Məhkəmə qərarları › İş №2-1(3-8)-489/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-489/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-489/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.1973-cü ildən ##.##.1991-ci ilədək mərhum X2 dövlət qulluğu stajı nəzərə alınmaqla onun ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2023-cü il tarixdə olmüşdür. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X9 vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən onun barəsində inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar X10 mərhuma ##.##.2023-cü il tarixli 3- 17-1/2-Ə- ******/**** nömrəli məktub göndərilib. Sözügedən məktub göndərilərkən Vahid Əliyevin vəfat etməsinə dair Mərkəzi Filialda məlumat mövcud olmayıb. X4 pensiya işinə aid sənədlərdə ona Fondun Xızı rayon şöbəsi tərəfindən ## ###### 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ###### 2013-cü il tarixindən X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə əlavəsi 51,03 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 118,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 263,33 manat olmaqla orta aylıq əmək haqqısı 1322,86 manat təşkil etmişdir. Bununla əlaqədar mərhumun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 7 ay 9 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqısının (1322,86 manat) 45 faizi 595,29 manat məbləğində hesablanıb. Bununla əlaqədar X4 5 il 7 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,61 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # #### 2018-ci il tarixindən X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə əlavəsi 56,20 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 130,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 290,00 manat olmaqla orta aylıq əmək haqqısı 1446,70 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1322,86 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1446,70 manat) arasındakı fərq məbləğinin (123,84 manat) 18,61 faizi- 23,05 manat # #### 2018-ci il tarixinədək hesablanmış pensiyasının (595,29 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 618,34 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ######## 2019-cu il tarixindən X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1305,00 manat, qulluq stajına görə əlavəsi 84,30 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 195,75 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 435,00 manat olmaqla orta aylıq əmək haqqısı 2120,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1446,70 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqısı (2120,05 manat) arasındakı fərq məbləğinin (673,35 manat) 18,61 faizi-125,31 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (618,34 manat) üzərinə əlavə olunmaqla pensiyası 743,65 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2020-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 1838,54 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 28996,93 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdtrmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən X4 əmək pensiyası 938,26 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, mərhuma ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 9382,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 23196,89 manat ödənilib. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 13814.29 manat artım pul vəsaiti ödənilib. Eyni zamanda bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün Vahid Əliyevə 1313.89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq Vahid Əliyevə son üç il üzrə ümumilikdə 44125,11 manat (28996,93+13814,29+1313,89) manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-cı maddəsinə uyğun olaraq əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Vahid Əliyevin ##.##.2023-cü il tarixində vəfat etməsi ilə əlaqədar ona pensiya ödənişi ##.