Məhkəmə qərarları › İş №2-1(3-8)-492/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-492/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-492/2026 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi, iş stajının tamamlanmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ##.##.1666-cı il təvəllüdlüdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən # ###### 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (19 il 9 ay 24 gün (##.##.1982-##.##.1985-ci il, ##.##.1985-##.##.1994-cü il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.1996-##.##.1997-ci il, ##.##.1998- ##.##.1998-ci il, ##.##.1998-##.##.1998-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixindən sonra 6 il 4 ay) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20461,97 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1966-cı il tarixdə anadan olmuşdur. ##.##.1982-ci il tarixdən ##.##.1985-ci il tarixədək kimyəvi analiz üzrə laborant ixtisası üzrə əyani təhsil almışdır. Əmək fəaliyyətinə ##.##.1985-ci i tarixdə başlamış və ##.##.2014-cü il tarixədək müxtəlif vaxtlarda əsasən kimya istehsalatı sahəsində müxtəlif peşələrdə işləmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlər siyahına daxildir, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etsə də, stajının 25 ildən az olması əsas gətirilərək imtina edilmişdir. Cavabdehin müraciətinə ünvanladığı imtina məktubunda ümumi iş stajı 19 il 9 ay 24 gün hesablanmışdır. Güzəştli iş stajı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Əmək fəaliyyəti dövrləri 1982.09.01-1985.07.16 təhsil illəri (2 il 10 ay 15 gün) 1985.11.04.-1991.05 01 iş stajı (5 il 5 ay 26 gün) 1992.09.01.-1998.07 03 iş stajı (6 il 1 ay 27 gün) ibarətdir. ##.##.2006-cı il tarixdən sonra isə ##.##.2014-cü il tarixədək cavabehin imtina məktubunda qeyd edildiyi kimi 6 il 4 ay sosial sığrota stajı mövcuddur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumi iş stajı 20 il 10 ay 8 gün təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunvericiliklə tələb edilən ümumi və güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, # ###### 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir.növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, # ###### 2006-cı il tarixədək yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti sözügedən Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması həmin Qaydaya * nömrəli əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən olunur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həl! olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda, bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” 9.1-ci madddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının NazirlərKabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən # ###### 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 20 ildən az 14 il 4 ay 1 gün (##.##.1982- ##.##.1985-ci il, ##.##.1985-##.#.1994-cü il, 28,01.1995-##.##.1995-ci il, ##.##.1995- ##.##.1996-cı il, ##.##.1996-##.##.1997-ci il, ##.##.1998- ##.##.1998-ci il, ##.##.1998- ##.##.1998-ci il) təşkil edir. Daha sonra, cavabdeh etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən, # ###### 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 9 ay 24 gün (##.##.1982-##.##.1985-ci il, ##.##.1985-##.##.1994-cü il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.1996-##.##.1997-ci il, ##.##.1998-##.##.1998-ci il, ##.##.1998- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixindən sonra 6 il 4 ay))) təşkil edir. ##.##.1994-##.##.1995-ci il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1996-##.##.1996-cı il, ##.##.1997- ##.##.1998-ci il, ##.##.1998-##.##.1998-ci il tarixlərində olan dövrlərdə iddiaçı ödənişsiz məzuniyyətdə olduğundan sığorta stajına daxil etmək mümkün olmamışdır. Iddiaçının güzəştli iş stajı 14 il 1 ay 16 gün (##.##.1985-##.##.1991-ci il, ##.##.1992-##.##.1993-cü il, ##.##.1993-##.##.1993-cü il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1995- ##.##.1996-cı il, ##.##.1996-##.##.1997-ci il, ##.##.1998- ##.##.1998-ci il, ##.##.1998- ##.##.1998-ci il, ##.##.2006-##.##.2012-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayının qanuna uyğun hesab edilməklə əmək stajına aid edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının (2- *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli) bir sıra qərarları mövcuddur. Beləliklə, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərlə (6 ay) birlikdə 20 il ümumi və 10 il güzəştli iş stajı yaranır. Odur ki, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2018-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın və ona əlavənin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır (## #### 2017-ci ilədək qüvvədə olan redaksiyada). Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli Siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında ## #### 1997-ci il tarixli, 321-IQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il ######un #-dən başlayaraq, 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. .... Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ..... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajı nın20 ildən az olduğunu əsas gətirərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnun yaranmadığını bildirir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı ##.##.1966-cı il təvəllüdlü olmaqla, 52 yaşı ##.##.2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. Iddiaçının hazırda istədiyi 52 yaşının tamam olduğu vaxtadək işlədiyi dövrlər iş stajı kimi nəzərə alınmaqla, 52 yaşı 2018-ci ildə tamam olsa da, Qanunun ## #### 2017-ci il tarixədək olan norması əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Kollegiya hazırki iş üzrə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar əsas götürüldükdə, tələbin əsaslılığı məhz Qanunun ## #### 2017-ci ilədək olan normasının dispoztiv şərtinə əsasən yoxlanılmalıdır. Belə olan halda, həmin qanunun tələbinə əsasən pensiya hüququnun yaranması üçün iddiaçının məhz ## #### 2017-ci ilədək 52 yaşının tamam olması tələb olunur. Lakin iddiaçının 52 yaşı ##.##.2018-ci ildə tamam olduğundan, həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pensiya hüququnun yaranması üçün qanunla tələb olunan pensiya yaş həddinə aid şərt ödənilmiş olmur. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı qeyd edir ki, əmək pensiyaları haqqında qanununvericilikdə pensiya hüququnun yaranması üçün əsaslar dəqiq müəyyən edilmişdir. Belə ki, Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən pensiya hüququnun yaranması üçün tələb olunan yaş həddi və staja aid şərtlər həmin normanın tələbinə əsasən müəyyən edilir. Əgər pensiya hüququnun yaranması əsası Qanunun 9.1-ci maddəsinə əsasən yoxlanılırsa (##.##.2017-ci ilədək olan redaksiyada və ya hazırda qüvvədə olan redaksiyada), bu halda yaş həddi və staja aid şərtlər məhz həmin normanın dispozitiv şərtinə əsasən yoxlanılır. Bu baxımından kollegiya hesab edir ki, iş stajına aid şərtin ödinilməsi halının Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada dispozitiv şərtinə əsasən müəyyən edildiyi halda, həmin vaxtda tələb olunan yaş həddinə aid şərt ödənilməsə də, yaş həddi ##.##.2017-ci il tarixdən sonra tamamlanmış olsa da, pensiya hüququnun yaranması əsasının ##.##.2017-ci ilədək qüvvədə olan redaksiyada normanın tələbinə əsas müəyyən edilməsi qanunvericiliyin tələbinə ziddir. Nəticə etibarilə iddiaçının iddia tələbi qanunun normasının dispoztiv şərti ilə uzalaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçıya hüquqi yardımın göstərilməsinin əsasları baxımından onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yaranma əsaslarının Qanunun 9.8-ci maddəsinin dispoztiv şərti ilə də müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, həmin normanın tələbinə əsasən iddiaçının pensiya hüququnun yaranması üçün qanunla tələb olunan pensiya yaş həddi, ##.##.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il güzəştli iş stajına aid şərtin ödənilməsi tələb olunur. Indiki halda isə iddiaçının ##.##.2006-cı il tarixədək 20 il ümumi iş stajına malik olmaması işin mübahisəsiz halı kimi çıxış edir. Nəticə etibarilə iddiaçının Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən pensiya hüququnun yaranması üçün yaş həddinə aid şərt ödənilmiş olsa da, ümumi iş stajına aid şərt ödənilmədiyindən pensiya hüququ yaranmamışdır. Həmçinin, kollegiya onu da qeyd edir ki, iddiaçının pensiya hüququnun yaranması əsasının Qanunun 9.1-ci maddəsinin tələbi baxımından da müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının qanunla tələb olunan 25 il iş stajına malik olmaması işin mübahisəsiz halı odluğundan, qeyd edilən qanunun normasının dispoztiv şərtinə əsasən pensiya yaş həddi ilə yanaşı, 25 il ümumi iş stajına və 12 il 6 ay güzəştli iş stajına aid şərtin ödənilməsi tələb olunduğundan, bu əsasla da iddiaçının pensiya hüququnun yaranması əsası müəyyən edilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, iddianın əsaslılığı qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından düzgün qiymətləndirilməmiş, işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar