Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-456/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Sumqayıt şəhər Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, ** nömrəli qərarının surətindən görünür ki, iddiaçıya “Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış mənətəqəsində, 7-ci məhəllə ərazisində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Sumqayıt Bələdiyyəsinin ## ### 2025-ci il tarixli, **** nömrəli məktubunun surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli (protokol №**) qərarı qüvvədədir, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı ## #### 2025ci il tarixli imtina bildirişdən görünür ki, sözügedən torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi və s.) ərizəyə əlavə olunmadığı, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin meşə fondu torpaqlarına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin cavabdehə ünvanladığı ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubdan görünür ki, təqdim edilmiş koordinatlar Giləzi meşəbəyliyinə aid meşə quruluşu xəritə-materialları ilə müqayisəli şəkildə təhlil edilmiş və ərazinin meşə fondu olduğu müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsinin ## ##### 2026-cı il tarixli, **** nömrəli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli,** saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin cənubu, ’’Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsi ərazisində sahəsi 600 kvadrat metr olan torpaq sahəsi İddiaçı ayrılmışdır. Sözügedən bələdiyyə qərarı qəbul edilərkən torpağın yerquruluşu planı tərtib edilmədiyindən,həmin sənədin məhkəməyə təqdim olunması mümkün deyildir. Həmçinin onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları,o cümlədən Sumqayıt Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, ** saylı iclasının qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir. Bu səbəbdən sorğuda tələb olunan sənədlərin və məlumatların, o cümlədən torpağın hansı hüquqla iddiaçıya ayrılması, onun tərəfindən torpağın alqısatqı haqqının bələdiyyəyə ödənilib-ödənilməməsi barədə məlumatların tərəfimizdən təqdim edilməsinin mümkün olmadığını məhkəmənin nəzərinə çatdırırıq. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Sumqayıt Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş tərəfindən təqdim edilmiş ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması səbəbindən müayinə (baxış) aktında torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Ancaq elektron kadastr məlumat bazasında sözügedən torpaq sahəsinin meşə fondu torpaqları kimi göstərilmiş ərazidə yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin kateqoriyası, yararlılıq dərəcəsi və mülkiyyət növü barədə məlumatların əldə edilməsi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, meşə fondu torpaqlarına aid olub-olmaması barədə məlumatların təqdim edilməsi üçün isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, hazırda Meşələrin Inkişafı Xidməti ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında imzalanmış müqavilə əsasında həyata keçirilən meşə fondu ərazilərinin sərhədlərinin dürüstləşdirilməsi və buna uyğun xəritə materiallarının hazırlanması prosesi davam etdirilməkdədir. Bu işlər başa çatdırıldıqdan sonra müraciətinizdə qaldırılmış məsələyə baxılması mümkün olacaqdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, ** nömrəli qərarı əsasında ayrılmış 600 m2 torpaq sahəsinin koordinatları (x-387301 y-4489743; x-387321 y-4489743; x-387323 y-4489712; x-387302 y-4489712) Giləzi meşəbəyliyinin meşə quruluşu xəritəsi ilə müqayisə edilmiş və ərazinin meşə fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhərinin cənubunda “SamurAbşeron” kanalının şimalında salınacaq Yeni yaşayış mənətəqəsində, 7-ci məhəllə ərazisində, fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin ## ######## 2005ci il tarixli, ** nömrəli qərarı ilə Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış mənətəqəsində, 7-ci məhəllə ərazisində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsi ona ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etdi. Lakin, cavabdeh orqan ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Onun torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazimi təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı imtina bildirişinə uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış mənətəqəsində, 7-ci məhəllə ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış (Sumqayıt şəhər Bələdiyyəsinin ## ######## 2005-ci il tarixli, ** nömrəli qərarı əsasında) 600 m2 olan *** saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Alqı-satqı aktının mövcud olmaması iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məhdudiyyət qoya bilməz. Ona görə də cavabdeh təşkilatın 1-ci arqumentlə bağlı gətirdiyi arqumenti əsassızdır. Sumqayıt bələdiyəsinin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dəlalət edir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentinə münasibətdə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Cavabdeh təşkilatın imtinasında göstərdiyi 2-ci arqumentin araşdırılması məqsədilə iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinin mülkiyyət sənədləri əldə edilmişdir. Belə ki, cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlardan da görünür ki, həmin ərazidə yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən torpaq sahəsinin meşə fondu torpaq sahələri olmasını cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “Inzibati Icraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edə bilər. Belə ki, “Inzibati Icraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Cavabdeh təşkilatın müayinə aktında qeyd etdiyi torpaq sahəsinin yaxınlığından 6 kvt-luq elektrik xəttinin yerləşdiyinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda cavabdehin sonuncu arqumenti də əsassızdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti imtina bildirişinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin və Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Iddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq * saylı Sumqayıt Ərazi Idarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi və s.) ərizəyə əlavə olunmaması, elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin meşə fondu torpaqlarına aid ərazidə yerləşdiyinin müəyyən edilməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın mümkün sayılmaması əsasları aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyənin ## ######## 2005-ci il tarixli ** saylı qərarı ilə iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır, həmin sənədin arxiv nüsxəsi mövcud olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, torpaqayırma sənədinin məzmununda məhz yeni salınacaq Yaşayış məntəqəsində, 7-ci məhəll ərazisində *** saylı torpaq sahəsinin iddiaçının adına ayrılması qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada mövcuddur, daş hasar daxilində yerləşir, başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, 6-kvluq elektrik xətti torpaq sahəsinin 5,30 metr məsafəsindən keçir, faktiki ölçüsü 0,0628 ha təşkil edir. Işin müəyyən edilmiş hallarından görünürki, torpaqayıran qurum olan müvafiq bələdiyyə iddiaçının adına torpaq sahəsinin ayrılması barədə qərarın qüvvədə olduğunu bildirmişdir. Kollegiya sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranıbyaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Indiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarsız sayılması və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya torpaqayırma sənədi kimi yalnız bələdiyyə qərarı aşkar edildiyindən, onunla bağlı olan digər torpaqayırma sənədləri (alqı-satqı aktı, ödəniş qəbzi) aşkar edilmədiyindən, torpaq sahəsinin satılması prosedurunun tamamlanıb-tamamlanması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Bununla bağlı kollegiya qeyd edir ki, müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçının adına ayrılması halını qəbul edərək, bu barədə qəbul etdiyi qərarın qüvvədə olduğunu, torpaqayırma sənədlərinin müvafiq arxiv idarəsinə təhvil verildiyini bildirmişdir. Müvafiq arxiv idarəsində isə yalnız bələdiyyə qərarının tam mətni aşkar edilmiş, digər sənədlər aşkar edilməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi *** saylı olmaqla, onun yaxın ətrafında yerləşən 319,325,*** saylı torpaq sahələri eyni bələdiyyə qərarı əsasında başqa şəxslərin adına ayrılmış, həmin torpaq sahələri üzərində şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Çıxarış və onun verilməsinə əsas olmuş sənəd qismində yalnız həmin bələdiyyə qərarı çıxış etmiş, həmin şəxslərə münasibətdə də digər torpaqayırma sənədləri (alqı-satqı aktı, ödəniş qəbzi və s.) mövcud olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, eyni bələdiyyə qərarı əsasında başqa şəxslərin adına mülkiyyət hüququ yalnız həmin sənəd əsasında dövlət qeydiyyatına alındığından, indiki halda iddiaçıya münasibətdə digər sənədlərin mövcud olmaması halına torpaq sahəsinin satılması prosedurunun tamamlanmaması kimi yanaşılması ilk növbədə bərabərlik prinsipinin tələblərinin pozulmasına gətirib çıxarda bilər. Eyni zamanda kollegiya onu qeyd edir ki, torpaq sahəsinin satılması ilə bağlı müvafiq sənədlərin lazimi qaydada tərtib edilməsi məhz bələdiyyənin səlahiyytinə aid olmala, onun öhdəlik daşıdığı hal kimi çıxış edir. Belə olan halda, bələdiyyənin öz səlahiyyətlərini laizmi qaydada icra etməməsinin nəticələri iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi çıxış etməməli, əks yanaşma mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarda bilər. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Həmin hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq qurumun öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan imtina və şikayətin dəlili kimi həmin hala istinad etməməklə, torpaq sahəsinin satılması proseduruna riayət edilib-edilməməsi məsələsini mübahisələndirməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları özlüyündə müvafiq bələdiyyə qərarının torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunması və satılma prosedurunun tamamlanması kimi qəbul edilməsinə əsas verir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsasları ilə bağlı qeyd edir ki, indiki halda torpaq sahəsinin yerləşmə mövqeyinə aid sxem və ya yerquruluşu planından çıxarış mövcud olmamış, bələdiyyə tərəfindən də hazırda həmin sənədin təqdim edilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahəsinin yerinin məhz iddiaçının iddia etdiyi torpaq sahəsi olub-olmamasını iş materiallarında mövcud olan dolayı sübutlar əsasında hüquqi qiymət verilməklə, müəyyən edilməsi mümkündür. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, torpaqayırma sənədində iddiaçının adına ayrılmış torpaq sahəsinin *** saylı torpaq sahəsi olduğu əks olunmaqla, 319, 325 və *** saylı torpaq sahələri onunla qonşu torpaq sahələr olmuşdur. Həmin qonşu torpaq sahələrinə aid çıxarışın verilməsinə əsas olmuş sənədlərin daxilində onların yerləşmə mövqeyinə aid sıra nömrələri ilə işarələnmiş sxem mövcud olmuş, həmin sənəd müvafiq icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsi və bələdiyyə tərəfindən təsdiq edilmişdir. Kollegiya qeyd edilən sənədləri və torpaq sahələrinin yerləşmə mövqeyinə aid müqayisəli ortofoto görüntüsünü təhlil edərək, qeyd edir ki, indiki halda 319,325,*** saylı torpaq sahələrinin yeri aşkar olmaqla, həmin torpaq sahələrinə dair çıxarış və plan-ölçü sənədi verildiyindən, çıxarışın verilməsinə əsas olmuş sənəd məhz iddiaçıya aid müvafiq bələdiyyə qərarı ilə eynilik təşkil etdiyindən, onlara aid yerləşmə mövqeyinə aid sənədin məzmununda da iddiaçının iddia etdiyi torpaq sahəsinin yeri aşkar göründüyündən (316 rəqəmlə ifadə edilmişdir), həmin sənəd iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün mötəbər sübut qismində çıxış etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz həmin bələdiyyə qərarı əsasında ayrılan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edildiyindən, cavabdehin “torpaq sahəsinin yerini müəyyən edən texniki sənədin mövcud olmaması” ilə bağlı istinad etdiyi arqumenti də əsassız olmuşdur. Bundan əlavə, kolegiya cavabdehin “torpaq sahəsinin meşə fondu torpaqlara aid olması” ilə bağlı istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, indiki halda Meşələrin Inkişafı Xidməti tərəfindən verilmiş məlumatın məzmununda sözügedən torpaq sahəsinin meşə fondutorpaqlara aid olduğu, habelə həmin ərazidə dürüstləşmə işlərinin aparılması və yeni xəritə məlumatlarının hazırlaması prosesinin davam etdiyini bildirmişdir. Cavabdeh inzibati orqan bu arqumentini məhz həmin qurumun verdiyi məlumata istinad etməklə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Meşələrin Inkişafı Xidmətinin özünün təqdim etdiyi meşə quruluşu xəritəsindən çıxarış məlumatının görüntüsündə həmin ərazidə məhz yaşayış məntəqələrinin yerləşdiyi ərazi olduğu (çoxsaylı fərdi yaşayış evləri mövcud olmuşdur) aşkar görünür. Eyni zamanda işin müəyyən edilmiş halından görünür ki, həmin ərazidə torpaq sahələrinin təyinatı ilə bağlı yeni xəritə məlumatlarının işlənilməsi prosesinə başlanılmış, dürüstləşmə işləri başa çatmamışdır, hansı ki bu hal da özlüyündə həmin ərazinin meşə fondu torpaqara aid olması barədə məlumatın mötəbərliyini şübhə altına alan hal kimi çıxış edir. Həmçinin, cavabdehin özünün təqdim etdiyi ortofoto görüntüsünün məzmunundan görünür ki, həmin ərazidə çoxsaylı fərdi yaşayış evləri mövcud olmaqla, ərazi yaşayış məntəqələrinin yerləşdiyi ərazidir. Cavabdeh inziabti orqan özü də sözügedən torpaq sahəsi ilə bağlı tərtib etdiyi müayinə aktının məzmununda torpaq sahəsinin yaşayış məntəqələri torpaqlara aid olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqana ziddiyyətli hala aydınlıq gətirməsi ilə bağlı sorğu ünvanlanmışdır, cavabdeh qurum müayinə aktında “yaşayış məntəqələri torpaqlar” kimi qeydin aparılmasını torpaqayırma sənədinin məzmununda “fərdi yaşayış evinin tikintisi üçün ayrılması” qeydinə əsasən yazıldığını bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaqayırma sənədi kimi müvafiq bələdiyyə qərarının məzmununda “yeni salınacaq Yeni yaşayış məntəqəsi, 7-ci məhəllə ərazisində fərdi yaşayış evinin tikintisi üçün” torpaq sahəsinin ayrıldığı qeyd edilmiş, həmin bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, ləğv edilməmiş və ya qüvvədən düşməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, eyni bələdiyyə qərarı əsasında adlarına torpaq sahəsi ayrılan şəxslərin adına həmin hüquqmüəyyənedici sənəd əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, çıxarış məlumatında isə həmin torpaq sahələrinin təyinatı “yaşayış məntəqələri torpaqları” kimi qeyd edilmişdir. Həmçinin, həmin qonşu torpaq sahələrinə dair Çıxarışın verilməsinə əsas olmuş sənədlərin daxilində müvafiq icra hakimiyyəti orqanı memarlıq və şəhərsalma idarəsi tərəfindən verilmiş rəy və Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən verilmiş rəy mövcud olmuşdur ki, həmin rəylərin məzmununda “yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan torpaq sahələrinin mülkiyyətə verilməsinə etirazının olmadığı”, “torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaları kateqoriyalı, fərdi yaşayış evinin tikintisi təyinatlıdır, nuqodiyası sair torpaqlar və alqı-satqı predmetidir” qeydlər əks olunmuşdur. Həmin rəylərin ləğv edilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin Komitə çıxış etməklə, onun tərəfindən verilmiş rəyin məzmununda torpaq sahəsinin təyinatı kimi yaşayış məntəqələri torpaqlar qeyd edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və eyni bələdiyyə qərarı əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun eyni bələdiyyə qərarı əsasında dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin meşə fondu torpaqlara aid olması məlumatının mötəbərliyi təkzib edildiyindən, əksinə yaşayış məntəqələri torpaqlar olması halı aşkar müəyyən edildiyindən, cavabdehin həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsası müəyyən edildiyindən və bu hüququnun qeydiyyata alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdehin imtina və şikayətinin dəlilləri əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.