Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-478/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “qərarın ləğvi, əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya ##.##.2025-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir. Sumqayıt Tibb Mərkəzi * nömrəli Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ** nömrəli forma üzrə göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz kimi I69.3 - beyin byfarktının nəticələri, sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri, ağrılaşma kimi G40.3- generalizə olunmuş idioplatik epilepsiya və epileptik sindromlar, simtpomtik epilepsiya, Z74- yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1- spastik hemiplegiya, sol ətrafların dərin spastik hmiparezi (əzələ gücü – 1-1.5 bal), R47.0- disfaziya və afaziya, Bulbar sindrom (disfadiya, distoniya), R25 – hərəkətin və yerişin pozulmaları, hərəkət funskiyalarının və yerişin kobud pozulması, yanaşı xəstəlik kimi I10-esensial (birincili) hipertenziya, arterial hipertenziya lll dərəcə göstərilmişdir. Sumqayıt Tibb Mərkəzi * nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan çxıarışdan görünür ki, iddiaçı xəstəxnaya I69.3 – sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri diaqnozu ilə daxil olmuş, statusu aşağıdakı kimi müəyyən edilmişdir : udma refleksi zəif alınır, vətər və sümüküstü refleksləri yuxarı və aşağı ətraflarda zəif, solda yüksəkdir, əzələ tonusu solda yüksəkdir, əzələ gücü sol qolda – 0 bal, sol ayaqda – 1.0 bal qiymətləndirilir. Kənar yardıma ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza Və Patoloji Anatomiya Birliyi” X1 məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-10. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, F********AAX nömrəli Forma 88 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: I69.3-beyin infarktının nəticələri, sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri. Ağırlaşmalar: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1 -spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü 1-1,5 bal), R47.0-disfaziya və afaziya, bulbar sindrom (difagiya, distoniya), R26- hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, Il0-essensial (birincili) hipertenziya” diaqnoz ona stasionarlarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin ##.##.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsində tibbi-sosial ekspertləri tərəfindən Forma 88 göndərişinin qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyrlarına dair Əsasnamə”nin 6.5.1.4. bəndinə əsasən, orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. -Qərardadda ekspertiza qarşısında qoyulmuş suallar meyarlara aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TibbiSosial Ekspeıt Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: I69.3-Beyin infarktının nəticələri. Sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri; Ağırlaşmalar: G40.3-Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1-Spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1,5 bal), R47.0-Disfaziya və afaziya, bulbar sindrom, (difagiya, distoniya); R26-Hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, I10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya III dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağının şişkin, həmin oynaqda bükmənin natamam olması müşahidə edilmiş, sol yuxarı ətrafda hərəkət məhdudluğu qeyd edilmiş, sol əl barmaqlarında açma, sağ yuxarı ətrafda isə qaldırma hərəkəti natamam olması müəyyən edilmişdir. Əlil arabasındadır. - Vətəndaş İddiaçı Sumqayıt Tibb Mərkəzi * nömrəli şəhər xəstəxanasının nevroloji şöbəsində 06-##.##.2025-ci il tarixlərdə “I69.3-Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Ağırlaşma: G82-Sol qolunda plegiya, G81-sol ətrafların distal hemiparezi (1 bal) M62.4-əzələ kontrakturası. R26-Hərəki funksiyaların və yerişin kobud pozulması. R47.0-Bulbar sindrom, disfagiya, disfoniya. G40.2-Simptomatik epilepsiya, Z74.1- Kənar şəxslərin daimi köməyinə və qulluğuna ehtiyac, Yanaşı xəstəliklər: I15.9-Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4.I48- Qulaqcıqların fıbrilyasiyası titrəməsi (anamnestik)” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. - Qərardadın müvafiq sualında göstərilən halın təyini DTSERA-nm tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ekspertiza təyin olunması və əlilliyin düzgün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və orqanizm funksiyalarının 85-100% pozulmasına görə əlilliyin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə müraciəti TSEK-da qeydə alınmış və ##.##.2025-ci il Sumqayıt TSEK iddiaçıya 1-ci dərəcəli əvəiznə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı beyin infarktı keçirmiş, hazırda yataq xəstəsidir, daimi kənar şəxsin köməyinə və qulluğuna ehtuyacı vardır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/8, 33 ünvanında qeydiyyatda оlаn İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin F********МХ nömrəli göndərişinə əsasən, ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və “xxxx” səbəbindan əsaslı olaraq tibb müəssisəsinə göndərilmişdir. Ətraflı səbəb: “Xəstə ixtisaslaşmış stasionarda müayinə və müalicə olunaraq, ekspertiza üşün əhəmiyyətli ağırlaşmalar instrumental müayinələr, ixtisas həkimlərinin rəyi ilə təsdiq olunsun.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, səhiyyə müəssisəsinin F********AAX nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “xxxx” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (G81.1 Spastik hemiplegiya. Sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1.5 bal)) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4 bəndinə əsasən, orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1 üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban-Mahmudlu Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Tibb Mərkəzi * nömrəli Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, STATUS NEVROSUS Bəbəklər dairəvi olub D=S, işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının hərəkəti tam ağrısızdır. Burun-dodaq asimmetrik, dili orta xətt üzrədir. Udma refleksi zəif almır. Vətər və sümüküstü refleksləri yuxarı və aşağı ətraflarda S>D, solda yüksəkdir. Əzələ tonusu solda yüksəkdir, əzələ gücü sol qolda ~0 bal, sol ayaqda 1,0 bal qiymətləndirilir. Kənar yardıma ehtiyaclıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.5.1-ci bənd serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) –6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrininorqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz orqanizmin funksiyalarının 75% pozulmasına görə müddətsiz əlillik təyinatı təyin etdiyi halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Agentliyin bu qərardan verdiyi apellyasiya şikayəti həm tibbi, həm də mənəvi-hüquqi baxımdan tamamilə əsassızdır. Məhkəmə tərəfindən araşdırılmış № T***/**** saylı ekspertiza rəyinə əsasən iddiaçıda mərkəzi sinir sisteminin funksiyasının kəskin ifadə olunmuş pozuntuları (sağ beyin yarımkürəsində insultun qalıq əlamətləri, sol tərəfli tam iflic, epilepsiya və udma pozuntusu) mövcuddur. O, yataq xəstəsidir, əzələ gücü 1 bal səviyyəsindədir və müstəqil yerdəyişmə qabiliyyəti yoxdur. Bu hal "Əlilliyin müəyyən olunması meyarları"nın 6.5.1.6- ci bəndinə tam uyğundur. Agentliyin bu ağır vəziyyəti 2-ci dərəcə kimi qiymətləndirməyə çalışması tibbi reallığa ziddir. Agentliyin əsassız apellyasiya şikayəti ağır vəziyyətdə olan xəstəni və ona gecə-gündüz qulluq edən ailə üzvlərini dövlət yardımından və kənar qulluq müavinətindən məhrum etməyə yönəlmişdir. Bu hərəkətlər həm xəstəyə, həm də onlara ağır mənəvi və fiziki zərər vurur, yaşayılarını çətinləşdirir. Agentlik birinci instansiya məhkəməsində tam sübut olunmuş faktları (yataq xəstəsi olması və iflic halı) bilə-bilə apellyasiya şikayəti verməklə prosesi qəsdən uzadır. Bu, məhkəməni aldatmaq cəhdi və vətəndaşın sosial təminat hüququna (Konstitusiyanın 38-ci maddəsi) qarşı yönəlmiş qərəzli addımdır. Sumqayıt Inzibati Məhkəməsi IPM-in 68-ci maddəsinə uyğun olaraq işi obyektiv araşdırmış və Agentliyin yol verdiyi qanunsuzluğu aradan qaldırmışdır. Məhkəmənin qərarı tam ədalətlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilmədən, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); HYPERLINK "https://e-qanun.az/framework/44218" \l "_edn4" \o "" 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar elektron sistemə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, haızrki iddia isə məhkəmədə ##.##.2025-ci il tarixdə, yəni inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddət ötürülmədən qaldırılmışdır. Bununla bağlı iddia tələbinin mümkünsüz edən hər hansı şərt mövcud deyildir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və ona orqanizm funksiyalarının 85-100% pozulması ilə bağlı müddətsiz əlilliyin müəyyən edilməsindən ibarətidr. Cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli qərarına əsasən iddiaçıya ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 75 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 məhkəməyə təqdim etdiyi T***/**** saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: I69.3-Beyin infarktının nəticələri. Sağ OBAH-də keçirilmiş işemik insultun qalıq əlamətləri; Ağırlaşmalar: G40.3-Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya, Z74-Yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyac var, G81.1-Spastik hemiplegiya, sol ətrafların dərin spastik hemiparezi (əzələ gücü-1-1,5 bal), R47.0-Disfaziya və afaziya, bulbar sindrom, (difagiya, distoniya); R26-Hərəkətin və yerişin pozulmları, hərəki funksiyaların və yerişin kobud pozulması, I10- Essensial (birincili) hipertenziya, arterial hipertenziya III dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Şəxsin ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol diz oynağının şişkin, həmin oynaqda bükmənin natamam olması müşahidə edilmiş, sol yuxarı ətrafda hərəkət məhdudluğu qeyd edilmiş, sol əl barmaqlarında açma, sağ yuxarı ətrafda isə qaldırma hərəkəti natamam olması müəyyən edilmişdir. Əlil arabasındadır. - Vətəndaş İddiaçı Sumqayıt Tibb Mərkəzi * nömrəli şəhər xəstəxanasının nevroloji şöbəsində 06-##.##.2025-ci il tarixlərdə “I69.3-Sağ orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, Ağırlaşma: G82-Sol qolunda plegiya, G81-sol ətrafların distal hemiparezi (1 bal) M62.4-əzələ kontrakturası. R26-Hərəki funksiyaların və yerişin kobud pozulması. R47.0-Bulbar sindrom, disfagiya, disfoniya. G40.2-Simptomatik epilepsiya. Z74.1- Kənar şəxslərin daimi köməyinə və quluuğuna ehtiyac. Yanaşı xəstəliklər: I15.9-Arterial hipertenziya 2-ci dərəcə, əlavə risk 4.I48- Qulaqcıqların fıbrilyasiyası titrəməsi (anamnestik)” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. - Qərardadın müvafiq sualında göstərilən halın təyini DTSERA-nm tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir. Bundan başqa iş materiallarında olan Sumqayıt Tibb Mərkəzi * nömrəli Sumqayıt şəhər xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışa əsasən müəyyən edilir ki, iddiaçının nevroloji vəziyyətində müəyyən pozuntular mövcuddur. Belə ki, STATUS NEVROSUS üzrə aparılmış müayinə zamanı bəbəklərin dairəvi olduğu və işığa qarşı reaksiyanın saxlanıldığı, göz almalarının hərəkətinin tam və ağrısız olduğu, burun-dodaq büküşündə asimmetriya müşahidə edildiyi, dilin orta xətt üzrə yerləşdiyi, udma refleksinin zəif olduğu qeyd edilmişdir. Eyni zamanda, vətər və sümüküstü reflekslərin yuxarı və aşağı ətraflarda qeyri-bərabər paylandığı, sol tərəfdə daha yüksək olduğu, əzələ tonusunun solda artdığı, əzələ gücünün isə sol qolda 0 bala yaxın, sol ayaqda isə 1 bal səviyyəsində olduğu müəyyən olunmuşdur. Bu hallar iddiaçının müəyyən dərəcədə kənar yardıma ehtiyaclı olmasını göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, əlilliyin müəyyən edilməsi yalnız diaqnozun mövcudluğu ilə deyil, həmin diaqnozun şəxsin həyat fəaliyyətinin əsas kateqoriyalarına – o cümlədən sərbəst hərəkət, özünəxidmət, əmək qabiliyyəti və sosial adaptasiya imkanlarına təsir dərəcəsi ilə müəyyən olunur. Həmin Qərarın “Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” adlanan 2-ci bəndinə görə insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; Hazırki iş üzrə iddiaçının kənar şəxslərin yardımı olmadan hərəkət etməsi və ümumiyyətlə, yerdəyişmə qabiliyyətinin tamamilə itirdiyini təsdiq edilir. Belə ki, iddiaçıda hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu, əzələ balının 1 bala qədər azalması və s.) diaqnozu öz təsdiqini tapır. Yuxarıda istinad olunan Qərarın 6.5.1.6-cı bəndində G81-83 kodu altında nəzərdə tutulam nəzərdə tutulan ağır paralitik vəziyyətlər (tetraparez, hemiplegiya və s.) yalnız o halda əlilliyin təyin olunmasına əsas verir ki, bu hallar nəticəsində şəxsin müstəqil yerdəyişməsi, əllərdən istifadə etmək qabiliyyəti faktiki olaraq mümkün olmasın və o, daimi kənar qulluğa və ya yataq rejiminə möhtac vəziyyətdə olsun. Bu diaqnozlar orqanizm funskiyalarının 85-100 faiz pozilmasına görə müddətsiz əlilliyin təyin olunması üçün əsas verir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iş materiallarında iddiaçının vəziyyətinin məhz qeyd olunan ağır meyarlara tam uyğun gəldiyini təsdiq edən kifayət qədər mötəbər və qəti sübutlar mövcuddur. Cavabdeh bu sübutların əksini təsdiq edən əlavə tibbi rəy, ekspertiza və ya digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir.bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.