Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-463/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev Ismayıl Rza oğlu və X3 ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin ##.##.1998-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı 0.10 ha qəsəbə daxilində boş istifadəyə yararsız torpaq sahəsindən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin ##.##.2011-ci il tarixli **** saylı rəyində torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Torpaq sahəsinin plan və ölçü sənədində 929 kv m torpaq sahəsinin koordinatları müəyyən edilmiş və həmin sənəd X2 kitabında ## ###### 2011-ci il tarixdə uçota alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin ##.##.2025- ci il tarixli məktubu ilə Saray Icra Nümayəndəliyinin ##.##.1998-ci il tarixli ** saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin ## ##### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsi ************ reyestr nömrəli çıxarışla üst-üstə düşür. Müayinə olunan torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı (örüş) təyinatlı torpaqlara aid olması aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü və torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin ## #### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müayinə olunan 0.0915 ha torpaq sahəsinin 0.0458 ha hissəsi ************ reyestr nömrəli çıxarışla Üçüncü şəxs sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Müraciətdə qeyd olunan müqayisəli ortofoto və ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş kök sənədlərin surətləri təqdim edilir. Daşınmaz Əmlakın Rəqəmsal Kadastr Xəritəsindən çıxarışa əsasən qonşu torpaq sahələrini faktiki vəziyyətə uyğun dürüstləşmə apardıqda Üçüncü şəxs məxsus torpaq sahəsi yeni çəkilmiş Bakı Dairəvi yolunun üzərinə düşür, lakin köhnə Dövlət Aktlarının (Üçüncü şəxs məxsus ************ reyestr nömrəli 0.1434 ha torpaq sahəsinində ilkin sənədləri JN-1178 və JN ****A nömrəli Dövlət Aktlarıdır) Pulkovo 93 kordinat sistemindən UTM WGS84 kordinat sisteminə çevidikdə yeni çəkilmiş Bakı Dairəvi yolunun şərq tərəfinə Saray qəsəbəsi köhnə kənd yaşayış məntəqəsində həyətyanı torpaq sahələrinin üzərinə düşür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasına müayinə olunan torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla Üçüncü şəxs sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi ilə üst-üstə düşür, lakin torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Dürüstləşmə işlərindən sonra müayinə olunan torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışın necas elektron məlumat bazasına əsasən yerləşməsi ilə üst-üstə düşmür. Mülkiyyətçi tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli ** nömrəli sərəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsi ayrıldığı halda torpaq sahəsinin plan və ölçüsü sənədində sözügedən torpaq sahəsinin 0.0929 ha olduğu aşkar edilmişdir. Sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəmsinə müraciət edərək, Üçüncü şəxs adına olan ************ reyestr nömrəli çıxarışa aid torpaq sahəsinin plan və ölçü sənədinin dürüstləşmə nəticəsində müəyyən edilmiş faktiki yerinə uyğunlaşdırılması və İddiaçı Abşeron RIH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1998-ci il tarixli ** nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0915 ha hissəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli ** nömrəli sərəncamına əsasən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsinə sahiblik etmiş, vaxtaşırı torpaq vergisini ödəmişdir. Həmin torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı və öçüsü sənədi də verilmişdir. cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ## ######## 2024-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbim üzrə qərar qəbul edilməlidir. * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli bildiriş məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizənizə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa, Abşeron Rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsi ayrıldığı halda, torpaq sahəsinin plan və ölçüsü sənədində sözügedən torpaq sahəsinin 0.0929 ha olduğu aşkar edilmişdir. Sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998- ci il tarixli ** nömrəli sərəncamdan çıxarışla ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; həmçinin sözügedən torpaq sahəsinin başqa şəxsə məxsus olan ************ reyestr nömrəli sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü; sözügedən qərarda vətəndaşa ayrılmış torpaq sahəsi 0.10 ha, ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan və ölçü sənədində 0.0929 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0915 ha olduğu; sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Üçüncü şəxs adına olan ************ reyestr nömrəli çıxarışa aid torpaq sahəsinin plan və ölçü sənədinin dürüstləşmə nəticəsində müəyyən edilmiş faktiki yerinə uyğunlaşdırılması və İddiaçı Abşeron RIH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1998-ci il tarixli ** nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0915 ha hissəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının olmaması iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa cavabdeh torpaq sahəsinin bir hissəsinin başqa vətəndaşa verilmiş çıxarışla üst-üstə düşdüyü müəyyən edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dürüstləşmə işlərindən sonra müayinə olunan torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışın Necas elektron məlumat bazasına əsasən yerləşməsi ilə üst-üstə düşmür. Mülkiyyətçi tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır. Bu halda məhkəmə hesab edir ki, Üçüncü şəxs adına olan ************ reyestr nömrəli çıxarışa aid torpaq sahəsinin planı və ölçüsü sənədinin dürüstləşmə nəticəsində müəyyən edilmiş faktiki yerinə uyğunlaşdırılmalıdır. Cavabdeh qeyd edir ki, sözügedən qərarda vətəndaşa ayrılmış torpaq sahəsi 0.10 ha, ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədində 0.0929 ha göstərilsə də faktiki vəziyyətdə 0.0915 ha olduğu müəyyən edilmişdir. Iddiaçının tələbi 0.10 ha torpaq sahəsinin 0.0915 ha hissəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Belə ki, qeyd edilən hissədə də mübahisəli hal qalmır. Cavabdeh qeyd edir ki, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. Qərarla razılaşmayan üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun dürüstləşmə işlərinin aparılması ilə bağlı heç bir razılığı ifadə olunmamış, bu barədə ona məlumat belə verilməmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxs * saylı Abşeron Ərazi Idarəsi tərəfindən özbaşına olaraq ona məxsus ************ reyestr nömrəli çıxarış əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin yeri kadastr məlumat bazasında Bilgəh-Sumqayıt avtomobil yolunun Saray qəsəbəsindən keçən hissəsinin sol dəyişdirilmişdir. Bu hal tam qanunsuz və əsassızdır. Xüsusi mülkiyyətə birbaşa müdaxilədir və onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Məlumat üçün bildirilir ki, üçüncü şəxsin ##.##.2011-ci il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən həmin ərazidə 0.8875 ha və ##.##.2011-ci il tarixli ************* reyestr nömrəli çıxarış əsasında 2 torpaq sahəsi mövcud olmuşdur. 2011-ci ildə dövlət əhəmiyyətli Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilən zaman onun 0.8875 ha torpaq sahəsinin 0.3470 ha hissəsi kompensasiya edilməklə dövlət tərəfindən alınmışdır. Həmin yolun sol tərəfində qalan hissəsini sonradan başqa şəxsə satsa da, sözügedən ************ reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsi və digər torpaq sahəsindən qalan hissə həmin yolun sağ tərəfində qalmışdır. Daha sonra ##.##.2022-ci il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən onun 0.8875 ha torpaq sahəsindən geriyə qalan 0.65 ha hissəsinə dair hüquqları qeydiyyata alınmışdır. Hazırda onun hər iki torpaq sahəsi həmin yolun sağ tərəfində yerləşir. Lakin onun xəbəri olmadan özbaşına olaraq dürüstləşmə adı ilə torpaq sahəsinin yeri dəyişdirilmişdir. Sumqayıt Inzibati Məhkəməsi isə onun bu qanunsuz dürüstləşdirmə hərəkətlərindən məlumatlı olub-olmamağını araşdırmadan bu qanunsuzluğa göz yummuş və iddiaçının iddia tələbini təmin etmişdir. Ona görə də apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Üçüncü şəxs izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinici instansiya məhkəməsinin qəraraının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sonrakı izahatında üçüncü şəxs faktiki olaraq torpaq sahələrinin koordinatlarının dürütsləşməsinin aparılmasına etiraz etmədiyini bildirdi, lakin məhkəmədən kənar qaydada həll edilməyəcəyi üçün məhkəmə qərarının çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahat verərək, tərəflərindən hazırkı iş üzrə apellyasiya şikayəti verilmədiyindən mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66.2 Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: (...) 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Üçüncü şəxs adına olan ************ reyestr nömrəli çıxarışa aid torpaq sahəsinin plan və ölçü sənədinin dürüstləşmə nəticəsində müəyyən edilmiş faktiki yerinə uyğunlaşdırılması və İddiaçı Abşeron RIH başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1998-ci il tarixli ** nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0915 ha hissəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizənizə əlavə olunmadığı, Abşeron rayon Icra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ## ###### 1998-ci il tarixli, ** nömrəli sərəncamından çıxarışı ilə ayrılmış 0.10 ha torpaq sahəsi ayrıldığı halda, torpaq sahəsinin plan və ölçüsü sənədində sözügedən torpaq sahəsinin 0.0929 ha olduğu aşkar edildiyindən mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Işin hallarından müəyyən edilir ki, iddiaçıya Abşeron rayon Icra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1998-ci il tarixli ** nömrəli sərəncamı ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən ilkin baş planın və ya ayrıc aktının təqdim edilməməsi, torpaq sahəsinin üçüncü şəxs Üçüncü şəxs adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi, sözügedən qərarda vətəndaşa ayrılmış torpaq sahəsinin 0.10 ha, ləğv edilmiş DT və XK tərəfindən verilmiş planölçü sənədində 0.0929 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0915 ha olması, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması hallarına istinad edilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmədiyi üçün araşdırma üçüncü şəxsin apellyasiya şikayəti ilə bağlı aparılması məqsədəuyğun hesab edilir. Qərardan üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində əsasən ona məxsus torpaq sahəsi üzrə dürüstləşdirmə işlərinin onun razılığı və məlumatı olmadan aparıldığını, bunun nəticəsində mülkiyyət hüququna müdaxilə edildiyini və birinci instansiya məhkəməsinin həmin halları araşdırmadığını göstərmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasına müayinə olunan torpaq sahəsi ************ reyestr nömrəli çıxarışla Üçüncü şəxs sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi ilə üst-üstə düşür, lakin torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Dürüstləşmə işlərindən sonra müayinə olunan torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışın necas elektron məlumat bazasına əsasən yerləşməsi ilə üst-üstə düşmür. Mülkiyyətçi tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır. Eyni zamanda, Daşınmaz Əmlakın Rəqəmsal Kadastr Xəritəsindən çıxarışda da göstərilmişdir ki, qonşu torpaq sahələrinin faktiki vəziyyətə uyğun dürüstləşdirilməsi nəticəsində üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları yeni vəziyyətə uyğun müəyyən edilmişdir. Bu baxımdan, apellyasiya şikayətində göstərilən “torpaq sahəsinin özbaşına başqa yerə köçürülməsi” barədə dəlil iş materialları ilə təsdiq edilmir. Əksinə, işdə olan rəsmi sənədlərdən görünür ki, aparılmış dürüstləşdirmə işləri torpaqların hüquqi sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında mövcud olmuş uyğunsuzluqların aradan qaldırılmasına xidmət etmiş və nəticədə mübahisəli torpaq sahələrinin elektron məlumat bazasında üst-üstə düşməsi aradan qaldırılmışdır. Bu səbəbdən, üçüncü şəxsin mülkiyyət hüququnun pozulmasına dair dəlilləri ehtimala əsaslanır və iş materialları ilə təsdiq olunmur. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı mübahisənin predmeti üçüncü şəxsin mülkiyyət hüququna xitam verilməsi və ya onun hüququnun etibarsız hesab edilməsi deyil, iddiaçıya ayrılmış torpaq sahəsi üzrə faktiki istifadə vəziyyətinə uyğun dövlət qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Birinci instansiya məhkəməsi məhz bu tələbin hüdudları daxilində araşdırma aparmış və iş üzrə toplanmış sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs izahatında da izah etdi ki, naturada iddiaçı ilə bir-birlərinin torpaq sahələrinə iddiaları və müdaxiələri yoxdur. O, özü cavabdeh idarəyə müracət etsə də, dürütsləşmədən sonra torpaq sahəsinini yeri ona göstərilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir, məhkəmənin sübutlara verdiyi qiymətin səhv olduğunu göstərmir və qərarın ləğv edilməsinə əsas verən prosessual və ya maddi hüquq normalarının pozulmasını təsdiq etmir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.