Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-487/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs1 və üçüncü şəxs3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “1,25 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı adına DTXK-nin Quba rayon torpaq şöbəsi tərəfindən ## ### 2006-cı il tarixli, JN-0276 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktı tərtib edilmiş və onun verilməsinə əsas olaraq Quba rayon Dövlət Notariat Kontorunun ## ###### 2002-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi göstərilmişdir.
2. Sözügedən ## ###### 2002-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3, üçüncü şəxs1 və X4 JN-0016 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktına əsasən onlara məxsus olan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsini hazırkı iş üzrə iddiaçıya satmışlar.
3. Daha sonra isə Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsi üzərində üçüncü şəxs2 üçüncü şəxs1 və üçüncü şəxs3 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə qeydiyyata alınaraq, onların adına ************ reyestr nömrəli çıxarış verilmişdir.
4. Bundan sonra iddiaçı X6 cavabdeh X7 qarşı “mülkiyyətində olan 1,25 ha torpaq sahəsindən çıxarılması, sahənin ona təhvil verilməsi, o cümlədən, həmin torpaq sahəsinə maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə, iddiaçı İddiaçı da cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacbağı qızı, Şıxalıyev Nicat Şahin oğlu və X5 qarşı “1,25 ha torpaq sahəsinə dair cavabdehlərin adına dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
5. Quba Rayon Məhkəməsi tərəfindən hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
6. Bundan sonra qəbul edilmiş Quba Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı üçüncü şəxs2 cavabdeh İddiaçı Cəmaləddin oğluna qarşı torpağdan çıxarılma və sahiblik, yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı İddiaçı cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacıbala qızına, cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin adına olan Quba rayonu Susayqışlaq kəndi ərazisində yerləşən 1,25 ha torpaq sahəsinə dair dövlət reyestrindən verilmiş ************ reyestr nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
7. Cavabdehlər sözügedən qətnamədən narazı qalaraq ondan apellyasiya şikayəti vermişlər, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən həmin mülki iş üzrə icraat hazırkı inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
8. Daha sonra iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsinə dair üçüncü şəxs2, üçüncü şəxs1 və üçüncü şəxs3 adına dövlət reyestrindən verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdeh müraciətin icrasından imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsinə dair ümumi birgə pay hüququ üzrə üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs1 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
10. Imtina cavabı ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsinə dair üçüncü şəxs2, üçüncü şəxs1 və üçüncü şəxs3 adına dövlət reyestrindən verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı tələbini hazırkı qərarın 1-10-cu bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı JN-0276 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktı əsasında artıq 20 ildən çoxdur ki, 1,25 ha torpaq sahəsinə sahiblik edir və ondan təyinatı üzrə istifadə edir. X2 DTXK-nin Quba rayon şöbəsində saxlanılan “Dövlət Aktlarının qeydiyyatı kitabı” nda qeydiyyata alınmamasında iddiaçının hər hansı bir təqsiri yoxdur. Iddiaçı bu hala görə məsuliyyət daşımır, qeydiyyat kitablarına məlumatların daxil edilməsi və həmin kitabda olan məlumatların doğruluğuna biləvasitə DTXK-nin Quba rayon şöbəsi məsuliyyət daşımışdır. Hesab edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə sonradan üçüncü şəxs2 Hacıbağı qızı, üçüncü şəxs1, üçüncü şəxs3 adlarına reyestrdən çıxarış alınmışdır.
12. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
13. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs2 Hacıbağı qızı, üçüncü şəxs1 və üçüncü şəxs3 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.
14. Sumqayıt Inzibati Məhkəməsi tərəfindən “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova).
16. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbini qaldırmaqda iddiaçının subyektiv hüququ müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş JN- 0276 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” arxiv nüsxəsi mövcud deyil, torpaqların elektron kadastrı uçotu informasiya sistemində və DWJ xəritələrində öz əksini tapmamış, Dövlət Notariat Arxivinə təhvil verilmiş 4Ə-*** reyestr nömrəli müqavilə isə digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçı tərəfindən təqdim edilən Dövlət Aktı və müqavilə məhkəmə tərəfindən mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilmir.
17. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması barədə qərradad qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
18. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdehlər Şixbalayeva (Mədətova) Nəzakət Hacbağı qızı və üçüncü şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddiaçı İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışlar, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə isə iddia təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, məhkəmə bu halları araşdırmadan, Suraxanı Rayon Məhkəməsinə sorğu vermədən iddianı mümkün saymamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Üçüncü şəxslərdən üçüncü şəxs2 Hacıbala qızı apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ona Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsi pay torpağı kimi ayrılmış, adına Dövlət Aktı və reyestrdən çıxarış verilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçı tərəfindən faktiki istifadə olunur. Iddiaçı tərəfindən torpaq sahəsinin müqabilində 20.000 manat ödəniş edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, üçüncü şəxs üçüncü şəxs2 həyat yoldaşının dayısı qızıdır. Onlar dağ kənddə, iddiaçı isə qışlaq kəndində yaşamışdır. Bakı şəhərində işlədiyi dövrdə qaynanası ona üçüncü şəxs1anın xəstələndiyini və torpaq sahəsini satdığını bildirmişdir. Iddiaçı da qaynanasına pul verərək, həmin torpaq sahəsini 1995-ci ildə satın almışdır, həmin vaxtdan torpaq sahəsi iddiaçıdadır. 2002-ci il tarixdə isə Quba rayon Dövlət Notariat Kontorunda ## ###### 2002-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəsi gedən 1,25 ha torpaq sahəsi aqrar islahat zamanı 1997-ci ildə ona və iki nəfər övladı üçüncü şəxs1 və X4 ayrılmışdır. Həmin torpaq sahəsindən 2006-cı il tarixədək faktiki istifadə etmişdir. Sahədə işlədiyi müddətdə xəstələnmiş, səhhəti ilə əlaqədar əməliyyat olunmuşdur. Həmin müddət ərzində - 2005-2006-cı illərdə iddiaçı qardaşları ilə birlikdə həmin əraziyə gələrək onlara məxsus torpaq sahəsini zəbt etmişdir. Torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilən alqı-satqı müqaviləsində olan imzalar isə onlara məxsus deyildir. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər üçüncü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs3 şikayətin təmin edilməməsini xahiş etmişdirlər.