##.2023-cü il tarixindən dayandırılıb. "Əmək pensiyaları haqqında" Qanunun 42 2-ci maddəsinə uyğun olaraq, Vahid Əliyevin vəfat etməsi ilə əlaqədar ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (280.00 manat) üç misli miqdarında 840,00 manat dəfn üçün müavinət hesablanıb. Bundan başqa, sizə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi mərhuma ödənilməli olan qanuni şərti əmək pensiyasının (938,26 manat) 80 faizi-750,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin 2023-cü ilin noyabr (27 gün) və dekabr ayı üzrə sizə ödənilməli olan ümumilikdə 377,73 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman» bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, mərhum Vahid Əliyevə artıq ödənilmiş 44125,11 manat pul vəsaitindən 840,00 manat dəfn üçün müavinət, eyni zamanda yuxarıda göstərilən 377,73 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalıq borc 42907,38 manat təşkil edir. Azərbayca Respublikası X5 tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2- ci bəndlərinə əsasən aparılmışdır. 1973-1990-cı illərdə Qırğızıstan Respublikasında iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda Qırğızıstan SSR-nin nazirlik, dövlət komitələri, baş idarələri, idarələri və kommunist partiyası, o cümlədən həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.4-cü bəndində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında, 1.6-cı bəndində isə Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə kommunist partiyasının üzvü vəzifəsi nəzərdə tutulmamışdır”. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “##.##.1973-cü ildən ##.##.1991-ci ilədək mərhum X2 dövlət qulluğu stajı nəzərə alınmaqla onun ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ##.##.1950-ci il tarixdə dünyaya gəlmişdir. 1973-cü il tarixdən 2020-ci il tarixə qədər olan dövrlər ərzində müxtəlif vəzifələrdə işləmişdir. Onun 1973-cü il tarixdən 1992-ci il tarixə qədər indi dövlət qulluğu hesab olunan və bundan əlavə kominist partiyasının üzvü olmaqla yanaşı müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşının çatması ilə əlaqədar DSMF-nin Xızı rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman ##.##.1995-ci il tarixdən ##.##.2000-ci il tarixlər nəzərə alınmadıığından bu hall məhkəmə qaydasında tanınmış bu barədə Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsi *-*(**)-****/**** saylı qərar qəbul etmişdir. ##.##.2023-cü il tarixdə X2 öldüyündən onun əmək pesiyasının bir hissəsi yəni 80 faiz adı ilə ona hesablanaraq ödənilmişdir. Təyin edilmiş pensiya məbləği az olduğu üçün yenidən ailə başçısını itirməyə görə pensiyanın hesablanması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona imtina verilmişdir. Bildirilmişdir ki, ##.##.2017-ci il tarixə qədər hesablanmış pensiya məbləği Vahid Əliyevə 5 il 7 ay 9 gün hesablanmışdır. Bundan əlavə onun pensiyasının dövlət qulluğu stajı hesab olunan 1973-cü ildən 1992-ci ilə qədər olan dövrlər üzrə nəzərə alınmamışdır. Iddiaçı verilmiş olan imtinanı əsassız hesab edir. Qeyd edir ki, ailə başcısını itirməyə görə pensiya məbləği yenidən hesablanmalıdır. Hesablanma aparılan zaman 1793-cü il tarixdən 1992-ci il tarixə qədər işlədiyi dövr və ən əsasda 1979-cu ildən 1992-ci ilə qədər kommunist partiyasınının üzvü olması məsələsinə münasibət bildirilməmişdir. Pensiya məbləği hesablanarkən qüvvədən düşmüş həmin qanun qeyd etdiyi bu maddəsində də deyilir 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsədövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ümumilikdə götürsək X3 47 il əmək stajı vardır. Dövlət qulluğuna görə əmək stajı isə 24 il təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı Sumqayıt Inzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, Fondun Xızı rayon şöbəsi tərəfindən onun mərhum həyat yoldaşına ##.##.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həyat yoldaşı vəfat etdikdən sonra X10 təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın məbləğinin az olduğu müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının mərhum həyat yoldaşının 1973-1992- ci il tarixləri üzrə qulluq stajı onun dövlət qulluğu stajına hesablanmamışdır. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşına Fondun Xızı rayon şöbəsi tərəfindən hüququnun yarandığı ##.##.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. Iddiaçı N.Xəlilovun cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 5 il 7 ay 9 gün dövlət qulluğu stajına aşağıdakı dövr daxil edilmişdir: ##.##.1995-ci il tarixdən ##.##.2000- ci il tarixədək Qırğızıstan Respublikası, Aravan Rayon Icra Hakmiyyətində aparat rəhbəri vəzifəsində. Qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən dövrlər Sumqayıt Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə mərhum V.Əliyevin qulluq stajına daxil edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə uyğun olaraq aparılmış inzibati icraata uyğun olaraq, yenidən hesablama nəticəsində mərhum X2 artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar # ###### 2013-cü il tarixdən X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə əlavəsi 51,03 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 118,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 263,33 manat olmaqla orta aylıq əməkhaqqı 1322,86 manat təşkil etmişdir. Bununla əlaqədar mərhumun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 5 il 7 ay 9 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əməkhaqqının (1322,86 manat) 45 faizi-595,29 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş # ###### 2023-cü il tarixədək qüvvədə olmuş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası ’nın 2.2.3- cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Vahid Əliyevin vəfat etməsi ilə əlaqədar ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (280,00 manat) üç misli miqdarında 840,00 manat dəfn üçün müavinət hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi mərhuma ödənilməli olan qanuni şərti əmək pensiyasının (938,26 manat) 80 faizi-750,61 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin 2023-cü ilin noyabr (27 gün) və dekabr ayı üzrə sizə ödənilməli olan ümumilikdə 377,73 manat pul vəsaiti hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, mərhum Vahid Əliyevə artıq ödənilmiş 44125,11 manat pul vəsaitindən 840,00 manat dəfn üçün müavinət, eyni zamanda yuxarıda göstərilən 377,73 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalıq borc 42907,38 manat təşkil edir. Həmçinin bildirirlər ki, iddiaçının mərhum həyat yoldaşı Vahid Əliyevin ##.##.1973- ##.##.1991-ci il tarixləri üzrə Qırğızıstan Respublikasında işlədiyi dövrlər onun dövlət qulluğu stajına aid edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı X2 ##.##.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra iddiaçı ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiya məbləğinin az olduğunu iddia edərək pensiya məbləğinin yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin ## ###### 2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi, mərhumun Qırğızıstan Qırğızıstan Respublikasında çalışdığı dövrlərin yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən halları sübut edə bilməmişdir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, X2 1973-cü ildən 1992-ci ilə qədər komunist partiyasında dövlət qulluğu vəzifəsində çalışmışdır. Şəxs partiya komitəsində işlədiyi vaxt dövlət qulluğunun stajına salınmaması əsasları X5 tərəfindən tam olmayan bir formada cavab məktubunda əsaslanmışdır. Məhkəmə bu halı əsas götürüb, iddia tələbini rədd etmişdir. X2 partiyası orqanında işləmişdir, ancaq dövlət qulluğu kimi stajını daxil edilməmişdir. Halbuki şəxs 1973-cü ildən 1992-ci ilə qədər partiya orqanı daxilində işləmişdir. Şəxsin staj müddəti dövlət qulluqçusun staj müddəti kimi hesablanmamışdır. Bu da şəxsin hüququnun pozulmasına gətirib çıxarır. Şəxsin həyat yoldaşı tərəfindən təqdim olunan 1984-cü ilə aid əmək kitabçasının surətidə bu halı təsdiq edən subut hesab olunur. Məhkəmə işi araşdırarkən yalnızca DIM-ə sorğu verməklə kifayətlənmişdir. Mövcud əmək kitabçasındakı məlumatları nəzərə almamışdır. Məhkəmə DIM tərəfindən verilmiş sorğuya cavabda ümumiyyətlə həmin stajın dövlət qulluğu stajına aid olmamasını müəyyən etmişdir. Sorğuya cavabda hansı dövlət orqanının konkret olaraq dövlət qulluğu hesab olunub-olunmaması aydın şəkildə göstərilməmişdir. Çünki şəxs Qırğızıstanda işlədiyi dövr ərzində elə vəzifələr daşımışdır ki, həmin vəzifələr yalnız Qırğızıstan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid olmuşdur. Məhkəmə tərəfindən iddia tələbi araşdırılarkən cavabdehin xeyrinə məsələ həll edilmişdir. Məhkəmə qərar çıxardarkən yekun nəticənin cavabdehin xeyrinə həll etməsinin səbəbi kimi iddiaçı tərəfindən kifayət qədər subut təqdim olunmaması kimi əsaslandırmışdır. Halbuki məhkəmə işi tam, obyektiv, hərtərəfli araşdırmaq məqsədi öz təşəbbüsü ilə sübutları müəyyənləşdirməli idi. Lakin məhkəmə qərar qəbul edərkən cavabdehin mövqeyini əsas götürərək iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ..... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;... ..... Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin HYPERLINK "https://e-qanun.az/framework/12618" \t "_blank" \o "Azərbaycan Respublikasının Prezidenti" müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Ali Məhkəmənin Inzibati Kollegiyasının # ####### 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mərhum ərinin işlədiyi 1973-1991-ci ilə aid dövrün dövlət qulluğu stajı kimi nəzərə alınaraq, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanmasına nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının iddia etdiyi dövrdə mərhum ərinin işlədiyi vəzifənin dövlət qulluğuna aid olmadığından, müvafiq Siyahı üzrə nəzərdə tutulmuş vəzifə olmadığından, həmin dövrün qulluq stajı kimi nəzərə alınmasının mümkün olmadığını əsas gətirərək, müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki mərhələdə iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının mərhum ərinə ##.##.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum ərinin ##.##.1995-ci ildən ##.##.2000-ci ilədək Qırğızıstan Respublikası Aravan Icra Hakimiyyətində apparat rəhbəri vəzifəsi dövlət qulluğu stajına daxil edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının mərhum ərinin ##.##.1973-cü ildən ##.##.1991-ci ilədək Qırğızıstan Respublikasında işlədiyi dövrlər dövlət qulluğu stajına daxil edilməmiş, əsas kimi işlədiyi vəzifənin müvafiq Topluda və müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmaması halına istinad etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əri ##.##.2023-cü il tarixdə vəfat etdiyindən, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Indiki halda iddiaçı məhz ərini 1973-1991-ci ildə işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınaraq, bu əsasla əmək pensiyasının yenidən hesbalanmasını istəyir. Bununla bağlı kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən şəxsin işlədiyi vəzifənin dövlət qulluğu vəzifəyə aid olub-olmaması məhz “Inzibati və yardımçı vəifələrin Təsnifat Toplusu” və müvafiq Fərmala təsdiq eidlmiş “1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, indiki halda iddianın əsaslılığı baxımından məhz iddiaçının mərhum ərinin işlədiyi peşənin məhz həmin siyahıda əks olunmuş vəzifələrə aid olub-olmaması halının müəyyən edilməlidir. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinin 1973-1991-ci ildə işlədiyi vəzifələrlə bağlı müvafiq Toplu və Siyahıda Qırğızıstan SSR-nin nazirlik,dövlət komitələri, baş idarələri, idarələri və kommunist partiyası, o cümlədən həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamış, habelə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında, şəhər (rayon) Komitəsinin aparatında mövcud olmuş vəzifələrin uyğunlaşdıırlması aparılsa da, müvafqi Siyahının 1.4 və 1.6-cı bəndində kommunist partiyası üzvi vəzifəsi nəzərdə tutulmamışdır. Bu halda kollegiya hesab edir ki, iddiaçının mərhum ərinin istinad etdiyi dövrdə işlədiyi vəzifənin, o cümlədən kommunist partiyası üzvi vəzifəsinin yuxarıda qeyd edilən qanunvericilik normasının məzmununda əks olunmuş dövlət qulluğu vəzifəsinə aid olması halı müəyyən edilmədiyindən, cavabdehin imtina ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Nəticə etibarilə iddiaçının hazırki inzibati iş üzrə iddia tələbi qanunvericiliyin istinad edilən normasının dispoztiv şərtləri ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya iddiaçının şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, müvafiq Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi həmin normanın dispoztiv şərti şəxsin həmin müddətdə SSR-nin ərazisində işlədi əmək fəaliyyətinin ümumi iş stajı kimi nəzərə alınması halını müəyyən etmişdir. Indiki halda mübahisə predmeti dövlət qulluğu stajı ilə bağlı olduğundan, həmin hal məhz dövlət qulluğu vəzifəsinin müəyyən edilməsinə dair xüsusi normanın tələbləri əsasında müəyyən edilir. Nəticə etibarilə mübahisə predmeti məhz xüsusi normanın tətbiqi ilə bağlı sahəni ehtiva etdiyindən, iddiaçı ümumi normanın tələbinə istinad etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının şikayətinin dəlilləri işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar