Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-491/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçıya məxsus IT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1986-##.##.1990-cı il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayonu Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı işləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı 1984-cü ilin yanvar ayından ## ###### 1984-cü ilə tarixə qədər Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, ## ###### 1990-cı il tarixdən ## ###### 1993-cü ilə tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktı müəyyən edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (##.##.1981-##.##.1982-ci il, ##.##.1982-##.##.1983-cü il, ##.##.1986- ##.##.1990-cı il, ##.##.1993-##.##.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə kir hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36087,03 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 15 gün (##.##.2012-##.##.2019-cu il, ##.##.2019-##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. ## ######## 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1986-##.##.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Lakin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrün güzəştli olub-olmamasını müəyyən etmək mümkün deyil. “X2 Cəmiyyəti “Bakı Sukanal” Idarəsinin ##.##.2023-cü il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışında qeyd olunmuşdur ki, İddiaçı “xxxx” ASC-nin “Bakı Sukanal” Idarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində ##.##.2019-cü ildən hazırkı dövrədək qazla kəsən peşəsində işləmişdir. İddiaçı “Bakı Sukanal” Idarəsində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzfələrin və göstəricələrin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, 12nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində 3 il 3 ay 4 gün işləmişdir “Azərkimya” Istehsalat Birliyi “Etilen-Polietilen Zavodunun ##.##.2023-cü il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 22.12..1994-cü il tarixli ***/K saylı əmrə əsasən ##.##.1994-cü il tarixdən HMD II dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. ##.##.1996cı il tarixli 73 aylı əmrə əsasən ##.##.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQDM-nin 37-ci maddəsinə əsasən ##.##.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQDM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “X3” MMC-nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışında qeyd edilmişdir ki, İddiaçı “X3” MMC-də ##.##.2012- ##.##.2019 tarixlərdə qazkəsici vəzifəsində çalışmışdır.. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 35-cibölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaz kəsici peşəsində 6 il 07 ay 09 gün işləmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ##.##.1963-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Əmək fəliyyətinə ##.##.1982ci il tarixdə “Azərkimya” X7 Sintez zavodunda başlamışdır. ##.##.1983-cü il tarixdə həmin zavodda işləmişdir. 1984-cü ilin yanvar ayından ## ###### 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə işləmişdir. ##.##.1986-cı il tarixdən ##.##.1990- cı il tarixədək isə Cəbrayıl rayonu X10 elektrik qaynaqçısı işləmiş, ## ###### 1990-cı il tarixdən isə ## ###### 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləmişdir. ##.##.1993-cü il tarixdə X9 Üzvü Sintez zavodunda yenidən fəliyyətə başlamış və ##.##.1994-cü il tarixə kimi orada işləmişdir. SOCAR “Azərkimya” Istehsalat Birliyinin “Etilen- Polietilen” zavodunda ##.##.1994-cü il tarixdən ##.##.1996-cı il tarixədək II dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. ##.##.2012-##.##.2019-cu il tarixində “X3” MMC-də qaz kəsici vəzifəsində çalışmışdır. ##.##.2019-cu il tarixdən isə pensiya hüququ yaranan vaxta kimi “xxxx”ASC-nin “Bakı Sukanal” Idarəsində qaz kəsici kimi fəliyyət göstəmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikmya” IB-nin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən ##.##.1963-cü il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıdakı qeyd olunduğu kimi göstərilir: ##.##.1994-cü il tarixli ***/K saylı əmrə əsasən ##.##.1994-cü il tarixindən HMD (hərbi mühafizə dəstəsinə) II dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. ##.##.1996-cı il tarixli ** saylı əmrə əsasən ##.##.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən “X3” MMC-də ##.##.2012 - ##.##.2019 tarixində Qaz kəsici vəzifəsində çalışmışdır. İddiaçı “X3” MMC-də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında ##.##.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən "xxxx” ASC-nin "Bakı Sukanal" Idarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində ##.##.2019-cu ildən hazırki dövrədək qazla kəsən peşəsində işləyir. İddiaçı "Bakı Sukanal" Idarəsində “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində üç il üç ay on dörd gün işləmişdir. Iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş və onlar pensiya təyinatından imtina edərək qeyd etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftinqazılması və hasilatı, neft, qaz, kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Iddiaçının ##.##.2006-##.##.2009-cu il tarixləri arsında “Bula” X5 Idarəsində qazma avadanlığına xidmət edən çilingər yazılmışdır. Göründüyü kimi işlədiyi qazma avadanlığına xidmət edən çilingər vəzifəsi yuxarıda yuxarıda qeyd olunan buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının 12 il 6 aydan az (doqquz il 6 ay 21 gün (##.##.2013-cü il tarixdən bu günədək)) təşkil edir. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehin verdiyi imtinada vergüldən və nöqtədən söhbət gedir. Qazma avadanlığına xidmət edən çilingərlə, buruqlara xidmət üzrə çilingərlər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər arasında heç bir fərq yoxdur. Əgər iddiaçı buruqlarda avadanlıqlara xidmət edən çilingər işləyirsə, deməli o, həmin qurğunu təmir edir, xidmət göstərir. Iddiaçının şlədiyi yer Xəzər Dənizinin ortasıdır. Çətin şəraitdə işləyir. Avadanlığın təmirə ehtiyacı olduqda təmir edir. Çünki əgər iddiaçı orada xidmət göstərirsə, deməli təmiri də edir. Orada vəzifənin adının düz göstərilməməsi iddiaçının günahı deyil və o buna cavabdeh deyil. Sadəcə olaraq araşdırmadan əsassız olaraq pensiya təyin olunmasından imtina edilmişdir. Bundan əvvəl əmək stajının müəyyən edilməsi barədə olan mülki işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında ##.##.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (##.##.1981-##.##.1982-ci il, ##.##.1982- ##.##.1983-cü il, ##.##.1986- ##.##.1990-cı il, ##.##.1993-##.##.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil etmişdir. Hazırda isə həmin idarə məktubla ## ##### 2025-ci il tarixdə imtina edərək bildirmişdir ki, iddiaçının Mərkəz filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 15 gün(##.##.2012-##.##.2019-cu il, ##.##.2019- ##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq qeyd etmişlər ki, ## ######## 1986-cı il tarixli əmək kitabçasında ##.##.1986-##.##.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal Müəssisələri Kombinatında elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı tərəfimdən Mərkəz Filiala təqdim edilmədiyi üçün həmin dövrün güzəştli olubolmamasını müəyyən etmək mümkün deyildir. Iddiaçı hesab edir ki, iki imtina bir birinə tamamilə ziddir. Belə ki, birinci imtinada güzəştli iş stajının 12 il beş ay olduğunu qeyd edirlər (əslində belə deyil, həmin hesablamalara görə 13 ildən artıqdır. Idarələr tərəfindən verilmiş güzəştli arayış və əmək kitabçası ilə bunu müəyyən etmək olur. Nəzərə almaq lazımdır ki, Kommunal Müəssisələri Kombinatı Cəbrayıl rayonunda fəliyyət göstərmişdir. Cavabdeh orqanda bunu yaxşı bilir ki, Cəbrayıl rayonunun sənədləri işğal zonasında qalmışdır. Həmin arayışı gətirmək iddiaçı tərəfindən mümkün deyildir. Hazırda Cəbrayıl rayonu, işğaldan azad edilsə də orada daş üstə daş qalmadığı məlum oldu. Belə bir vəziyyətdə həmin sənədin gətirilməsi mümkünsüzdür. Lakin buna baxmayaraq həmin işin güzəştli olması qanunvericiliklə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələrə bölməsində(35) elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin dövrdə olan iddiaçının işlədiyi peşə olan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya təyin edilməsinə hüquq verən peşədir. Bunu cavabdeh özü də imtina məktubunda etiraf etmişdir. Hazırda sənədlərdən müəyyən edilir ki, iddiaçının ümumi stajı 25 ildən çox olmaqla onun 14 il 12 gün güzəştli əmək stajı mövcuddur. Eyni zamanda qeyd edir ki, iddiaçının 1984cü ilin yanvar ayından ## ###### 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləməyi və ## ###### 1990-cı il tarixdən isə ## ###### 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi barədə əmək kitabçasında qeyd edilmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə həmin müəyyən edilmiş və əmək stajına əlavə edilmişdir. Sonradan həmin qətnamədən şikayət verilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsininn qərarı ilə qüvvədə saxlanılmışdır. Həmin qərardan sonra başqa bəhanə ilə imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Göründüyü kimi iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) güzəştli peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 60 yaşına çatanadək mövcud olmalıdır.Iddiaçı hesab edir ki, iş materialları ilə, o cümlədən cavabdehin imtina məktubu və etirazı ilə müəyyən edilir ki,yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə işlərdə 12 il 6 ay iş stajının 60 yaşa çatanadək mövcudluğu işin mübahisələndirilməyən halıdır. Iddiaçı qeyd edir ki, bu staj 60 yaşdan sonra çatsa belə həmin tarixdən iddiaçıya pensiya təyin olunmalıdır. Imtina məktubunun tarixi ## ##### 2025-ci il tarixi göstərilsədə, iddiaçıya poçt vasitəsilə çatmamışdır, 01 Iyul 2025-ci il tarixində idarədən götürmüşdür. Eyni zamanda iddiaçı qeyd edir ki, Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşdığından və Komitənin yerli şöbəsinin arayışı ilə bu təsdiq olunduğundan əsaslı olaraq aidiyyət üzrə düzgün olaraq Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1, 9.1, 9.8, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 35.1, 73.1-ci maddələrinə istinad olunmuşdur Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Bildirilir ki, qeyd olunan normaya əsasən üçüncü şərti ödənilmir. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12 nömrəii Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm Ümumi peşələr bölməsində (35) elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiaia təqdim edilən sənədlərə əsasən isə İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 9 il 10 ay 15 gün təşkil edir. ##.##.1986-##.##.1990-cı il tarixləri arasındakı dövr ərzində Kommunal müəssisələri Kombinatında elektrik qaynaqçısı işləməsinə baxmayaraq müvafiq dövr üzrə güzəştli arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeralti işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki. iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq iazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Göründüyü kimi iş yerindən güzəştli arayışın olması mütləqdir. Əlavə olaraq İddiaçı iddia ərizəsində Mərkəzi Filial tərəfindən ##.##.2023-cü il tarixdə *-**-*/*-Ə-******/**** nömrəli imtina məktubunda güzəştli iş stajının 12 il 5 ay təşkil etdiyinin qeyd olunduğunu bildirmişdir. Lakin sözügedən imtina məktubunun məzmununa diqqət yetirən zaman qeyd edilən 12 il 5 ay stajın 2007- 2023-cü illəri əhatə edən ümumi staj olduğu aydın görünür. Belə ki, İddiaçı iddia etdiyi kimi imtinalar arasında hər hansı bir ziddiyyət mövcud deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı ## #### 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1986-##.##.1990cı il tarixləri arasındakı dövr ərzində işlədiyi Kommunal müəssisələri Kombinatı vaxtilə işğal edilmiş Cəbrayıl rayonunda yerləşmiş və bu səbəbdən də müəssisəyə aid sənədlərin işəgötürən müəssisə tərəfindən arxivə təhvil verilməsi mümkün olmamışdır. Sənədlərin arxivləşdirilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin obyektiv səbəblərdən lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur. Həmçinin iddiaçının işlədiyi peşə elektrik qaynaqçısı olmuş və həmin peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğundan, həmin dövrlər güzəştli iş stajı kimi nəzərə alındığından, iddiaçıya münasibətdə qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajına aid şərt ödənilmiş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il ######ın #-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1- ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanıeyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı
23. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya ##.##.2023-cü il güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aylıq müddətdən az olmaqla 9 il 10 ay 15 gün təşkil etmiş, ##.##.1986-cı il–##.##.1990-cı il tarixlərini əhatə edən dövr üzrə isə güzəştli iş stajını təsdiq edən əlavə arayış təqdim edilmədiyindən həmin müddət nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Iddiaçının ##.##.1963-cü il təvəllüdlü olmaqla ##.##.2023-cü il tarixdə 60 yaşına çatması, habelə qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi iş stajına malik olması tərəflər arasında mübahisələndirilməmişdir. Mübahisə yalnız iddiaçının güzəştli iş stajının qanunla nəzərdə tutulmuş 12 il 6 ay həddinə çatıb-çatmadığı məsələsi ilə bağlıdır. Iş materiallarında olan ## ######## 1986-cı il tarixli MT-İ №******* əmək kitabçasının qeydlərindən görünür ki, iddiaçı ##.##.1986-cı ildən ##.##.1990-cı ilədək Cəbryıl rayonu Kommunal Müəssisələri Kombinatında elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Cavabdeh həmin dövrün əmək kitabçası ilə təsdiq edilməsini mübahisələndirməmiş, yalnız güzəştli xarakterinin əlavə arayışla təsdiqlənmədiyini əsas gətirərək bu müddəti nəzərə almamışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin yanaşma formal xarakter daşımaqla inzibati icraatın əsas prinsiplərinə, xüsusilə mütənasiblik və şəxsin hüquqlarının səmərəli təmin olunması prinsiplərinə uyğun deyildir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının işlədiyi müəssisə vaxtilə işğal altında olmuş Cəbrayıl rayonu ərazisində yerləşmiş, bu səbəbdən müəssisənin sənədlərinin arxivləşdirilməsi və sonradan əldə olunması obyektiv səbəblərdən mümkün olmamışdır. Sənədlərin qanunvericiliyə uyğun şəkildə arxivə təhvil verilməsi işçinin deyil, işəgötürənin və aidiyyəti dövlət strukturlarının vəzifəsidir. Bu öhdəliyin obyektiv səbəblərdən yerinə yetirilməməsinin nəticələrinin iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən ümumi peşələr sırasına daxildir. Iddiaçının məhz həmin peşədə işləməsi əmək kitabçası ilə təsdiq olunduğundan, əlavə arxiv arayışının təqdim olunmaması həmin dövrün güzəştli staj kimi nəzərə alınmaması üçün yetərli əsas hesab edilə bilməz. Bu baxımdan, ##.##.1986-cı il–##.##.1990-cı il tarixləri arasındakı müddətin cavabdeh tərəfindən qəbul edilmiş 9 il 10 ay 15 günlük güzəştli iş stajına əlavə olunması ilə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 aylıq güzəştli iş stajı tələbi tam şəkildə ödənilmiş olur. Beləliklə, iddiaçının 60 yaşı tamam olduğu vaxtda (##.##.2023-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.