23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Iddiaçının hazırkı tələbi 1,25 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir.
29. Birinci instansiya məhkəməsi iddia olunan torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilən JN-0276 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktının mötəbərliyinin təsdiqlənmədiyi, belə ki, Aktın verilməsinə əsas olmuş 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin başqa şəxslər arasında bağlandığı səbəbindən iddiaçının subyektiv hüququnun olmadığını qənaətinə gəlmiş və bu əsasla iddianı mümkün saymamışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia qaldırma səlahiyyətinin mövcudluğuna düzgün hüquqi qiymət verməmişdir. Belə ki, inzibati hüquq nəzəriyyəsində qəbul edilmiş "mümkünlük nəzəriyyəsinə" görə, iddianın mümkün sayılması üçün iddiaçının subyektiv hüququnun faktiki olaraq pozulduğunun sübuta yetirilməsi tələb olunmur; hüququn pozulması ehtimalının kifayət qədər məntiqli və mümkün olması (ehtimalın mövcudluğu) kifayətdir. Hüququn həqiqətən pozulub-pozulmadığı isə yalnız iddianın əsaslılığı mərhələsində yoxlanılmalıdır.
31. Hazırkı mübahisə üzrə iddianın mümkün sayılması (yolverilənliyi) üçün iddiaçının subyektiv hüquqlarının reyestrdə aparılan qeydiyyat nəticəsində pozulması ehtimalının sadəcə olaraq hüquqi və faktiki baxımdan mümkün görünməsi kifayət edir. Iddiaçı subyektiv hüququnun mütləq şəkildə mövcudluğunu və pozulduğunu ilkin mümkünlük mərhələsində tam sübut etmək məcburiyyətində deyil, bu işin mahiyyəti üzrə baxıldığı əsaslılıq mərhələsinin predmetidir.
32. Kollegiya müəyyən edir ki, iddiaçının qorunan subyektiv hüququnun maddi əsasını mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təşkil edir.
33. Belə ki, işdən görünür ki, iddiaçılar üçüncü şəxs2 və üçüncü şəxs1 cavabdeh X7 qarşı iddia ərizəsi ilə mülki qaydada məhkəməyə müraciət edərək, onlarla cavabdeh arasında bağlanmış ## ###### 2002-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsini, həmin müqavilə əsasında verilmiş JN-0276 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktının etibarsız hesab edilməsini, 1,25 ha torpaq sahəsinin boşaldılması və istifadə hüquqlarına maneələrin aradan qaldırılmasını xahiş etmişdirlər.
34. Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsi ## ##### 2026-cı il tarixdə qanuni qüvvəyə minmişdir.
35. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
36. Həmçinin, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində də qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
38. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Quba rayonu, Susayqışlaq kəndində yerləşən 1,25 ha torpaq sahəsi əvvəlcə üçüncü şəxs2, üçüncü şəxs1 və üçüncü şəxs3 ümumi birgə mülkiyyətlərində olmuş, daha sonra onlarla İddiaçı arasında bağlanmış ## ###### 2002-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin 1,25 ha torpaq sahəsi sonuncuya satılmış, torpaq sahəsinə dair onun adına JN-0276 KOD ******** nömrəli “Torpağın mülkiyyətə hüququna dair” Dövlət Aktı verilsə də, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, bu hüququn müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Aktı əsasında təsdiq edilməsi, həmin əqd əsasında yaranan mülkiyyət hüquqlarını naturada realizə etməsi, torpaq sahəsindən daimi və fasiləsiz şəkildə təyinatına uyğun formada istifadə etməsi, torpaq sahəsindən bəhər götürməsi, 20 ildən artıq müddət ərzində torpaq sahəsindən İddiaçı fasiləsiz istifadəsinə etiraz olaraq hər hansı reaksiya verməmələri kimi faktlar məhkəmə araşdırması gedişində müəyyən edildiyi üçün alqı-satqı müqaviləsinin bağlanmasından 20 ildən artıq müddət keçdikdən sonra qeyd olunan məzmunda iddianın qaldırılması hüquqdan sui-istifadə hesab edilmişdir.
39. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının sözügedən 1,25 ha torpaq sahəsinə münasibətdə subyektiv hüququnun mövcudluğuna tərəflər arasında olmuş mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq hüquqi qiymət verilərək, bu hüquq təsdiq edilmişdir.
40. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun mövcudluğu müəyyən edilir. Eləcə də, iddiaçı üçüncü şəxslərin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə dair ilkin olaraq cavabdeh orqana müraciət edərək, imtina cavabı almış, bundan sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən edilir ki, iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmişdir.
41. Odur ki, məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “1,25 ha torpaq sahəsinə dair üçüncü şəxslərin adına dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.