Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-46/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X1rşı “cavabdeh orqanın 11 avqust 2024-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya orqanizmin funksiyalarının 90 faiz pozulması ilə əlaqədar olaraq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 2323/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür. Uşaqlıqdan sağlamlıq imkanları məhduddur. Əvvəl ona lll dərəcəli, xx.xx.2019-cu il tarixdən lll dərəcəli müddətsiz, xx.xx.2021-ci ildə isə 5 il müddətinə ll dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsi tərəfindən verilmiş göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə geri qaytarılmışdır. Vətəndaşın tələbi əsasında yenidən əyani müayinə aparılmış və aparılan əyani müayinə zamanı İddiaçı hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qipoxondroplaziya anadangəlmə osteoskleroz, axondroplaziya, hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət, hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Nəticədə “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 11.4.2.2-ci bəndinə əsasən orqanizm funksiyalarının 80 % pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Əlilliyin təyinatına kimi XBT kodu Q77 olan aşağıdakı diaqnoz əsas götürülmüşdür – “endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları, sümük əzələ sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və deformasiyaları – axondroplaziya, qipoxondroplaziya, anadangəlmə osteoskleroz, ağır osteoparoz, çoxsaylı patoloji sınıqlarla, təzahür edən statodinamilk pozuntularla”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 11.4.2.2 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 T536/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: “Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Q77.4-Axondroplaziya. Qipoxondroplaziya. Anadangəlmə osteoskleroz. Hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları; Ağırlaşma: M24.5-Oynaqların kontrakturası. Hər iki diz oynağında kontraktura, bükmə 140 dərəcə, açma 170 dərəcə, R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması, dayaq-hərəkət funksiyasının kəskin pozulması, M17-Qonartroz (diz oynağının artorzu). Hər iki diz oynaqlarının İİİ dərəcəli deformasiyaedici artrozu, ağrı sindromu ilə, M21.1- Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Hər iki bud sümüklərinin varus deformasiyası, M81.2-Hərəkətsizliklə bağlı osteoporoz. Yayılmış osteoporoz, bütün sümüklərdə Loozer zonaları, M16-Koksartroz (bud-çanaq oynağının artrozu). Hər iki budçanaq oynağının koksartrozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsin DTSERA-da əyani müayinəsi zamanı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qipoxondroplaziya, anadangəlmə osteoskleroz, axondroplazİya. Hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı hər iki aşağı ətrafda əməliyyat yerlərinə məxsus ağımtıl rəngli çapıqların olması, hər iki yuxarı və aşağı ətrafların inkişafdan qalması, sərbəst hərəkət edə bilməməsi müşahidə edilmiş, hərəkət zamanı kəskin ağrının olmasını qeyd etmişdir. Vətəndaş İddiaçı Sumqayıt TTYX-da 24.01-xx.xx.2025-ci il tarixlərdə “T93.9, T93.0. M17.0, M24.5, M19.1, M16-Hər iki dirsək, bazu, hər iki bud-çanaq oynağının, hər iki diz oynağının ağır dərəcəli osteoartrozu. Kəskin ağrılar və oynaqların kontrakturası. Hər iki yuxarı və aşağı ətrafların inkişafdan qalması və funksiya pozulması” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agnetliyinin üzərinə iddiaçıya ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın ləğv olunması və ona İ dərəcə əlillik təyin olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh orqanın 11 avqust 2024-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya orqanizmin funksiyalarının 90 faiz pozulması ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür. Uşaqlıqdan sağlamlıq imkanları məhduddur. Əvvəl iddiaçıya İİİ qrup əlillik dərəcəsi verilmiş, xx.xx.2021-ci ildə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əslində isə ona İİ qrup əlillik dərəcəsi yox, İ qrup əlillik dərəcəsi verilməlidir. O, İİ qrup əlillik dərəcəsi ilə razı deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək, əlilliyin təyini ilə bağlı məsələyə yenidən baxılmasını və onun əlillik dərəcəsinin İİ dərəcədən İ dərəcəyə dəyişdirilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona ümümi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın ləğv olunması və ona birinci dərəcə müddətsiz əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçı həmin dövrdə olan qərarı zamanında mübahisələndirmədiyi üçün iddia mümkünsüz iddiadır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, 2021-ci il tarixindən 3 ildən çox vaxt keçdiyindən iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Xəstəliklərdən yalnız Q77.4 kodlu olduğundan müəyyən olunmuşdur ki, Sumqayıt şəhər, Mik-18, 5, 9 ünvanında qeydiyyatda olan İddiaçı (FİNxxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin H00210894HPQ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməmiş, klinik instrumental müayinələr yetərli deyildir”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin H00210894HPQ nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz,tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qipoxondroplaziya anadangəlmə osteoskleroz, Axondroplaziya. Hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 11.4.2.2 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2323/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək İddiaçı 91-100 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar olaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Qonartroz (diz oynağının artorzu). Hər iki diz oynaqlarının İİİ dərəcəli deformasiyaedici artrozu, ağrı sindromu ilə (M17) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda H00210894HPQ nömrəli Forma 088-də qeyd edilən xəstəliklər (M17.0, M19.1, M24.5 və s.) davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən İddiaçı orqanizm funksiyalarının 91-100 faiz pozulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazda göstərdiyi dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, etirazı belə təhrif edərək, etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa orqanizmin funksiyalarının 90-100 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik” təyin etdiyi halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının iddia tələbi ona cavabdeh orqanın 11 avqust 2024-cü il tarixli qərarının dəyişdirilərək iddiaçıya orqanizmin funksiyalarının 90 faiz pozulması ilə əlaqədar olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh orqan tərəfindən iddiaçıya 11 avqust 2024-cü il tarixdə orqanizmin funksiyalarının 80% pozulması ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2323/2025 saylı qərardadı əsasında inizbati iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 tərəfindən tərtib edilmiş T536/2025 saylı, xx.xx.2025-ci il tarixlməhkəmə-tibb ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: “Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Q77.4-Axondroplaziya. Qipoxondroplaziya. Anadangəlmə osteoskleroz. Hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları; Ağırlaşma: M24.5-Oynaqların kontrakturası. Hər iki diz oynağında kontraktura, bükmə 140 dərəcə, açma 170 dərəcə, R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Yerişin pozulması, dayaq-hərəkət funksiyasının kəskin pozulması, M17-Qonartroz (diz oynağının artorzu). Hər iki diz oynaqlarının İİİ dərəcəli deformasiyaedici artrozu, ağrı sindromu ilə, M21.1- Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Hər iki bud sümüklərinin varus deformasiyası, M81.2-Hərəkətsizliklə bağlı osteoporoz. Yayılmış osteoporoz, bütün sümüklərdə Loozer zonaları, M16-Koksartroz (bud-çanaq oynağının artrozu). Hər iki budçanaq oynağının koksartrozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə şəxsin DTSERA-da əyani müayinəsi zamanı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qipoxondroplaziya, anadangəlmə osteoskleroz, axondroplazİya. Hər iki bud sümüklərinin varus deformasiyası, qeyri-düzgün bitişmiş sınıqları, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hər iki baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı hər iki aşağı ətrafda əməliyyat yerlərinə məxsus ağımtıl rəngli çapıqların olması, hər iki yuxarı və aşağı ətrafların inkişafdan qalması, sərbəst hərəkət edə bilməməsi müşahidə edilmiş, hərəkət zamanı kəskin ağrının olmasını qeyd etmişdir. Vətəndaş İddiaçı Sumqayıt TTYX-da 24.01-xx.xx.2025-ci il tarixlərdə “T93.9, T93.0. M17.0, M24.5, M19.1, M16-Hər iki dirsək, bazu, hər iki bud-çanaq oynağının, hər iki diz oynağının ağır dərəcəli osteoartrozu. Kəskin ağrılar və oynaqların kontrakturası. Hər iki yuxarı və aşağı ətrafların inkişafdan qalması və funksiya pozulması” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.” İş materiallarından müəyyən edilir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyində əsas diaqnoz (XBT10 kodu M17) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarında əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda H00210894HPQ nömrəli Forma 088-də qeyd edilən xəstəliklər (M17.0, M24.5 və s.) davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasına onlayn qaydada qoşulan Sumqayıt şəhər X4 həkimtramatoloqu X9 izah etdi ki, uzun illərdir iddiaçı onun tərəfindən müayinə və müalicə edilir. İddiaçı uşaqlıdan bud sümüyünün inkişafdan qalması xəstəliyindən əziyyət çəkir, bununla bağlı Bakıda bir neçə dəfə cərrahi əməliyyatlar keçirməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçının məruz qaldığı axondroplaziya, bud sümüyünün displaziyası xəstəliyi olduqca ağır və sağalmaz xəstlkidir, onun vəziyyəti hər il daha da ağırlaşır və o, getdikcə ümumiyyətlə yataq xəstəsi ola bilər. İddiaçının yeriçinin pozulması ağır dərəcədədi, yerimək qabiliyyəti ağır dərəcədə məhdudlaşmışdır. “Əlilliyin müəyyən edilməsinin meyarlarına əlavə”nin ağır osteoparoz, çoxsaylı patoloji sınıqlarla, təzahür edən statodinamik pozuntularla 11.4.2.2-ci bəndinə görə XBT kodu Q 77 olan “ağır osteoparoz, çoxsaylı patoloji sınıqlarla, təzahür edən statodinamik pozuntularla” diaqnozu orqanizm funksiyalarının 80 faiz pozulması ilə müddətsiz; 13.4-cü bəndinə görə M17 XBT kodu olan qonartroz (koksartorz, bud-çanaq oynağının artrozu) - “budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinə” diaqnoz orqanizm funksiyalarının pozulmasının 100 faiz pozulması və 1 il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən İddiaçı orqanizm funksiyalarının 91- 100 faiz pozulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya orqanizmin funksiyalarının 90-100% pozulması ilə əlaqədar müddətsiz əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun orqanzmin funksiyalarının 80% pozulmasına dair qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən orqanizmin funksiyalarının 80% pozulması halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar iddiaçıda orqanizm funksiyalarının məhz 90-100 faiz pozulmasını təsdiq etmiş və həmin pozuntuya görə nəzərdə tutuldğu kimi müddətsiz əlilliyin müəyyən edilməsi qənaətinə gəlinmişdir. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliklərin öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi və hüquqi nəticə çıxarılması zamanı yol verdiyi hər hansı pozuntu müəyyən etməmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2323/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.