Məhkəmə qərarları › İş №2-1(3-8)-464/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-464/2026

24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-464/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı X7 iştirakı ilə, Iddiaçı X7 cavabdeh Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. Az-İ seriyalı, ****** nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən iddiaçının atası X2 ##.##.2012-ci il tarixdə ölmüşdür.

2. Iddiaçı atasından miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, ** nömrəli evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət ** nömrəli mənzilindən ona qanun üzrə vərəsə kimi çatası pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün cavabdeh Sumqayıt şəhər * saylı notariat kontoruna müraciət etmişdir.

3. Cavabdeh ## ###### 2021-ci il tarixli, ** nömrəli məktubu ilə mirasın qəbulu müddətinin ötürülməsi səbəbindən müraciətin icrasından imtina etmişdir.

4. Bundan sonra iddiaçı buraxılmış müddətin uzadılması tələbinə dair iddia ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Daha sonra iddiaçı X4 qanun üzrə vərəsə kimi ona atası X2 qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, ** nömrəli evin ümumi sahəsi 62,30 kv.m olan 3 otaqdan ibarət ** nömrəli mənzilindən miras payının ayrılmaması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, qeyd edilən məhkəmə icraatı zamanı hazırkı iş üzrə iddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iştirak edərək, atası X3 vəfatından sonra miras qalmış sözügedən mənzildə onun vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik payı üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınmasına dair iddia tələbi irəli sürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinə əsasən hər iki iddia tələbi rədd edilmişdir.

6. Bundan sonra iddiaçı yenidən qeyd olunan mənzilin 1/3 payına dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh eyni əsasla müraciətin icrasından imtina etmişdir.

7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ** nömrəli evin ümumi sahəsi 62,30 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzilinin 1/3 payına dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki birinci icraat

8. Iddiaçı tələbini hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, atası X3 miras qalmış Sumqayıt şəhəri, 11ci mikrorayon, ** nömrəli evin ümumi sahəsi 62,30 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzildən Cavabdeh qanun üzrə vərəsə kimi açıq saxlanılmış 1/3 paya dair vərəsəlik hüququ haqında şəhadətnamə ala bilmədiyindən payı faktiki olaraq havada qalmış vəziyyətdədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il, tarixli ** nömrəli qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Ali Məhkəmənin Plenumunun * nömrəli qərarının tələbindən göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. Bu baxımdan, hazırkı iddia ərizəsində irəli sürülən tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

11. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

12. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, ## ###### 2011-ci il tarixdən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi qüvvəyə minmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının 2011-ci il ## #### tarixli Qanunu ilə Mülki Prosessual Məcəllədən 305.1.8-ci maddə (notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər) və 38-ci fəsli (Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından Imtinaya dair şikayətlər) çıxarılmış və belə bir dəyişiklik etməklə Qanunverici notariusun hərəkət və qərarlarından şikayətlərə inzibati icraat qaydasında həmin dövrdə yeni yaradılmış inzibati məhkəmələr tərəfindən baxılmalı olduğunu əks etdirən hüquqi iradəsini ifadə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Inzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

16. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015ci il tarixli, * nömrəli qərarı: 15.1. IPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, IPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

18. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Hazırkı iddia tələbi iddiaçının atasından miras qalmış mənzilə dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən cavabdehin imtinasından şikayətlə bağlıdır.

20. Bu məsələ ilə bağlı “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 8-ci bəndinin ##.##.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasında qeyd edilmişdir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2011-ci il tarixli 143-IVQD №-li Qanunu ilə MPM-in XXXVIII fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.

21. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı ilə * nömrəli qərarın 8-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, Inzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

22. Göründüyü kimi bu məsələ qanunvericiliklə birmənalı şəkildə təznimlənənə qədər Ali Məhkəmənin Plenumu belə mübahisələrə əvvəlki qaydada mülki məhkəmə icraatı qaydasında baxılmasının davam etdirilməsini müəyyən etmişdir.

23. * nömrəli Plenum Qərarında da qeyd edildiyi kimi, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar inzibati məhkəmədə mümkün sayılmamalıdır.

24. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu əsasla mümkün saymayarkən düzgün hüquqi nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar