncü şəxs1 apellyasiya şikayəti iddiaçının apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən faktiki ölçüsü 600 kvadrat metr olan **** saylı bağ torpaq sahəsi üzərində iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, saziş bağlanan zaman üçüncü şəxs1 torpaq sahəsinə dair səlahiyyəti olmasa da, indiki halda bütün tərəflər həmin sazişin şərtlərini qəbul edərək, həmin şərtlərə razılığa-sazişi bəyənməyə dair iradə ifadələrini aşkar şəkildə bəyan edirlər. Həmçinin, qeyd edilməldir ki, iddiaçı və üçüncü şəxs üçüncü şəxs1 hüquqi marağı eyni olmaqla, həmin torpaq sahəsi faktiki onların istifadəsindədir, onların niyyəti məhz həmin torpaq sahəsinin sənədləşdirilməsindən ibarətdir, üçüncü şəxs üçüncü şəxs1 də məhz iddiaçının adına torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir.
27. Kollegiya hesab etmişdir ki, qeyd edilən hallara əsasən həmin sazişin yaratdığı hüquqi nəticələr iddiaçı və üçüncü şəxslər üçün etibarlı olmaqla, hüquqi qüvvəyə malikdir. Bu baxımından üçüncü şəxs Hüseyn İlyasın 400 kv.m torpaq sahəsindən imtina etməsi halı ilə bağlı yaratdığı hüquqi nəticələr etibarlı sayılmalıdır.
28. Belə olan halda kollegiya hesab etmişdir ki, indiki halda üçüncü şəxs özü həmin torpaq shaəsindən imtina etdiyindən, bu hal iddiaçıya münasibətdə də hüquqi nəticə yaratdığından müvafiq məhkəmə qərardadı ilə iddiaçıya 200 kv.m. torpaq sahəsi verilməsi ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır.
29. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin həmin hissədə də hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin hissədə də iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bununla yanaşı kollegiya qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin faktiki ölçüsünün 0,0632 ha olduğu, onun 0,0229 ha hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İndiki halda iddiaçının tələbi məhz 0,06 ha torpaq sahəsi ilə bağlı olduğundan, mühafizə zonasına düşən hissə artıq olan sahədə yerləşdiyindən, habelə cavabdeh imtina və etirazın əsası kimi həmin hala istinad etmədiyindən, həmin halın əlavə olaraq aydınlaşdırılması zərurəti mövcud olmamışdır.
30. Bundan əlavə, hətta iddia tələbinin predmeti olan torpaq sahəsi elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi halı müəyyən edilmiş olsa idi belə, bu hal qüvvədə olan qanunvericilik normalarının (elektrik xəttindən istifadə qaydalarının) tələbinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməyəcəkdi. Qeyd edilən hallara əsasən kollegiya hesab etmişdir ki, iddiaçı və üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməlidir.
31. Üçüncü şəxs üçüncü şəxs2 İsax qızı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) kassasiya instansiyası məhkəməsindəki icraat
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə üçüncü şəxs üçüncü şəxs2 İsax qızının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı **** saylı bağ torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə iddiaçının adına ayrılmış və bu qərar hazırda da qüvvədə qalır.
34. Bununla yanaşı, iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış və məhkəmə tərəfindən təsdiq edilmiş ## ##### 2007-ci il tarixli barışıq sazişinə əsasən torpaq sahələrinin bölgüsü nəzərdə tutulsa da, həmin bölgünün naturada tam şəkildə həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi və bölgü planının tərtib olunması sübuta yetirilməmişdir. Nəticədə iddiaçının hazırda tələb etdiyi 600 kv.m torpaq sahəsinin konkret olaraq hansı ərazini əhatə etdiyi, həmin sahə üzərində onun hüququnun hansı əsaslarla yarandığı və bu hüququ təsdiq edən sənədlərin mövcudluğu aydınlaşdırılmamışdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istifadəsində qalmış 200 kv.m torpaq sahəsindən əlavə tələb etdiyi 400 kv.m torpaq sahəsinə dair hüququn hansı əsasla əldə edildiyi müəyyən edilməmişdir. Xüsusilə, Hüseyn İlyas Ağaşükür oğlunun müəyyən məbləğ müqabilində torpaq sahəsinə dair iddiasından imtina etməsi həmin sahə üzərində hüququn avtomatik olaraq iddiaçıya keçməsi üçün hüquqi əsas yaratmır. Həmin hüququn iddiaçıya hansı sənəd və ya hüquqi fakt əsasında ötürüldüyü araşdırılmamışdır.
36. Bundan əlavə, torpaq sahələrinin sənədlər üzrə bölünməsinə baxmayaraq, bölgüsxemin və ya plan-ölçünün mövcudluğu, habelə hər bir şəxsə məxsus sahələrin dəqiq sərhədləri müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının tələb etdiyi torpaq sahəsinin digər şəxslərə, o cümlədən kassatora aid torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi də aydınlaşdırılmamışdır.
37. Kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi 600 kv.m torpaq sahəsinə münasibətdə subyektiv hüququnun mövcudluğu tam sübuta yetirilmədən, torpaq sahəsinin sərhədləri, yerləşmə yeri və hüquqi mənsubiyyəti müəyyən edilmədən iddianın təmin olunması maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Buna görə də mübahisəyə yenidən baxılarkən iddiaçının həmin torpaq sahəsinə hüququnun olub-olmaması, torpaq sahəsinin digər şəxslərin hüquqlarına təsir edib-etməməsi araşdırılmalı, zərurət yarandığı halda ekspertiza təyin edilməli və yalnız bundan sonra iş üzrə əsaslandırılmış hüquqi qiymət verilməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 39 Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi nümayəndə1 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
40. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh DƏDKR phş-nin * saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi nümayəndə2 və üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs üçüncü şəxs2 İsax qızının nümayəndəsi Hüseyn İlyas Ağaşükür oğlu apellyasiya şikayətlərinə etiraz edərək, izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
43. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. (...)
44. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (...) Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
45 Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
51. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsindən ibarətdir.
52. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
53. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir.
54. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. İlk öncə qeyd edilməlidir ki, mübahisəli ərazi üzrə ümumilikdə üç bələdiyyə sənədi mövcud olmuşdur. Onlar ilki ****B nömrəli ##.##.2005-ci il tarixli, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsi nümayəndə1, ## ### 2005-ci il tarixli, ** saylı qərarı ilə Novxanı bağları ərazisində yerləşən **** nömrəli, ümumi sahəsi 1200 kvadratmetr olan bağ torpaq sahəsi Pərvanə İlham qızı Vəliyevaya (Əmirşahova), daha sonra isə **** saylı, ##.##.2005-ci il tarixli qərarla sahəsi 1000 kv.m olan bağ torpağı Cavadova Mehribana ayrılmışdır.
56. Belə ki, Sumqayıt Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarı ilə Novxanı bağları ərazisində yerləşən **** nömrəli, ümumi sahəsi 1200 kvadratmetr olan bağ torpaq sahəsi Pərvanə İlham qızı Vəliyevanın (Əmirşahovanın) mülkiyyətinə verilmişdir. Həmin qərarın icrası məqsədilə iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri tam ödənilmiş, ## #### 2005-ci il tarixli kassa qəbzi ilə Sumqayıt Bələdiyyəsinin hesabına 3.000.000 manat məbləğində vəsait köçürülmüş, torpaq sahəsinin plan-sxemi hazırlanmış, naturada ölçülərək iddiaçıya təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilmişdir. Beləliklə, torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin iradəsi yalnız inzibati qərarla məhdudlaşmamış, həmin qərar faktiki qismən 600 kv sahəyə münasibətdə icra edilmişdir.
57. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin ## ###### 2023-cü il tarixli məktubu ilə də təsdiq edilir ki, ## ### 2005-ci il tarixli ** saylı qərar nə bələdiyyə tərəfindən, nə də hər hansı məhkəmə qərarı ilə ləğv edilmiş, etibarsız sayılmış və ya hüquqi qüvvədən düşmüşdür. Deməli, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd hazırda da qüvvədədir və hüquqi əhəmiyyətini itirməmişdir.
58. Həmçinin iş materiallarından görünür ki, nümayəndə1 digər şəxslərə qarşı torpaq sahəsindən çıxarılma barədə iddiasına baxılarkən tərəflər arasında ## ##### 2007-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin saziş Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2007-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sonradan isə ## ######## 2011-ci il tarixli qərardadla həmin barışıq sazişi icraya yönəldilmişdir. Lakin həmin saziş ilə tərəflər arasında mülkiyyət hüququnun müəyyən edilməsi deyil, yalnız torpaq sahələrin tərəflər arasında icarəsində saxlanılması müəyyən edilmişdir. Bu səbəbdən hüquqi marağı olan tərəflər razılıq əldə edilmiş torpaq sahələrinə dair müvafiq reyestrdə qeydiyyatın aparılması mümkün olmamışdır.
59. Bununla bağlı barışıq sazişinin icrası ilə bağlı icra qurumuna müraciət edilsədə ##.##.2026-cı il tarixli məktubla cavab verilərək hər hansı icra işinin arxivdə olmaması müəyyən edilmişdir. Lakin məhkəmə tərkibi bununla bağlı tərəflər ilə müzakirə aparmış, icra işinin yekunlaşmadığını bildirmişlər. Buna səbəb kimi qeyd edilən barışıq sazişində mülkiyyət hüquqlarının müəyyən edilməsi olmadığından yalnız tərəflərin razılıqları mövcud olduğundan icra işinin hüquqi nəticələnməsində faktiki cəhətdən mövcud olmayacağını bildirmişlər.
60. Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər **** saylı torpaq sahəsinin faktiki istifadəsini qarşılıqlı razılıq əsasında yenidən müəyyən etmişlər. Həmin razılaşmaya əsasən İddiaçı istifadəsində 200 kvadratmetr, Hüseyn İlyas Ağaşükür oğlunun istifadəsində 400 kvadratmetr, üçüncü şəxs2 İsax qızının istifadəsində isə 600 kvadratmetr torpaq sahəsinin qalması razılaşdırılmışdır.
61. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq məcburi hüquqi nəticələr yaratmış və tərəflər üçün icrası məcburi olan məhkəmə aktına çevrilmişdir. Ən mühüm məqam isə ondan ibarətdir ki, həmin qərardad sonradan heç bir məhkəmə tərəfindən ləğv edilməmiş, etibarsız hesab edilməmiş və hüquqi qüvvəsini itirməmişdir.
62. İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2011-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və faktiki istifadəsində olan 600 kvadratmetr torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmışdır. Məhz həmin qətnamə əsasında dövlət qeydiyyatı aparılmış, daha sonra isə torpaq sahəsi bağışlama müqaviləsi ilə Firuzə Əsgərovanın adına keçirilmişdir.
63. Lakin sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2019-cu il tarixli qərarı ilə həmin qətnamə ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmə öz qərarında göstərmişdir ki, iddiaçının məqsədi mülkiyyət hüququnun dövlət qeydiyyatına nail olmaq olmuşdur və dövlət qeydiyyatından imtina inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməli idi. Məhz bu səbəbdən mülki iddia təmin edilməmişdir.
64. Ali Məhkəmənin həmin qərarından sonra Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2021ci il tarixli qətnaməsi ilə 2011-ci il qətnaməsi əsasında aparılmış dövlət qeydiyyatı və sonrakı bağışlama müqaviləsi etibarsız hesab edilmişdir.
65. Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, nə Ali Məhkəmənin ## ####### 2019-cu il tarixli qərarında, nə də Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2021-ci il tarixli qətnaməsində ## ##### 2007-ci il tarixli barışıq sazişi və həmin sazişlə müəyyən edilmiş bölgü ləğv edilməmişdir. Əksinə, sonrakı məhkəmə aktlarında da məhz həmin barışıq sazişinə istinad edilmişdir.
66. Bu səbəbdən hazırkı hüquqi vəziyyətdə 2011-ci il qətnaməsinə əsaslanan 600 kvadratmetr torpaq sahəsi üzərində hüquq artıq mövcud hesab edilə bilməz. Çünki həmin hüququ yaradan məhkəmə aktı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.
67. İş üzrə üçüncü şəxs Hüseyn İlyas Ağaşükür oğlunun sonradan ## ### 2022-ci il tarixdə üçüncü şəxs1 ilə bağladığı kompensasiya sazişi də bu nəticəni dəyişmir. Həmin sazişə əsasən Hüseyn İlyas Ağaşükür oğlu 12.000 manat məbləğində kompensasiya almaq müqabilində özünə məxsus hesab etdiyi 400 kvadratmetr hissəyə dair bütün hüquq iddialarından və məhkəmə qərarlarının icrasından imtina etmişdir.
68. Lakin həmin saziş İddiaçı hüquqlarının həcmini artıran hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Çünki bir şəxsin öz hüququndan imtina etməsi digər şəxs üçün avtomatik olaraq yeni mülkiyyət hüququ yaratmır. Bunun üçün qanunla nəzərdə tutulmuş yeni hüquqi əsas – yeni bələdiyyə qərarı, müqavilə və ya məhkəmə qərarı olmalıdır. Belə bir hüquqi əsas isə iş materiallarında mövcud deyildir.
69. Belə olan halda, Hüseyn İlyas Ağaşükür oğlunun 400 kvadratmetr hissədən imtina etməsi yalnız həmin hissəyə münasibətdə onun iddialarına son qoymuş hesab edilə bilər, lakin bu hal İddiaçı hüququnun 600 kvadratmet üzərində mülkiyyət hüququnun təsdiq edilməsi üçün əsas vermir.
70. Nəticə etibarilə, iş üzrə mövcud olan bütün sübutlar və qanuni qüvvədə olan məhkəmə aktları birlikdə qiymətləndirildikdə müəyyən edilir ki, Sumqayıt Bələdiyyəsinin ## ### 2005-ci il tarixli ** saylı qərarı qüvvədə qalmaqda davam etsə də, tərəflər arasında torpaq sahəsinin faktiki hüquqi bölgüsü ## ##### 2007-ci il tarixli barışıq sazişi ilə dəyişdirilmiş və həmin bölgüyə əsasən İddiaçı hüququ 200 kvadratmetr torpaq sahəsi ilə məhdudlaşmışdır. Sonrakı məhkəmə qərarlarının heç biri bu hissəyə dair hüququ aradan qaldırmamış, yalnız 2011-ci il qətnaməsi əsasında tanınmış əlavə 400 kvadratmetr hissəyə dair hüquqi nəticələri ləğv etmişdir.
71. Bu isə onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin ərazisi 2400 kv.m olmuş, onun 1200 kv.m sahəsi nümayəndə1, 1200 kv.m sahəsi İddiaçı ayrılmış, daha sonra İddiaçı ayrılmış sahədən 1000 kv.m sahə isə Cavadova Mehribana ayrılmış, sonuncu öz növbəsində onu Abdullayev İqar Əzizağa oğluna satmışdır. Bu isə özünü tərəflər arasında bağlanmış 2007-ci il tarixli saziş ilədə özünü göstərmişdir. Bundan sonra iddiaçının faktiki istifadəsində və hüquqi sahibliyində cəmi 200 kv.m sahə qalmışdır.
72. Bundan əlavə, iş üzrə əldə edilmiş mütəxəssis rəyi və yerində aparılmış müayinələrin nəticələri göstərir ki, mübahisə predmeti olan torpaq sahəsi (0.06 ha) naturada mövcuddur, sərhədləri müəyyən edilə bilir, faktiki ölçüsü sənəd üzrə göstərilən 0,06 hektara uyğundur və başqa şəxsin dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Mütəxəssis rəyində ərazidə biri 0,12 hektar, digəri isə 0,06 hektar olmaqla iki ayrıca torpaq sahəsinin mövcud olduğu, 0,12 hektar torpaq sahəsinin nümayəndə1 adına qeydiyyata alındığı göstərilmişdir. ## ###### 2025-ci il tarixli müayinə aktından isə görünür ki, 0,06 hektar torpaq sahəsi faktiki olaraq boş vəziyyətdədir, sərhədləri müəyyən edilmişdir və onun başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Bu hallar cavabdeh inzibati orqanın torpaq sahəsinin mövcud olmaması və ya digər torpaq sahələri ilə toqquşması barədə hər hansı əsaslı arqumentinin olmadığını göstərir.
73. Məhkəmə kollegiyası həmçinin mübahisəli (600) kv.m sahəsinin kimin sahəsi olması barədə hissəsinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı mərhələsində məhkəməyə təqdim edilmiş müayinə aktına əlavə edilmiş ortofoto göürüntüsü tərəflərə göstərilmiş və həmin sahəsinin faktiki olaraq üçüncü şəxs1 istifadəsində olması müəyyən edilmiş, 200 kv.m sahə iddiaçıya məxsus olsada digər 400kv.m sahədə üçüncü şəxs1 istifadəsində olmaqla ümumilikdə sonuncunun istifadəsində olmuşdur. Bu isə bir daha onu deməyə əsas verir ki, iddiaçının iddia etmiş olduğu 600 kv.m sahə faktiki üçüncü şəxs1 istifadəsindədir və o 400 kv.m sahə üzərində icarə hüquqları əldə etmiş (tərəflərin razılşaması ilə) digər 200 kv.m sahəyə isə (iddiaçıya məxsus) heç bir hüquq əldə etməmişdir.
74. Həmçinin məhkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçı əvvəl 600 kv.m sahə ilə bağlı məhkəmə qətnaməsi əsasında mülkiyyət hüquqlarını əldə etməsinə baxmayaraq , həmin məhkəmə qətnaməsi ləğv edilməklə ona verilmiş dövlət reyetsrdə ləğv edilmişdir. Yəni iddiaçının əldə etmiş olduğu hüquq ilkin əvvəlki vəziyyətinə qaytarılmaqla 200 kv.m sahə ilə yekunlaşmışdır. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, iddiaçının geriyə qalan 400 kv.m sahəni istəməkdə subyektiv hüququ mövcud olmamışdır. Ama bu onun 200 kv.m sahə üzrə hüquqlarının məhdudlaşdırılması isə nəticələnməməli və həmin hüquqları qeydiyyata alınmalıdır.
75. Bu baxımdan cavabdeh inzibati orqanın yalnız əvvəlki məhkəmə qərarlarının ləğv edilməsinə istinad etməklə dövlət qeydiyyatından imtina etməsi əsaslı hesab edilə bilməz. Çünki hüquqmüəyyənedici bələdiyyə qərarı qüvvədə qalmış, torpaq sahəsi naturada mövcud olmuş və onun başqa şəxsin hüquqlarını pozduğu müəyyən edilməmişdir.
76. Lakin hazırkı mübahisənin düzgün həlli üçün yalnız bələdiyyə qərarının mövcudluğu kifayət etmir. İş üzrə sonradan qəbul edilmiş və hüquqi qüvvədə olan bütün məhkəmə aktları birlikdə qiymətləndirilməlidir.
77. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan torpaq sahəsinin (600 kv.m) bütünlükdə istifadədə olduğundan, ondan 200.kv.m sahənin bölgüsünün aparılması ilə bağlı iddiaçı ilə faktiki sahibliyi həyata keçirən üçüncü şəxs1 ilə mübahisə olmadığından, həmçinin ortofotoya nəzərə yetirdikdə 600 kv.m sahədən 200 kv.m sahənin naturada bölünməsi real olduğundan ( ön hissəsi bütünlükdə yol olduğundan) bu hissəyə əlavə ekspertiza keçirilməklə yerinin müəyyən edilməsini zəruri hesab etməmişdir.
78. Buna görə də mövcud hüquqi vəziyyət, qüvvədə olan məhkəmə aktları və iş üzrə sübutların məcmusu nəzərə alınmaqla İddiaçı məhz 200 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud olduğu qəbul edilməli və dövlət qeydiyyatı da yalnız həmin həcmdə aparılmalıdır. Bu nəticə həm hüquqi müəyyənlik prinsipinə, həm qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyinə, həm də mülki hüquqda hüququn yalnız qanuni hüquqmüəyyənedici əsaslar əsasında yaranması prinsipinə tam uyğundur.
79. Sadalananlara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin həmin hissədə də hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin hissədə də iş üzrə gəldiyi nəticə yanlış olmuşdur.
80. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı və üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri qismən aəsaslı olduğundan, qismən təmin edilməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə ayrılmış “Novxanı bağları” ərazisində yerləşən faktiki ölçüsü 200 kv. metr olan **** saylı bağ torpaq sahəsi üzərində iddiaçı Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.