Məhkəmə qərarları › İş №2-1(3-8)-484/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-484/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-484/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi nümayəndə2, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdehlər Üçüncü şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1992-ci ildən 2004-cü ilə kimi 12 il xidməti illərinin üç misli 36 il, 2004-cü ildən 2009-cu ilə kimi isə 4 il 4 ayın üç misli 9 il , V.İ.Lenin adına inistitut 1978-1982 dörd ili 2 il olmaqla və ## #### 1992ci ildən ## #### 1992-ci ilə qədər 3 ay beş günün üç misli 9 ay 15 gün Birinci Qarabağ olmaqla hesablanmaqla, cəmi xidmət illəri 51 il 9 ay 15 gün müddətə faizləri və müharibə veteranı olmağını da nəzərə alaraq (pensiyalara əlavələri), tətbiq etməklə pensiyalarının yenidən hesablanması, 2011-ci ildən bu günə kimi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin saxlanılmasını, məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin # ########ından 2009cu il ilin 13 yanvarına kimi Xaçmaz Gömrük Idarəsindəki buraxılış məntəqələrində müxtəlif vəzifələrdə çalışmışdır. Şəkərli diabet xəstəsi olduğu üçün ## #### 2013-cü ildə ikinci qrup əlillik dərəcəsi ilə pensiyaya çıxmışdır. Iddiaçıya mülki vətəndaş kimi pensiya təyin olunmuşdur. Bundan sonra, iddiaçı X3 müraciət etmişdir. Fondun sədri Səlim Müslümovun qəbulunda olmuş, onu Hərbi rütbəli Şəxslərlə Iş üzrə Idarəyə yönləndirmişlər, orada iddiaçıya qarşı haqsızlıq edilərək pensiya təyin edilməmişdir. Halbuki Azərbaycan Respublikasıın Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına uyğun olaraq xidməti illəri vardır. Bütün sadaladıqlarına baxmayaraq, iddiaçıya imtina cavabı verilmişdir. Məcbur qalıb 2013-cü ilin noyabr ayının axırı Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. # ###### 2013-cü ildə Maliyyə Tarif idarəsi tərəfindən məlumat vərəqəsi hazırlanmışdır. Sənəd # ###### 2013-cü ildə Rza Həsənəliyevin imzası ilə xüsusi gerbli blankda iddiaçıya cavab göndərilmişdir. Təəsüflər olsun ki, məlumat vərəqində nə maliyə şöbəsinin imzası, nə də möhür vardı. Iddiaçıya qarşı böyük dələduzluq edilmişdir. Iddiaçının əlli yaşı 2011-ci ildə tamam olmuş, 2013-cü ildə müraciət etmişdir. 2011-ci ildən təqaüdü hesablanmalı idi, ancaq DPF da bu işin içində olmaqla haqqlarını tapdalamışdır. 2011-ci ildən bu günə kimi bu iki qurum iddiaçıya külli miqdarda maddi ziyan vurublar. Iddiaçı yenidən hər iki quruma yəni ƏƏSMN-nə və DGKnə müraciət etmiş, hər iki qurum mənfi cavab vermişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq pensiya təyin edilməsini xahiş etsə də, ona imtina məktubu verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ###### 2009-cu il tarixli ***Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli ****-VIQD nömrəli Qanununun 5.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları normaları tətbiq edilir. 2024cü ilin yanvarın 1-dək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 təqvim ili hərbi xidmət stajı tələb olunurdu. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına uyğun olaraq gömrük orqanlarının kiçik heyət, orta, baş ali rəis heyəti vəzifələrində xidmət etmiş vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtı təlimin bir ili aitı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Iddiaçının 1978-1983-cü illər ərzində V.l.Lenin adına X2 ordenli Azərbaycan Dövlət Pedaqoji Institutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay, ## #### 1992-ci il tarixdən ## #### 1992-ci il tarixədək 3 ay 5 gün həqiqi hərbi xidmətdə olduğunuz dövr və # ######## 1992-ci il tarixdən ## ###### 2009-cu il tarixədək gömrük orqanlarında işlədiyi dövr xidmət illərinə görə pensiya təminatına əsas olan xidmət stajına aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.3-cü və 1,0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Filiala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Əsasnamənin 113-cü maddəsinə əsasən, gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Iddiaçının xidmət illəri ümumilikdə 19 il 1 ay 15 gün təşkil edir və # ###### 2024-cü ilədək qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün xidmət illərinə görə pensiya hüququ yaranmır. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Iddiaçının cavabdehə qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də, iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## ######## 2024cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbəiərdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən sizə dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra sizə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər.”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xidmət illəri ümumilikdə 19 il 1 ay 15 gün təşkil edir və # ###### 2024cü ilədək qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün xidmət illərinə görə pensiya hüququ yaranmır. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. Cavabdeh apellyasiya şikayətinə dair etirazını iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq, əlavə olaraq qeyd etmişdir ki, Iddiaçı İddiaçı Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək barəsində məlumat vərəqəsi tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin Komitəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Iddiaçının qeyd olunan iddia tələbinə baxan Sumqayıt Inzibati Məhkəməsi ##.##.2026- cı il tarixdə iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. 3-cü maddə - hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0. 4-cü maddə xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 3.3- c ü maddə Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 2024-cü il ######ın #-dək qüvvədə olan redaksiyada: - 9.5.1 -ci maddə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. 2024-cü il ######ın #-dək qüvvədə olan redaksiyada: - 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”: 120-ci maddə - Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə və pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilə bilər: 27-ci maddə - Gömrük orqanlarının vəzifəli şəxsləri R, R, R, R, R, R, R, R, R, R, R (1 -ci dərəcəli gömrük xidməti inspektoru), R 50 yaş həddinədək xidmət edirlər. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına uyğun olaraq gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmət etmiş vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə götürülməzdə əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtı təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Işdən müəyyən olunur ki, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman R xüsusi rütbəsini daşımış və qanunvericilik həmin rütbədə xidmətdə olmanın son yaş həddini 50 yaş müəyyən etmişdir. Iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilərkən onun həmin (##.##.1961-ci il təvəllüd) (gömrük orqanında fəaliyyətinə xitam verildiyi tarix 13.01,2009-cu il 48 yaşında) yaş həddinə çatmaması səbəbindən onun barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.2-ci maddəsini tətbiq edərək pensiya təyin edilməsi qanunvericiliyin tələbinə ziddir. Eyni zamanda qeyd edirik ki, iddiaçının barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1 -ci maddəsi tətbiq edərək pensiya təyin edilməsi də qanunvericiliyin tələbinə ziddir. Belə ki, qanunvericiliyin tələbindən müəyyən edilir ki, 9.5.1-ci maddə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara (2024-cü il ######ın #-dək qüvvədə olan redaksiyada) pensiya təyin edilir. Iddiaçının təhsil müddətini, həqiqi hərbi xidməti və gömrük orqanlarında xidmət illəri ümumilikdə 19 il 1 ay 15 gün təşkil edir. Həmin illər iddiaçının xidmət illərinə aid edilsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1 -ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Beləliklə, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər işin faktiki halları və qüvvədə olan qanunvericiliyin tələbləri ilə təsdiq olunmadığından əsassız hesab edilməlidir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Inzibati Məhkəməsinin 16.01,2026-cı il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 2024-cü il ######ın #-dək qüvvədə olmuş redaksiyada: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:

27. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər: R, R, R, R, R, R, R, R, R, R, R, R - 50 yaş;

113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 8) gömrük orqanlarından xaric edildikdə; “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarı: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (HYPERLINK "https://eqanun.az/framework/13838" \l "%C9%99lav%C9%991"* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı mübahisənin predmetini iddiaçı İddiaçı barəsində hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması təşkil edir. Buna görə mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmadığı müəyyən edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3-cü hissəsinə görə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən təqdim olunur. Bu sənəd özlüyündə pensiya hüququ yaradan hüquqmüəyyənedici sənəd deyil, qanunla müəyyən edilmiş pensiya hüququ yarandıqdan sonra həmin hüququn həyata keçirilməsi üçün xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Fonda ötürülməsinə xidmət edən prosessual vasitədir. Odur ki, cavabdehin üzərinə məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin qoyulması üçün iddiaçının qanunla tələb olunan pensiya hüququ şərtlərinə malik olması zəruridir. Kollegiya nəzərə alır ki, iddiaçı gömrük orqanlarında xüsusi rütbəli vəzifəli şəxs kimi xidmət etdiyindən, “Əmək pensiyaları haqqında” Qanunun hərbi qulluqçuların pensiya təminatına dair müddəaları həmin Qanunun 3.3-cü maddəsinə əsasən ona da şamil edilir. Iddiaçının pensiya hüququnun yarandığını bildirdiyi dövrə tətbiq edilməli olan Qanunun 9.5.1-ci maddəsi isə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət müddətinin mövcudluğunu tələb edir. Məhkəmə kollegiyası Qanunun 9.5.1 və 9.5.2-ci maddələrinin zamana görə qüvvəsini də nəzərə alır. Belə ki, # ###### 2007-ci ildən 0# ###### 2024-cü ilədək qüvvədə olmuş redaksiyada 9.5.1-ci maddə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət müddətini, 9.5.2-ci maddə isə hərbi xidmətdən yaşa görə buraxılmanı, 25 təqvim ili və daha çox ümumi iş stajını və bu stajın azı 12 il 6 ayının hərbi xidmətdə keçirilməsini tələb etmişdir. # ###### 2024-cü ildən ## #### 2024-cü ilədək qüvvədə olmuş redaksiyada 9.5.1-ci maddə üzrə tələb 25 təqvim ili hərbi xidmət, 9.5.2-ci maddə üzrə isə hərbi xidmətdən yaşa görə buraxılma, 30 təqvim ili ümumi iş stajı və bunun azı 15 ilinin hərbi xidmətdə keçirilməsi olmuşdur. # #### 2024-cü ildən qüvvədə olan redaksiyada 9.5.1-ci maddənin həmin tələbi saxlanılmış, 9.5.2-ci maddədə isə 30 təqvim ili ümumi iş stajının məhz şəxsin hərbi xidmətdən buraxıldığı günə mövcud olması dəqiqləşdirilmişdir. Hazırkı işdə iddiaçının gömrük orqanlarındakı xidmətinə ## ###### 2009-cu ildə xitam verildiyi, onun pensiya hüququnun 2011-ci ildə yarandığını irəli sürdüyü və bu məsələ ilə bağlı 2013-cü ildə müraciət etdiyi nəzərə alındıqda, iddiaçının həmin dövr üçün pensiya hüququna malik olub-olmaması Qanunun # ###### 2007-ci ildən 0# ###### 2024-cü ilədək qüvvədə olmuş redaksiyası əsasında qiymətləndirilməlidir. # ###### 2024-cü ildən qüvvəyə minmiş daha yüksək xidmət və ümumi iş stajı tələbləri iddiaçının əvvəlki dövrə aid etdiyi pensiya hüququnun mövcudluğunun müəyyən edilməsinə geriyə şamil oluna bilməz. Bununla yanaşı, sonrakı redaksiyaların tətbiqi də iddiaçının hüquqi vəziyyətini dəyişmir, çünki hər üç dövrdə 9.5.2-ci maddə üzrə dəyişməz qalan əsas şərt şəxsin xidmətdən məhz yaşa görə buraxılmasıdır. Iş materialları müəyyən edilir ki, iddiaçının # ######## 1992-ci il tarixdən ## ###### 2009-cu il tarixədək gömrük orqanlarında 16 il 4 ay 10 gün xidməti, ## #### 1992-ci il tarixdən ## #### 1992-ci il tarixədək 3 ay 5 gün həqiqi hərbi xidməti olmuşdur. Onun 1978-1983-cü illərdə ali təhsil müəssisəsində keçirdiyi 5 illik təlim müddəti *** nömrəli Qərarın tələbinə uyğun olaraq təlimin bir ili altı ay sayılmaqla 2 il 6 ay həcmində uzun müddət xidmətə daxil edilmişdir. Beləliklə, pensiya hüququnun müəyyən edilməsi üçün nəzərə alınan ümumi xidmət müddəti 19 il 1 ay 15 gün təşkil edir. Kollegiya qeyd edir ki, göstərilən xidmət müddəti “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il ######ın #-dək qüvvədə olmuş 9.5.1-ci maddəsində tələb edilən 20 təqvim ilindən az müddətdir. Başqa sözlə, iddiaçının həmin maddə üzrə pensiya hüququnun yaranması üçün tələb olunan xidmət müddətindən 10 ay 15 gün çatışmır. Buna görə də onun 9.5.1-ci maddə əsasında xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Iddiaçının gömrük orqanlarında xidmətə başlamazdan əvvəl 9 il müəllim işləməsi barədə dəlili də mübahisənin nəticəsini dəyişmir. Belə ki, həmin əmək fəaliyyəti 9.5.1-ci maddənin məqsədləri üçün hərbi xidmət və ya ona bərabər tutulan xüsusi rütbəli xidmət müddəti hesab edilmir. Bu dövrün 9.5.2-ci maddədə nəzərdə tutulan ümumi iş stajına aid edilməsi mümkün hesab olunsa belə, həmin norma pensiya hüququnun yaranmasını təkcə ümumi iş stajı və azı 12 il 6 ay xidmət müddəti ilə deyil, həm də şəxsin xidmətdən məhz yaşa görə buraxılması şərti ilə əlaqələndirir və bu şərtlər birlikdə mövcud olmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ###### 2009-cu il tarixli əmri ilə iddiaçının gömrük orqanlarındakı xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməklə xitam verilmişdir. Iddiaçı həmin vaxt R xüsusi rütbəsini daşımış, bu rütbə üçün Əsasnamənin 27-ci maddəsində müəyyən edilmiş 50 yaş həddinə çatmamış və onun xidmətinə yaşa görə xitam verilməmişdir. Buna görə Qanunun 9.5.2-ci maddəsinin tətbiqi üçün zəruri olan “hərbi xidmətdən yaşa görə buraxılma” şərti hazırkı işdə mövcud deyildir. Iddiaçının gömrük orqanlarındakı xidmətinə xitam verildikdən sonra, ## #### 2011-ci ildə 50 yaşının tamam olması onun ## ###### 2009-cu il tarixli əmrlə müəyyən edilmiş xidmətdən buraxılma əsasını sonradan dəyişdirərək yaşa görə buraxılma halına çevirmir. Kollegiya qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarına istinadı da onun tələbini əsaslı etmir. Belə ki, həmin qərarda ## ######## 2004-cü ilədək qüvvədə olmuş qanunvericilik üzrə güzəştli qaydada xidmət illərinə görə ömürlük pensiya hüququnu artıq əldə etmiş şəxslərin həmin hüququnun saxlanılması barədə hüquqi mövqe ifadə edilmişdir. Hazırkı işin materialları isə iddiaçının qeyd olunan tarixədək güzəştli şərtlərlə 20 il xidmət müddətini tamamlamasını, eləcə də 1992-2004-cü illərdə gömrük orqanlarında keçirdiyi bütün xidmət dövrünün üçqat hesablanmasına əsas verən normativ və faktiki şərtlərin mövcudluğunu təsdiq etmir. Konstitusiya Məhkəməsinin həmin qərarında da güzəştli sayılan xidmət hissəsinin qüvvədə olan qanunvericilik üzrə pensiya hüququnun yaranmasına deyil, pensiya hüququ yarandıqdan sonra qulluq stajına görə əlavələrin hesablanmasına təsir etdiyi göstərilmişdir. Kollegiya onu da qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ######## 2024-cü il tarixli məktubunda iddiaçıya sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqi təqdim edildikdən sonra pensiya məsələsinə baxıla biləcəyinin bildirilməsi onun pensiya hüququnun mövcudluğunun tanınması kimi qiymətləndirilə bilməz. Həmin məktub məlumat vərəqəsinin təqdim edilməsinin prosedurunu izah edir, iddiaçının 9.5.1 və ya 9.5.2-ci maddələr üzrə pensiya hüququna malik olduğunu müəyyən etmir və cavabdehin üzərinə şərtsiz məlumat vərəqəsi göndərmək öhdəliyi qoymur. O da nəzərə alınmalıdır ki, məktubun ## ######## 2024-cü ildə, yəni Qanunun 9.5.2-ci maddəsinə “buraxıldığı günə” sözlərinin əlavə edilməsindən sonra verilməsi də bu nəticəni dəyişmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin məktubda qüvvədə olan prosedur izah edilmiş, iddiaçının əvvəlki dövr üzrə pensiya hüququnun yarandığı təsdiqlənməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və gəldiyi hüquqi nəticəni təkzib etmir. Iddiaçının pensiya hüququ üçün tələb olunan xidmət müddətinə və xidmətdən yaşa görə buraxılma şərtinə malik olmadığı müəyyən edildiyindən, cavabdehin məlumat vərəqəsini göndərməkdən imtinası qanuna zidd hesab edilə və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar