Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-476/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin 2- 1(118)-6835/2025 nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Xaçmaz rayon Mərkəzi Xəstəxanası X1 üzrə ##.##.2020-ci il tarixli **** saylı əmrdən çıxarışa əsasən TTTYS-nın Xudat şəhər bölməsinin sürücüləri X5 və İddiaçı iş yeri və əmək haqqı saxlanılmaqla TƏBIB-in rəhbərliyinin göstərişinə əsasən Mersedes Sprinter markalı, ** JN *** dövlət nömrə nişanlı avtomaşın ilə birlikdə ##.##.2020-ci il tarixdən qeyri-müəyyən müddətə cəbhə bölgəsinə ezam olunmuşdur. Təyin olunmuş məntəqələri gəlmək və onlardan getmək haqqında qeydlərdən və ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı ##.##.2020-ci il tarixli *** saylı əmrlə Fizuli RMX ezam edilmiş, ##.##.2020-ci il tarixdə Xaçmazdan Fizuli RMX gəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi “M”-nin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya"nın ##.##.2023-cü il, ##.##.2023-cü il və təkrar ##.##.2025-cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Füzuli RDM TƏBIB-in tabeliyində olan Tibb müəssisəsi olduğu üçün, Vətən müharibəsi dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) Müdafiə Nazirliyinin heç bir hərbi hissə və müəssisələrində döyüş əməliyyatlarında iştirakınız və qeydiyyatınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərininin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Tibbi Ərazi Bölmələrini X7 X11 X1 2021-ci il tarixli arayışında İddiaçı hərbi vəziyyətlə əlaqədar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X8 Mərkəzində hərbçilərin, şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi X1 Füzuli rayon Mərkəzi Xəstəxanası X1 ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 44 günlük vətən müharibəsi zamanı ön cəbhədən yaralı və şəhid hərbiçilərin Füzuli MDM-ə təxliyyəsi ilə məşğul olmuşdular. X8 Mərkəzi TƏBIB-in tabeliyində fəaliyyət göstərir. Mərkəzə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi mülki xəstələr qəbul olunmurdu. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## #### 2003-cü il tarixdə Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon şöbəsi (keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. ## #### 2003-cü il tarixdən ## ###### 2005-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Komandanlığının ##.##.2004-cü il tarixli 1528 ş/h saylı əmri əsasında ## ###### 2005-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis edilmişdir). ##.##.2005-ci il tarixdə Xaçmaz rayon Hərbi Komissarlığında hərbi qeydiyyata (uçota) düşmüşdür. Həqiqi hərbi xidmədtən tərxis edildikdən sonra Xaçmaz rayon Mərkəzi Xəstəxanasın təcili tibbi yardım xəstəxanasında sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Təcili və X12 Stansiyasının (TTTYS-nın) Xudat şəhər bölməsində Mersedes Sprinter markalı 99JN 826 dövlət qeydiyyat nişanlı təcili yardım avtomobilinə sürücü vəzifəsinə təyin olunmuşdur. Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi X1 (TƏBIBn) rəhbərliyinin göstərişi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanası direktorunun ##.##.2020-ci il tarixli №**** nömrəli əmri ilə Təcili və X12 Stansiyasının (TTTYS- nın) Xudat şəhər bölməsinin sürücüləri X5 və onun iş yeri və əmək saxlanılmaqla Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi X1rəhbərliyinin göstərişinə əsasən Mersedes Sprinter markalı 99JN 826 dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə ##.##.2020-ci il tarixdən qeyri-müəyyən müddətə cəbhə bölgəsinə ezam olunmuşdur. Bundan başqa Xaçmaz rayon Mərkəzi Xəstəxanası” direktorunun ##.##.2020-ci il tarixli №**** nömrəli əmri əsasında ona Xaçmaz rayon X18 rayon Mərkəzi Xəstəxanasına ##.##.2020-ci il tarixli ezamiyyə vərəqəsi də verilmişdir. Bundan sonra Tibbi Ərazi Bölmələrinin X13 X11 ‘"X1 “tapşırıqları əsasında ##.##.2020- ##.##.2020-ci II tarixədək Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərindən X9 Mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Döyüş zonalarında iştirak etməyi barədə Tibbi Ərazi Bölmələrinin X13 X11 “X1 ##.##.2021-ci il tarixli *** nömrəli arayışım, Xaçmaz rayon Mərkəzi Xəstəxanası direktoru Səyyaf Tağıyevin ##.##.2020-ci il tarixli №**** nömrəli əmri və ##.##.2020-ci il tarixli ezamiyyə vərəqəsi ilə təsdiq olunur. Eyni zamanda müharibədə iştirakı barədə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən verilmiş ## #### 2003-cü il tarixli, АО № ******* nömrəli hərbi biletində təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin Idarəetmə X3 şəxisin Vətən müharibəsi dövründə təminant növləri üzrə tapşırıqların yerinə yetirilməsi məqsədilə ezam olunmağı təsdiq edən sənədlər “Müharibə Veteranı adının verilməsi məsələsinə baxılması üçün ##.##.2025-ci il tarixli **-*/*-F-*****/* nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin ##.##.2024-cü il tarixli, 3-25-14/№****-**/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və Fizuli RDM TƏBIB-nin tabeliyində ola tibbi müəsissəsi olduğu üçün Vətən Müharibəsi dövründə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək ) Müdafiə Nazirliyinin heç bir hərbi hissə və müəsisəsində döyüş əməliyyatlarında iştirakınız və qeydiyyatınız barədə məlumat olmadı olmadığına görə Sizə “Müharibə veteranı” adını və vəsiqəsinin verilməsi üçün Sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-##.##.2020- ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etməyib, onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yanmbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X19 Xidməti və Azərbaycan Respublikasının Strateji X16 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bu səbəbdən iddiaçının sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Iddia ərizəsindən, "Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X1 üzrə əmrdən şıxarışdan və ezamiyyət vərəqəsindən görmək olar ki, ##.##.2020-##.##.2020-ci il tarixlərdə (44 günlük Vətən Müharibəsində) Iddiaçı İddiaçı Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, “X8 Mərkəzi”nə ezam olunmuş, yaralı hərbiçilərin və şəhidlərin X8 Mərkəzinə daşınmasında iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021 -ci il tarixli *** nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları" hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd" əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən X1lərə Vətən Müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki Işçilərinin siyahısını təsdiqedici sənədlərlə birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılıb. Belə ki, Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinə (TƏBIB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların hazırlanması barədə tapşırıq verilib. Buna görə də, AR MPM-nin 54-cü maddəsinə müvafiq olaraq, əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. AR IPM-nin 13-cü maddəsinə əsasən iddiaçı məhkəmə yardımından istifadə edə bilər. Belə ki, TƏBIB-in tərkibində Veteran Komissiyası olmadığından TƏBIBin hazırladığı siyahılar, müvafiq dövlət qurumunun (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarında adları göstərilmişdir) Komissiyası tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinə (TƏBIB) tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların həmin işçilərin ezam olunduqları qurumlardan asılı olaraq (məsələn: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Komissiyasına, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və ya regionlar üzrə ezam olunmuş şəxslərin hansı güc strukturunun istiqaməti üzrə xəstə, yaralı, həlak olanları daşımaq məqsədi ilə ezam edilmiş şəxslərin siyahıların həmin qurumun Komissiyasına göndərilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin 2-1(118)-6835/2025 nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X19 Xidməti və Azərbaycan Respublikasının Strateji X16 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Iş materialları və məhkəmə araşdırmasının nəticəsi olaraq sübut olunur ki, TTTYSnın Xudat şəhər bölməsinin sürücüləri X5 və İddiaçı iş yeri və əmək haqqı saxlanılmaqla TƏBIB-in rəhbərliyinin göstərişinə əsasən Mersedes Sprinter markalı, ** JN *** dövlət nömrə nişanlı avtomaşın ilə birlikdə ##.##.2020-ci il tarixdən qeyri-müəyyən müddətə cəbhə bölgəsinə ezam olunmuşdur. İddiaçı hərbi vəziyyətlə əlaqədar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X8 Mərkəzində hərbçilərin, şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. 44 günlük vətən müharibəsi zamanı ön cəbhədən yaralı və şəhid hərbiçilərin Füzuli MDM-ə təxliyyəsi ilə məşğul olmuşdular. X8 Mərkəzi TƏBIB-in tabeliyində fəaliyyət göstərir. Mərkəzə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi mülki xəstələr qəbul olunmurdu. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi X1 Xaçmaz rayon Mərkəzi Xəstəxanası X1 ## ###### 2025-ci il tarixli məktubu ilə İddiaçı cəbhə bölgəsinə ezam olunması ilə bağlı ##.##.2020-ci il tarixli **** nömrəli əmrin və ezamiyyə vərəqəsinin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralı və şəhid hərbiçilərin təxliyəsi olmuşdur. Bundan əlavə, cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da, əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa, ona müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarında eyni hüquqi mövqedən çıxış edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirmiş və iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsini təsdiq etsə də, lakin iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hası rəsmi əmək (xidməti) münasibəti və hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsinin möhtəbərliyini təsdiq edən sübuta istinad etməmişdir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal- hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Lakin, araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı ##.##.2020-ci il tarixində Füzuli MDM-ə ezam olunmuş və Füzuli MDM tabeliyində işğaldan azad olunmuş ərazilərdə yaralı hərbiçiləri və şəhidləri təxliyyə etmiş, onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hərhası rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Qeyd olunanlardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamış Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilməmişdir. Belə ki, iddiaçı iddia edir ki, ##.##.2020-ci il tarixində X8 Mərkəzi X1ə ezam olunmuş və Füzuli MDM tabeliyində işğaldan azad olunmuş ərazilərdə yaralı hərbiçilərin və şəhidlərin təxliyyə edilməsində iştirak edib. X8 Mərkəzi isə Müdafiə Nazirliyinin tabeliyində olmadığı üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilməməlidir. Belə olduğu təqdirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab orqan olmamadığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi götərilə bilməz. Çünki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X19 Xidməti və Azərbaycan Respublikasının Strateji X16 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:..... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının Müdafiə Nazirliyinin heç bir hərbi hissə və müəssisələrində döyüş əməliyyatlarında iştirakı və qeydiyyatı barədə məlumat olmadığı halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı hissədə cavabdehin istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, TƏBIB-in müharibə veteran adı və statusunun verilməsinə dair səlahiyyəti olmamış, həmin səlahiyyət qanunla müəyyən edilmiş qaydada cavabdeh inzibati orqana aid olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, TƏBIB tərəfindən müharibə veteran statusunun veirlməsi ilə bağlı müvafiq sənədlər səlahiyyətli quruma göndərilmiş, iddiaçının adı da həmin siyahıda mövcud olmuş, nəticə etibarilə TƏBIB tərəfindən siyahıya alınma və müvafiq sənədlərin təqdim edilməsi təmin edilmişdir. Bu halda kollegiya hesab edir ki, hazırki mərhələdə iddia tələbi üzrə cavab verməli qurum məhz cavabdeh çıxış etdiyindən, cavabdehin həmin arqumenti əsassız olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, hazırki mərhələdə cavabdehin istinad etdiyi hallar iddianın mümkün sayılmaması üçün əsas hesab edilmir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də sürücü peşəsində işləmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq tibb müəssisəsinin ##.##.2020-ci il tarixli **** nömrəli əmri ilə TƏBIB-in rəhbərliyinin göstərişinə əsasən qeyri-müəyyən müddətə cəbhə bölgəsinə ezam olunmuş, bu barədə əmrlə yanaşı, ezamiyyə vərəqəsi tərtib edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, “X8 Mərkəzi” PHŞ tərəfindən verilmiş məlumatın məzmununda iddiaçının ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan,Qubadlı,Hadrut ərazilərindən X10 hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olduğu qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, “Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyi” PHŞ tərəfindən iddiaçı barəsində “Müharibə veteran” adının verilməsi üçün cavabdeh inzibati orqana məktub və zəruri sənədlər təqdim edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus hərbi biletin məzmununda “##.##.2020-##.##.2020-ciil tarixədək Füzuli, Cəbrayıl, Zəngilan,Qubadlı, Hadrut ərazilərindən X8 Mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur” qeydi aparılmış, əsas kimi “X10” X1 09.03.21 tarixli 249 №li arayışı qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, “X10” X1 ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək mülki xəstələri qəbul etməmişdir. Kollegiya iddianın əsaslılığı baxımından qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin əsası kimi çıxış edən normanın dispoztiv şərtinə əsasən iddiaçının məhz şərtlərdə qeyd edilmiş ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması halının müəyyən edilməsi zəruri olmuşdur. Kollegiya qeyd edir edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispoztiv şərtinə əsasən mülki şəxslərə münasibətdə müharibə adı və statusunun verilməsi üçün iki şərtin olması zəruridir: 1) müvafiq ərazilərdə yerləşən hərbi hissələrə döyüş əməliyyatlarında iştirak etməli və ya həmin əməliyyatların bütün təminat növü üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı 2) bu fakt hərbi bilet, şəxsi işlər, ezamiyyə vərəqələri, əmrlərdən çıxarış və ya başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıya münasibətdə hər iki şərtin ödənilməsi təmin edilmişdir. Belə ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının müvafiq xəstəxanaya və cəbhə bölgəsinə ezam olunması, iştirak etdiyi ərazi məhz normanın dispozitiv şərtinə əks olunmuş ərazi şərtinə aid olması, döyüş əməliyyatlarının aparıldığı ərazidə sürücü qismində müvafiq təminat üzrə tapşırıqları yerinə yetirməsi halı öz təsdiqini tapmışdır. Başqa sözlə desək, iddiaçı müharibə dövründə məhz hərbi hospital kimi fəaliyyət göstərmiş xəstəxanaya ezam olunmuş, ezam olunmasında əsas məqsəd döyüş əməliyyatlarının aparıldığı ərazilərdə şəhid və yararlı əsgərlərin təxliyyəsi, təcili daşınmasının həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ezam olunmuş şəxsin müvafiq döyüş əməliyyatlarının aparıldığı əraziyə (Füzuli,Qubadlı,Cəbrayıl, Zəngilan,Hadrut) ezam olunması və həmin ərazidə bütün təminat növü üzrə tapşırığın yerinə yetirilməsi halı sözügedən statusunun verilməsi üçün əsas kimi çıxış etdiyindən, indiki halda iddiaçıya münasibətdə həmin hallar müəyyən edildiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının ezam olunduğu ərazi və yerinə yetirdiyi döyüş tapşırıqlarının mahiyyəti barədə məlumatlı olduğu halda, formal yanaşma tətbiq etmiş, bununla da iddiaçıya münasibətdə hərəkətləri qanunauyğun olmamışdır. Bundan əlavə, kolegiya onu qeyd edir ki, hazırki inzibati işin halları ilə bağlı oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsi mövcud olmuşdur, bu halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyası *- *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı, *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı və digər) Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin 2-1(118)-6835/2025 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-476/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-476/2026
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver