Məhkəmə qərarları › İş №2-1(3-8)-458/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-458/2026

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-458/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İbrahimov Dərgah Yasəf oğlunun, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İbrahimov Dərgah Yasəf oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İsgəndərov Yusif Qənbər oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli ** saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün nümayəndəsi olduğu İbrahimov Dərgah Yasəf oğluna verilmiş 0,1 ha (10 sot) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və müvafiq hüquq müəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı İsgəndərov Yusif Qənbər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı İbrahimov Dərgah Yasəf oğlu ilə əvəz olunmasını xahiş etmişdir. Bundan sonra isə iddiaçı İbrahimov Dərgah Yasəf oğlu ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İbrahimov Dərgah Yasəf oğluna həyətyan torpaq sahəsi verilmişdir. Həmin sərəncama görə Masazır kənd nümayəndəliyi Xırdalan südçülük tərəvəzçilik sovxozunun direktorunun əmri, əmək kollektivi şurasının və həmkarlar komitəsinin qərarları ilə torpaq sahəsi memarlıq orqanı ilə razılaşdırıldıqdan sonra kənd yeri üçün tövsiyə olunmuş ərazidə, naturada bölgüsü aparılmaqla 0,1 ha (10 sat) ölçüdə həyətyanı torpaq sahəsi İbrahimov Dərgah Yasəf oğluna verilmişdir. Bu torpaq sahəsinin İbrahimov Dərgah Yasəf oğluna verilməsi həmçinin təsdiq olunur: - Abşeron rayonu X10 planından çıxarış (planın üzərində Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmasını qeyd edən ştamp və imza vardır). - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət arxivinin “Arxiv çıxarışı”. Sözügedən torpaq sahəsi üzərində İbrahimov Dərgah Yasəf oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata aIınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün bu iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi səxsi * saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı ərizəyə cavab məktubu ilə bildirilmişdir ki, İbrahimov Dərgah Yasəf oğluna ayrılmış torpaq sahəsinin faktiki vəziyyəti ilə X10 planından çıxarış arasında uyğunsuzluq var, həmçinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (örüş) təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmin məktubda cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə istinad etsə də, gəldiyi qənaəti əsaslandırmamışdır. Cavabdeh İbrahimov Dərgah Yasəf oğlunun mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməklə mülkiyyət huququnun həyata keçirilrnəsinə maneələr yaradır. Qeyd edir ki, bu torpaq sahəsi başqa şəxslərin torpaq sahələrinin əhatəsində yerləşir və qonşuluqdakı şəxslərə mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi, İbrahimov Dərgah Yasəf oğluna isə imtina edilməsi cavabdehin qeyri-obyektivliyinə dəlalət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi, müraciət üzrə əlavə olunmuş X10 planından çıxarış ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (örüş) təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, müraciət üzrə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən sərəncam əsasında ləğv edilmiş DT və XK tərəfindən İbrahimov Dərgah Yasəf oğlunun adına plan və ölçü sənədi tərtib edilmiş və İbrahimov Dərgah Yasəf oğlunun etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən ## ##### 2022-ci il tarixdə ləğv edilmiş DT və XK tərəfindən plan və ölçü sənədinin tərtib edildiyi yerə (hal-hazırda iddia predmeti olan yerdən fərqli yerə) sözügedən sərəncamla müraciət olunmuşdur. Nəzərə çatdırılır ki, iddiaçı tərəfindən təqdim olunmuş yerquruluşu planından çıxarışda nəzərdə tutulmuş torpaq sahəsi ilə İbrahimov Dərgah Yasəf oğlunun adına ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş plan və ölçü sənədində nəzərdə tutulmuş torpaq sahələri fərqlidir, yəni eyni sərəncamla iki fərqli torpaq sahəsinə müraciət olunub. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İbrahimov Dərgah Yasəf oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə olunmuş Masazır bələdiyyəsinin yerquruluş planından çıxarış ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu – yerquruluş planından çıxarışda qeyd edilmiş koordinatlar daxilində olan torpaq sahəsinin bir hissəsi faktiki torpaq sahəsindən kənarda, küçələrarası yolun üzərində yerləşir. Əlavə olaraq bildirilir ki, iddiaçı İbrahimov Dərgah Yasəf oğlu müxtəlif vaxtlarda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı ilə iki ayrı torpaq sahəsi ilə bağlı müraciət etmiş, bu torpaq sahələrindən birinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi tərtib edilmiş, digər torpaq sahəsinə dair isə yerquruluşu planından çıxarış tərtib edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının hüquqi marağı Abşeron rayon icra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli ** saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 1) torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı) sənədlər müraciət ərizəsinə əlavə edilməmişdir; 2) müraciət üzrə əlavə olunmuş X10 planından çıxarış ilə faktiki vəziyyət arasında uyğunsuzluq var; 3) sözügedən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (örüş) təyinatlı torpaqlara aiddir; 4) müraciət üzrə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir; 5) İddiaçı tərəfindən təqdim olunmuş yerquruluşu planından çıxarışda nəzərdə tutulmuş torpaq sahəsi ilə İbrahimov Dərgah Yasəf oğlunun adına ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş plan və ölçü sənədində nəzərdə tutulmuş torpaq sahələri fərqlidir, yəni eyni sərəncamla iki fərqli torpaq sahəsinə müraciət olunub. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi üzrə ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 114, 07 və ** nömrəli əmrləri, əmək kollektivi şurasının və həmkarlar komitəsinin 02, 08 və ** nömrəli qərarları ilə aşağıda adları qeyd olunan vətəndaşların torpaq sahələrinin naturadan bölgüsü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş, həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə fərdi ev tikməsini məqsədəuyğun hesab edir (10 sot) ...55. İbrahimov Dərgah Yasəf oğlu... Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*- **/*-***/**** nömrəli məktubundan görünür ki, iddiaçı İbrahimov Dərgah Yasəf oğlunun adına verilmiş torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı ****** nömrəli (30800096003741) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,10 ha torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, iddiaçı İbrahimov Dərgah Yasəf oğlunun adına verilmiş AN-****** nömrəli (**************) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər, eləcə də X3 kitabı aşkar edilməmişdir. Abşeron rayon Dövlət Arxivinin ## ### 2026-cı il tarixli, *RA/*-***/** nömrəli məktubundan görünür ki, Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 114, 07 və ** nömrəli qərarları, əmək kollektivi şurasının və həmkarlar komitəsinin 02, 08 və ** nömrəli qərarları saxlanması və mühafizəsi üçün arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Abşeron rayonu X10 planından çıxarışda qeyd olunan koordinatlar üzrə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Xırdalan südçülük sovxozunun ərazisinə düşür. Eyni zamanda bildirilmişdir ki, mərkəzin arxivində iddiaçı İbrahimov Dərgah Yasəf oğluna məxsus torpaq sahəsinə aid Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 114, 07 və ** nömrəli əmrləri, əmək kollektivi şurasının və həmkarlar komitəsinin 02, 08 və ** nömrəli qərarları aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubundan görünür ki, iddiaçı İbrahimov Dərgah Yasəf oğlu ilk müraciəti zamanı AN ***** saylı (30800096003741) “Torpaq sahəsinin planı və ölçüsü” sənədini təqdim etmiş, texnik baxış keçirilən zaman müayinə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə təqdim olunmuş sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları eynilik təşkil etmişdir . Həmçinin bildirilir ki, iddiaçı İbrahimov Dərgah Yasəf oğlunun yenidən müraciəti zamanı X10 planından çıxarış təqdim edilmiş, müayinə baxışı zamanı faktiki torpaq sahəsi ilə AN ***** saylı (30800096003741) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə torpaq sahəsi arasında 1590 metr fərq olduğu aşkarlanmışdır. Bildirilir ki, ##.##.2021-ci il tarixli tərtib olunmuş müayinə baxış aktına əsasən müraciət olunan və müayinə olunan torpaq sahəsi ilə ##.##.2025-ci il tarixli tərtib olunmuş müayinə aktına əsasən müayinə olunan torpaq sahələri eynilik təşkil etmir. AN ****** nömrəli (30800096003741) “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, fərdi yaşayış evi tikmək üçün İbrahimov Dərgah Yasəf oğluna Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı ayrılmış 1000 kv.m torpaq sahəsinə dair tərtib edilmiş, X3 kitabında ## ###### 2011-ci il tarixdə 17097 nömrə ilə uçota alınmışdır. Göründüyü kimi hazırkı mübahisənin əsasını iddiaçının eyni hüquqmüəyyənedici sənəd – Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi üzrə ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamına istinad etməklə, həmin sərəncam əsasında ayrıldığı iddia edilən torpaq sahəsinə dair iki müxtəlif texniki sənədi təqdim etməsi təşkil edir. Yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi həmin texniki sənədlərə əsasən müəyyən olunan torpaq sahələri isə müxtəlif koordinatlarda və fərqli ərazilərdə yerləşir. Belə ki, iş materiallarına əlavə olunmuş orto-foto görüntüdən də aydın olur ki, yerquruluşu planından çıxarışa əsasən iddiaçının faktiki istifadəsində olan və plan-ölçü sənədində göstərilən torpaq sahələri üst-üstə düşməməklə, bir-birindən aralıda yerləşir (iş materialları, səhifə 71). Həmçinin, qeyd edilməlidir ki, apellyasiya instansiyasında icraat zamanı iddiaçının hüquqi marağı dəqiqləşdirilmiş, iddiaçı iddia tələbini müdafiə edərək, məhz faktiki istifadəsində olan (yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçı yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını istəsə də, sözügedən çıxarış texniki sənəd olmaqla Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi üzrə ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı ilə əlaqəli olmamışdır. Belə ki, bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair texniki göstəriciləri özündə əks etdirən sənəd vermək səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır. Əlavə olaraq da həmin çıxarış yalnız texniki xarakter daşıyır və mülkiyyət hüququnun yaranması üçün müstəqil hüquqi əsas hesab edilə bilməz. Hazırki iş üzrə iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyi üzrə ## ### 1992-ci il tarixli, ** nömrəli sərəncamı əsasında AN ****** nömrəli (30800096003741) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, iddiaçı isə tələbinin həmin plan-ölçü sənədinin aid olduğu torpaq sahəsi ilə bağlı olmadığını bildirmişdir. Bu halda, kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. Bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsasının mövcud olmadığını deməyə əsas verir. Başqa sözlə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu aşkar edilməmişdir. Bu hal isə özlüyündə iddianın əsaslılığını təkzib edən hal kimi çıxış edir. Belə ki, mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması yalnız qanunla müəyyən edilmiş əsasların və hüquqmüəyyənedici sənədlərin mövcudluğu ilə mümkündür. Faktiki istifadə hüququn yaranması üçün müstəqil hüquqi əsas hesab edilmir və hüquqmüəyyənedici sənəd olmadıqda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verə bilməz. Buna görə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə hüququn yaranmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd iş materialları ilə müəyyən edilmədiyindən, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının qanuni əsasları mövcud olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin sənəd üzrə yeri ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerinin fərqli olması, iddiaçının hüquqi marağının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı olması, həmin yerə aid isə hüquqmüəyyənedici sənədinin olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, iddiaçının hüquqi marağına uyğun tələbinin əsaslılığı qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İbrahimov Dərgah Yasəf oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar