Məhkəmə qərarları › İş №2-1(3-8)-475/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-475/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-475/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri X11 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, X6 katibliyiilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən 1801.1 kv.metr torpaq sahəsinin mübahisə doğurmayan 1200.0 kv.metr hissəsinə, üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “## ###### 1988- ci il tarixli **/** nömrəli, *** saylı inventar işinin reyestr kitabında 079 nömrəsi ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinə əsasən Xırdalan şəhəri Heydər Əliyev pr-ti 2 ünvanında yerləşməklə mülkiyyətində olan 1 otaqlı fərdi yaşayış evini və həmin evə aid texniki pasportda göstərilmiş 1801.1 kv/m həyətyanı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon X10 Icraiyyə Komitəsinin *** saylı inventar işinin **/** nömrəli reyestr kitabında ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə əlavə edilmiş texniki pasportun torpaq sahəsinin planında göstərilmiş 1801.1 kv.metr torpaq sahəsinin mübahisə doğurmayan 1200.0 kv.metr hissəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin 1200.0 kv.metr torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Daha sonra Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2- *(***)-***/**** saylı qərarı icraya yönədilmişdir. Məhkəmə qərarının icra mərhələsində cavabdeh orqan tərəfindən məhkəməyə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizə təqdim edilmiş, iddiaçının təqdim etdiyi texniki pasportda iddiaçı tərəfindən müdaxilə edilərək dəyişiklik edilməsi (mülkiyyətçiyə dair qeyd hissəsinə öz adı yazılmış kağız parçası qoyularaq və texniki pasportun sol yuxarı hissəsində özgəninkiləşdirilmə barədə qeyd olan hissəyə isə boş kağız parçası qoyularaq kserosurət çıxarılmışdır ki, fərdi yaşayış evinin özgəninkiləşdirilməsi məlum olmasın) aşkar edildiyindən icraatın təzələnməsi xahiş edilmişdir. Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilərək icraat təzələnmişdir. Həmçinin Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(118)- ***/**** saylı xüsusi qərardadı əsasında, iş üzrə tərəflərin hərəkətlərində cinayət əlamətlərinin olması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xırdalan şəhəri Heydər Əliyev küçəsi, ev 2 ünvanında yerləşən, 1890-cı ildə onun babası tərəfindən tikilmiş, daha sonra atasına, atasından isə ona miras qalmış fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayır. Həmin ünvan əvvəllər - 1950- 1960-cı illərdə Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsi 9"A", daha sonra dəyişdirilərək 1980-ci illərdə Kommunist küçəsi 2 "A", halhazırda isə H.Əliyev prospekti, 2 adlandırılmışdır. Beləliklə, ##.##.1937-ci ildə həmin ünvanda doğulmuş və bugünə kimi həmin ünvanda fasiləsiz yaşayır. Babası və atası da həmin ünvanda yaşamışlar. Evin qanuni istifadəsinə 1801,1 kv.m torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin əjdadlarından hansına ayrılmış olması haqqında Azərbaycan Respublikasının Dövlət Arxivindən vəkil sorğusuna verilmiş cavaba görə müvafiq sənədlərin arxivə təhvil verilməməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. Lakin işə əlavə etdiyi Azərbaycan SSR, Bakı şəhəri Kirov rayonu (hazırkı Abşeron rayonu) Xırdalan qəsəbə Sovetinin icrayyə Komitəsinin ## #### 1959-cu il tarixli,*** saylı arayışında yazılmışdır ki, "verilir həmin arayış İddiaçı Hadi oğluna ondan ötrü ki, həqiqətən həmin vətəndaş Xırdalan qəsəbəsində anadan olub və Xırdalan qəsəbəsinin B.Sərdarov küçəsində olan *-a nömrəli yer Böyük Vətən müharibəsindən əvvəl həmin vətəndaşın atası X3 olmuşdur". Qeyd edilməlidir ki, əvvəllər müvafiq Sovetliyin Icrayyə Komitəsi tərəfindən vətəndaşa verilən torpaq sahəsi "yer" kimi adlandırılaraq qeydə alınırdı. Torpaq sahəsi vətəndaşın qanuni istifadəsinə verilirdi. Vətəndaşın adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sovetliyin icrayyə orqanının qərarı olmadığı halda, həmin torpaq sahəsindən istifadə mümkün ola bilməzdi və torpaq sahəsini özbaşına tutmuş şəxs cinayət məsuliyyətinə cəlb edilirdi. Odur ki, torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayrılması barədə hüquqmüəyyənedici sənəd olmuşdur. X2 müharibəsindən əvvəl ayrılmış torpaq sahələrinə dair arxivlər saxlanmadığından, həmin torpaq sahəsinin ona aid olması haqqında yuxarıda qeyd olunan arayış verilmişdir.Nəhayət, Abşeron rayon Dövlət Arxivindən ## ##### 2023-cü il tarixli T/*** saylı məktuba əlavə edilərək verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayon Ərazisində vətəndaşlara məxsus fərdi yaşayış evlərinə "Qeydiyyat Vəsiqəsi" verilməsi haqqında Abşeron rayon XDS icraiyyə Komitəsi ## ###### 1988-ci il tarixli Qərar vermişdir. Həmin Qərara əsasən 1890-cı ildə babası tərəfindən inşa edilmiş, iddiaçının ailəsi ilə birgə yaşadığı, Xıradalan qəsəbəsi Kommunist küçəsi 2"A" ünvanında yerləşən fərdi yaşayış evinə dair Abşeron Rayonlararası Texniki Inventarlaşdırma Bürosu tərəfindən iddiaçının adına ## ###### 1988-ci il tarixli 08/08 regestrasiya (Qeydiyyat) nömrəli (inventar işi 317, kitab 079) Qeydiyyat Vəsiqəsi və Texniki Pasport verilmişdir. Texniki Pasportda fərdi yaşayış evinə və evin istifadəsi üçün ayrılmış 1801,1 kv.metr torpaq sahəsinə dair bütün məlumatlar müfəssəl şəkildə yazılmışdır. Iddiaçı mülkiyyətində olan evinə və qanuni istifadəsində olan torpaq sahəsinə atası böyük vətən müharibəsində şəhid olduqdan sonra bu günədək ləyaqətlə fasiləsiz sahiblik etmişdir. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, Xırdalan şəhəri H.Əliyev küçəsi 2 ünvanında 1890-cı ildə inşa edilmiş fərdi yaşayış evi iddiaçının mülkiyyətində, həmin evin istifadəsində olan 1801.1 kv/m. torpaq sahəsi isə onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyətçisi olmasa da, mülkiyyətçi hüququları ilə sahiblik edir. Əvvəllərdə cavabdehə rəsmi müraciət edərək mülkiyyətində olan evin və qanuni istifadəsində olan 1801,1 kv/m həyətyanı torpaq sahəsinin Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müxtəlif bəhanələrlə imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi və üzərində inşa edildiyi 0.18011 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi Idarəsinə ## #### 2022-ci il, ## #### 2022-ci il, ## ###### 2023- cü il və ## #### 2023-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 317 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu; Təqdim edilmiş texniki pasportda göstərilməyən əlavə sahələrin inşa edildiyi; Mövcud texniki pasportun baş planına əsasən, sözügedən torpaq sahəsinin 308013086695- *****, 308013086354-*****, 308013069674-***** reyestr nömrəli çıxarışlarla başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS Icraiyyə Komitəsinin **/** saylı, ##.##.1988-ci il tarixli qərarının, iddiaçıya ayrılmış fərdi yaşayış evinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, müvafiq hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında torpaq sahəsinin ölçüsünün texniki sənəd üzrə 0.1801 ha, faktiki olaraq isə 0.12128 ha olduğu; texniki pasportda qeyd edilən fərdi yaşayış evinin birmərtəbəli olduğu; torpaq sahəsinin konfiqurasiyasında fərqlərin mövcud olduğu və bir hissəsinə dair digər şəxslərə məxsus fərdi yaşayış evinin mövcud olduğu qeyd edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən digər şəxslərə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə icraatı zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdehlər X12, X7 və X8 faktiki istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ## ## 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən X15 üzrə xususi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan Şəhərində yerləşən 0.0634 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.## 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************-***** reyestr nömrəli çıxarışa əsasən, X15 texniki pasportda göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.## 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, X15 üzrə xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə uyğundur. 308013069672-*****,308013086695-*****, 308013086354-*****, 308013086695-*****, 308013069674-***** reyestr nömrəli çıxarışlarla faktiki vəziyyət uyğundur. Məhkəmə tərəfindən təqdim edilmiş ləğv edilmiş DT və XK tərəfindən X1 üzrə mülkiyyətinə verilmiş topraq sahəsi ************ reyestr nömrəli çıxarışla özgəniləşdirilmişdir. Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı xüsusi qərardadına əsasən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda toplanmış material üzrə hüquq verən rəsmi sənədin saxtalaşdırılması cinayətinin tərkibi əlamətləri müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanmaqla aidiyyəti üzrə ibtidai istintaqın aparılmasının təmin edilməsi üçün Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərildiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması məsələsinin həlli üçün məhz onun əsası kimi çıxış edən hüquqmüəyyənedici sənədlərin mötəbər olub-olmaması halların aydınlaşdırılması zəruridir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyi şübhə doğurduğundan, iş üzrə hüquqmüəyyən edici sənədlərin saxtalaşdırılmasına dair cinayət tərkibinin əlamətləri aşkar edildiyindən cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası haqlı olmuşdur. Iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci Instansiya məhkəməsi iddia ərizəsini rədd edərək, qərarında qeyd etmişdir ki, göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyi şübhə doğurduğundan, iş üzrə hüquqmüəyyənedici sənədlərin saxtalaşdırılmasına dair cinayət tərkibinin əlamətləri aşkar edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Sumqayıt Inzibati Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** saylı xüsusi qərardadına əsasən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə BaşIdarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda toplanmış material üzrə hüquq verən rəsmi sənədin saxtalaşdırılması cinayətinin tərkibi əlamətləri müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanmaqla aidiyyəti üzrə ibtidai istintaqın aparılmasının təmin edilməsi üçün Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərildiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranıb-yaranmaması məsələsinin həlli üçün məhz onun əsası kimi çıxış edən hüquqmüəyyənedici sənədlərin mötəbər olub-olmaması halların aydınlaşdırılması zəruridir. Bununla yanaşı məhkəmə qətnaməsində IPM-nin 58.7; 68,1;68.2-ci maddələrini tətbiq etmişdir. Bura qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tətəfindən yeni aşılmış hallarla bağlı ictaatın təzələnməsi haqqında ərizə verilmişdir. Həmin ərizəyə əsasən məhkəmə iş üzrə icraatı təzələnmiş və ərizədə qeyd edilmiş halları nəzərə alaraq, onun iddia ərizəsi təmin edilmədi. Lakin, əslində, məhkəmə öz qərarında iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cumaddələrində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə iclaslarında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayon X10 Icraiyyə Komitəsinin *** saylı inventar işinin **/** nömrəli reyestr kitabında ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında iddiaçıya ayrılmış və həmin vaxtdan qeyd olunan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun istifadəsində olmuşdur. Vətəndaşın adına 317 inventar nömrəli, fevral 1989-cu il tarixli texniki pasport da tərtib edilmişdir. Iddiaçı qeyd olunan sənəd əsasında mübahisə predmeti olan daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin ## #### 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın qeyd edilən dəlilinin araşdırılması, Abşeron rayon XDS Icraiyyə Komitəsinin **/** saylı, ##.##.1988-ci il tarixli qərarının, iddiaçıya ayrılmış fərdi yaşayış evinə dair digər əlaqəli sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular ünvanlanmış, müvafiq hüquqmüəyyənedici sənədlər sorğu əsasında əldə edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında torpaq sahəsinin ölçüsünün texniki sənəd üzrə 0.1801 ha, faktiki olaraq isə 0.12128 ha olduğu; texniki pasportda qeyd edilən fərdi yaşayış evinin bir mərtəbəli olduğu; torpaq sahəsinin konfiqurasiyasında fərqlərin mövcud olduğu və bir hissəsinə dair digər şəxslərə məxsus fərdi yaşayış evinin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın sonuncu, yəni mübahisəli torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüdatı təyinatlı (örüş) torpaqlaraaid olması dəlilini araşdırmaq üçün aidiyyatı üzrə sorğular ünvanlamışdır. Məhkəmə cavabdeh orqana sorğu ünvanlayaraq, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlərin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın ## #### 2024-cüil tarixli məktubları ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və onun təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi qeydə alınmışdır. Bununla əlaqədar, ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarında məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh Idarənin onun müraciətindən imtinasını əsaslı hesab etmək olmaz. Ümumiyyətlə, işdə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının babası və atasına hələ doğulmamışdan əvvəl qanuni olaraq məxsus olmuşdur. Iddiaçı özü mübahisəli torpaq sahəsində yerləşən evdə anadan olub və hazırda həmin evdə yaşayır. Beləliklə, ev və torpaq sahəsi onun həyatı boyu onun istifadəsindədir. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni verərək, ərizədə qeyd edib ki, məhkəmə qərarı və ona əlavə edilmiş sənədlərdə göstərilən halların araşdırılması zaman müraciət üzrə əlavə 317 Inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin iddiaçı tərəfindən X4 özgəninkiləşdirdiyi müəyyən edilmişdir. Qeydiyyat kitabında qeyd olunan fərdi yaşayış evinə dair qeydin iddiaçının adında qaldığı, arxiv əsaslarının aşkar edilmədiyi (arxiv əsasları X4 adına olduğu üçün), iddiaçı tərəfindən təqdim edilmiş texniki pasporta iddiaçı tərəfindən müdaxilə edilərək dəyişiklik edilməsi (mülkiyyətçiyə dair qeyd hissəsinə öz adı yazılmış kağız parçası qoyularaq və texniki pasportun sol yuxarı hissəsində özgəninkiləşdirilmə barədə qeyd olan hissəyə isə boş kağız parçası qoyularaq kserosurət çıxarılmışdır ki, fərdi yaşayış evinin özgəninkiləşdirilməsi məlum olmasın) səbəbindən qeyd olunan hal Ərazi Idarəsi tərəfindən yalnız icra mərhələsində aşkar edilmişdir. Göründüyü kimi iddiaçı həm məhkəməni, həm də cavabdeh inzibati orqanı aldatmış, özünə sərf edən qanunsuz qərarın çıxarılmasına nail olmuşdur. Iddiaçı bu ərizəyə yazılı şəklində etirazı vermişdir. Bu etirazda o bildirib ki, texniki pasportun üzərində başqa bir şəxsin adının yazılması və ya adlarda hansısa düzəlişin edilməsi, bu işdə yeni açılmış hal kimi qəbul edilə bilməz. Həmin texniki pasport iş məhkəmənin icraatında olan zaman cavabdehin arxivində olmuşdur və cavabdehin onu məhkəməyə təqdim etmək imkanı olduğu halda təqdim etməmişdir. Bundan başqa, qeyd olunan evin özgəninkiləşdirilməsi haqqında ərizəçi heç bir sübut təqdim etməmişdir. Cavabdehin bu barədə iddiası tamamilə əsassızdır. Daha doğrusu, həmin ev özgəninkiləşdirilməmişdir. Işdə olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. Texniki pasportun üzərində yazılmış X4 (Qədir deyil) qızı iddiaçının bacısı olmuşdur və 15 il bundan əvvəl vəfat etmişdir. Həmin adın texniki pasportun üzərində hansı səbəbdən yazılması məlum deyil, habelə yazılmasının heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, həmin texniki pasport daşınmaz əmlaka dair mülkiyyət hüquqnu ehtiva edən sənəd deyildir. Həmin evə dair mülkiyyət hüququnu təsdiq edən yeganə sənəd iş materiallarına əlavə edilmiş Abşeron rayon X10 Icrayyə Komitəsinin ## ###### 1988-ci il tarixli Qərarı əsasında İddiaçı adına verilmiş **/** nömrəli Qeydiyyat Vəsiqəsidir. Həmin qeydiyyat vəsiqəsini İddiaçı adına daşınmaz əmlakın reyesti kitabında 079 nömrə ilə qeydə alınmışdır. Yalnız həmin Qeydiyyat Vəsiqəsi mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilir. Odur ki, hər hansı bir texniki pasport, o cümlədən *** saylı texniki pasport şəxsin mülkiyyət hüququnu ehtiva etmir və ümumiyyətlə, hər hansı texniki pasport, o cümlədən *** saylı texniki pasport bir obyektin (yaşayış evi, cihaz, əşya) texniki xüsusiyyətlərini, parametrlərini və təyin olunmuş məqsədi əks etdirən bir sənəddir. Bu sənəd, obyektin hazırlanması, işlənməsi, texniki xüsusiyyətləri, istehsalçı zəmanətləri və digər əsas məlumatları əhatə edir. Odur ki, Texniki rasportun əhəmiyyəti yalnız aşağıdakılardan ibarətdir. 1.Obyektin xarakteristikalarını əks etdirir: Texniki pasport, obyektin bütün texniki xüsusiyyətlərini (ölçülər, materiallar, parametrlər, iş prinsipi, s.m.) özündə birləşdirir. 2. Məlumat təmin edir: Pasport, obyektin quraqlaşdırılması, işlənməsi və texniki baxımdan təmin edilməsi ilə bağlı vacib məlumatları təmin edir. Etirazlarda göstərilən dəlillərlə tamamilə razıdır. Hesab edir ki, iş üzrə toplanan bütün sübutlar, sənədlər və ekspert rəyləri iddiaçı İddiaçı həm evə, həm də onun altında yerləşən torpağa uzun müddət qanuni olaraq sahib olduğunu sübut etmişdir. ## ##### 1989-cu ildə iddiaçı İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Kommunist küçəsi, 1801 kv.m-dən ibarət olan torpaq sahəsində yerləşən * nömrəli ev doğma bacısı Tamara Cabarova bağışlamışdır. Bununla əlaqədar, Abşeron rayon notariat kontorunda ##.##.1998-ci il tarixdə ½-*** nömrəli reyestr kitabında qeydi aparılmışdır. Lakin, əldə edilmiş məlumata görə, Tamara Cabarova əslində hədiyyəni qəbul etməmişdir. Belə ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına həmin evə və altında olan torpaq sahəsinə mülkiyyət barədə Çıxarış almamışdır, həm də İddiaçı evinə köçməmişdir. Bundan başqa, Tamara Cabarova 2015-ci ildə vəfat etmişdir. Iddiaçı İddiaçı ##.##.1998-ci ildə notariat kontorunda bağlanmış bağışlama müqaviləsindən sonra da öz evində yaşamağa davam etmişdir və bu gün də orada yaşayır. Məhz buna görə də o, yaşadığı evin və altında olan torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə onun adına Çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardadla bağlı aşağıdakılar qeyd edilməlidir. Iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi, həmin texniki pasport daşınmaz əmlaka dair mülkiyyət hüquqnu ehtiva edən sənəd deyildir. Həmin evə dair mülkiyyət hüququnu təsdiq edən yeganə sənəd iş materiallarına əlavə edilmiş Abşeron rayon X10 Icrayyə Komitəsinin ## ###### 1988-ci il tarixli Qərarı əsasında İddiaçı adına verilmiş **/** nömrəli Qeydiyyat Vəsiqəsidir. Həmin qeydiyyat vəsiqəsini İddiaçı adına daşınmaz əmlakın reyesti kitabında 079 nömrə ilə qeydə alınmışdır. Yalnız həmin Qeydiyyat Vəsiqəsi mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilir. 1998-ci ildə iddiaçı İddiaçı adına Abşeron rayonu, Xırdalan qəsəbəsi, Kommunist (hazırda Heydər Əliyev) küçəsində yerləşən 2 “2A” nömrəli evə verilmiş Qeydiyyat Vəsiqəsini bu günə qədər güvvədədir. Qeydiyyat Vəsiqəsindən görünür ki, iddiaçıya məxsus ev ferdi yaşayışevidir və o, torpaq sahəsində yerləşirdir. Qeyd etməyi zəruri hesab edir ki, ##.##.1998-ci il tarixdə Abşeron rayonu notariat kontorunda bağlanmış bağışlama müqaviləsində İddiaçı məxsus olan evin altında torpaq sahəsini 1801 kv.metrdən ibarət olan kimi göstərilmişdir. Buna görə də, iddiaçı İddiaçı mülkiyyət hüququnu toxunulmazdır və mülkiyyət hüququ üzrə ona məxsus fərdi yaşayı evə, evin altında olan torpaq sahəsinə mülkiyyət hüququ üzrə müvafiq dövlət orqanı tərəfindən Çıxarış verilməlidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən *a saylı evin qanuni əsasla mülkiyyətçisi olmuşdur. Belə ki, müəyyən olunmuşdur ki, Xırdalan şəhəri, Heydər Əliyev küçəsi, ev 2 ünvanında yerləşən, 1890-cı ildə iddiaçının babası tərəfindən tikilmiş ,daha sonra atasına, atasından isə ona miras qalmış fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayır. Həmin ünvanəvvəllər - 1950- 1960-cı illərdə Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsi 9"A", daha sonra dəyişdirilərək 1980-ci illərdə Kommunist küçəsi 2 "A", hal-hazırda isə H.Əliyev prospekti, 2 adlandırılmışdır. Beləliklə, iddiaçı ##.##.1937-ci ildə həmin ünvanda doğulmuş və bu günə kimi həmin ünvanda fasiləsiz yaşayır. Babası və atası da həmin ünvanda yaşamışlar. Evin qanuni istifadəsinə 1801,1 kvm. Torpaq sahəsi verilmişdir. Iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən fərdi yaşayış evi Abşeron rayon X10 Icraiyyə Komitəsinin *** saylı inventar işinin **/** nömrəli reyestr kitabında ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında İddiaçı ayrılmış və həmin vaxtdan qeyd olunan fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun istifadəsində olmuşdur. Vətəndaşın adına 317 inventar nömrəli, fevral 1989-cu il tarixli texniki pasport da tərtib edilmişdir. Beləliklə, iddiaçı İddiaçı qanuni əsasla yaşadığı evin Mülkiyyətşisidir. ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında o, həm fərdi yaşayış evinə, həm də evin altında olan torpaq sahəsinə mülkiyyət hüququ üzrə Çıxarış almaq istəmişdir. Lakin, məhkəmə onun bu qanuni tələbiəsassız olaraq təmin edilmədi. Bununla da, Azərbaycan RespublikasıKonstitusiyasının 13-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı 1937-ci ildə anadan olub və doğulduğu vaxtdan ünvan 2ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bu ev ona babasından və atasından qalmışdır. Babası və atası ölümündən sonra həmin fərdi yaşayış evi İddiaçı sahibliyinə keçmişdir. ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında İddiaçı yaşadığı evin mülkiyyətçisidir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının həyatı boyuonun istifadəsindədir. Bunagörə də, iddiaçı qanuni əsasla cavabdeh DaşınmazƏmlakın Dövlət Reyestrindən fərdiyaşayış evə və altında olan torpağa mülkiyyəti hüququ üzrə onun adına Çıxarış verilməsini tələbetmişdir.Lakin məhkəmə qanunsuz olaraq, iddiaçıİddiaçı həmin qanuni tələbi əsassızolaraqtəmin edilmədi. Bununlada, AR Konstitusiyasının 29-cu maddəsinin normalarını pozmuşdur. Belə ki, məhkəmə iclasları zamanı müəyyən edilmişdirki,1998- ci ildən iddiaçı İddiaçı mübahisəli fərdiyaşayışevin və altındakı olan torpaq sahəsinin mülkiyyətçisidir. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon X10 Icraiyyə Komitəsinin *** saylı inventar işinin **/** nömrəli reyestr kitabında ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. Bundan əlavə, iddiaçının fərdi yaşayış evəvə torpağa mülkiyyət hüququ məhkəməyə təqdim edilən digər sənədlərlə təsdiqlənir. Eyni zamanda, cavabdeh məhkəməyə evin və onun altındakı torpağın iddiaçıya məxsus olmadığına dair heç bir sübut təqdim etməyib. Bu səbəbdən, hesab edir ki, məhkəmə qərarı qəbul edərkən, qeyri-obyektivlik, birtərəflik göstərmişdir. Birinci instansiya məhkəməsi iddiaçı İddiaçı iddiaərizəsini rədd edərək, qərarın daqeyd etmişdir ki, göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyi şübhə doğurduğundan, iş üzrə hüquqmüəyyən edici sənədlərin saxtalaşdırılmasınadaircinayət tərkibinin əlamətləri aşkar edildiyindən məhkəməhesabedirki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası haqlı olmuşdur. Hesab edir ki, məhkəmənin bu mövqəyini tamamilə əsasızdır. Çünki, iddiaçı İddiaçı məhkəməyə babasından və atasından qalmış həyətyanı sahəsinin uzun illər ərzində onun sahibliyində olması barədə bütün sübutlar məhkəməyə təqdim etmişdir. Bundan başqa, mütəxəssislərin rəyləri, Abşeron rayon X10 Icraiyyə Komitəsinin *** saylı inventar işinin **/** nömrəli reyestr kitabında ## ###### 1998-ci il tarixdə 079 nömrə ilə qeydəalınmış qeydiyyat vəsiqəsi, həmçinin ##.##.1998-ci il tarixdə notariat kontorunda bağlanmış bağışlama müqaviləsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyevprospekti (keçmiş Kommunist küçəsi) ünvanında yerləşən 2”a” evin və altındakı yerləşən 1200 kv.m.-dən ibarət olan heyətyanı torpaqsahəsini iddiaçı İddiaçı sahibliyində və mülkiyyətində olmasını tam təsdiqlənir, yəni sübuta yetirilmişdir. Lakin məhkəmə məhkəmə iclasında müəyyən edilmiş faktları və sübutları nəzərə almamışdır, qanunsuz və əsassız olaraq iddiaçı İddiaçı iddia ərizəsi rəddetmişdir. Bununlada, AR IPMnin 68.1;68.2-ci maddələrinin tələblərini pozmuşdur. Iddiaçı tərəfindən fərdi yaşayış evə və altında olan torpaq sahəsinə dair bütün zəruri sənədləri təqdim edilmişdir. Həmçinin məhkəmə iclaslarda müəyyən edilmişdir ki, iddiaçı ##.##.1937-ci ildə həmin ünvanda doğulmuş və bugünə kimi həmin ünvanda fasiləsiz yaşayır. Babası və atası da həmin ünvandayaşamışlar. Evin qanuni istifadəsinə 1801,1 kvm. torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin əjdadlarından hansına ayrılmış olması haqqında AzərbaycanRespublikasının Dövlət Arxivindən vəkil sorğusuna verilmiş cavaba görəmüvafiq sənədlərin arxivə təhvil verilməməsi səbəbindən müəyyən etmək mümkün olmamışdır. Lakin işə əlavə etdiyi Azərbaycan SSR, Bakı şəhəri Kirov rayonu h(azırkı Abşeron rayonu) Xırdalan qəsəbə Sovetinin icrayyə Komitəsinin## #### 1959-cu il tarixli,*** saylı arayışında yazılmışdır ki, "verilir həmin arayış İddiaçı Hadi oğluna ondan ötrü ki, həqiqətən həminvətəndaş Xırdalan qəsəbəsində anadan olub və Xırdalan qəsəbəsinin B.Sərdarov küçəsində olan *-a nömrəli yer Böyük Vətən müharibəsindən əvvəl həmin vətəndaşın atası X3 olmuşdur". Qeyd edilməlidir ki, əvvəllər müvafiq Sovetliyin Icrayyə Komitəsi tərəfindən vətəndaşa verilən torpaq sahəsi "yer"kimi adlandırılaraq qeydəalınırdı. Torpaq sahəsi vətəndaşın qanuni istifadəsinə verilirdi. Vətəndaşın adına torpaqsahəsinin ayrılmasınadair müvafiqsovetliyin icrayyə orqanının qərarı olmadığı halda, həmin torpaq sahəsindən istifadə mümkün ola bilməzdi və torpaq sahəsini özbaşına tutmuş şəxs cinayət məsuliyyətinə cəlb edilirdi. Odur ki, torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayrılması barədə hüquqmüəyyənedici sənəd olmuşdur. Lakin məhkəmə bu halı tam aydınlaşdırmaq üçün heç bir hərəkət etməmişdir, dövlət arxivindən heç bir sənəd tələb etməmişdir, iddiaçı İddiaçı məxsus olan torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənədlərin tapılması üçün müvafiq dövlət orqanlarına heç bir sorğu göndərməmişdir. Bununla da, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütun faktiki halların aydınlaşmamışdır.Məhkəmə əvvəlki ##.##.2025-ci il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdə göstərilən halların araşdırılması zaman müraciət üzrə əlavə 317 Inventar nömrəli texniki pasprtda göstərilən fərdi yaşayış evinin iddiaçı tərəfindən X4 özgəninkiləşdirdiyi müəyyən edilmişdir. Lakin, Qeydiyyat kitabında qeyd olunan fərdi yaşayış evinə dair qeydin İddiaçı adında qalmışdır. Məhkəmənin qərarı qəbul edildiyindən sonra, məlum oldu ki, iddiaçı ##.##.1989-cu il tarixdə Abşeron rayonu notariat kontorunda bağışlama müqaviləsi əsasında mülkiyyət hüququ üzrə məxsus olan evvə evin altında 1801,0 kv.m. həyətyanı sahəsini bacısı X5 hədiyyəyəvermişdir. Lakin bununla bağlı məhkəmə Abşeron rayon notariat kontorunun arxivindən heç bir sənəd (bağışlama müqaviləsi və əlavə edilmiş sənədlər)tələb etməmişdir. Bununla da, məhkəməningəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütun faktiki halların aydınlaşmamışdır. Ümumiyyətlə, məhkəmə qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə qəbul edilmişdir. Belə ki, işdə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı babası və atasına hələ doğulmamışdan əvvəl qanuni olaraq məxsus olmuşdur. İddiaçı özü mübahisəli torpaqsahəsində yerləşən evdə anadan olub və hazırda həmin evdə yaşayır. Beləliklə, ev və torpaq sahəsi onun həyatı boyu onun istifadəsindədfir. Iş üzrə toplanan bütün sübutlar, sənədlərvə ekspert rəyləri iddiaçı İddiaçı həm evə, həm də onun altındayerləşəntorpağa uzun müddət qanuni olaraqsahibolduğunu sübut etmişdir. Lakin, məhkəmə məhkəmə iclaslarda müəyyən edilmiş halları nəzərə almamışdır və nəticədə işin hallarına uyğun qərarı ilə nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya qeyd edir ki,iddianın mümkünlüyü mərhələsində ilkin dəyərləndirmə üzrə müəyyən edilməli olan birinci hal məhz iddiaçının sözügedən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması ilə bağlı olan haldır. Qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından subyektiv hüququnun mövcudluğu o halda ortaya çıxmış olur ki, tələb etmək hüququnun qanuni əsası mövcud olmuş olsun, habelə hüququn həqiqətən pozulması, hüquqa aşkar müdaxilənin mövcudluğu, hüquqi müdafiəyə ehtiyacın olması, çatmaq istədiyi məqsədə uyğun iddia irəli sürməsi və s. kimi dəyərləndirmə əsasları mövcud olmuş olsun. Kollegiya iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının hazırki iş üzrə tələbində qeyd etdiyi əmlakla bağlı ## ##### 1989-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi bağlanılmış, həmin müqavilənin ləğv və ya etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının hazırda istinad etdiyi hüquqmüəyyənedici sənədlər əsasında sözügedən əmlakla bağlı əldə etdiyi hüquqları məhz notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında digər şəxsə ötürülmüş, nəticə etibarilə onun daşınma zəmlak üzərində olan əmlak hüquqlarına xitam verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı tələbində qeyd etdiyi əmlakı notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında başqa şəxsin mülkiyyətinə verdiyindən, həmin əmlakla bağlı hüquqlarından imtina etdiyindən və nəticə olaraq həmin əmlaka dair hüququ mövcud olmadığından, hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, mülki qanunvericiiliyin tələbinə əsasən bağışlanma müqaviləsi daşınmaz əmlak üzərində əldə edən şəxsə münasibətdə mülkiyyət hüququnun yaranması əsası qismində çxıış etməklə, hədiyyə verən şəxsə münasibətdə isə əmlak üzərində hüquqlarını hədiyyə alan şəxsə ötürməsinin və əmlak üzərində hüquqlarının xitam verilməsinin əsası qismində çıxış edir. Mülki Məcəllənin 666.1-ci maddəsinin tələbinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bu baxımından kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları (iddiaçının həmin əmlakı notarial qaydada təsdiq edilmiş bağışlanma müqaviləsi əsasında başqa şəxsə verdiyindən, öz hüquqlarından imtina etdiyindən, bu hal mülkiyyət hüququnun xitamı üçün əsas hesab edildiyindən) iddiaçının hazırki iddia tələbin irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını deməyə əsas verir, hansı ki həmin hal iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla),146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu baxımından kollegiya qeyd edir ki, həmin əmlaka dair notarial qaydada müqvailənin bağlanılması halı artıq əmlakla bağlı hüququn hədiyyəni alan şəxs ötürülməsi əsası kimi çıxış etdiyindən, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması halı əldə edən şəxsin əmlak hüququndan məhrum olması və ya əmlak hüququna xitam verilməsi əsası kimi çıxış etməmişdir. Bu baxımından iddiaçının həmin hissədə şikayətinin dəlili əsassız olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, hədiyyə alan şəxsin vəfat etməsi halı onun həmin əmlak üzərində yaranmış hüququnun xitam verilməsinə və əvvəlki mülkiyyətçi kimi iddiaçının hüququnun bərpasına əsas vermir, bu hal ölmüş şəxsə məxsus olan əmlak hüququnun vərəsəlik hüquq münasibətləri çərçivəsində onun vərəsələrinə keçməsinə əsas verir. Bu baxımından iddiaçının həmin hissədə də şikayətinin dəlili əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının sözügedən əmlakdan qanuni əsas olmadan istifadə etməsi halı onun həmin əmakla hüquqi bağlılığının müəyyən edilməsi və bu əsasla hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququna malik olmasının əsas kimi çıxış etməmişdir. Bu baxımından iddiaçının həmin hissədə də şikayətinin dəlili əsassız olmuşdur. Həmçinin, bağışlanma müqaviləsinin məzmunundan görünür ki, sözügedən ev və onun yerləşdiyi torpaq sahəsi müqavilənin predmeti olmuşdur. Işin müəyyən edilmiş həmin halı iddiaçının şikayətin dəlili kimi yalnız evin bağışlanması ilə bağlı istinad etdiyi halı da təkzib etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddiaçının şikayətinin dəlillərini təkzib etməklə, iddianın mümkünlük şərtinin ödənilməsi halını müəyyən etməyə imkan verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddia tələbi mümkün sayılmadığından, şikayət “iddia tələbinin təmin edilməsi” hissəsində təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar