Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-457/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin müəyyən edilərək ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə edərək ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80 faiz əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı il tarixdə baş vermiş “Aprel döyüşləri”ndə, habelə “Vətən müharibəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və yaralanmışdır. Qeyd olunan xüsusatlara istinad edərək iddiaçı cavabdeh orqana əlilliyin müəyyən edilməsi məqsədilə müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqanın imtina qərarında iddiaçı barəsində diaqnoz olaraq partlayış nəticəsində keçirilmiş QKBT, başbeyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticə, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə, üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, anamnezində intihar cəhdi, sağ diz oynağının medial və loteral meniskinin arxa buynuzunun III A dərəcə cırılması, qeyri-toksik çoxdüyünlü ur, eutireoid forma qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş travma haqqında ##.##.2021-ci il tarixli *** nömrəli arayışda iddiaçının yaralandığı, habelə diaqnoz: Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travması. Beyin silkələnməsindən sonrakı vəziyyət. Sağ əlin 3-cü barmağının proksimal falanqasının açıq, qəlpəli yerdəyişməmiş sınığına görə aparılmış gips langeti ilə immobilizasiyasından sonrakı vəziyyət. Sağ bazunun, boyunun sağ tərəfinin kor qəlpə yaralanmasından sonrakı bərkiməmiş çapığı. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr) müəyyən edilərək alınan yaralanmaların Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığı yerinə yetirərkən baş vermiş xəsarətlər kimi qeyd edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının orqanizm funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2016; ##.##.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2016; ##.##.2020) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, ayrı-ayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (##.##.2020). Sağ çiyin qurşağının, sağ bazu, sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları, sağ əlin III barmağının proksimal falanqasının bitişmiş sınığı, yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr). Sağ diz oynağının medial meniskinin arxa buynuzunun III dərəcəli degenerasiyası. Partlayış travması (##.##.2020). Boynun sağ yarısının, sağ bazunun arxa səthinin və döş qəfəsinin sağ yarısının kor qəlpə yaralarından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Düyünlü ur, eutireoid forma. Hepatosteatoz” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Iş materiallarına Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarı əlavə edilmişdir. Iş materiallarına əlavə edilmiş AO ******* nömrəli, iddiaçıya məxsus hərbi biletdə onun ##.##.2016-cı il tarixdə və ##.##.2020-ci il tarixdə yaralanmalar aldığı qeyd edilmişdir. Iş materiallarında olan “xxxx” X2 ##.##.2024-cü il tarixli, **** nömrəli Həkim Psixiatiariya Komissiyasının rəyinə əsasən iddiaçı İddiaçı müayinəsi nəticəsində “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv epizodlar ilə F 07.0” diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş, ##.##.2021-ci il tarixli travma haqqında arayışda iddiaçının “Partlayış travması (##.##.2020), qapalı kəllə beyin travması. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Sağ əlin 3-cü barmağının proksimal falanqasının açıq, qəlpəli yerdəyişməmiş sınığına görə aparılmış gips langeti ilə immobilizasiyasından sonrakı vəziyyət. Sağ bazunun, boynun sağ tərəfinin kor qəlpə yaralanmasından sonrakı bərkiməmiş çapığı. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” – diaqnozu müəyyən edilmiş, habelə yaralanma və kontuziyaların səbəb əlaqəsi olaraq “Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığı yerinə yetirərkən alınmışdır” qeyd edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı mövcud olan travma və qüsurların müəyyən edilməsi məqsədilə məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəsinə dair “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”ndən daxil olmuş **** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyi işə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Iddiaçı İddiaçı iddia tələbi üzrə ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80 faiz əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Imran Burcayev). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Inzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, iddiaçı İddiaçı əlilliyinin müəyyən edilməsi və bu əsasla ona müvafiq sosial təminat hüquqlarının tanınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin Tibbi-Sosial Ekspert Komissiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi göstərilməklə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində iddia tələbinə dəqiqləşmə edərək ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 65-80 faiz əlillik dərəcəsinin 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı ## ##### 2016-cı il və ## ######## 2020-ci il tarixlərdə xəsarətlər almışdır. Bu hal iddiaçının həm 2016-cı ilin Aprel döyüşləri, həm də Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak etməsi və xəsarət almasını sübut edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş ## ###### 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçıya “Partlayış travması (##.##.2020), qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, sağ əlin 3-cü barmağının proksimal falanqasının açıq, qəlpəli yerdəyişməmiş sınığına görə aparılmış gips langeti ilə immobilizasiyasından sonrakı vəziyyət, sağ bazunun, boynun sağ tərəfinin kor qəlpə yaralanmasından sonrakı bərkiməmiş çapığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” diaqnozu qoyulmuş, yaralanma və kontuziyaların səbəb əlaqəsi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın öz etirazında da göstərildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2024-cü il tarixli, *** nömrəli şəhadətnaməsində iddiaçıda partlayış travmaları (##.##.2016 və ##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı üzvi mənşəli şəxsiyyət pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, posttravmatik ensefalopatiya, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması, kor qəlpə yaralanmalarından sonrakı çapıqlar və yumşaq toxumalarda metal qəlpələr müəyyən edilmişdir. Həmin sənəddə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Iş materiallarında olan “xxxx” X2 ## ##### 2024-cü il tarixli, **** nömrəli Həkim Psixiatriya Komissiyasının rəyinə əsasən, iddiaçı İddiaçı müayinəsi nəticəsində “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, depressiv epizodlar ilə F07.0” diaqnozu müəyyən edilmişdir. Bundan əlavə, cavabdehin etirazında istinad edilən xxxxnın ##.##.2024- ##.##.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında, habelə Həkim Psixiatr Komissiyasının ## ##### 2024-cü il tarixli tibbi rəyində iddiaçıda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu, ##.##.2024-##.##.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında isə “Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı mövcud olan travma və qüsurların müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, **** saylı ekspert rəyində iddiaçıda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozunun müşahidə edildiyi, əlavə olaraq İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyaların enməsi və anamnezində intihar cəhdi ilə F07.0” aşkar edildiyi qeyd olunmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş hərbi-tibbi sənədlər, psixiatriya müəssisələrinin tibbi rəyləri, hərbi hissənin travma haqqında arayışı və məhkəməpsixiatrik ekspertizasının rəyi birlikdə qiymətləndirildikdə, iddiaçıda F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusunun mövcudluğu, bu xəstəliyin hərbi travma və II Qarabağ müharibəsi zamanı alınmış xəsarətlərlə səbəb əlaqəsində olması təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, baş beynin zədələnməsi, disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, o cümlədən F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusu əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınan xəstəliklər sırasına daxildir. Həmin meyarların 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında orqanizmin funksiyalarının pozulması 61-80 faiz həddində müəyyən edilir. Iş üzrə tibbi sənədlərdə və ekspert rəyində əks olunmuş tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, depressiv epizodlar və anamnezində intihar cəhdinin olması həmin meyarlar üzrə qiymətləndirilməli olan ağırlaşmalar kimi çıxış edir. Kollegiya hesab edir ki, inzibati orqan qərar qəbul edərkən yalnız ayrı-ayrı tibbi məlumatlara istinad etməklə kifayətlənməməli, iş üzrə bütün tibbi sənədləri və digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirməli idi. Inzibati icraatın əsas prinsiplərindən biri işin hallarının obyektiv araşdırılması prinsipidir (Maddə 24). Həmin prinsipə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın məzmunundan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı mövcud tibbi sənədlər bütövlükdə və qarşılıqlı əlaqədə qiymətləndirilməmiş, nəticədə işin bütün faktiki halları hərtərəfli araşdırılmadan münbahisələndirilən qərar qəbul edilmişdir. Halbuki inzibati orqan qərar qəbul edərkən yalnız formal diaqnoza deyil, həmin diaqnozun şəxsin funksional imkanlarına, əmək qabiliyyətinə və sosial adaptasiyasına təsirinə də qiymət verməli idi. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “Inzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin müvafiq qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən (##.##.2025-ci il tarixdən) təyin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan tibbi sənədlər, ekspert rəyi və digər sübutlar iddiaçıda orqanizmin funksiyalarının pozulmasının mövcud olduğunu təsdiq edir və bu pozuntular onun hərəkət və sosial fəaliyyət imkanlarına əhəmiyyətli təsir göstərir. Cavabdeh inzibati orqan isə həmin halları lazımi qaydada və hərtərəfli qiymətləndirməmiş, nəticədə işin bütün faktiki hallarını obyektiv şəkildə araşdırmadan “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş belə nəticə işin faktiki hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Halbuki inzibati icraat zamanı inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv şəkildə araşdırmalı və maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almalıdır. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. Iddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.