Məhkəmə qərarları › İş №2-1(3-8)-469/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-469/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-469/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlə t Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Quba rayonu Ağbil Bələdiyyəsinin ** nömrəli ##.##.2002-ci il tarixli qərarı ilə X4 Quba rayonu Ağbil Bələdiyyəsi ərazisində ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında rəsmiləşdirilmiş 5 ha torpaq sahəsinin faktiki yerində mövcud olan 4.30 ha hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Quba rayon Ağbil Bələdiyyəsinin ** nömrəli, ## ###### 2002-ci il tarixli qərarı ilə X4 Quba rayonu Ağbil Bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədilə satılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında rəsmiləşdirilmiş 5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Ağbil Bələdiyyəsinin ** nömrəli, ## ###### 2002-ci il tarixli qərarı əsasında mərhum atası X4 Quba rayonu, Ağbil Bələdiyyəsi ərazisindən 5 hektar sahibkarlıq məqsədilə satılmışdır.Quba rayon Ağbil Bələdiyyəsinin ** nömrəli, ## ###### 2002-ci il tarixli qərarı əsasında 5 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN- 352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mərhumun adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq arayışın alınması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmiş, cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətinə ##.##.2025-ci il tarixli məktubla cavab verərək ərizəsinin icrasından imtina etmişdir.Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Quba rayonu Ağbil kəndi ərazisində yerləşən 5.0 ha torpaq sahəsinə mərhum X4 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 5.0 ha torpaq sahəsinə verilmiş JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Həmçinin, JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçot informasiya sistemində (TEKIUS) öz əksini tapmamışdır. Bundan əlavə, JN-352 Kod (30311048) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 5.0 ha torpaq sahəsi azalaraq 4.30 ha ölçüdə öz əksini tapmışdır. JN-352 Kod (30311048) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən Quba rayon Ağbil bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədilə ayrılmış 5.0 ha torpaq sahəsi torpaqların elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.Nəzərinizə çatdırırıq ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. ...Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından ##.##.2025-ci il tarixli, 3-21-3-34/2- *****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçot informasiya sistemində (TEKIUS) öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Ağbil Bələdiyyəsinin ** nömrəli ##.##.2002-ci il tarixli qərarı ilə X4 Quba rayonu Ağbil Bələdiyyəsi ərazisində ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında rəsmiləşdirilmiş 5 ha torpaq sahəsinin faktiki yerində mövcud olan 4.30 ha hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Quba rayonu Ağbil Bələdiyyəsinin qərarı ilə ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında rəsmiləşdirilmiş 5 ha torpaq sahəsinin faktiki yerində mövcud olan 4.30 ha hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Quba rayon Ağbil Bələdiyyəsinin ** nömrəli, ## ###### 2002-ci il tarixli qərarı ilə mərhum X4 məqsədilə 5 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mərhumun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Iddiaçı mərhum atasına ayrılmış 5 ha torpaq sahəsinin 4.3 ha hissəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 5.0 ha torpaq sahəsinə verilmiş JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Həmçinin, JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçot informasiya sistemində (TEKIUS) öz əksini tapmamışdır. Bundan əlavə, JN-352 Kod (30311048) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən 5.0 ha torpaq sahəsi azalaraq 4.30 ha ölçüdə öz əksini tapmışdır. JN-352 Kod (30311048) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən Quba rayon Ağbil bələdiyyəsinin ##.##.2002-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədilə ayrılmış 5.0 ha torpaq sahəsi torpaqların elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir. Cavabdeh hesab etmişdir ki, təqdim edilmiş sənədlər əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən əsasən belə qənaətə gəlmişdir ki, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1- ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının mərhum atasının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinintəmin edilməsindən imtinası qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh "xxxx" MMC-nin tərəfindən bildirilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma nəticəsində X4 adına verilmiş JN-352 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın arxiv nüsxəsi, eləcə də həmin aktın tərtib edilməsinə əsas olmuş sənədlər (Quba rayonu Ağbil bələdiyyəsinin ##.##.2002-ci il tarixli ** nömrəli qərarı) aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X2 filialı tərəfindən bildirilmişdir ki, Quba rayonu Ağbil bələdiyyəsinin filialda mühafizə olunan sənədlərində ## ###### 2002-ci il tarixli ** saylı qərarı və ona əlavə sənədlər aşkar edilmədi. Görünüdüyü kimi iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi Dövlət Aktının və onun hüquqi əsasını təşkil etdiyi bildirilən bələdiyyə qərarının arxiv materialları ilə təsdiq olunmadığı müəyyən edilir. Eyni zamanda cavabdeh inzibati orqan qeyd edir ki, 5.0 ha torpaq sahəsinə verilmiş JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Həmçinin, JN-352 Kod (********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” elektron məlumat bazasında və torpaqların elektron kadastr uçot informasiya sistemində öz əksini tapmamışdır. Qeyd edilən hal işdə olan mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçıya məxsus müvafiq “Dövlət Aktı” olsada, həmin sənəd barədə dövlətin səlahiyyətli qurumlarında məlumat mövcud deyil, eyni zamanda həmin sənədin verilməsinə əsas olan inzibati aktın, yəni müvafiq bələdiyyə qərarının mövcudluğuda sübut olunmur. Kollegiya hesab edir ki, qeyd edilənlər idiaçının mülkiyyət hüququnun yaranma əsası ilə müraciət etdiyi ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbər sənəd kimi qəbulunu istisna edir, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Iş materiallarında olan Quba Rayonu Vladimirovka Bələdiyyə sədrinin birinci instansiya məhkəməsinə cavab məktubunda qeyd olunmuşdur ki, X4 adına həqiqətəndə 5 ha torpaq sahəsi mövcuddur. Ağbil bələdiyyəsinin 15 noyabr tarixli ** nömrəli qərarı qüvvədədir və çıxarışın verilməsinə etiraz etmirik. Məhkəmə kollegiyası Quba Rayonu Vladimirovka Bələdiyyə sədrinin bu cavabını mövcud olmayan bələdiyyə qərarının təsdiq edilməsi cəhdi kimi qiymətləndirir və iddianın təmini üçün əsas hesab etmir. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi örüş ərazisidir. Kollegiya qeyd edir ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması da işin hüquqi qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrılması, satılması, təyinatı üzrə istifadəsi, sərhədlərinin müəyyən edilməsi və hüquqların dövlət qeydiyyatına alınması torpaq qanunvericiliyinin xüsusi tələblərinə uyğun həyata keçirilməlidir. Belə torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınması üçün yalnız şəxsin faktiki istifadəsi deyil, həmin torpağın konkret şəxsə ayrılmasını və ya satılmasını təsdiq edən ilkin qərar, torpaqayırma sənədləri, sahənin yerləşmə sxemi, sərhədləri və təyinatı barədə sənədlər mövcud olmalıdır. Hazırkı işdə isə iddiaçının adına məhz kənd təsərrüfatı təyinatlı 4.30 ha torpaq sahəsinin ayrılmasını təsdiq edən ilkin bələdiyyə qərarı, həmin qərara əlavə edilmiş adlı siyahı, torpaqayırma materialları, sahənin yerləşmə sxemi və sərhədləri barədə mötəbər sənədlər aşkar edilməmişdir. Ona görə də yalnız Dövlət Aktının formal olaraq təqdim edilməsi cavabdeh inzibati orqanın üzərinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Rasif Məmmədova məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması üçün yetərli hesab edilə bilməz Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində hüququn dövlət tərəfindən tanınmasına və bununla bağlı arayışın verilməsinə dair tələb irəli sürüldükdə, həmin hüququ yaradan hüquqmüəyyənedici sənədlərin mövcudluğu və mötəbərliyi müəyyən edilməlidir. Arxiv sənədləri ilə təsdiqini tapmayan və verilməsinə əsas olmuş sənədləri mövcud olmayan, səlahiyyətli qurumlarda mövcudluğu barədə məlumat olmayan Dövlət Aktı əsasında mülkiyyət hüququnun qeyd alınmasından imtina barədə cavabdehin orqanın mövqeyi əsaslı olmuşdur. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi mövcudluğu dəqiq müəyyən edilməyən sənəd əsasında torpaq sahəsi ilə bağlı iddianı təmin etmiş, lakin nəzərə almamışdır ki, torpaq sahəsi ilə bağlı mübahisələr həll olunarkən həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin mötəbərliliyi şübhədənkənar olmalıdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, mövcud olmayan inzibati akt əsasında verilmiş, dövlətin səlahiyyətli qurumlarında məlumat olmayan “Dövlət Aktı” əsasında 4.3 ha örüş torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yolverilməzdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Quba rayonu Ağbil Bələdiyyəsinin ** nömrəli ##.##.2002-ci il tarixli qərarı ilə X4 Quba rayonu Ağbil Bələdiyyəsi ərazisində ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixli, JN-352 (Kod 30311048) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında rəsmiləşdirilmiş 5 ha torpaq sahəsinin faktiki yerində mövcud olan 4.30 ha hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar