Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-477/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi).
2. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1979-cu il tarixindən ##.##.1980-cı il tarixədək SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan SSR Mədəniyyət Nazirliyi Sumqayıt Şəhər Icraiyyə Komitəsinin Mədəniyyət şöbəsinin mədəniyyət evi tərəfindən verilmiş ##.##.1978-ci il tarixli, *** nömrəli “şəhadətnamə”yə əsasən iddiaçı 1973-1978-ci illərdə mədəniyyət evində “azəri qarmonu” ixtisası üzrə təhsil almışdır.
4. Iddiaçıya məxsus ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək Sumqayıt Təkbir (kardon) zavodunda, ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək Avtonəqliyyat təsərrüfatında, ##.##.1979-cu il tarixdən ##.##.1979-cu il tarixədək Sumqayıt şəhər məktəblərarası tədrisistehsalat kombinatında, ##.##.1980-cı il tarixdən ##.##.1980-cı il tarixədək Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin ("xxxx") Avtonəqliyyat müəssisəsində, ##.##.1980-cı il tarixdən ##.##.1983-cü il tarixədək Sumqayıt Avtonəqliyyat müəssisəsində, ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək Sumqayıt * saylı X3 (hazırda "xxxx" ASC), ##.##.2020-ci il tarixdən ##.##.2025-ci il tarixədək F-Rövşən istehsalat müəssisəsində işləmişdir.
5. Iddiaçı cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir.
6. Cavabdeh orqan müraciətin icrasından imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 7 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 3 il 5 ay 21 gün sığorta stajına uyğun olaraq 3578,61 manat, ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 2015,35 manat olmaqla, ümumilikdə, 5593,96 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1983-cü il tarixindən ##.##.2002-ci il tarixinədək (xxxx), ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək (işdən azadolma qeydi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun əsaslandırılmadığından) və ##.##.1977-ci il tarixinə (işdən azadolma tarixi qeyd edilməyib) aid olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmiş, həmin müraciətə də cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, “xxxx” ASC-nin ##.##.2002-ci il və ##.##.2025-ci il tarixli arayışlarının surətində qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.2002-ci il tarixinədək və ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurətindən müvafiq quruma sorğu göndərilmişdir. Fondun Abşeron-Xızı regional filialı ilə “xxxx” ASC-nin birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli yoxlama aktına əsasən 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay iddiaçının adına əməkhaqqı hesablanmadığından və 1985-1987, 1994,1998, 2000, 2004-cü illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyindən sözügedən dövrlər sığorta stajında nəzərə alınmamışdır. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (25 ildən az olduğundan) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Verilən imtina qərarı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, əmək kitabçasında əksini tapmış ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
10. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmiş və cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı tələbini hazırkı qərarın 1-7-ci bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, əmək kitabçasının doldurulması və onda qeydlərin aparılması işçinin məsuliyyət sferasına daxil olan hal deyildir. Odur ki, işlədiyi dövrlərlə bağlı qeydlərin natamamlığı iddiaçının əleyhinə şərh edilə bilməz.
12. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, ##.##.1983-cü il tarixindən ##.##.2003-cü il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajı 18 il 10 ay 28 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 14 il 4 ay 28 gün sığorta stajına uyğun olaraq 14840,79 manat, 01,06.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 2114,15 manat olmaqla, ümumilikdə 16954,94 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun əmək kitabçasında əksini tapmış ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu-Abbaszadə).
14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilmiş dövrlərin doldurulma qaydasının pozulması həmin dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Əmək kitabçasının düzgün və qanunvericiliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifəsinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ məhdudlaşdırılmamalıdır. Iddiaçının müvafiq dövrlərdə işləməsi əmək kitabçasında əksini tapmış, onun işlədiyi qurumun mövcudluğu isə hər hansı şübhə doğurmamışdır. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının xxxx ASC-də işlədiyi təsdiqini tapdığından, həmin illər üzrə sığorta stajının müəyyən edilməsinin mümkün olmamasına dair cavabdehin dəlili məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının ən azı 25 il sığorta stajı vardır.
15. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini imtina məktubları və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığından həmin əmək kitabçası pensiya təyinatı üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. “xxxx” ASC-nin ##.##.2002ci il və ##.##.2025-ci il tarixli arayışlarında qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.2002-ci il tarixinədək və ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması məqsədilə müvafiq quruma sorğu göndərilmişdir. Fondun Abşeron-Xızı regional filialı ilə “xxxx” ASC-nin birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli yoxlama aktına əsasən 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay və 2003-cü il üzrə 4 ay iddiaçının adına əməkhaqqı hesablanmadığından, habelə 1985-1987, 1994, 1998, 2000 və 2004-cü illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyindən sözügedən dövrlər sığorta stajında nəzərə alınmamışdır. Cavabdehin fikrincə, birinci instansiya məhkəməsi bu sübutlara baxmayaraq işin hallarını kifayət qədər araşdırmamış, yalnız əmək kitabçasının mövcudluğunu əsas götürərək həmin dövrlərin mötəbər olduğu qənaətinə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş, əlavə olaraq əmək kitabçasında göstərilən işlədiyi dövrlər üzrə hər ay əməkhaqqı aldığını bildirmişdir. Iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (##.##.2007-ci il tarixədək qüvvədə olmuşdur): Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: İ. Ümumi qaydalar
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin III bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. II. Əmək stajını təsdiq edən sənədlər
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
24. “Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydaları: 3.1-ci bənd. Əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. 3.2-ci bənd. Işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 3.2.2. 3-cü bölmədə – 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4-cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). Işəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. 3.5-ci bənd. Əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. 3.6-cı bənd. Işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. 3.8-ci bənd. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq qeyd aparmış dövlət orqanı (qurumu) ləğv edilmişdirsə, düzəlişlər onun hüquqi varisi tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır.
27. Inzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
29. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Iddiaçının hazırkı tələbi əmək kitabçasında əks olunmuş ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək və ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədədir.
32. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
33. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 22-1.1-ci və 22- 1.2.1-ci maddələrinin tələblərindən görünür ki, 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il ######ın #-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il kimi nəzərə alınır.
34. Lakin, həmin xüsusi hesablanma qaydasının tətbiqi üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalının olması tələb edilir. Hazırkı işdə iddiaçının həmin tarixə pensiya kapitalı olmadığından, onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin ümumi şərtləri əsasında qiymətləndirilməlidir.
35. Bu baxımdan, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 65 yaşına çatması və fərdi şəxsi hesabında olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda, azı 25 il sığorta stajına malik olması tələb olunur.
36. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı ##.##.1960-cı il təvəllüdlü olduğu üçün 65 yaşına çatması işin mübahisə edilməyən halıdır.
37. Iddiaçının hərbi xidmət, təhsil və əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti dövrləri nəzərə alındıqda onun sığorta stajının qanunla tələb olunan 25 ildən artıq olduğu görünür. Mübahisə, əsasən, əmək kitabçasında əksini tapmış bəzi dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır.
38. Cavabdeh iddiaçının əmək kitabçasında: - Sumqayıt Təkbir (kardon) zavodunda işlədiyi qeyd olunan ##.##.1977-ci il tarixinə aid dövr üzrə “işdən azadolma tarixi qeyd edilmədiyindən”; - Sumqayıt * saylı X3 (hazırda "xxxx" ASC)-də işlədiyi qeyd olunan ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək olan dövrü “xxxx”; - həmin müəssisə üzrə ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək olan dövrü isə “işdən azadolma qeydinin qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilmədiyindən”, bununla da, qeyd olunan dövr üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin dövrləri; - həmçinin, 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay, 2003-cü il üzrə 4 ay iddiaçının adına əməkhaqqı hesablanmadığından və 1985-1987, 1994,1998, 2000, 2004-cü illərə aid əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyindən həmin dövrləri sığorta stajına daxil etməmişdir.
39. Birinci instansiya məhkəməsi əmək kitabçasındakı texniki və ya rəsmiləşdirmə qüsurlarının iddiaçının təqsiri olmadığını və mübahisələndirilən dövrlərin əmək kitabçasında göstərildiyini əsas götürərək cavabdehin dəlillərini əsassız saymış və iddianı təmin etmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin əmək kitabçasının doldurulma qaydasının pozulduğuna dair dəlilləri, özlüyündə, əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanın tətbiqindən imtina üçün yetərli əsas yaratmır.
41. Əmək kitabçasının doldurulması ilə bağlı yol verilmiş qüsurlar — işdən azadolma tarixinin tam göstərilməməsi, işdən azadolma əmrinin SSRI dövrünə aid möhürlə təsdiqlənməsi və ya işdən azadolma qeydinin cavabdehin fikrincə qüvvədə olan qaydalara uyğun rəsmiləşdirilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz və sosial təminat hüququnun məhdudlaşdırılması üçün müstəqil əsas sayılmamalıdır.
42. “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının məzmunundan da göründüyü kimi, əmək kitabçasında müvafiq qeydlər işəgötürən tərəfindən aparılır. Bu qeydlərdə səhv və ya qeyri-dəqiqlik olduqda düzəliş də işəgötürən, işəgötürən ləğv edildiyi hallarda isə onun hüquqi varisi və ya müvafiq səlahiyyətli qurum tərəfindən aparılmalıdır.
43. Buna görə də əmək kitabçasındakı qeydiyyat qüsurları işçinin məsuliyyət sferasına aid edilməməlidir. Belə qüsurlar yalnız əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən digər mötəbər sübutlarla birlikdə qiymətləndirildikdə hüquqi əhəmiyyət kəsb edə bilər.
44. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni inzibati orqanlara qadağan edir. Belə ki, həmin Qanunun 15.2 və 15.2-cü maddələrinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
45. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Sumqayıt Təkbir (kardon) zavodu üzrə işdən azadolma tarixinin tam göstərilməməsi barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, əmək kitabçasının müvafiq qeydində işdən azad edilmə əmrinin tarixi 1979-cu il kimi göstərilmiş, işdən azad olma tarixində gün və ay “xxxx” olaraq qeyd edilmişdir. Bu məlumatların birlikdə qiymətləndirilməsi həmin müəssisə üzrə işdən azad edilmə tarixinin ##.##.1979-cu il olduğunu müəyyən etməyə imkan verir.
47. Həmçinin, iş materiallarında Sumqayıt * saylı X3 (hazırda "xxxx" ASC) üzrə mübahisələndirilən dövrlərə aid işdən azad edilmə əmrləri mövcuddur.
48. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin ##.##.2002-ci il tarixli və ##.##.2004-cü il tarixli əmrlərindən görünür ki, iddiaçı həmin tarixlərdə müvafiq olaraq işdən azad edilmişdir. Bu sənədlər əmək kitabçasındakı mübahisələndirilən qeydlərin məzmununu təsdiq edir.
49. Qeyd olunanlara əsasən kollegiya cavabdehin əmək kitabçasının doldurulma qaydasının pozulduğuna dair dəlillərini əsassız sayır.
50. Cavabdehin növbəti dəlili ondan ibarətdir ki, Sumqayıt * saylı X3 1983-cü il üzrə 10 ay, 1989-cu il üzrə 6 ay, 1993-cü il üzrə 8 ay, 1999-cu il üzrə 8 ay, 2001-ci il üzrə 7 ay, 2002-ci il üzrə 4 ay və 2003-cü il üzrə 4 ay iddiaçının adına əməkhaqqı hesablanmamış, habelə 1985-1987, 1994, 1998, 2000 və 2004-cü illərə aid əməkhaqqı cədvəllərində onun adına rast gəlinməmişdir. Cavabdeh həmin dövrlərin bu səbəbdən sosial sığorta stajına daxil edilməməli olduğunu bildirir.
51. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.
52. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
53. Habelə, “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
54. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
55. Mübahisələndirilən dövrlər üzrə iddiaçının Sumqayıt * saylı X3 (hazırda “xxxx” ASC) işləməsi barədə qeydlər də əmək kitabçasında əks olunmuşdur.
56. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələbinə görə əmək kitabçası olmadıqda, yaxud ondakı qeydlər natamam və ya düzgün olmadıqda, əmək stajı arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı sənədləri, yazılı əmək müqavilələri və digər əmək fəaliyyətini təsdiq edən sənədlərlə müəyyən edilə bilər.
57. Hazırkı halda iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.2002-ci il tarixədək və ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” ASC-də işləməsi əmək kitabçası ilə yanaşı, həmin müəssisə tərəfindən verilmiş arayışlarla da təsdiq edilmişdir.
58. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışa əsasən iddiaçı müəssisə tərəfindən onun adına açılmış T-2 kartında və əmək kitabçasında aparılmış qeydiyyata uyğun olaraq ##.##.1983-cü il tarixdə *** nömrəli əmrlə Sumqayıt şəhər **** nömrəli avtodəstəyə işə qəbul edilmiş, ##.##.2002-ci il tarixdə ** nömrəli əmrlə işdən azad edilmişdir. Bir müddət sonra ##.##.2002-ci il tarixdə ** nömrəli əmrlə təkrar işə qəbul edilmiş, ##.##.2004-cü il tarixdə ** nömrəli əmr əsasında öz xahişi ilə işdən azad edilmişdir.
59. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq həmin müəssisə ##.##.2025-ci il tarixli, ** nömrəli arayışla yuxarıda qeyd olunan ##.##.2025-ci il tarixli, ** nömrəli arayışla eyni məzmunda məlumat vermiş, əlavə olaraq iddiaçının işlədiyi dövrlərə aid əməkhaqqı məlumatlarının arxivdən əldə olunan sənədlər əsasında təqdim edildiyini, əməkhaqqı göstərilməyən aylar və illər üzrə sənədlər mövcud olmadığından məlumat verə bilmədiyini bildirmişdir.
60. Belə olan halda, əməkhaqqı cədvəllərinin tam həcmdə təqdim edilməməsi iddiaçının həmin dövrlərdə əmək fəaliyyətinin baş vermədiyini deyil, müvafiq arxiv sənədlərinin tam saxlanılmadığını göstərir. Arxiv sənədlərinin natamamlığı iddiaçının iradəsindən və davranışından asılı olmayan haldır. Əmək kitabçası, T-2 kartı, işə qəbul və işdən azad edilmə əmrləri, habelə işəgötürənin arayışları mövcud olduğu halda yalnız əməkhaqqı cədvəllərinin tam olmaması həmin dövrlərin sosial sığorta stajı kimi tanınmasından imtina üçün kifayət əsas sayıla bilməz. Bu baxımdan, cavabdehin istinad etdiyi yoxlama aktı əmək kitabçasında, T-2 kartında, işə qəbul və işdən azad edilmə əmrlərində əks olunmuş əmək fəaliyyəti faktını təkzib edən sübut kimi deyil, yalnız əməkhaqqı arxiv sənədlərinin natamamlığını göstərən sənəd kimi qiymətləndirilməlidir.
61. Odur ki, mübahisələndirilən dövrlər də nəzərə alındıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilir.
62. Beləliklə, işin sadalanan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 65 yaşı tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş şərtlərin mövcudluğu təsdiq edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.