Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-482/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin əvvəlki yerinə bərpa edilməsi və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-ci ildən daimi olaraq öz ailə üzvləri ilə birlikdə ünvan 2ndə yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquq Qeydiyyatı İdarəsi Abşeron Rayonlarası Dövlət Texniki İnvertar və MHQİ bu barədə iddiaçının adına ************-**-*** saylı reyestr kitabında qeydiyyata alınmış ##.##.2011-ci il tarixli “Qeydiyyat vəsiqəsi” və buna uyğun olaraq “Texniki pasport” və Çıxarış verilmişdir. Daha sonra həyətin düz yanında Abşeron rayon icra hakimiyyətinin binası dəyişildiyi üçün o binanı almağı təklif etmişdirlər. Eyni həyətdə olduğu üçün razılaşıb icra hakimiyyətinin keçmiş binası olan yeri də rəsmi olaraq almışdır. Lakin, 2016-cı ilin yanvar ayında tarixdə özünü icra başçısının müavini kimi tanıdan Fuad Cəbrayılov və icra nümayəndəsi Böyükağa Həsənov icra hakimiyyətinin guya qərarı ilə qeyri-yaşayış sahəsini sökmüş və bunun qarşılığında heç bir kompensasiya ödəməmişdir. Dəfələrlə o taxta materialdan quraşdırılmış qeyri-yaşayış obyektini aldıqlarını bildirsələr də, cavabdeh tərəf hüquqları kobud şəkildə pozur, əsəb və stress keçirməyinə səbəb olur. Bu barədə iradlarını cavabdehə bildirəndə isə icra hakimiyyətinin guya rəsmi qərarı olduğunu bildirmişdir. Həmçinin dəfələrlə cavabdehin qanunsuz hərəkətləri barədə aidiyyəti orqanlara şikayət ərizələri ilə müraciət etmişdirlər. Şikayət ərizələrinə, məhktuba cavab olaraq Abşeron rayon icra Hakimiyətinin ##.##.2024-cü il tarixli *-**/*-N-**-***/**** saylı ərizəsindədə görünür ki, onlara məxsus olan qeyri-yaşayış obyektinin sökülməsi barədə qərar qəbul edilməmiş, obyektin hansı əsasla sökülməsi barədə Rayon İcra Hakimiyyətinin məlumatı olmamışdır Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, tələbdə iddiaçı ona məxsus Aşağı Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən 2016-cı ildə söküldüyünü, lakin bugünə kimi kompensasiya təmin olunmadığını bildirir. İddiaçının mülahizələri əsasında tərtib olunmuş iddia tələbində işin hallarını təsdiq edəcək hər hansı sübut yoxdur. İddiaçının Rayon İcra Hakimiyyətinə (RİH) müraciətləri də araşdırılmış və ona dəfələrlə yazılı şəkildə məlumat verilərək həmin qeyri-yaşayış sahəsinin sökülməsi barədə RİH-də məlumatın olmadığı və söküntü işləri barədə tərəflərindən hər hansı inzibati akt qəbul olunmadığı bildirilmişdir. İddiaçı ərizəsində obyektin qeyri-qanuni söküldüyünü iddia edir, burdan görünür ki, iddiaçı belə hərəkətlərin qanunsuz olduğunu bilir lakin nədənsə obyekt sökülən zaman hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Bu hal özü iddia tələbinin əsaslı olmasına şübhələr yaradır. İşin hallarından da göründüyü kimi iddia tələbini sübut edəcək hər hansı sübut mövcud deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Seriya MA, ******* saylı, reyestr nömrəsi 308011012303-06301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur. Reyestr nömrəsi 308011012303-06301 olan daşınmaz əmlakın texniki pasportunun surəti, fotoşəkil iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsini cavabdeh inzibati orqan tərəfindən sökülməsini təsdiq edəcək hər hansı dəlil, sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı qeyd olunan tikilinin 2016-cı ildə söküldüyünü iddia etsə də məhkəməyə 2024-cü il tarixində müraciət etmişdir. Qeyd edilən dövr ərzində iddiaçının söküntü işlərinin aparılması ilə bağlı cavabdeh inzibati orqana və ya hüquq mühafizə orqanlara müraciət və ya şikayəti olmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən və digər aidiyyəti dövlət orqanlarından müvafiq sənədlərin təqdim edilməsini tələb etməmiş, söküntü işlərinin kim tərəfindən və hansı hüquqi əsaslarla həyata keçirildiyini müəyyən etməmiş, hadisə ilə bağlı əlavə şahidlərin dindirilməsi və digər sübutların toplanması istiqamətində heç bir prosessual tədbir görməmiş, söküntü əməliyyatını həyata keçirmiş şəxslərin inzibati orqanla əlaqəsinin və onların hansı səlahiyyət əsasında hərəkət etmələrinin müəyyən edilməsi üçün araşdırma aparmamışdır. Nəticə etibarilə, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmadan, yalnız cavabdeh inzibati orqanın mövqeyinə əsaslanmaqla iddia tələbini əsassız hesab etmişdir. Halbuki inzibati məhkəmə icraatının mahiyyəti ondan ibarətdir ki, məhkəmə mübahisənin bütün hallarını öz təşəbbüsü ilə araşdırmalı və obyektiv həqiqəti müəyyən etməlidir. İş materiallarından göründüyü kimi, mübahisə predmetinə aid olan bir sıra mühüm sübutlar mövcuddur. Belə ki, iş materiallarına iddiaçının mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmin əmlaka dair texniki pasport, eləcə də hadisə ilə bağlı şahid ifadələri əlavə edilmişdir. Bu sübutlar iddiaçının mülkiyyət huququnun mövcudluğunu və mübahisə predmeti olan tikilinin faktiki mövcud olduğunu təsdiq edən mühüm hüquqi sənədlərdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlərdən biri öz ifadəsində qeyd etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi icra hakimiyyəti nümayəndələrinin göstərişi ilə həyata keçirilmişdir. Bu ifadə söküntü əməliyyatının hansı qurumun təşəbbüsü ilə həyata keçirilməsi məsələsinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən sübutdur və məhkəmə tərəfindən hərtərəfli araşdırılmalı və hüquqi qiymət verilməli idi. Lakin birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan bu sübutları hərtərəfli və obyektiv şəkildə təhlil etməmiş, onların qarşılıqlı əlaqəsini araşdırmamış və həmin sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə faktiki olaraq sübutların məzmununu araşdırmaq əvəzinə yalnız cavabdeh inzibati orqanın “söküntü barədə məlumatımız yoxdur” məzmunlu mövqeyinə istinad etməklə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Halbuki inzibati məhkəmə icraatında sübutların qiymətləndirilməsi yalnız tərəflərdən birinin mövqeyinə əsaslana bilməz və məhkəmə iş üzrə təqdim edilmiş bütün sübutları məcmu halında, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin mübahisə edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan sübutların hər birini ayrıca və məcmu şəkildə qiymətləndirməmiş, xüsusilə də şahid ifadələrinin məzmununu təhlil etməmiş və həmin sübutların niyə etibarsız hesab edildiyini əsaslandırmamışdır. Məhkəmə qərarında sübutların qiymətləndirilməsi ilə bağlı əsaslandırılmış hüquqi mövqe göstərilməmişdir. Beləliklə, məhkəmə sübutların qiymətləndirilməsi qaydalarına əməl etmədən, iş üzrə faktiki halları tam və obyektiv müəyyən etmədən qərar qəbul etmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinin pozulması deməkdir və qəbul edilmiş qərarın qanuniliyinə ciddi şübhə yaradır. Bundan əlavə, birinci instansiya məhkəməsi işə baxarkən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan tərəflərin bərabərliyi və çəkişmə prinsipinə də əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə görə isə məhkəmə proses iştirakçılarının hər birinə öz mövqeyini ifadə etmək və prosessual hüquqlarından istifadə etmək üçün bərabər imkanlar yaratmağa borcludur. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə məhkəmə tərəflərin təqdim etdiyi sübutları və irəli sürdüyü arqumentləri obyektiv və qərəzsiz şəkildə qiymətləndirməli, heç bir tərəfin mövqeyinə üstünlük verməməlidir. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, əksinə cavabdeh inzibati orqanın “söküntü barədə məlumatımız yoxdur” məzmunlu izahatını əsas götürərək iddia tələbini rədd etmişdir. Halbuki cavabdeh inzibati orqanın belə bir izahat verməsi həmin orqanın məsuliyyətini avtomatik olaraq aradan qaldırmır və bu izahat digər sübutlarla birlikdə qiymətləndirilməli ıdı. Məhkəmə isə cavabdeh orqanın mövqeyini faktiki olaraq üstün tutmuş, iddiaçının təqdim etdiyi sübutları və şahid ifadələrini lazımi qaydada araşdırmamışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutları və arqumentləri bərabər və obyektiv şəkildə qiymətləndirmədən qərar qəbul etməklə İnzibati Prosessual Məcəlləsinin 11 və 15-ci maddələrində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin mübahisə edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan sübutların hər birini ayrıca və məcmu şəkildə qiymətləndirməmiş, xüsusilə də şahid ifadələrinin məzmununu təhlil etməmiş və həmin sübutların niyə etibarsız hesab edildiyini əsaslandırmamışdır. Məhkəmə qərarında sübutların qiymətləndirilməsi ilə bağlı əsaslandırılmış hüquqi mövqe göstərilməmişdir. Beləliklə, məhkəmə sübutların qiymətləndirilməsi qaydalarına əməl etmədən, iş üzrə faktiki halları tam və obyektiv müəyyən etmədən qərar qəbul etmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinin pozulması deməkdir və qəbul edilmiş qərarın qanuniliyinə ciddi şübhə yaradır. Bundan əlavə, birinci instansiya məhkəməsi işə baxarkən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri olan tərəflərin bərabərliyi və çəkişmə prinsipinə də əməl etməmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə görə isə məhkəmə proses iştirakçılarının hər birinə öz mövqeyini ifadə etmək və prosessual hüquqlarından istifadə etmək üçün bərabər imkanlar yaratmağa borcludur. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə məhkəmə tərəflərin təqdim etdiyi sübutları və irəli sürdüyü arqumentləri obyektiv və qərəzsiz şəkildə qiymətləndirməli, heç bir tərəfin mövqeyinə üstünlük verməməlidir. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, əksinə cavabdeh inzibati orqanın “söküntü barədə məlumatımız yoxdur” məzmunlu izahatını əsas götürərək iddia tələbini rədd etmişdir. Halbuki cavabdeh inzibati orqanın belə bir izahat verməsi həmin orqanın məsuliyyətini avtomatik olaraq aradan qaldırmır və bu izahat digər sübutlarla birlikdə qiymətləndirilməli ıdı. Məhkəmə isə cavabdeh orqanın mövqeyini faktiki olaraq üstün tutmuş, iddiaçının təqdim etdiyi sübutları və şahid ifadələrini lazımi qaydada araşdırmamışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutları və arqumentləri bərabər və obyektiv şəkildə qiymətləndirmədən qərar qəbul etməklə İnzibati Prosessual Məcəlləsinin 11 və 15-ci maddələrində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuşdur. Hazırkı işdə iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin göstərişi ilə söküldüyünü bildirmiş və bunu təsdiq edən sübutlar təqdim etmişdir. Eyni zamanda söküntü əməliyyatının həyata keçirilməsi ilə bağlı sənədlər, sərəncamlar, göstərişlər və digər məlumatlar təbii olaraq yalnız cavabdeh inzibati orqanın sərəncamında ola bilər. Belə olan halda iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Əksinə, söküntü əməliyyatının hansı əsasla həyata keçirildiyini, belə bir göstərişin verilib-verilmədiyini və həmin hərəkətin qanuni olub-olmadığını sübut etmək vəzifəsi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin birinci instansiya məhkəməsi bu hüquqi prinsipi nəzərə almamış və faktiki olaraq sübut etmə yükünü iddiaçının üzərinə qoymuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları kifayət hesab etməmiş, lakin cavabdeh inzibati orqandan söküntü əməliyyatı ilə bağlı hər hansı sənəd və ya izahat tələb etməmişdir. Nəticədə məhkəmə yalnız cavabdeh orqanın “söküntü barədə məlumatımız yoxdur” məzmunlu izahatına əsaslanaraq iddia tələbini rədd etmişdir. Halbuki inzibati orqanın belə bir mövqe bildirməsi həmin orqanın məsuliyyətini avtomatik olaraq aradan qaldırmır və bu mövqe mübahisənin bütün halları araşdırıldıqdan sonra digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsasən cavabdeh inzibatı orqanın "söküntü işləri barədə məlumatımız yoxdur və bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir’’ məzmunlu izahatına istinad etmişdir. Lakin inzibati orqanın belə bir mövqe bildirməsi onun məsuliyyətini avtomatik olaraq aradan qaldıra bilməz və bu hal mübahisənin həlli üçün yetərli hüquqi əsas sayıla bilməz. İnzibati hüququn ümumi prinsiplərinə görə dövlət orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə, eləcə də həmin orqanların əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlərə görə məsuliyyət daşıyırlar. İnzibati orqanların fəaliyyətinin təşkili və onların əməkdaşlarının hərəkətlərinə nəzarət etmək həmin orqanların birbaşa vəzifəsidir. Bu baxımdan, əgər iddiaçı tərəfindən tikilinin sökülməsinin icra hakimiyyətinin nümayəndələrinin göstərişi ilə həyata keçirildiyi iddia olunur və bu barədə şahid ifadələri mövcuddursa, inzibati orqan bu halı sadəcə olaraq “məlumatımız yoxdur” deməklə təkzib etmiş hesab edilə bilməz. Əksinə, belə vəziyyətdə inzibati orqan söküntü əməliyyatının kim tərəfindən həyata keçirildiyini, bu əməliyyatın hansı əsasla aparıldığını və həmin hərəkətlərin inzibati orqanla əlaqəsinin olubolmadığını aydın və əsaslandırılmış şəkildə izah etməyə borcludur. İnzibati orqanın fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsipləri də bunu tələb edir. Əks halda dövlət orqanları və onların əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlərə görə məsuliyyətin müəyyən edilməsi faktiki olaraq mümkünsüz olar ki, bu da hüquqi dövlət prinsipinə ziddir. Bu baxımdan cavabdeh inzibati orqanın “söküntü barədə məlumatımız yoxdur” mövqeyi mübahisənin həlli üçün yetərli əsas sayıla bilməz və həmin mövqe iş üzrə mövcud digər sübutlarla birlikdə hərtərəfli araşdırılmalı idi. Birinci instansiya məhkəməsi isə bu mövqeni əsas götürərək iddia tələbini rədd etməklə işin faktiki hallarını tam araşdırmadan nəticəyə gəlmişdir. Bundan əlavə, hazırda mübahisə predmeti olan ərazi üzrə yenidən söküntü və tikinti işlərinin aparılması üçün müvafiq texnika və avadanlıqların - o cümlədən buldozer və digər ağır texnikanın əraziyə gətirildiyi müşahidə olunur. Bu hal bir daha göstərir ki, sözügedən ərazi ilə bağlı müəyyən fəaliyyətlər həyata keçirilir və bu fəaliyyətlərin müvafiq dövlət orqanlarının məlumatı və iştirakı olmadan baş verməsi real görünmür. Belə bir vəziyyətdə cavabdeh inzibatı orqanın “söküntü barədə məlumatımız yoxdur” mövqeyi obyektiv və inandırıcı hesab edilə bilməz. Əksinə, bu fakt mübahisəli ərazi ilə bağlı həyata keçirilən fəaliyyətlərin kim tərəfindən və hansı hüquqi əsaslarla aparıldığının məhkəmə tərəfindən daha dərindən araşdırılmasının zəruri olduğunu göstərir. Beləliklə, məhkəmə cavabdeh inzibati orqanın izahatını əsas götürərək digər sübutları araşdırmadan qərar qəbul etməklə iş üzrə faktiki halları tam və obyektiv müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Hazırkı işdə isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı hər hansı hüquqi əsasın, inzibati qərarın və ya məhkəmə aktının mövcudluğu müəyyən edilməmişdir İş materiallarında belə bir qərarın qəbul edildiyini təsdiq edən sənəd mövcud deyil və cavabdeh inzibati orqan da bu barədə hər hansı əsaslandırılmış hüquqi mövqe təqdim etməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan tikilinin sökülməsi mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququna bu cür müdaxilə yalnız Konstitusiya və qanunvericiliklə müəyyən edilmiş hallarda və prosedur qaydalarına riayət edilməklə mümkün ola bilər. Əks halda bu cür müdaxilə Konstitusiyanın mülkiyyət hüququnun müdafiəsinə dair müddəalarının pozulması deməkdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı bu mühüm konstitusion aspekti lazımi qaydada araşdırmamış, mübahisəli tikilinin sökülməsinin hansı hüquqi əsasla həyata keçirildiyini müəyyən etməmiş və nəticədə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Konstitusiyanın tələblərini tətbiq etmədən iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsasən cavabdeh inzibati orqanın “söküntü işləri barədə məlumatımız yoxdur və bu barədə hər hansı qərar qəbul edilməmişdir məzmunlu izahatına istinad etmişdir. Məhkəmə faktiki olaraq yalnız cavabdeh tərəfin mövqeyinə əsaslanmaqla iddia tələbini əsassız hesab etmişdir. Lakin bu yanaşma iş üzrə mövcud faktiki halların və sübutların hərtərəfli araşdırılması tələbi ilə uzlaşmır və inzibati məhkəmə icraatının əsas prinsiplərinə ziddir. Əvvəla, inzibati hüquq münasibətlərində dövlət orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə, eləcə də həmin orqanların əməkdaşlarının həyata keçirdiyi hərəkətlərə görə məsuliyyət daşıyırlar. Dövlət orqanlarının fəaliyyətinin təşkili və onların əməkdaşlarının hərəkətlərinə nəzarətin həyata keçirilməsi həmin orqanların birbaşa vəzifəsidir. Buna görə də inzibati orqanın “məlumatımız yoxdur” kimi ümumi xarakterli izahat verməsi həmin orqanın mümkün məsuliyyətini aradan qaldıran hüquqi əsas kimi qəbul edilə bilməz. İkincisi, mübahisə predmeti olan tikilinin sökülməsi ilə bağlı hadisənin hansı şəraitdə və kim tərəfindən həyata keçirildiyi məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. İş materiallarında mövcud olan sübutlar, o cümlədən şahid ifadələri söküntü işlərinin icra hakimiyyətinin nümayəndələrinin göstərişi ilə həyata keçirildiyini göstərir. Buna baxmayaraq məhkəmə bu halların doğruluğunu yoxlamaq, həmin şəxslərin kimliyini müəyyən etmək və onların hansı səlahiyyət əsasında hərəkət etdiklərini araşdırmaq üçün zəruri tədbirlər görməmişdir. Üçüncüsü, iş materiallarında iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlər - daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport mövcuddur. Bu sənədlər mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus olduğunu təsdiq edir. Belə olan halda həmin tikilinin sökülməsi iddiaçının mülkiyyət hüququna müdaxilə hesab olunur və bu müdaxilənin qanuni əsaslarının mövcud olubolmaması məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Lakin birinci instansiya məhkəməsi mübahisənin bu mühüm aspektlərini araşdırmadan, yalnız cavabdeh inzibati orqanın izahatına istinad etməklə iddianı rədd etmişdir. Bu isə məhkəmənin iş üzrə faktiki halları tam və obyektiv müəyyən etmədən nəticəyə gəldiyini göstərir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə mövcud sübutların məzmunu və faktiki hallar ilə uzlaşmır. İş üzrə bütün hallar tam və hərtərəfli araşdırılmadan qəbul edilmiş bu qərar qanunsuz və əsassız hesab edilməlidir və buna görə də ləğv olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş izahatdan da görünür ki, söküntü ilə bağlı hər hansı inzibati aktın qəbul edilməsi barədə məlumatın olmadığı bildirilmişdir Bu isə o deməkdir ki, iddiaçının mülkiyyət hüququna müdaxilə qanuni əsaslandırılmış inzibati akt olmadan həyata keçirilmişdir. Belə bir vəziyyət isə “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsində nəzərdə tutulmuş inzibati aktın əsaslandırılması tələblərinin kobud şəkildə pozulması deməkdir. Birinci instansiya məhkəməsi isə bu mühüm hüquqi halı araşdırmamış, iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni inzibati akt əsasında həyata keçirilib- keçirilmədiyini müəyyən etmədən iddia tələbini rədd etmişdir. Beləliklə, məhkəmə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu hüquqi məsələni nəzərə almadan qərar qəbul etmişdir ki, bu da qəbul edilmiş məhkəmə qərarının qanuniliyinə və əsaslılığına ciddi şübhə yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ şəxsin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Deməli, ış materiallarında olan çıxarış və texniki sənədlərlə iddiaçının mübahisə predmeti olan tikili üzərində hüququ qanunla tanınmış və qorunan mülkiyyət hüququ kimi tam təsdiq olunur. Belə olan halda həmin əmlakın hər hansı hüquqi əsas, səlahiyyətli qərar və qanuni prosedur olmadan sökülməsi iddiaçının mülkiyyət hüququna açıq və kobud müdaxilədir. Cavabdeh orqan tərəfindən nə belə müdaxiləni qanuniləşdirən inzibati akt, nə də söküntünün hüquqi əsasını təsdiq edən hər hansı sənəd təqdim edilmişdir. Bu isə onu göstərir ki, iddiaçının əmlakına müdaxilə özbaşına xarakter daşımışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ilə bağlı real zərər, habelə hüququ pozulmasaydı əldə edəcəyi gəlirlər başa düşülür. Bu baxımdan iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona ən azı real zərər dəymişdir və həmin zərərin əvəzinin ödənilməsi mulkı qanunvericiliyin birbaşa tələbidir. Əgər cavabdeh orqan belə müdaxiləni dövlət və ya ictimai ehtiyacla əsaslandırmağa cəhd göstərərsə, bu halda da onun mövqeyi hüquqi baxımdan əsassızdır. Çünki Mülki Məcəllənin 157.9, 246.1, 246.2 və 246.3-cü maddələrinin mənasına görə xüsusi mülkiyyətdə olan əmlaka dövlət ehtiyacları naminə müdaxilə yalnız qanunla müəyyən olunmuş əsaslar mövcud olduqda, müvafiq qərar qəbul edildikdə, həmin qərar qeydə alındıqda və mülkiyyətçiyə yazılı bildiriş verildikdə mümkündür. Hazırkı işdə isə bu tələblərin heç birinə riayət olunması müəyyən edilməmişdir. Deməli, cavabdeh orqanın hərəkəti nə mülkiyyət hüququnun məhdudlaşdırılması qaydalarına, nə də zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki hüquq normalarına uyğundur. Birinci instansiya məhkəməsi də bu normaları tətbiq etmədən və iddiaçının mülkiyyətinə qanunsuz müdaxilənin hüquqi nəticələrini qiymətləndirmədən iddianı rədd etmişdir. Buna görə də həmin qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Seriya MA, ******* saylı, reyestr nömrəsi 308011012303-06301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçı İddiaçı mülkiyyətində olmuşdur. Bununla əlaqədar texniki pasport və fotoşəkillər də iş materiallarına əlavə edilmişdir. Deməli, iddiaçının sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğu mübahisə predmeti deyildir. Hazırkı mübahisənin mahiyyəti isə həmin tikilinin sökülməsi faktının məhz cavabdeh Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilib-keçirilməməsi, eləcə də bunun nəticəsində iddiaçıya vurulduğu bildirilən zərərə görə cavabdehin hüquqi məsuliyyət daşıyıbdaşımaması ilə bağlıdır. İddiaçı bildirir ki, 2016-cı ilin yanvar ayında özünü icra başçısının müavini kimi təqdim edən Fuad Cəbrayılov və icra nümayəndəsi Böyükağa Həsənov icra hakimiyyətinin qərarı əsasında qeyri-yaşayış sahəsini sökmüş, lakin bunun əvəzində heç bir kompensasiya ödənilməmişdir. Bu əsasla iddiaçı qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsini və dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1ci maddələrinin mənasına görə zərərin əvəzinin ödənilməsi üçün hüquqazidd əməl və ya hərəkətsizliyin mövcudluğu, həmin əməlin cavabdehə aid olması, zərərin baş verməsi və zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması ilə bağlı hüquqi şərtlər müəyyən edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən də, inzibati orqanın məsuliyyəti yalnız onun qanunsuz qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində maraqlı şəxsə ziyan vurulduğu halda yaranır. Buna görə də, yalnız əmlakın mövcud olmuş olması və sonradan sökülməsi faktı inzibati orqanın məsuliyyətə cəlb edilməsi üçün kifayət etmir, həmin söküntünün məhz cavabdeh inzibati orqan tərəfindən və hüquqa zidd qaydada həyata keçirildiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarında cavabdeh inzibati orqan tərəfindən söküntü aparılmasına dair hər hansı inzibati akt, sərəncam, qərar, yazılı göstəriş, texniki sənəd, icra yazışması, komissiya rəyi, söküntü ilə bağlı rəsmi tapşırıq və ya digər sənəd mövcud deyildir. Əksinə, cavabdehin iddiaçıya ünvanladığı cavablardan görünür ki, Abşeron rayon İcra Hakimiyyətində həmin obyektin sökülməsi barədə məlumat olmadığı, eləcə də bununla bağlı hər hansı inzibati akt qəbul edilmədiyi bildirilmişdir. Bir sözlə, hazırkı işdə iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud olsa da, söküntü əməlini məhz cavabdehlə əlaqələndirən mötəbər və yetərli sübut təqdim edilməmişdir. Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri də cavabdehin söküntünü həyata keçirdiyini birmənalı təsdiq etmir. Belə ki, şahid X1 ifadəsində binanın 2015-2016-cı illərdə söküldüyünü, bu barədə icra hakimiyyətinin başçısının müavini Fuad bəydən və icra nümayəndəsi Böyükağa Həsənovdan öyrəndiyini bildirmişdir. Digər şahid X3 isə binanın söküldüyünü gördüyünü, lakin camaat arasında soruşduqda ona həmin söküntünün bələdiyyə tərəfindən aparıldığı deyildiyini qeyd etmişdir. Göründüyü kimi, şahid ifadələri bir-biri ilə uyğun gəlmir, söküntünü həyata keçirən subyekt barədə qəti və birmənalı nəticə çıxarmağa imkan vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Bu baxımdan, bir-birinə zidd və dolayı xarakterli şahid ifadələrinin təkbaşına cavabdehin hüquqazidd əməlini təsdiq edən yetərli sübut kimi qəbul edilməsi mümkün deyildir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı qeyri-yaşayış sahəsinin 2016-cı ilin yanvarında söküldüyünü bildirsə də, iş materiallarından söküntü baş verən dövrdə və ya ondan dərhal sonra cavabdeh inzibati orqana, hüquq-mühafizə orqanlarına və ya digər aidiyyəti qurumlara ünvanlanmış operativ şikayət, müraciət, aktlaşdırma tələbi, hadisə yerinə baxış keçirilməsi barədə ərizə, foto-video materialların rəsmiləşdirilməsi və ya ziyanın müəyyənləşdirilməsinə dair hər hansı sübut görünmür. O da nəzərə alınmalıdır ki, iddiaçının cavabdehə müraciətlərinin əsasən sonrakı dövrə aid olması da söküntü əməlini konkret olaraq cavabdehlə əlaqələndirən ilkin və birbaşa sübutların mövcud olmadığını göstərir. Bu xüsusat özlüyündə iddianın rədd edilməsi üçün yeganə əsas olmasa da, iddia tələbinin sübuta yetirilmədiyi qənaətini gücləndirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə iddiaçının istinad etdiyi hal , yəni ona məxsus tikilinin sökülməsi ümumi fakt kimi istisna olunmasa belə, bu faktın cavabdeh Abşeron rayon İcra Hakimiyyətinin hüquqazidd hərəkəti nəticəsində baş verməsi sübut olunmamışdır. Buna görə də, cavabdehin davranışında Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin tətbiqi üçün zəruri olan delikt elementləri, yəni hüquqazidd əməl, təqsir, səbəbli əlaqə və həmin əməl nəticəsində yaranmış zərərin birbaşa cavabdehə aidliyi müəyyən edilmir. İddiaçının “qeyri-yaşayış sahəsinin bərpa edilməsi” tələbi də eyni səbəbdən təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia yalnız cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətin edilməsi vəzifəsinin düşdüyü hallarda təmin oluna bilər. Hazırkı halda isə həmin söküntünü məhz cavabdehin həyata keçirdiyi və buna görə əvvəlki vəziyyətin bərpası öhdəliyinin də onun üzərinə düşdüyü müəyyən edilmədiyindən, cavabdehin qeyri-yaşayış sahəsini bərpa etməyə məcbur edilməsi üçün hüquqi əsas yaranmamışdır. Bununla yanaşı, kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmçinin həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Lakin hazırkı işdə məhz cavabdeh tərəfindən hər hansı müdaxilə tədbirinin tətbiqi sübuta yetirilmədiyindən, bu prinsiplərin cavabdeh tərəfindən pozulub-pozulmaması barədə də müsbət nəticəyə gəlmək mümkün deyildir. Kollegiya bu qənaətə gələrkən onuda nəzərə alır ki, sökülmüş tikilinin yerləşdiyi torpaq sahəsi hal-hazırda boş qalmaqla orada istər cavabeh tərəfindən, istərsə də digər şəxslər və qrumlar tərəfindən hər-hansı tikili (bina, park salınması və s..) tikilməmiş və istifadə olunmamaqdadır. Bu hal iddiaçının etirafedici izahatı ilə təsdiqini tapmışdır. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmədə həmin tikilinin köhnə və taxta kostruksiyadan ibarət olması və vaxtilə tikilinin məhz onun razılığı ilə sökülməsini izahatında göstərmişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu göstərsə də, şikayətdə həmin nəticəni təkzib edən yeni, mötəbər və iş üçün əhəmiyyətli sübutlar təqdim olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxıanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-482/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-482/2026
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver